Fəsil 4. Əmtəə birjaları və hərraclarının təşkili
4.1. Azərbaycanda Respublikasında ilk əmtəə birjalarının
yaradılmasının sosial və iqtisadi kökləri
Dünyanın müasir dövrdə mədəni mərkəzləri sayılan
mərkəzi muzeylərində (London, Paris, Drezden və s.)
toplanmış tarixi mənbələr və arxioloqların tapıntıları Asiyanın
astanası hesab edilən Azərbaycan Respublikasının coğrafi
mövqeyi, təbii-iqlim şəraiti, yerüstü və yeraltı sərvətləri və s.
hələ qədim dövrlərdən burada insanların məskunlaşması üçün
əlverişli şərait yaratmaqla, eyni zamanda xarici qəsbkarlar üçün
daima cəlbedici amillər olmuşlar. Misal üçün, Füzuli şəhərinin
yaxınlığında Quru çay adlanan bölgəsində arxioloci qazıntılar
zamanı aşkar edilmiş insan mədəniyyəti izləri 1,5-2 milyon
əvvələ gedir. Hələ 1960-cı ildə professor M.Hüseynovun
başçılığı altında Azıx mağarasındakı arxioloci qazıntıların
tədqiq göstərmişdir ki, ilk insan oraya bizim eradan 1-1,2
milyon il əvvəl havanın kəskin surətdə soyuqlaşması ilə
əlaqədar daxil olmuşdur
1
.
Bu qədər qədim kökləri və insanların yaşaması üçün
unikal təbii-iqlim şəraiti və əlverişli coğrafi mövqeyi
(yerləşməsi) olan ölkə digər sivil cəmiyyətlər və regionlarla
təməsda olmadan, onlara təsərrüfat-iqtisadi və mədəni
sahələrdə öz nailiyyətlərini bəxşiş etməsə və əksinə,
əlaqələrdən özü bəhrələnməsə bu qədər inkişaf edə bilməzdir.
Bununla belə Azərbaycan müasir ran və əsasən Güney
Qafqazda
tarixçi
alimlərin
və
coğrafiyaşünasların
hesablamalarına görə təxminən 250 min kvadrat kilometr
ərazini əhatə edərək, quldarlığın eybəcərliklərindən kənarda
qalaraq, daha sivil olan feodal münasibətləri sistemini özündə
inkişaf yolu seçmişdir. Alimlərin tədqiqatları aydın göstərir ki,
Azərbaycan torpaqları, əhalinin həyat və iqtisadi məkanı əsrlər
1
Азярбайжан тарихи, дярслик. – Бакы: Азярняшр, 1994, с. 20
boyu xarici ölkələrin qəsbkarları üçün cəlbedici olmuşdur. Belə
ki, hələ 10 fevral 1828-ci il tarixli Türkmənçay sülh
müqaviləsinə əsasən Rusiya imperiyasına zorla daxil edilmiş
Şimali Azərbaycanın ərazisinin sahəsi təxminən 140 min
kvadrat kilometr təşkil edirdi. Lakin 1920-ci ildə aprelin 28-də
Azərbaycan Demokratik hökumətinin başçısı Məmmədəmin
Rəsulzadə yeni bolşeviklər hakimiyyətinin nümayəndəsinə
Azərbaycanın 113,4 min kvadrat kilometr ərazisini təhvil
vermişdir. Nəhayət 1966-cı ildə Zəngəzur tamamilə və Qazax
rayonunun bir hissəsi Ermənistana, 150 il əvvəl isə Dərbəndin
Rusiya tərəfindən zəbt edilməsi və digər ərazilərin yenidən
bölünüb birləşməsi Azərbaycanın ərazisini 86,6 min kvadrat
kilometr çatdırdı. Müasir dövrdə Dağlıq Qarabağ və onun ətraf
rayonlarının Ermənistan ordusu ilə tutulması nəticəsində
azərbaycanlıların həyat məkanı da 17 min kvadrat kilometr
azaldılmışdır. Beləliklə, Rusiya Azərbaycanın ərazisinin
bütövlüyünü öz üzərinə götürməsinə baxmayaraq, heç vaxt bu
öhdəliyini təmin etməmişdir. Rusiyanın Qafqazda yeritdiyi
siyasətin nəticəsində vətənimiz iki hissəyə parçalanmış, onun
ərazisi son iki əsr ərzində 3,6 dəfə, 1828-ci ildən indiyə qədər 2
dəfə, 1920-ci ildən bəri isə 39% azalmışdır.
