və əqdlərin bağlanmasında öz məsuliyyətlərini bilirlər. Onlar
perspektivi obyektiv və düzgün qiymətləndirdikdə mənfəət
əldə edir, hesablamalarda səhfə yol verdikdə isə gəlirlərini
itirmək təhlükəsi qarşısında qalırlar. Yalnız belə vəziyyət
planlaşdırmanın
keyfiyyətini
və
iqtisadiyyatın
proqnozlaşdırılmasının keyfiyyətini qat-qat artırır.
Birjalar alqı-satqı prosesləri və bazarları daha sivil
səviyyəyə qaldırır. Bu cür inkişaf etmiş mütəşəkkil bazarların
öz xüsusiyyətləri və ümumi cəhətləri mövcuddur. Belə ki,
birjalarda həyata keçirilən bütün ticarət əməliyyatları ciddi
qaydalar üzrə həyata keçirilir, onlarda alqı-satqı proseslərinin
heç biri gizli yox, yalnız açıq olmalıdır. Bununla belə, bütün
əmtəə birjaları kifayət qədər maddi texniki bazaya, o cümlədən
iş otaqları və ticarət zallarına, məhsul saxlamaq üçün anbar və
baza komplekslərinə malik olmalıdırlar.
Bununla belə birjalar alıcı və satıcılar,a o cümlədən,
bütün müştərilərə və vasitəçilər bazarda vəziyyət, tələb, təklif
və qiymətlər barədə tam məlumat verməlidirlər. Bu cür inkişaf
səviyyəli mütəşəkkil bazarlar qədim dövrlərdə də mövcud
olmuşlar. Lakin ilkin kapital yığımı zamanları ölkələr daxilində
nisbətən əminamanlıq və sülh şəraitində iqtisadi əməkdaşlığın
və karvan yolları vasitəsilə dövlətlər arasında beynəlxalq
ticarətin inkişaf etdirilməsi, sonralar isə sahil dövlətlərində
gəmiçiliklə yanaşı digər sənətkarlıq sahələrinin təkamülü,
eləcədə çay və dəniz yollarının inkişaf etdirilməsi Avropanın
sahilyanı iri şəhərlərində əmtəə birjalarının intensiv
yayılmasına səbəb olmuşdur.
Əmtəə və digər birjaların yaradılmasının spesifik
şərtləri və fəaliyyət xüsusiyyətləri ondan ibarətdir ki, onlar
işgüzar dairələrin və ilk növbədə sənayeçilərin, kommersiya ilə
məşğul olanların, fermerlərin, bank işçilərinin və əsasən digər
bu gün marağında olan tərəflərin təsərrüfat-iqtisadi və maliyyə-
kredit
münasibətlərini
təkmilləşdirmək
üzrə
səylərini
birləşdirmək imkanı yaradır. Bununla əlaqədar birjalar əsasən
qapalı müəssisələr kimi fəaliyyət göstərirlər və onlar təsisçilərə
yüksək mənfəət gətirmək məqsədini güdmədən tərəfmüqavillər
arasında
işcüzar
münasibətlərin
asanlaşdırılması
və
təkmilləşdirilməsi işinə xidmət edirlər. Bütün bunlar isə
nəticəyə milli burcuaziyanın formalaşmasına, onların arasında
işgücar fəaliyyətin canlanmasına və nəhayət təsərrüfatçılığın
səmərəliliyinin yüksəlməsi və ictimai tərəqqiyə səbəb olurlar.
Cəmi birjalar, və ilk növbədə əmtəə birjaları elmi-
texniki tərəqqi şəraitində istehsal edilmiş kütləvi, birnövlü,
bölünən və standartlaşdırılmış malların satışını daha yaxşı
təşkil etdiklərinə görə nəticədə sahibkarları bir-biri ilə iqtisadi
və ticarət sahələrində əlaqələrə girməyə sövq edirlər.
