E.N. Quliyev
Z.M.Məmmədova
T. . manov
B RJA Ş N N TƏŞK L VƏ DARƏ
ED LMƏS
Dərs vəsaiti
Azərbaycan Respublikası
Təhsil Nazirliyinin ________
tarixli ____ saylı əmrinə əsasən
ali məktəblər üçün dərs vəsaiti
kimi təsdiq edilmişdir
Bakı – 2008
G R Ş
Yer üzərində insan cəmiyyəti yaranandan bəri minilliklər
keçsədə yenə də dünyanın ən yetkin aqillərini hamı üçün
məqbul olan ictimai – iqtisadi sistemin yaradılması
düşündürməkdədir. deal insan cəmiyyəti və ideal ictimai-
iqtisadi münasibətlər sistemi varmı? Azərbaycan xalqının və
Respublikasının keçdiyi yola baxsaq, eləcədə cəmi dünya
ölkələrinin tarixinə və bu gününə nəzər yetirsək görərik ki,
indiki əqlimizlə qiymətləndirdikdə keçmişdə ideal səviyyəsinə
kimi yüksələn zəngin təcrübəli sivilizasiyalar mövcud
olmuşdur və bu gündə ideal kimi qəbul edə biləcəyimiz
ictimai-iqtisadi sistem bəzən kapitalizm adlandırılan bazar
iqtisadiyyatı deyilən sistemdir. Bu sistem həqiqətəndə
çoxlarının qəbul etdiyi və xoşuna gələn müasir dövrün ən
demokratik və sosial yönümlü dövlətçilik və təsərrüfatçılıq
quruluşudur.
Kapitalizmdən əvvəlki quldarlıq və feodalizm ictimai-
iqtisadi sistemlərində də cəmiyyət üzvləri arasında bazar
münasibətləri olmuşdur. Lakin yalnız kapitalizmin müəyyən
bir inkişaf mərhələsində bu ictimai-iqtisadi münasibətlər bazar
iqtisadiyyatı kimi yüksək zirvəyə ucalmışdır. Belə ki, bu yeni
və ən mütərəqqi ictimai-iqtisadi sistemdə insan azadlıqları ön
plana çəkilir, bu sistemə keçmiş dövlətlər və beynəlxalq
təsisatlar tərəfindən qorunur və təmin edilir, əmtəə ümumi
xarakter alır və bununla insanın işçi qüvvəsi və intellektual
potensialı da əmtəəyə çevrilir, mülkiyyət formaları müxtəlif və
bərabər hüquqlu olur. Qeyd edilənlərlə yanaşı həmin sistemdə
cəmiyyətin dəyərləri dəyişir, insan azadlıqlarının əsasında
maddi imkanlar durur, hər bir sahədə və fəaliyyət sferasında
rəqabət qaçılmaz olur, xüsusi təşkilati-hüquqi baza, icra və
nəzarətedici strukturlar və infrostruktur şəbəkəsi yaradılır.
Yuxarıda sadalanlar bazarları olduqca müxtəlif edərək, onları
alıcı tələbləri üzrə qurmağa imkan verir. Beləliklə, bazar
iqtisadiyyatını bu cür ictimai-iqtisadi sistemə çevirənlərdən biri
də bazarların çoч sahəli və olduqca geniş formalarda olmasıdır.
Birjalar və hərraclar, yarmarkalar və sərgilər bu bazarların ən
mütərəqqi və mütəşəkkil formalarıdır. Bazarlar olmasa bazar
iqtisadiyyatı da ola bilməzdi. Bu bazar növlərinin içində
mənfəətçiliyinə, eləcə də təşkilinə, idarə edilməsinə və işləmə
sisteminə görə ən çox qeyri-adi görünən və maraq doğuran
birjalardır.
Bazar iqtisadiyyatına doğru uğurlu start götürmüş
Azərbaycan Respublikası üçün birjaların və hərracların təşkili
və işləmə mexanizminin öyrənilməsi çox böyük iqtisadi, siyasi
və sosial əhəmiyyət kəsb edir.
Bu fənnin öyrənilməsi bir çox ixtisas sahibləri, eləcə də
biznesmenlər üçün xüsusi marağa səbəb ola bilər, çünki birja
və hərraclardan istifadə edildikdə material resurslarının
tədarükatı yaxşılaşır, vəsaitlərin axıcılığı və mənfəətçiliyi artır,
işgüzar fəallıq yüksəlir, əhalinin və cəmi biznes subyektlərinin
maddi, maliyyə, fiziki və intellektual potensiallarından daha
səmərəli istifadə edilir.
Bu fənni yaxşı mənimsəmək üçün iqtisadi nəzəriyyəni,
bazar iqtisadiyyatının əsaslarını, marketinq, menecment və s.
kimi elmləri, eləcədə dünyada gedən prosesləri bilmək
lazımdır.
Oxuculara birja və hərraclara dair bir qədər dolğun
material vermək və bu sahədə onlara elmi-praktiki yardım
etmək məqsədilə, dərs vəsaitinin sonunda Azərbaycan
Respublikasının əmtəə və fond birjalarına dair müvafiq
qanunlar verilmişdir.
Bu kitab ölkəmizdə birja və hərraclara həsr edilmiş ilk
dərs vəsaitidir. Gələcəkdə onu təkmilləşdirmək üçün hər bir
oxucu təklifinə və fikrinə müəlliflər çox diqqətli olacaqlarına
söz verir və onlara buna görə əvvəlcədən minnətdarlıq edirlər.
Fəsil 1. Birjaların təşəkkül tapması və təkamülü
1.1. Ticarət formalarının təşəkkül tapması və ilk əmtəə
bazarlarının meydana gəlməsi.
Əmtəə bazarlarının, eləcədə cəmi birjaların rolunun
dünya iqtisadiyyatının inkişafında müasir səviyyəyə qədər
yüksəlməsini dərk etmək üçün, ictimai istehsal və istehlakın
təkmilləşməsindəki uzunmüddətli təbii-iqtisadi proseslərə
nəzər yetirmək lazımdır. Belə ki, birjaların meydana
gəlməsindən əvvəl ilkin şərt kimi məhsuldar qüvvələrin
müəyyən qədər inkişafa malik olması gərəkdir. Bununla
əlaqədar birjaların təkamülünə ictimai-iqtisadi sistemlərdəki
sivil insani və ictimai münasibətlərin formalaşması proseslərilə
birlikdə, yəni ümumi şəkildə və vəhdət kimi baxılmalıdır.
Müxtəlif sahələrin mütəxəssisləri arasında elmi
səviyyələri və dünya görüşlərindən asılı olaraq, yer üzərində
insan sivilizasiyasını birçarx nöqteyi nəzərdən iqtisadçılar,
başqa peşə adamlarından fərqli olaraq, tarixi informasiyasını və
toplanmış məlumatları təhlil edərək, başqalarına qaranlıq
görünən iqtisadi və sosial proseslərə aydınlıq gətirirlər. Məhz
bu cür bir neçə elmin bəhrəsi və qovşağında aparılan elmi
axtarışlar nəticəsində, həmçinin əmtəə və digər birjaların
yaranmasının ilkin həqiqi mənbələri aşkar olunur.
nsan cəmiyyətinin tarixi nəinki sadəcə olaraq
adamların sayı və yer üzərində miqrasiyasından – bir
məkandan digər məkana köçüb məskunlaşmasından, həmçinin
onların yaşayış mənbələrinin axtarışı, varlanmaq, hakimiyyət
əldə etmək və digər aşkar və gizli motivlərinin reallaşmasından
və s. ibarətdir. Bütün bunlara uyğun olaraq, insanlar ictimai-
iqtisadi qurum və yer üzərindəki məkanda müxtəlif rol,
vəziyyət və səviyyələrdə olmuşlar. Belə ki, təbii əmək bölgüsü,
əkinçiliyin maldarlıqdan ayrılması, yaşayış uğrunda və məişət
mədəniyyəti sahəsində böyük təcrübənin toplanması şəraitində
natural təsərrüfatın aparılması insanları öz əmək fəaliyyəti
Dostları ilə paylaş: |