iqtisadi əlaqələri və s. sahələrə dair arxiv sənədləri çox
məhduddur. Bununla yanaşı, belə məlumatlar milli kadrlardan
daima gizlədilib, lazımınca uçota alınsa belə, qəsbkarlar
tərəfindən xaricə aparılıb. Bu sahələrdəki mövcud arxiv
sənədlərini əldə etmək dövrün maliyyə və digər problemləri ilə
ə
laqədar əldə etmək asan iş deyil. Belə ki, bugünkü büdcə
təşkilatlarının maliyyələşdirmə sisteminin qüsurları, onlarda
çalışanların maaşların aşağı olması ölkəmizin Mərkəzi Dövlət
arxivinə dağıdıcı təsir etməsilə, buradan lazımi sənədləri
axtarıb tapmağa, onları ərəb əlifbasında oxumağa və fars
dilindən tərcüməyə yardımçı olan işçilərinin ixtisara
salınmasına səbəb olmuşdur. Bununla əlaqədar biz ticarət
formaları və tiplərinin Azərbaycanda inkişafını arxiv sənədləri
ə
sasında tam müşahidə edə bilməyəcəyimizi dərk edərək, onun
Rusiyaya birləşməsi dövrünü tədqiq etməklə kifayətlənməli
olduq.
1
Rusiya hələ I Pyotrun hakimiyyəti dövründən
başlayaraq imperiya yaradmaq fikri ilə xəstələnib və həmin
dövrdən 300 il keçməsinə baxmayaraq ondan yaxa qurtara
bilmir. Hələ XVIII əsrin ortalarından rus çarizmi bütün Cənub
dövlətlərinin sərhədləri boyunca güc toplamış və nəhayət 1801-
ci ildə indiki Soçi sahələrinin ərazisini işğal edərək, Qərbi
Gürcüstan istiqamətindən dini qardaşlıq pərdəsi altında, gürcü
və erməni zədagən ailələrini gənc üzvlərini rus ordusunda
xidmət etdiyindən istifadə edərək, Güney Qafqazı tədricən
işğal etməyə başladı. Bu hadisədən yalnız 27 il sonra hərbi
təzyiqlərdən, böyük yalanlardan, yerli xanlıqların arasındakı
münaqişələrdə istifadə edərək, rus çarizmi Azərbaycanı randan
qopararaq,onu iki yerə parçalamağa və onun Şimal hissəsini öz
imperiya hüdudları və təsir dairəsinə daxil etməyə nail oldu.
1
Фонд 60, гейд 1, иш 29 вя с. Азярбайъан Республикасы Мяркязи
Тарих архиви
Etiraf etmək gərəkdir ki, Rusiyanın hərbi üstünlüyü və
Avropa sivilizasiyasına meyli xanlıqlar çəkişməsindən azad
olmuş Azərbaycanın bəzi sahələrdə inkişafına müsbət təsir etsə
də, rus çarizminin bununla imperialist mahiyyəti dəyişməz
olaraq qalmaqda idi. Görünür Azərbaycan ömrü boyu geridə
qalmış aqrar əyalət kimi qalardı, əgər təxminən XIX əsrin 50-ci
illərində Abşeron yarımadasında sənaye əhəmiyyətli neft və
qaz yataqları aşkar edilməsəydi. Keçən əsrdə faydalı iş əmsalı
az olan ağır buxar mühərrikləri əvəzinə daha yığcam, yüngül
və güclü olan daxili yanacaq mühərrikləri ilə yanaşı sürətlə
inkişaf edən elm, texnika və texnologiya daha çox neft
məhsulları – benzin, ağ neft və sürtgü materialları tələb edirdi.