Müharibə və inqilabi proseslər vətənimizi geri salsa
da, onun zəhmətsevər vətəndaşları daima işləyib yaratmaq
əzmində olaraq, öz zəhmətləri, qanı və təri bahasına istehsalı
ictimai təşkilində mütərəqqi dəyişikliklərə və əmək
məhsuldarlığının yüksəldilməsinə nail olmuşlar. Bütün bunlar,
ölkəmizin coğrafi və təbii-iqlim cəhətdən üstünlükləri əmtəə
istehsalının genişlənməsinə, daxili bazara və xarici ölkələrlə
əmtəə-pul münasibətlərini və beynəlxalq əlaqələri inkişaf
etdirməyə imkan vermişdir. Burada ictimai istehsalın, topdan
və pərakəndə ticarətin, o cümlədən, yarmarka və sərgilərdə
əmtəə satışının təkmilləşdirilməsi sahəsində dərin və köklü
tarixi proseslər getmişdir. Bütün bu proseslərdə ərəb
dünyasının karvan ticarəti və Böyük ipək yolunun
Azərbaycanın ərazisində digər yerli və tranzit tacirlərin ticarət
yolları ilə kəsilməsinin rolu böyük olmuşdur. Azərbaycan
ərazisindən və onun tacirlərinin iştirakı ilə dünyanın müxtəlif
ölkələrilə sabit ticarət iqtisadi əlaqələrinin yaradılması nəinki
beynəlxalq ticarətin inkişafına hətta sivil ticarətin formalaşması
istiqamətində birjaların meydana gəlməsinə səbəb olmuşdur.
Lakin müasir Azərbaycan üçün sonralar meydana gəlmiş və
bərqərar olmuş Avropa ticarəti sistemi və birjalar vasitəsilə
ticarət iqtisadi münasibətlərin əhəmiyyəti və məzmunu təkzib
edilməzdir.
Keçmiş dövrlərdə Asiya sivilizasiyası və ərəb-ivrit
dünyasının nailiyyətləri sonralar meydana gəlmiş Avropa-
Amerika ictimai-iqtisadi sivilizasiyanın özəyini təşkil etmiş
quldarlıq və feodalizm sistemləri daha mütərəqqi olan
kapitalist təsərrüfatçılığı sistemi ilə sürətlə əvəz edilmişdir.
Tarixin bizlərə bir qədər yaxın dövrlərində Avropa və Amerika
qitələrindən ictimai istehsal, məhsul bölgüsü və satışındakı
inkişaf etmiş və artırılmış nailiyyətləri əks istiqamətdə daha
böyük miqyas və sürətlə Asiya qitəsi, Aralıq dənizi ölkələri və
digər dövlətlərə axmağa başlamışdır. Bunlara Yapon, Cənubi
Koreya, Tayvan adası, neft çıxaran ərəb ölkələri və digər
dövlətlərinin müasir iqtisadi durumlarını misal göstərmək
kifayətdir. ndiki şəraitdə beynəlxalq bank-kredit əməliyyatları,
rabitə, nəşriyyat və digər kommunikasiya sistemlərinin
imkanları yol verir ki, dünya iqtisadiyyatının ən qabaqcıl –
mütərəqqi nailiyyətlərini istənilən ölkənin nisbətən tez
zamanda inkişafına cəlb edilsin (əgər həmin ölkələrin özlərində
buna iqtisadi sosial və təşkili baza mövcuddursa). Bütün bunlar
nəinki sənaye və kənd təsərrüfatı, həmçinin ticarət-iqtisadi,
daha mütərəqqi maliyyə-kredit münasibətləri və birja
fəaliyyətini də əhatə edir.
Elmi
axtarışlar
göstərir
ki,
Azərbaycan
Respublikasında onun dövlətçiliyi, xalq təsərrüfatının müxtəlif
sahələrinin inkişafı, ticarətin iqtisadiyyatı və təşkili, xarici-
Dostları ilə paylaş: |