Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə14/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   10   11   12   13   14   15   16   17   ...   69

 
 
 
1.  Yaradılan  təsərrüfat  bölmələrinin  məqsəd,  vəzifə 
və  funksiyaların  ağırlığı  və  çoxluğundan  asılı  olaraq,  texniki-
iqtisadi cəhətdən obyektiv hesablamalara arxalanmalıdır. 
2.  Təsərrüfat  bölmələri  arasında  paralellik  və 
təkrarçılığın aradan qaldırılması, işçi heyətinin vəzifə səlahiyəti 
dairələri və məsuliyyətlərinin dəqiq göstərilməsi. 
3. Komplekslilik. 
4. Sistemlilik. 
5. Elmlilik və s. 
darəetmənin müasir prinsipləri əsasən bunlardır: 
- idarə aparatı tutduğu vəzifələrə uyğun tərtib edilmiş 
planların yerinə yetirilməsinə cavabdehlik daşımalıdır (əgər bu 
işə  görə  onlara  fövqəladə  səlahiyyətlər  rəhbərlik  tərəfindən 
verilməyibsə); 

şçilər 
arasında 
inzibatçılıq 
səlahiyyətləri 
müəssisənin  (birjanın)  resurslarından  istifadə  etmək  imkanları 
ilə həmahəng olmalıdır; 
-  idarəetmə  sistemi  çevik,  elastik  və  ətraf  mühitə 
uyğunlaşmaya meyilli olmalıdır. 
Birja  və  hərracların  idarəetmə  qurumları  marketinqin 
aşağıda göstərilən prinsiplərinə daima riayət etməlidir: 
-
  Bazarda  məhsul  satışının  səmərəli  həddə 
çatdırılması; 
-
  Bazarın  tədqiq  edilməsi  və  ona  fəal  təsir 
göstərilməsi; 
-
  nsan amilinin gücləndirilməsi; 
-
  Fəaliyyətin istehlakçılara-alıcılara yönəldilməsi; 
-
  Birjalarının imkanlarının perspektiv məsələlərinin 
həlli üçün səfərbər edilməsi; 
-
  Bütün  marketinq  və  menecment  imkanlarından 
istifadə 
edərək 
bazarda 
müvəffəqiyyətli 
fəaliyyətin təmin edilməsi. 
Bazar  münasibətləri  şəraitində  idarəetmənin  ən  geniş 
yayılmış metodları bunlardır: inzibati (klassik), iqtisadi, sosial- 


 
 
 
psixoloci, ideoloci, partisipativ, qrafik və s.  
darəetmənin funksiyaları aşağıdakılardan ibarətdir: 
-
  ümumi planlaşdırma; 
-
  təşkil; 
-
  həvəsləndirmə; 
-
  uçot və nəzarət (audit); 
-
  koordinasiya və tənzimləmə. 
Birja  və  hərraclar  elə  yerlərdə  təşkil  edilməlidir  ki, 
alıcılara,  satıcılara  və  cəmi  marağında  olan  tərəflərə  gəlib-
getməyə, səmərəli işləməyə və s. əngəllik törətməsin. 
Bütün  birjalar  və  hərraclar  bazarlara  xas  olan 
aşağıdakı altı funksiyaları yerinə yetirir: 
1. Vasitəçilik  
2. Qiymətin əmələ gətirilməsi  
3.  nformasiya-məlumat vericilik  
4. Tənzimləyici  
5. Həvəsləndirici  
6. Sağlamlaşdırıcı. 
Beləliklə,  birjaların  yerləşdiyi  məkan  texniki-iqtisadi 
baxımdan  ciddi  əsaslandırılmalıdır.  Burada  satıcıların  sayı, 
alıcıların  sayı,  satışa  çıxarılan  məhsulların  həcmi  və  çeşidi, 
birjaların 
tipləri 
və 
növləri, 
istehsal 
və 
sosial 
infrastrukturlarının  inkişaf  səviyyəsi,  bazar  infrastrukturasının 
mövcudluğu və s. amillər nəzərə alınmalıdır.  
Məlumdur ki, birja və hərraclar, eləcədə cəmi bazarlar 
sistemi arasında da rəqabət mövcuddur. Bazar komplekslərinin 
yerləri  düzgün  seçilmədikdə,  orada  alıcılar  və  satıcılar  üçün 
istənilən  labüd  şərait  yaradılmadıqda  və  s.  birjaların  təşkili  və 
idarəetməsində  də  müəyyən  problemlər  yarana  bilər,  o 
cümlədən  alqı  və  satqı  proseslərinin  nəticələri  qarşıda  duran 
məqsədə  nail  olmağa,  vəzifə  və  funksiyaları  yerinə  yetirməyə 
imkan verməz, müştərilərin rəqib bazarlara – birja və hərraclara 
axınları  güclənər  və  nəticədə  maliyyə-iqtisadi  problemlər 
kəskinləşər.  


 
 
 
3.3. Birja və hərracların təşkili quruluşları və  
idarəedilməsi sistemləri 
Birjaların  təşkili  quruluşları  işin  həcmindən, 
miqyasından, birjaların fəaliyyət  yönümündən, məqsəd, vəzifə 
və  funksiyalarının  icra  edilməsi  problemlərindən  və  s.  asılı 
olaraq formalaşdırılır. Bu amillərlə əlaqədar birjaların təşkilatı 
quruluşu və struktur bölmələri kiçikdən böyüyə doğru artmağa 
və  mürəkkəbləşməyə  meyl  edir.  Nisbətən  kiçik  birjalarda 
funksional təşkilat sistemi və iri birjalarda isə material və ya iş 
(fəaliyyət)  yönümlü  struktur  bölmələri  seçilir.  Təcrübədə 
birjaların  təşkilat  quruluşları  menecment  elminin  nailiyyətləri 
əsasında formalaşdırılır. Menecment elmi isə konkret şəraitləri 
nəzərə  alaraq  xətti,  funksional,  idarəetmənin  məqsədli  – 
problem  xarakterli  quruluşu,  matrisa  idarəetmə  quruluşu, 
məqsədli  proqram  xarakterli  idarəetmə  quruluşu  və  başqa 
idarəetmə  imkanlarını  birja  və  hərracların  təşkilində  istifadə 
edə bilir.  
Birjaların  fəaliyyət  obyektindən  asılı  olmayaraq 
onların  struktur  bölmələrinin  adları  və  istifadə  etdikləri 
idarəetmə  metodları  və  üsullarında  bir  çox  oxşarlıqlar 
mövcuddur. 
Birjaların  idarəetmə  orqanları  və  birjaların  təşkilatı 
strukturlarını  açıqlayan  sxemlərə  diqqət  yetirək  (sxem  1  və 
sxem 2). 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sxem 1. Birjaların idarəetmə orqanları. 
 
Иcтимаи структур (гурум) 
Бирjа 
цзвляринин 
цмуми iclası 
Тяфтиш 
комиссийасы 
Сечкили 
органлары 
Шура сядри 
Шура катиби 
Шура цзвляри 
Бирjа вя директорлар шурасы 
Бирjа вя директорлар 
шурасынын ряйасят щейяти 
Бирjанын щейяти 
Ряис вя йа онун мцавини 
Ряис – бюлмя рящбяри 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə