buraxılması qaydaları;
4.2.
qiymətli kağızların ticarətə buraxılması qaydaları;
4.3.
əqdlərin bağlanması və tutuşdurulması qaydaları;
4.4.
əqdlərin qeydə alınması qaydaları;
4.5.
əqdlərin yerinə yetirilməsi qaydaları;
4.6.
qiymətlərlə
manupulyasiyanı
məhdudlaşdırma
qaydaları;
4.7.
qiymətli kağızlar bazarında ticarətin təşkilatçısı
tərəfindən göstərilən xidmətlərin cədvəli;
4.8.
yuxarıda göstərilmiş qaydalara dəyişikliklər və
əlavələr edilməsi reqlamenti;
4.9.
ticarətə buraxılmış qiymətli kağızların siyahısı.
5.Ticarətin təşkilatçısı tərəfindən müəyyən edilmiş
qaydalara müvafiq olaraq bağlanmış hər əqd haqqında
istənilən maraqlı şəxsə aşağıdakı məlumat verilir:
5.1.
əqdin mağlanması tarixi və vaxtı;
5.2.
əqdin predmeti oan qiymətli kağızın adı;
5.3.
qiymətli kağızların dövlət qeydiyyatı nömrəsi;
5.4.
bir qiymətli kağızın qiyməti;
5.5.
qiymətli kağızın sayı.
V FƏS L. FOND B RJASI
Maddə 26. Fond birjası
1. Fond birjası – müstəsna olaraq fəaliyyət predmeti
qiymətli kağızların normal tədavülü üçün zəruri şəraitin
yaradılması, onların bazar qiymətlərinin müəyyən
edilməsi (qiymətli kağızlara), həmçinin onlar haqqında
lazımım informasiyanın yayılması, qiymətli kağızlar
bazarı iştirakçılarının yüksək peşəkarlıq səviyyəsi
nümayiş etdirmək üçün şərait yaradılması olan
təşkilatdır.
Fond birjası qiymətli kağızlar bazarında ticarətin
təşkilatçısı kimi, depozitari fəaliyyəti ilə qarçiliqlı
öhdəliklərin müəyyən edilməsi (klirinq) fəaliyyəti istisna
olmaqla digər fəaliyyət növləri ilə məşğul ola bilməz.
2.Fond birjası qapalı səhmdar cəmiyyəti formasında
yaradılır.
3.Fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil
edir.Qiymətli kağızlar bazarının digər iştirakçıları
birjada yalnız birja üzvlərinin vasitəçiliyi ilə
əməliyyatlar apara bilərlər.
4.Fond birjası öz fəaliyyətini müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilən xüsusi razılıq əsasında həyata
keçirilir.
5.Fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının
peşəkar iştirakçılarının təsisçiləri və içtirakçıları ola
bilməzlər, həmçinin fond birjasının fəaliyyətində
sahibkarlar sifətində sərbəst iştirak edə bilməzlər.
6.Fond birjası üzvləri arasında, fond birjası üzvləri ilə
onların müştəriləri arasında yaranan mübahisələrə
məhkəmədə və münsiflər məhkəməsində baxıla bilər.
Maddə 27. Fond birjasının üzvləri
Bu Qanunun IV fəsilində göstərilən fəaliyyəti həyata
keçirən, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları
fond birjasının üzvləri ola bilərlər. Fond birjası üzvlüyünə
daxil olmaq, fond birjası üzvlüyündən çıxmaq və xaric
edilmək qaydası, habelə fond birjasında üzvlərin
fəaliyyətinin qaydaları onun nizamnaməsi və digər daxili
normativ aktları ilə müəyyən edilir.
Fond birjasının üzvlərinə aid olan daxili normativ aktlar
fond birjası tərəfindən onun üzvlərinin təklifləri nəzərə
alınmaqla müstəqil müəyyən edilir.
Maddə 28. Fond birjasının əsas hüquqları və vəzifələri
1.Fond birjası bu Qanunun tələblərinə uyğun olaraq ticarət
salonunuda əqdlərin bağlanmasının, əqdlər üzrə
hesablaşmaların və uçotun qaydasını, fond birjasının
fəaliyyəti ilə əlaqədar olan müxtəlif qaydaları və
sənədləri müstəqil işləyib hazırlayır və təsdiq edir.
2.Fond birjası:
onun üzvlərinin birja əqdlərində iştirakı üçün aldıqları
haqdan fond birjasının xeyrinə atrılmaların;
fond birjası tərəfindən göstərilən xidmətlərə görə fond
birjası üzvlərinin verdikləri qəbul və üzvlük haqlarının və
başqa ödəmələrin;
fond birjasının nizamnaməsinin, onda ticarət qaydalarının
və fond birjasının digər daxili sənədlərinin tələblərinin
pozulmasına görə ödənilən cərimələrin miqdarının və yığılması
qaydasının müəyyən edir.
3.Fond birjası birjada tədavülə buraxılmış qiymətli
kağızların siyahıya daxil edilməsi (listinq) və siyahıdan
çıxarılması (delistinq) üsulunu müəyyən edilmiş
qaydada müstəqil müəyyən edir.
4.Fond birjası, onun üzvlərinə əqdlərin aparıldığı yer və
vaxt haqqında, birjada tədavülə buraxılmış qiymətli
kağızların siyahısı və qiymətləri (kotirovkası) haqqında,
ticarət sesiyasının nəticələri haqqında xəbər vermək
yolu ilə aparılan ticarətin aşkarlığını və açıqlığını təmin
etməyə borcludur.
5.Fond birjasının onun üzvləri tərəfindən birja əqdləri
bağlanmasına görə yığılan haqqın həmçini müəyyən
etmək hüququ yoxdur.
6.Yerləşdirmə və tədavül prosesində bu Qanunla nəzərdə
tutulmuş emissiya prosedurunu keçmiş və fond birjası
tərəfindən onun daxili sənədlərinə uyğun olaraq birjada
tədavülə buraxılmış qiymətli kağızlar siyahısında daxil
edilmiş qiymətli kağızlar fond birjasında tədavülə
buraxılır.
Maddə 30. “Fond birjası” ifadəsindən istifadə edilməsi
Yalnız qiymətli kağızlarla birja ticarəti aparılması hüququ
üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən edilmiş
qaydada xüsusi razılıq almiş fond birjası öz adından “ Fond
birjası ” sözlərindən istifadə edə bilər.
VI FƏS L. YEKUN MÜDDƏALAR
Maddə 30. Qiymətli kağızlarbazarında xidməti
məlumatdan istifadə edilməsi
1.Bu Qanunun məqsədləri üçün emitent və onun tərəfindən
buraxılmış qiymətli kağızlar haqqında kütləvi olmayan
(hamı üçün nəzərdə tutulmayan) məlumata malik olan
şəxsləri öz xidməti vəziyyəti, əmək vəzifələri vəya
emitentlə bağlanmış müqavilə səbəbindən qiymətli
kağızlar bazarının digər subyektləri ilə müqayisədə
üstün vəziyyətə qoyan hər hansı məlumat xidməti
məlumat hesab edilir:
2.Xidməti məlumata malik olan şəxslərin bu məlumatdan
əqdlər bağlamaq üçün istifadə etmək, həmçinin xidməti
məlumatı əqdlər bağlamaq üçün üçüncü şəxslərə
vermək hüququ yoxdur.
3.Bu tələbi yerinə yetirməyən şəxslər Azərbaycan
Respublikası
qanunvericiliyinə
uyğun
olaraq
məsuliyyətə cəlb edilirlər.
Maddə 31. Qiymətli kağızlar haqqında qanunvericiliyin
Pozulmasına görə məsuliyyət
1.Bu Qanunun və qiymətli kağızlar haqqında Azərbaycan
Respublikasının
başqa
qanunvericilik
aktlarının
pozulmasına görə şəxslər Azərbaycan Respublikasının
mülki, inzibati və ya cinayət qanunvericiliyində nəzərdə
tutulmuş hallarda və qaydada məsuliyyət daşıyırlar.
2.Qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının
qanunvericiliyinin pozulması nəticəsində dəyən zərər
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş qaydada ödənilməlidir.
