Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
nəticələrinin  əmtəə-pul  münasibətlərinin  inkişaf  etdirilməsi 
yolu  ilə  əmtəə-istehsalı  və  özlərinin  iş  fəaliyyətini  daha 
dərindən  dərk  etməyə  sövq  etdi.  Müharibələr  isə  əsrlər  boyu 
insan cəmiyyətini daim izləyərək, indiyə kimi, demək olar, öz 
mahiyyətini  dəyişməyib.  Onlar  əvvəllər  olduğu  kimi  maddi 
qiymətlilərin əldə edilməsi, bölgü və bölgüsündə təklifin iştirak 
etmək  üçün  və  müxtəlif  ruhlu  adamların,  qəbilələrin, 
sülalələrin,  şahlar  və  s.  artmaqda  olan  iştahalarının,  bəzən  də 
milli  azadlıq  hərəkatı  kimi  qələmə  verilən  böyük  dövlətlərin 
digər  ölkələri  və  xalqları  zəbt  etmək  üçün  gizli  tələsidir. 
Nəhayət,  əmtəə  istehsalı  şəraitində  xüsusi  olaraq  malların 
bölgüsü,  daşınılması,  saxlanılması  və  alıcılara  çatdırılması  ilə 
məşğul  olan  ixtisaslaşmış  vasitəçilərin  və  tacirlərin  meydana 
gəlməsi  əmtəə  istehsalı  və  əmtəə  mübadiləsi  sistemlərində 
insanların  özlərini  dərk  etmə,  işgüzarlıq  etikası  və 
mədəniyyətinin  artmasının  təzahürüdür.  Qədim  zamanlarda, 
görünür,  öncə  «əmtəə  –  əmtəəyə»  prinsipi  üzrə  vahid  çeşidli 
məhsulların  pərakəndə  mübadiləsi  (alış-verişi)  mövcud 
olmuşdur.  Sonralar  isə  uzun  müddət  ərzində  istehsalın  ictimai 
təşkilindəki  kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri  (istehsalın 
ixtisaslaşdırılması,  təmərküzləşməsi,  kooperasiyası  və  b.) 
ümumi  ekvivalent  olan  müəyyən  əmtəə  və  nəhayət  puldan 
istifadə  edərək,  topdansatış  ticarəti  inkişaf  etdirmək 
zəruriyyətini yaratmışdır.  
Mahiyyətcə  ticarət  əmək  məhsulları  və  vasitələrinin 
mübadiləsi,  alıcılara  (istehlakçıları)  çatdırılması  vasitəsi  və 
formasıdır. Müasir şəraitdə bəzi müəlliflərin irəli sürdüyü fikir, 
tezis  və  konsepsiyalara  uyaraq  karvan  ticarətini  ilkin 
topdansatış ticarətinə aid edilməsi ciddi olmazdı.
1
 
Fikrimizcə  karvan  ticarəti  yayılmazdan  əvvəl 
pərakəndə  və  topdansatış  ticarətinin  insan  cəmiyyətinin 
təkamülü  prosesində  məskunlaşma  ocaqları  kimi  yeni  yaranan 
                                                 
1
 Дегтурова О.И., Кандинская О.Н. Биржевое дело: Учебник для вузов 
– М., Банки и биржи, Юнити, 1997, с.9 


 
 
 
kəndlərdə,  qəsəbələrdə  və  şəhərlərində  daha  erkən  formaları 
olmuşdur.  Misal  üçün,  ayrı-ayrı  məhsulların  alış-verişi  üzrə 
münasibətlərin  öz  əmək  fəaliyyəti  nəticəsində  yaratdıqları 
məhsulları  mübadilə  etmək  istəyən  sənətkarlar,  əkinçi  və 
maldarlıq  ilə  məşğul  olan  qəbilələr,  həmçinin  şəhər  və  kənd 
əhalisi  arasında  formalaşması  ehtimalı  vardır.  Bu  fikrin 
tərəfdarı  olanlardan  biri  də  ticarətin  iqtisadiyyatı  və  təşkili 
sahəsində öz elmi sözünü demiş və bu sahədə alim kimi böyük 
nüfuza malik olan prof.  .Ə.Feyzullabəylidir. O qeyd edirdi ki, 
yer  üzərində  ticarət  ilk  dəfə  qədim  Misirdə  Nil  çayının 
vadisində və müasir  raqın Fərat və Dəclə çaylarının sahilində 
eramızdan əvvəl IV-III minilliklərdə meydana gəlmişdir.
1
 
Haşiyadan  kənara  çıxmadan  onu  qeyd  edək  ki,  hətta 
yaşadığımız indiki zamanda Mərkəzi Afrikanın bir sıra ibtidai 
icma  quruluşu  və  feodolizm  səviyyəsində  yaşayan  qəbilələri 
müxtəlif  dinlərə  qulluq  etsələr  də  bir  halda  yalnız  maldarlıqla 
və  digər  halda  əkinçiliklə  məşğul  olaraq  artırdıqları  kənd-
təsərrüfatı  məhsullarını  əsasən  xırda  (kiçik)  həcmdə  topdan 
qonşu  ölkələrin  bazarlarında  satır  və  ya  vasitəçilərə  –  yerli 
tədarükçülərə – təhvil verərək əvəzində məişətdə özlərinə lazım 
olan əşyaları, bəzi hallarda isə nəğd pul alırlar. Bu cür məhsul 
satışı  sistemi  Cənubi  Amerikanın  bir  sıra  ölkələri  və  ilk 
növbədə Amazonka çayının vadisində də mövcuddur. 
Tarixi mənbələrdən aydın olur ki, eramızdan əvvəl III 
minilliyin  ortalarından  təxminən  II  minilliyin  əvvəlinə  kimi 
ticarət  Çin,  Hindistan  və  Aralıq  dənizi  ölkələrində  sinfi 
münasibətlər  və  əmək  məhsuldarlığının  artımı  elementi  kimi 
inkişaf  etmişdir.  Həmçinin  ölkələrin  ərazilərində  aparılmış 
arxeoloci  qazıntılar  nəticəsində  əldə  edilən  əşyayi  dəlillər 
sübuta  yetirmişdir  ki,  məhz  həmin  regionlarda  təxminən  beş 
min  əvvəl  ümumi  ekvivalent  kimi  pullardan  istifadə  edilməyə 
                                                 
1
 Фейзуллабяйли И.Я. Тиъарятин игтисадиййаты. Дярслик. Б. Маариф, 
1989, с.10 


 
 
 
başlamışdır.  Bütün  bunlar  nəinki  məhsul  bölgüsü  və  satışının 
genişlənməsinə,  həmçinin  əmtəə  –  pul  münasibətlərinin 
təkmilləşdirilməsi və inkişaf etməsinə səbəb olmuşdur. Onu da 
qeyd  edək  ki,  quldarlıq  dövründə  məcburən  əmtəə  istehsalına 
cəlb  olunmuş  qulların  özləri  adi  mal  kimi  pərakəndə  və 
topdansatış ticarəti obyektinə çevrilmişlər. 
Elmi 
axtarışların 
nəticəsində 
əldə 
edilmiş 
təkzibedilməz faktlar əmtəə – pul münasibətlərinin inkişafı və 
dərinləşməsi  nəticəsində  insanlar  arasında  kəskin  təbəqələşmə 
prosesinin getməsini və ayrı-ayrı şəxslərin əlində pul kütləsinin 
cəmləşməsi  nəticəsində  borc  verənlər  və  borc  alanlar  arasında 
sələmçilik  münasibətlərinin  yaranmasına  gətirib  çıxardığını 
göstərir.  Həmin  prosesin  ilk  öncə  Qədim  Şərqdə  eramızdan 
əvvəl  II  minillikdən  başlayraq  yayılması  aydın  olmuşdur. 
Nəhayət,  eramızdan  əvvəl  I  minillikdə  Çin,  Assiriya  və  digər 
ölkələrdə iri quldarlıq latifundiyaları yaradılaraq, adi əmtəələrlə 
yanaşı  qul  ticarətinin  inkişafına  səbəb  olmuşdur.  Məhz  bütün 
bunların nəticəsində quldarlıq dövründə daxili ticarətlə yanaşı, 
xarici  ticarət  əlaqələri  qonşu  ölkələri,  sonralar  isə  bir  qədər 
uzaq  dövlətlər  və  qitərəti  əhatə  etməyə  başlamışdır.  Misal 
üçün, hələ Baday mədəniyyəti zamanında Yuxarı Nil əkinçiləri 
digər  ölkələrlə  sıx  təsərrüfat  əlaqələri  yaratmışlar.  Onlar 
xaricdən  müxtəlif  zinnət  metallarını,  istehsal  üçün  bəzi 
xammalları, daş qablar düzəltmək üçün lazımı alətlər və s. alıb 
gətirirlərmiş,  Sinaydan  mis,  yonulmuş  bazant  daşı,  füruzə, 
malaxit,  cənub  ölkələrindən  fil  sümüyü,  Qırmızı  Dəniz 
sahillərindən  su  kəmərləri  üçün  lazım  olan  əsas  ləvazimatları 
daşıyırlarmış. 
Bu  cür  əmtəə  mübadiləsi  və  ticarət  əlaqələri  Şimali 
Misirlə yanaşı digər ölkələrdə də hələ qədim dövrlərdə bir çox 
məmulatların  istehsal  texnologiyası  və  ümumbəşəri  istehsal 
mədəniyyətini təkmilləşdirməyə təkan vermişdir. 
Qədimdə  xarici  ticarət  əsasən  əmtəə  mübadiləsi  yolu 
ilə  həyata  keçirilirdi.  Belə  ki,  e.ə.  III  minilliyin  ortalarında 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə