istehsal vasitələri) və pərakəndə (zinət əşyaları, incəsənət
əsərləri, antikvar şeylər və s.) qaydada satışa qoyulurlar.
Müasir dövrdə bütün birjaların hamısından əmtəə
birjaları daha çox seçilir, çünki onların vasitəsilə satılan
məhsulların həcminin və məbləğinin xüsusi çəkisi daha yüksək
almaqla, əmtəə birjalarında satışa çıxarılan məhsullar konkret
maddi qiymətlilər olduğundan onlar digər əmtəələrə nisbətən
ayrı-ayrılıqda və ümumən cəmiyyətin həyatında daha böyük
əhəmiyyət və üstünlüklərə malikdir.
Əmtəə birjası dedikdə daimi və ya vaxtaşırı fəaliyyət
göstərən istehsal vasitələri ya da istehlak məhsulları
bazarlarının yeni mütərəqqi növü başa düşülür. Bir sıra kiçik
ölkələrin təcrübəsi göstərir ki, onların ərazisində fəaliyyət
göstərən əmtəə birjalarının çoxunda əsasən geniş çeşidli və
siyahılı məhsullar satışa çıxarılır. Lakin, ərazisi və əhalisinin
sayı böyük olan əksər ölkələrdə, onlar müəyyən adda əmtəələr
üzrə ixtisaslaşmağa meyl edirlər. Misal üçün, Nyu-York
şəhərindəki pambıq birjası 1868-ci ildən, kofe və qənd birjası
1888-ci ildən, kakao birjası 1925-ci ildən fəaliyyət göstərir.
Rusiyada ilk birja I Pyotr tərəfindən 1703-cü ildə təsis
edilsişdir. Həmin Sankt-Peterburq şəhərində fəaliyyət göstərən
birja təxminən 130 il ərzində ucsuz-bucaqsız Rusiya
məkanında yeganə olaraq qalmışdır. Yalnız 1861-ci ildə
təhkimçilik sistemi ləğv edildikdən və kapitalizmin inkişafı
üçün ilkin münbit şərait yaradıldıqdan sonra Rusiyada
birjaların bütün növləri geniş yayılmağa, eləcədə birja
ticarətinin növləri və formaları inkişaf etməyə başlamışdır
1
.
Fəqət, sivil yolla kapitalizmə keçməklə ictimai- siyasi
tərəqqinin bu nailiyyətləri Çar Rusiyasını qabaqcıl Avropa və
dünyavi dövlətlər sırasına çıxara biləcəyi halda, 1917-ci ilin
oktyabr inqilabi nəticəsində bu ölkə təbii-tarixi məcarasından
zorla çıxarılaraq, mütərəqqi inkişaf yolundan təxminən bir
1
Рыночная экономика. Учебник. В 3-х темах, Т.2, Ч.2. «Основы
бизнеса». СОМИНТЭК 1992, с. 102
əsrlik müddətə uzaq düşmüşdür. Azərbaycan Respublikasında
isə bu hadisə 1920-ci ilin aprel ayında Rusiyadan
transformasiya
edilərək
11-ci
qızıl
ordu
tərəfindən
reallaşdırılmışdır. Buna baxmayaraq ilk Sovetləşdirmə illərində
yeni iqtisadi siyasət dövründə iqtisadiyyatı dirçəltmək
məqsədilə ticarət formaları və o cümlədən əmtəə birjaları
təzədən bərpa edilməyə başlamışlar. Lakin təxminən on il
onların imkanlarından kifayət qədər bəhrələndikdən sonra
bütün birjalar sosializmə yad olan elementlər kimi tamamilə
ləğv edilmişdir. Nəhayət yalnız 90-cı illərin əvvəllərində
Sovetlər ölkəsinin dağılması ərəfəsində birjalar dövrün
tələblərinə cavab verə biləcək daha münasib mütərəqqi ticarət
formaları kimi təzədən qurulmağa başladılar.
