birja və hərracları heç bir bazar infrastrukturası bölməsi əvəz
edə bilməz. Misal üçün, birja və hərraclar cəmiyyətin maddi,
əmək və maliyyə imkanlarını səfərbər etmək, onları inkişaf
ediləcək maddi və qeyri-maddi (istehsal və qeyri-istehsal)
sahələri üzrə optimal bölmək və onları idarə etmək imkanlarına
malikdir. Bu vəzifəni birja və hərraclardan savayı daha hansı
bazar infrastutukturası sahəsi yerinə yetirə bilər ?
Bazar iqtisadiyyatının işləmə mexanizmini anlamaq
üçün onun nəyə arxalanması və nə ilə əlaqədar olmasını bilmək
lazımdır. Belə ki, kapitalist təsərrüfatçılığı sistemi əsasən insan
azadlıqları, onların demokratik hüquqları və azadlıqlarının
dövlətlər tərəfindən qorunmasına, mülkiyyət fərmanlarının
müxtəlifliyinə və onların bərabər hüquqlu olmasına, rəqabət
reciminin mütləqliyinə və insanların bütün fəaliyyətini əhatə
etməsinə və s. arxalanır. Bunlarla yanaşı bazar iqtisadiyyatının
özünə məxsus qanunverici aparatı, icraedici və nəzarətedici
strukturları yaradılır, siyasət iqtisadiyyatdan ayrılır və dövlətin
başlıca siyasəti iqtisadi problemlərin həlli olur. Bu sistemdə
dövlət orqanlarının ən ümdə vəzifəsi bazar iqtisadiyyatının
təməli hesab edilən prinsipləri qoruyub saxlamaqdan və onlara
daima riayət etməkdən ibarətdir.
Bazar iqtisadiyyatının əsas elementləri olan tələb,
təklif və qiymətlərə kapitalizmdə tam sərbstlik verilir. Bunun
nəticəsində iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi
liberal üsullarla həyata keçirilir, din iqtisadiyyatdan və
dövlətdən bir qədər ayrılır.
Bazar iqtisadiyyatına keçən dövlətin özünün milli
valyutası, tam dövlət atributları, eləcə də sərhəd qoşunları və
milli müdafiə sistemləri və s. olmalıdır.
Bazar iqtisadiyyatının işləmə mexanizmi elə qurulur
ki, bazarda tələb artdıqca və məhsul kütləsi azaldıqca onlara
qiymətlər yüksəlir. Bunun nəticəsində isə həmin istehsal və ya
qeyri-istehsal sahəsində mənfəət durmadan artır. Belə bir
şəraitdə sərmayə qoyanlar öz vəsaitlərini – kapitallarını bu
sahəyə yönəltməyə çalışır, bəzi istehsalçılar isə öz fəaliyyətini
dayandırıb bu inkişafda olan sahədə çalışmağa üstünlük
verirlər. Məhz bu zaman bazar iqtisadiyyatının mexanizmi
işləməyə başlayır və əmtəə bazarının, o cümlədən birjaların
xüsusi təyinatından istifadə edilir. Bu xüsusi təyinat ondan
ibarətdir ki, fond birjaları vasitəsilə birja təsisçiləri və cəmi
sərmayədarlar inkişafda olan müəssisələrin səhmlərini əldə
edərək, bununla milli iqtisadiyyat üçün zəruri olan sahənin
inkişafına maliyyə- kredit resursları cəlb edir. Nəticəsində
inkişaf edən sahə üçün əmtəə birjaları və digər bazarlar
vasitəsilə maddi resurslar alınıb tədarük edilir, istehsal sahələri
inkişaf etdirilir, əmək birjalarından isə işçi qüvvəsi yüksək
mənfəət vəd edən sahənin inkişafını təmin etməyə
yönəldilərək, dövlətinməşqulluq siyasəti öz real həllini tapır.
Beləliklə,
birjalardan
başqa
heç
bir
bazar
infrastrukturası sahəsi bazarın konyukturasına, onun tələbi,
təklifi və qiymətlərinə yüksək həssaslıqla tez və çevik cavab
verə bilmir.