3.Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının,
reklamda təqdim edilən məlumat da daxil olmaqla, qiymətli
kağızlar, emissiya qiymətli kağızlarının emitentləri,
qiymətli kağızların qiymətləri haqqında qəsdən təhrif
olunmuş məlumat təqdim etmək yolu ilə qiymətli kağızlar
bazarında qiymətlərdə manupulyasiya etmək və qiymətli
kağızları almaq və satmaq üçün məcbur etmək hüququ
yoxdur.
Qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən
göstərilən hərəkətlərin edilməsi onlara verilmiş xüsusi
razılığın dayandırılması və ya ləğv edilməsi üçün əsasdır.
4.Qiymətli kağızlar bazarında qiymətlərlə manupulyasiya
edilməsi faktı məhkəmə qaydasında müəyyən edilir.
5. Qiymətli kağızların haqsız emissiyasını həyata keçirən
emitentlərə qarşı müvafiq icra hakimiyyəti orqanı;
5.1. haqsız emissiya nəticəsində buraxılmış qiymətli
kağızların
bundan
sonrakı
yerləşdirilməsinin
dayandırılması üçün tədbirlər görür;
5.2. haqsız emissiya faktı və haqsız emissiya nəticəsində
buraxılmış
qiymətli
kağızların
yerləşdirilməsinin
dayandırılması üçün əsaslar haqqında məlumatı kütləvi
informasiya vasitələrində dərc etdirir;
5.3. emitent tərəfindən qiymətli kağızların haqsız
emissiyası ilə əlaqədar olan pozuntuların aradan qaldırıldığı
halda qiymətli kağızların sonrakı yerləşdirilməsinə icazə
verilməsi haqqında yazılı göstəriş verir.
6. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq qeydiyyat orqanının tələbi ilə, həmçinin qiymətli
kağızlar bazarı sahəsində tənzimlənmə funksiyalarını
həyata keçirən digər dövlət orqanlarının tələbləri ilə
qiymətli kağızların buraxılışı etibarsız hesab edilə bilər.
7. Qiymətli kağızlar buraxılışının etibarsız hesab edilməsi
qiymətli kağızların qeydə alınmasının və ya emissiyasının
müəyyən edilmiş qaydasının pozulması ilə buraxılmış
qiymətli kağızların tədavüldən çıxarılmasına və qiymətli
kağızların ödənilməsi hesabına emitentin aldığı pul
vəsaitinin (başqa əmlakın) sahiblərə qaytarılmasına səbəb
olur.
8. Qiymətli kağızlar bazarında xüsusi razılıq olmadan
peşəkar fəaliyyətinin aparılması qeyri – qanunidir.
9. Qiymətli kağızlar bazarında peşəkar iştirakçılarının
qiymətli kağızlarının emitentlərinin, həmçinin onların
vəzifəli şəxslərinin müvafiq icra hakimiyyəti orqanının
qiymətli kağızlar haqqında Azərbaycan Respublikası
qanunvericiliyinin pozulmasını aradan qaldırmaq və
məsuliyyət tədbirləri tətbiq etmək barədə hərəkətlərindən
Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə
tutulmuş qaydada şikayət etmək hüququ vardır.
Maddə 32. “Qiymətli kağızlar və fond birjaları
haqqında” Qanunun qüvvədən düşməsi
“ Qiymətli kağızlar və fond birjaları haqqında ” 24 noyabr
1992 – ci il tarixli 383 saylı Azərbaycan Respublikası
Qanunu bu Qanunun qüvvəyə mindiyi gündən qüvvədən
düşür.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏL YEV
“ Q YMƏTL KAĞIZLAR HAQQINDA”
AZƏRBAYCAN RESPUBL KASIQANUNU
TƏTB Q ED LMƏS BARƏDƏ
AZƏRBAYCAN RESPUBL KASI PREZ DENT N N
FƏRMANI
“ Qiymətli kağızlar haqqında ” Azərbaycan Respublikası
Qanunun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiq edilməsini təmin etmək məqsədilə QƏRARA
ALIRAM:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bir ay müddətində:
– qüvvədə olan qanunvericilik aktlarının “Qiymətli kağızlar
haqqında”
Azərbaycan
Respublikasının
Qanununa
uyğunlaşdırılması
barədə
təkliflərini
Azərbaycan
respublikasının Prezidentinə təqdim etsin;
– “ Qiymətli kağızlar haqqında ” Azərbaycan Respublikası
Qanunun
qəbul
edilməsi
ilə
əlaqədar
Azərbaycan
Respublikasının Prezidenti yanında “ Qiymətli kağızlar və fond
bazarı üzrə komissiya haqqında ” Əsasnamənin layihəsini və
komissiyanın tərkibi barədə təkliflərini hazırlayıb təsdiq
olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin.