Tarixi mənbələrdən göründüyü kimi, XIX əsrin
ortalarına kimi əmtəə birjaları iri topdan ticarət bazarları kimi
yalnız real mövcud olan və faktiki olaraq satışa çıxarılan
məhsulların realizə edilməsilə məşğul olurlarmış. Lakin
kapitalizm inkişaf etdikcə özünün ali və sarsımaz forması kimi
real əmtəə birjaları ticarət fəaliyyəti obyekti və xarakterini bir
qədər
dəyişərək
aşağıdakı
kimi
xassələri
özündə
cəmləşdirməyə başladı:
1). Sonralar ticarət əməliyyatlarını əmtəələrin özünün
mövcud olmadığı şəraitdə onların əsasən keyfiyyət
parametrlərinin göstərilməsi nəticəsində aparmaq mümkün
olmuşdur.
2). Satış üçün nəzərdə tutulan əmtəə nümunələri daha
yüksək səviyyədə standartlaşdırılmış, eyni mənşəli və bir-biri
ilə əvəz edilən olmuşlar.
3). Birjalar vasitəsilə həyata keçirilən əməliyyatlar
istehsal-istehlak təyinatlı olmaq əvəzinə müəyyən qədər sırf
alver xarakteri daşıyan sistemə çevrilmişdir.
4). Satış əməliyyatları birja ticarət qaydalarının
gözlənilməsi əsasında alıcı və satıcıların sıx əməkdaşlığı
nəticəsində baş verir.
5). Birjalarda satışa çıxarılan əmtəələr və birja
əməliyyatları əksər hallarda tərəfmüqavillərin kommersiya
riskini azaltmaq məqsədilə sığortadan keçirilir.
6). Beynəlxalq təcrübə göstərir ki, birjalar vasitəsilə
realizə olunan məhsullar, sazişlər, pul-valyuta resursları və s.
həcmi artmağa əmtəə dövriyyəsi yüksəlməyə və satılan
məhsulların çeşidi sabitləşməyə və hətta azalmağa meyl edir.
Yuxarıda qeyd edilmiş xüsusiyyət, şərtlər və
vəziyyətlər müasir şəraitdə bütün birjaların və ilk növbədə
əmtəə
birjalarının
rolu
və
əhəmiyyətlərini,
bazar
iqtisadiyyatının təşkili, planlaşdırılması və idarəedilməsi
sistemini keyfiyyətcə yaxşılaşdırmağa imkan verir. Belə ki,
birjalar vasitəsilə istehsal əqdləri məhsulların alqı-satqısı üzrə
ticarət müqavilələrinin bazara çıxarılması bizneslə məşğul
olanlar arasında işgüzar fəallığın artması və yüksəldilməsi
imkanlarını açır.
1.3. Birjaların əsas tipləri (növləri)
Cəmiyyət inkişaf etdikcə birjaların tipləri genişlənir
və yeni iqtisadi zəruriyyət uyğun inkişaf etdirilir.
Cəmi birjaları müxtəlif əlamətlərinə və fəaliyyət
istiqamətlərinə görə təsnifləşdirmək olar. Belə ki, birjalar
təsisatların, məsuliyyət dairələrinin, ərazi əhatəsinin, iş
yönümünün, fəaliyyət qaydalarının, işçilərinin sayı və
tərkibinin strukturuna görə, ixtisaslaşma, yarımixtisaslaşma və
universallaşma dərəcələrinə görə bir-birindən fərqlənir.
Birjaların əksəriyyətinin qapalı tipli müəssisələr kimi
fəaliyyət göstərməsinə baxmayaraq, onların təsisatçıları,
işçilərinin sayı və strukturu, müştərilərin siyahısı və s.
göstəriciləri daima dinamik proseslərlə əlaqədar dəyişir.
Muasir dövrdə birjaların əsas növləri bunlardır:
- valyuta-banalararası;
-
kompyuter;
-
opsion;
-
kütləvi;
Dostları ilə paylaş: |