Lakin çar reciminin feodal əsasları, kapitalist üslubu –
idarəsinin özlərinə inkişaf yolu seçmiş ölkələrə nisbətən, bu
problemləri effektli həll etməyə imkan vermirdi. Nəhayət
1861-ci ildə cəmi Rusiyanın ərazisində təhkimçilik hüququ
ləğv edildikdən sonra kapitalist təsərrüfatçılığı və cəmiyyətin
bu mütərəqqi sosial-iqtisadi quruluşu uzaq Azərbaycana yalnız
imperoiyanın deyil, hətta bütün dünyanın neft-kimya
sənayesinin gözü olan Bakıya da çatdı. Qısa müddətdə
kapitalist təsərrüfatçılığı sisteminin bazar yönümlüyü öz
quruculuq missiyasını yerinə yetirə bilmişdir. Bunun sayəsində
Bakı şəhəri və onun ətrafında neft-kimya sənayesi və onlarla
əlaqədar olan digər xalq təsərrüfatı sahələrinin inkişafına xarici
kapital, elmi-texniki tərəqqinin qabaqcıl nailiyyətləri, yüksək
ixtisaslı mütəxəssislər axıb gəlmiş, milli sahibkarlar
fəallaşmağa başlamış və s.
Abşeron
yarımadasında
kapitalizmin
inkişafı
Azərbaycanın digər ərazisini əhatə etməyərək, burada neft
hasilatı ilə əlaqədar sənaye sahələrinin ətrafında böyük
canlanmaya səbəb olmuşdur. Nisbətən qısa bir dövr ərzində
Bakıda bir çox Avropa ölkələrinin dövlət və işgüzar
adamlarının sərmayələri və fəaliyyətləri cəmləşmiş, burada
sənaye ilə yanaşı bazarın da zəruri infrastrukturu yaradılmış,
neft və qaz çıxarma avadanlıqları istehsal edən zavod və
fabriklər işə salınmış, neft və neft məhsullarının boru kəmərləri
vasitəsilə
ötürülməsi
üzrə
ilk
beynəlxalq
layihələr
reallaşdırılmış, dünya təcrübəsində ilk neft doldurma dəmir
yolu sistemləri və dəniz tankerlərindən istifadə edilməyə
başlamışdır. Bütün bunların sahəsində Bakının neft-kimya
sənayesinin məhsullarını Rusiyada və Avropa bazarlarına
nisbətən az xərclə, külli miqdarda və tez bir zamanda çıxarmaq
mümkün olmuşdur.
Bu şəraitdə Bakıda ticarətin üsul və metodlarının
sürətli inkişafda olan kapitalist təsərrüfatçılığı sistemindən
geriyə qalması əlamətləri özünü biruzə verməyə başladı.
Bunları öz üzərlərində daha kəskin hiss edən Bakının
sənayeçiləri, neft maqnatları və tacirləri arasında Avropa
ölkələri, Yapon, ABŞ və nəhayət Rusiyada olduğu kimi öz
birjalarını yaratmaq zəruriyyəti haqda fikirləri formalaşmağa
başladı.
Qeyd edildiyi kimi, hələ eramızdan əvvəlki qədim
dövrlərdə mütəşəkkil bazarın elementləri formalaşmışdır və
onlar uzunmüddətli təbii-tarixi təkamül prosesləri nəticəsində
ilk növbədə əmtəə birjalarının yaranmasına gətirib çıxarmışdır.
Lakin min illərdən sonra Bakıda öncə Avropa ölkələri sayağı
birjanın yaradılması onu göstərir ki, bu regionun bazar
problemləri Avropa dövlətlərinin qarşılaşdığı problemlərlə
oxşar idi və Bakıda kapitalizmin inkişafı özündə Avropada
bazar münasibətlərinin üstün və mənfi cəhətlərini daşıyırdı.
Beləliklə, Rusiya işgüzar dairələri tərəfindən Avropa
ölkələrində birjaların yaradılması və fəaliyyəti təcrübəsinin
nisbətən asanlıqla öyrənmək mümkün olduğu üçün onlar
Rusiyanın özündə və o cümlədən, Azərbaycanda neft
sənayesinin inkişafında maraqlı olduğu halda burada da
Dostları ilə paylaş: |