1.2. Birja ticarətinin müasir dünya iqtisadiyyatında rolu
Birjaların tərəqqisi cəmi dünya iqtisadiyyatı və
ümumbəşər istehsal və idarəetmə mədəniyyətləri ilə
əlaqədardır. qtisadçı-alimlərin qeyd etdiyi kimi, artıq üç min
ilə yaxındır ki, birjalar yer üzərində həyatın beşiyi sayılan
ölkələrdə ictimai istehsalın təşkili və sivil insanlararası
münasibətlərdə tərəqqinin yüksək meyarının təcəssümü kimi
çıxış edirlər.
Müasir dünya iqtisadiyyatının formalaşması və
inkişafında birjaların rolu durmadan artır və müstəsna
əhəmiyyət kəsb etməsi fakta çevrilir.
Birjaların başlıca məqsədi, eləcədə vəzifələri və
funksiyalarının təyinatı əmtəələr, qiymətli kağızlar, xarici
valyutalar və işçi qüvvəsinin alqı-satqı proseslərini
sadələşdirmək, asanlaşdırmaq, az vaxt və vəsait sərf edərək
reallaşdırmaqdan
ibarətdir.
Məhz
birjaların
vasitəsilə
cəmiyyətin maddi, əmək, maliyyə və digər imkanları səfərbər
edilərək, hərəkətə gətirilir, bölünüb və təkrarən bölünərək, ən
yüksək mənfəət vəd edən sahələrin inkişafına yönəldilir.
Bununla birjalar bazar mexanizminin işə düşüb fəaliyyət
göstərməsinin ən zəruri alətlərindən birinə çevrilir. Onların
fəaliyyəti ilə cəmiyyətin istehsal potensialının, o cümlədən
maddi ehtiyatlar, sərmayələr, istehlak və yığım imkanlarından
səfərbər edilməsinə və kompleks şəkildə birgə işləyib
yaratmasına nail olunur.
Ümumiyyətlə, müasir dövrdə birjalar məhsuldar
qüvvələrdən geniş olan maddi-texniki bazanı, konkret olaraq
maddi, maliyyə imkanları, investisiya və innovasiya
vəsaitlərinin bütün dünya miqyası və milli iqtisadiyyatlar
çərçivəsində cəmləşdirici (akkumulyativ) vəzifəsini yerinə
yetirirlər.
Qeyd edildiyi kimi, birjalar bazarın ayrılmaz
elementləri olan azad tələb, təklif və qiymətlərə uyğun olaraq,
ölkələrin təmərküzləşmiş maddi, maliyyə və s. potensiallarının
ayrı-ayrı dövlətlərin milli iqtisadiyyatları arasında bölgüsünü
tənzimləyərək,
dünya
iqtisadiyyatının
qloballaşmasında
yaxından iştirak edirlər.
Müasir dövrdə birjaların daima dəyişən bazar
vəziyyətlərinin nəzarətedici sisteminə çevrilməsi və bu işdə
rolunun güclənməsi təkzibedilməzdir, çünki bazar qanunları ilə
yaşayan və birjaları olan hər bir dövlət beynəlxalq iqtisadiyyata
inteqrasiyaya qoşulmadan yaşayıb fəaliyyət göstərə bilməz.
Məhz bunun üçün birja ticarətinin obyektinə çevrilmiş
müəyyən məhsullara tələb, təklif və qiymətlərin ciddi
tərəddüdləri yer kürəsinin müxtəlif guşələrində iqtisadi və hətta
siyasi proseslərdə öz əksini tapırlar. Buna görə təsadüfi deyildir
ki, hər bir birja müasir dövrdə ətraf mühitdəki ictimai və
iqtisadi hadisələrə həssaslıqla reaksiya verir və bununla ayrı-
ayrı şirkət, birlik və hətta ölkələrin sabitliyi və çiçəklənmə
indikatoruna çevrilirlər.
Birjalar vasitəsilə müxtəlif dövlətlər, istehsalçı
şirkətlər, kommersiya müəssisələri və hətta bazarın istənilən
subyektləri məhsul satışı üzrə öz iqtisadi siyasətlərini
Dostları ilə paylaş: |