Fəsil 3. Birja və hərracların təşkili, yerləşdirilməsi
və idarəedilməsi
3.1. Birja və hərracların təşkilat quruluşuna və
yerləşdirilməsinə təsir edən amillər
Birja və hərracların təşkilat quruluşuna və
yerləşdirilməsinə amillər kompleksi təsir göstərir. Bu amillər
əsasən aşağıdakıları əhatə edir:
1. Dövlətin iqtisadi və sosial siyasəti, siyasi sabitlik.
2. qtisadiyyatın inkişaf səviyyəsi və dayanaqlığı, o
cümlədən istehsalın həcmi, məhsul çeşidlərinin müxtəlifliyi,
istehlakın həcmi.
3. Bazar iqtisadiyyatının rəqabət recimi.
4. Bazar infrastrukturasının inkişaf səviyyəsi.
5. Bazar iqtisadiyyatının təşkilati-hüquqi bazası.
6.
nformasiya texnologiyalarının inkişafı və
yayılması.
7. Xarici ölkələrlə iqtisadi əlaqələrin inkişaf
səviyyəsi.
8. Müəyyən bir ölkənin daxilində vahib birjalar
şəbəkəsinə qoşulması, eləcədə başqa ölkələrdə fəaliyyət
göstərən birjalarla informasiya mübadiləsi imkanları.
9. Qarşıda duran məqsədlər vəzifə və funksiyaların
xarakteri və yönümü.
10. Elm və texnikanın inkişafı.
11. Təşkilat texnologiyaları və birja və hərraclarda
onların tətbiqi.
12. ctimai əməyin təşkili formalarının istehsal və
qeyri-istehsal sahələrinə yayılması səviyyəsi.
13. Birja və hərraclarda ixtisaslaşma və ya
universallaşma dərəcələri.
14. stehsalçı müəssisələrin- məhsulgöndərənlərin
bazarlardan uzaqlığı.
15. Potensial alıcıların sayı və sıxlığı.
16. Birja və hərracların təsisçilərinin sayı və maddi
imkanları.
17. Birja və hərracların müəyyən məkanlarda və
ərazilərdə
yerləşdirilməsi
və
yaradılmasının
iqtisadi
səmərəliliyi.
18. Bazarlardakı tələblər, təkliflər və qiymətlərin
fərqləri və birja və hərracların kommersiya əməliyyatlarının
mənfəətliliyi və s.
19. Dünya iqtisadiyyatının inkişaf meyilləri.
Şəhər və qəsəbələrdə birja və hərracların yerləşdiyi və
keçirildiyi yerlər mütəxəssis baxımından düzgün seçilməlidir.
Bu işdə birjaların fəaliyyət yönümləri, iş xüsusiyyətləri və
başqa amillər ön plana çəkilməlidir.
3.2. Birja və hərracların təşkili, yerləşdirilməsi və
idarəedilməsinin prinsipləri, metodları və vəzifələri
Təşkil, planlaşdırma və idarəetmə hansı sahələrdə
olursa olsun əsasən aşağıdakı prinsiplərə arxalanır:
1. Təsərrüfat bölmələrinin azadlığı, sərbəstliyi və
onlarda iş yerlərinin təşkilində liberal münasibətlərin olmasına.
2. Vahid komandalıq və ümumi mərkəziyyətə.
3. Bütün təsərrüfat bölmələrində çalışarnların
demokratik hüquqları və azadlıqlarının qorunmasına.
4.
qtisadi
qanun
və
qanunauyğunluqların
qorunmasına.
5. Qənaətçiliyə.
6. şçi heyətinin mövcud qanunlara uyğun, təhsilləri,
şəxsi səriştələri və iş təcrübələri, eləcədə sağlamlıqları və s.
nəzərə alınaraq seçilib yerləşdirilməsinə.
7. şçilərin maddi və mənəvi həvəsləndirilməsinə.
8. şçi heyəti üçün normal iş şəraitinin yaradılması və
onların sosial-iqtisadi tələblərinin ödənilməsi və s.
Bütün bunlarla yanaşı birjaların idarəedilməsinin
təşkilində bunları da nəzərə almaq gərəkdir:
Dostları ilə paylaş: |