2. Birjaların təşkilatı strukturları (bölmələri).
Бирjа цзвляринин цмуми иcласы
Гейдиййат
комитяси
Иcрачы
директор вя йа
prezident
Тяфтиш
комиссийасы
Гиймятгойма
комитяси
Бирjа комитяси
Арбитраj
комитяси
Щесаблаш
ш
ш
шма
палатасы
Тижарят
шюбяси
Тялябин
тядгигаты
хидмяти
Хариcи
ялагяляр
хидмяти
Стандартлашдырма
вя кейфиййят цзря
комитя
Сорьу вя
информасийа мялумat
хидмяти
Мцщафизя
Рясми брокерляр групу
Тясяррцфат
щиссяси
Бирjа тижаряти
гайдалары цзря
комитя
Компцтерляшдир-
мя хидмяти
Диэяр шюбяляр
вя хидмятляр
Birjaların növlərindən asılı olaraq, onların təşkilatı
strukturlarında bir qədər əlavələr və ya ixtisarlar ola bilər.
Lakin onların hamısında mühasibat uçotu, statistika, təsərrüfat
işləri və s. üzrə müəyyən bölmələr də yaradılır.
Birjaların başlıca vəzifələri bunlarda ibarətdir:
1.
Sövdələşmə
tərəflərinin
maraqlarının
əlaqələndirilməsi
və
onlara
alqı-satqı
aktlarının
səmərələşdirilməsi və mülkiyyət hüquqlarının bir tərəfdən
digər tərəfə verilməsində xidmətlər göstərilməsi.
2. Birjalar vasitəsilə satış proseslərinin daima
sistemləşdirilməsi və təkmilləşdirilməsi.
3. ş prosesində birjaların subyektləri arasında
meydana çıxan müəyyən munaqişələrin həll edilməsi.
4. Bazarın konyukturası, tutumu və qiymətlərinin
öyrənilməsi, eləcədə başqa zəruri bazar tədqiqatlarının
aparılması.
5. Birjaların əsasnamələri və ya nizamnamələrinə
uyğun olaraq bazar tədqiqatlarının nəticələrinə dair
məlumatların dərc edilməsi və informasiyaların bazar
subyektlərinə və dövlət orqanlarına çatdırılması və s.
Bununla belə birjaların hər bir struktur bölməsinin öz
konkret vəzifə və funksiyaları dəqiq fəaliyyət dairəsini təyin
etməyə imkan verir.
3.4.
Azərbaycan Respublikasında
birjaların
yaradılması və hərracların keçirilməsi qaydası
Azərbaycan Respublikasında birjaların yaradılması
mövcüd qayda və qanunlar əsasında aparılır. Burada birjaların
böyük iqtisadi və sosial əhəmiyyətə malik olması ilə əlaqədar
onların açılması üçün təsisçilər toplanıb qərar çıxarmalı və
müvafiq sənədlərlə (təsisçilər haqqında, onların maliyyə-
iqtisadi vəzifələri, dəqiq ünvanları və rekvizitləri, arxalarında
kimlər olması və s.) birlikdə Prezident Apparatı və nazirlər
kabinetinə rəsmi müraciət olunmalıdır. Əgər bu dövlət
strukturları öz prinsipial razılığını versələr, əlavə olaraq
Maliyyə Nazirliyi, bəzi hallarda Dövlət Milli Bankı öz rəsmi
icazələrini verməli və yeni yaranan birjaların nizamnaməsini
təsdiq etməlidirlər. Sonra birjaların möhürü və künc ştampları
hazırlanması üçün yerli icra orqanları Daxili şlər Nazirliyinin
ərazi orqanlarına xüsusi məktubla müraciət edilməli və onların
eskizlərini təqdim edilib təsdiqlətməlidirlər. Yalnız bundan
sonra təsdiq olunmuş möhür, künc ştampı və blankları
hazırlamaq üçün xüsusi istehsal sexləri və nəşriyyatlara
müraciət edilə bilinər.
Möhür və künc ştampı, birjanın blankı hazır
edildikdən sonra onların vurulmuş və çap edilmiş nüsxələri
Daxili şlər və Ədliyyə Nazirliklərinə təqdim edilməlidir.
Bütün bu əməliyyatlar başa çatdıqdan sonra, Dövlət
Statistika Komitəsindən vahid olmuş identifikasiya kodu və
onun sənədi alınmalı, yerli-rayon vergi orqanlarında
qeydiyyata düşmək qərəkdir.
Təcrübədə hər bir birja adi bir müəssisə kimi rayon
sosial təminat, məşğulluq və təqaüd fondu, sığorta və
həmkarlar qurumlarında da qeydiyyatdan keçməli və müvafiq
kodlarını almalı, onlara vaxtaşırı uçot-hesabat sənədləri və
əsasən də hər rüb öz balanslarını təqdim etməli və onları adı
çəkilən strukturlara təsdiq etdirməlidirlər. Birja üçün yer almaq
məqsədilə əlavə olaraq rayon və şəhər icraiyyə orqanlarına
müraciət edilməlidir. Əgər yer verilərsə onların komunal
təsərrüfat idairələrində qeydə salmalı və yerin pulu (torpaqdan
istifadə haqqı) ödənilməlidir.
Hər bir birja rayon və şəhər yanğından mühafizə
orqanı və sanepidemistansiyalarında qeydə alınmalıdır. Cari
dövrlərdə birjaların fəaliyyəti dövlətin müvafiq qanunları,
sərəncam və qərarları əsasında tənzimlənir və idarə olunur.
Azərbaycan Respublikası bazar iqtisadiyyatına təzəcə
keçmişdir. Burada birja və hərracların inkişaf etmiş kapitalist
ölkələrinin səviyyəsinə qalxması üçün hələ çox işlər
görülməlidir. Belə ki, hərracların təşkil edilməsi və
keçirilməsində xarici ölkələrdə böyük təcrübə olduğu halda,
Azərbaycanda hərraclar demək olar heç keçirilmir. Lakin bu işə
dövlət qayğısı və diqqəti artırılsa, o cümlədən dövlət
mülkiyyətinin özəlləşdirilməsində və bu kimi işlərdə obyektiv
hərracların və tenderlərin keçirilməsi iqtisadiyyatımıza və cəmi
xalqımıza daha çox dividendlər gətirə bilər.
Dostları ilə paylaş: |