– “ Qiymətli kağızlar haqqında ” Azərbaycan Respublikası
Qanunun 3 – cü maddəsinin 2 – ci hissəsində, 4 – cü
maddəsinin 4 – cü və 5 – ci hissələrində, 5 – ci maddəsinin 3 –
cü, 5 – ci və 6 – cı hissələrində, 6 – cı maddəsinin 2 – ci və 6 –
cı hissələrində, 8 – ci maddəsinin 7 – ci və 9 – cu hissələrində,
12 – ci maddəsinin 4 – hissəsində, 13 – cü maddəsinin 4 – və 5
– ci hissələrində, 15 – ci maddəsinin 2 – ci və 3 – cü
hissələrində, 24 – cü maddəsinin 11 – ci hissəsində və 31 – ci
maddəsinin 5 – ci və 9 – cu hissələrində nəzərdə tutulmuş “
müvafiq icra hakimiyyəti orqanı ” nın səlahiyyətlərini həyata
keçirən icra hakimiyyəti orqanlarına dair təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
–Həmin Qanunun5 – ci maddəsinin 2 – ci hissəsində nəzərdə
tutulmuş qeyri – emissiya qiymətli kağızlarının qeydiyyatı,
buraxılmasıvə
tədavülü
qaydaları
barədə
təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 5 – ci maddəsinin 3 – cü hissəsində
nəzərdə tutulmuş dövlət və bələdiyyə qiymətli kağızlarının
buraxılması qaydaları, onların yerləşdirilməsi və tədavülü
şərtləri baradə təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 8 – ci maddəsinin 7 – ci hissəsində
nəzərdə
tutulmuş
emissiya
qiymətli
kağızlarının
sertifikatlarının məcburi rekvizitləri barədə təkliflərini
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 8 – ci maddəsinin 9 – cu hissəsində
nəzərdə tutulmuş qiymətli kağızlara qoyulan tələblər və
qiymətli kağızları çap edən orqanlarının fəaliyyətinin
tənzimlənməsi qaydaları barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 13 – cü maddəsinin 4 – cü hissəsində
nəzərdə tutulmuş emissiya baş tutmadığı halda investorların
vəsaitinin qaytarılması qaydası barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 21 – ci maddəsinin 3 – cü hissəsində
nəzərdə tutulmuş qiymətli kağızların idarə etməyə verilməsi
üzrə fəaliyyətin qaydası müdiriyyətin (müdirin) hüquqları və
vəzifələri barədə təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 22 – ci maddəsinin 3 – cü hissəsində
nəzərdə
tutulmuş
qiymətli
kağızlarla
əqdlər
üzrə
hesablaşmaları həyata keçirən klirinq təşkilatının fəaliyyətini
tənzimləyən normativ hüquqi aktının layihəsini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
– Həmin Qanunun 31 – ci maddəsinin 6 – cı hissəsində
nəzərdə tutulmuş qiymətli kağızların buraxılışının etibarsız
hesab edilməsi halları barədə təkliflərini Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
– Qiymətli kağızlar haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının
layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
– Nazirlər Kabinentinin müvafiq mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
– Öz səlahiyyətləri daxilində “ Qiymətli kağızlar haqqında ”
Azərbaycan Respublikası Qanunundan irəli gələn digər
məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
– “ Qiymətli kağızlar haqqında ” Azərbaycan Respublikası
Qanunun 5 – naddəsinin 4 – hissəsində və 29 – cu maddəsində
nəzərdə tutulmuş “ müvafiq icra hakimiyyəti orqanı ” nın
səlahiyyətlərini
Azərbaycan
Respublikasının
Nazirlər
Kabinenti həyata keçirir;
– Həmin Qanunun 26 – cı maddəsinin 4 – cü hissəsində
nəzərdə tutulmuş “ müvafiq icra hakimiyyəti orqanı ” nın
səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
həyata keçirir.
Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏL YEV
Dostları ilə paylaş: |