1. Yaradılan təsərrüfat bölmələrinin məqsəd, vəzifə
və funksiyaların ağırlığı və çoxluğundan asılı olaraq, texniki-
iqtisadi cəhətdən obyektiv hesablamalara arxalanmalıdır.
2. Təsərrüfat bölmələri arasında paralellik və
təkrarçılığın aradan qaldırılması, işçi heyətinin vəzifə səlahiyəti
dairələri və məsuliyyətlərinin dəqiq göstərilməsi.
3. Komplekslilik.
4. Sistemlilik.
5. Elmlilik və s.
darəetmənin müasir prinsipləri əsasən bunlardır:
- idarə aparatı tutduğu vəzifələrə uyğun tərtib edilmiş
planların yerinə yetirilməsinə cavabdehlik daşımalıdır (əgər bu
işə görə onlara fövqəladə səlahiyyətlər rəhbərlik tərəfindən
verilməyibsə);
-
şçilər
arasında
inzibatçılıq
səlahiyyətləri
müəssisənin (birjanın) resurslarından istifadə etmək imkanları
ilə həmahəng olmalıdır;
- idarəetmə sistemi çevik, elastik və ətraf mühitə
uyğunlaşmaya meyilli olmalıdır.
Birja və hərracların idarəetmə qurumları marketinqin
aşağıda göstərilən prinsiplərinə daima riayət etməlidir:
-
Bazarda məhsul satışının səmərəli həddə
çatdırılması;
-
Bazarın tədqiq edilməsi və ona fəal təsir
göstərilməsi;
-
nsan amilinin gücləndirilməsi;
-
Fəaliyyətin istehlakçılara-alıcılara yönəldilməsi;
-
Birjalarının imkanlarının perspektiv məsələlərinin
həlli üçün səfərbər edilməsi;
-
Bütün marketinq və menecment imkanlarından
istifadə
edərək
bazarda
müvəffəqiyyətli
fəaliyyətin təmin edilməsi.
Bazar münasibətləri şəraitində idarəetmənin ən geniş
yayılmış metodları bunlardır: inzibati (klassik), iqtisadi, sosial-
psixoloci, ideoloci, partisipativ, qrafik və s.
darəetmənin funksiyaları aşağıdakılardan ibarətdir:
-
ümumi planlaşdırma;
-
təşkil;
-
həvəsləndirmə;
-
uçot və nəzarət (audit);
-
koordinasiya və tənzimləmə.
Birja və hərraclar elə yerlərdə təşkil edilməlidir ki,
alıcılara, satıcılara və cəmi marağında olan tərəflərə gəlib-
getməyə, səmərəli işləməyə və s. əngəllik törətməsin.
Bütün birjalar və hərraclar bazarlara xas olan
aşağıdakı altı funksiyaları yerinə yetirir:
1. Vasitəçilik
2. Qiymətin əmələ gətirilməsi
3. nformasiya-məlumat vericilik
4. Tənzimləyici
5. Həvəsləndirici
6. Sağlamlaşdırıcı.
Beləliklə, birjaların yerləşdiyi məkan texniki-iqtisadi
baxımdan ciddi əsaslandırılmalıdır. Burada satıcıların sayı,
alıcıların sayı, satışa çıxarılan məhsulların həcmi və çeşidi,
birjaların
tipləri
və
növləri,
istehsal
və
sosial
infrastrukturlarının inkişaf səviyyəsi, bazar infrastrukturasının
mövcudluğu və s. amillər nəzərə alınmalıdır.
Məlumdur ki, birja və hərraclar, eləcədə cəmi bazarlar
sistemi arasında da rəqabət mövcuddur. Bazar komplekslərinin
yerləri düzgün seçilmədikdə, orada alıcılar və satıcılar üçün
istənilən labüd şərait yaradılmadıqda və s. birjaların təşkili və
idarəetməsində də müəyyən problemlər yarana bilər, o
cümlədən alqı və satqı proseslərinin nəticələri qarşıda duran
məqsədə nail olmağa, vəzifə və funksiyaları yerinə yetirməyə
imkan verməz, müştərilərin rəqib bazarlara – birja və hərraclara
axınları güclənər və nəticədə maliyyə-iqtisadi problemlər
kəskinləşər.
3.3. Birja və hərracların təşkili quruluşları və
idarəedilməsi sistemləri
Birjaların təşkili quruluşları işin həcmindən,
miqyasından, birjaların fəaliyyət yönümündən, məqsəd, vəzifə
və funksiyalarının icra edilməsi problemlərindən və s. asılı
olaraq formalaşdırılır. Bu amillərlə əlaqədar birjaların təşkilatı
quruluşu və struktur bölmələri kiçikdən böyüyə doğru artmağa
və mürəkkəbləşməyə meyl edir. Nisbətən kiçik birjalarda
funksional təşkilat sistemi və iri birjalarda isə material və ya iş
(fəaliyyət) yönümlü struktur bölmələri seçilir. Təcrübədə
birjaların təşkilat quruluşları menecment elminin nailiyyətləri
əsasında formalaşdırılır. Menecment elmi isə konkret şəraitləri
nəzərə alaraq xətti, funksional, idarəetmənin məqsədli –
problem xarakterli quruluşu, matrisa idarəetmə quruluşu,
məqsədli proqram xarakterli idarəetmə quruluşu və başqa
idarəetmə imkanlarını birja və hərracların təşkilində istifadə
edə bilir.
Birjaların fəaliyyət obyektindən asılı olmayaraq
onların struktur bölmələrinin adları və istifadə etdikləri
idarəetmə metodları və üsullarında bir çox oxşarlıqlar
mövcuddur.
Birjaların idarəetmə orqanları və birjaların təşkilatı
strukturlarını açıqlayan sxemlərə diqqət yetirək (sxem 1 və
sxem 2).
Sxem 1. Birjaların idarəetmə orqanları.
Иcтимаи структур (гурум)
Бирjа
цзвляринин
цмуми iclası
Тяфтиш
комиссийасы
Сечкили
органлары
Шура сядри
Шура катиби
Шура цзвляри
Бирjа вя директорлар шурасы
Бирjа вя директорлар
шурасынын ряйасят щейяти
Бирjанын щейяти
Ряис вя йа онун мцавини
Ряис – бюлмя рящбяри
Dostları ilə paylaş: |