Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə8/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   4   5   6   7   8   9   10   11   ...   69

 
 
 
reallaşdırmaq  imkanı  əldə  edirlər.  Misal  üçün,  istehsala 
qabaqcıl  elmi-texniki  nailiyyətlərin  tətbiqi,  məhsulun  maya 
dəyərinin  azaldılması,  iqtisadiyyatın  çevik  və  dəyişkən 
vergilərlə  tənzimlənməsi  ilk  növbədə  özlərini  əmtəə  və  digər 
birjalarda biruzə verir.  
Birjalar bazarlardan doğulmuşlar. Lakin müasir dövrə 
qədər  onların  funksiyaları  elə  dəyişmişdir  ki,  hal-hazırda 
məhsulların alqı və satqısı onlar üçün əsas vəzifə hesab edilmir. 
Belə  ki,  birjalar  üçün  başlıcası  gələcəkdə  məhsulların 
qiymətlərinin  təyin  edilməsi  və  onların  aşkarlığının 
təminatından,  planlı  və  faktiki  tələb  və  təkliflərin 
reallaşdırılmasından, 
qiymətlərin 
tərəddüdlərindən 
sığortalanmaqdan  və  s.  ibarətdir.  Onu  qeyd  edək  ki,  direktiv 
iqtisadiyyatda  həmin  vəzifələri  Dövlət  plan  komitəsi,  Dövlət 
qiymət komitəsi, Dövlət sığorta sistemi, sahə plan orqanları və 
s. yerinə  yetirirdilər. Eyni zamanda onların həlli prinsipləri və 
metodları  direktiv  və  bazar  iqtisadiyyatı  sistemlərində 
tamamilə fərqli və müxtəlifdir. Onu da etiraf etmək lazımdır ki, 
direktiv  iqtisadiyyat  öz  planlaşdırma  metodlarını  işləyib 
hazırladığı və təkmilləşdirdiyi zaman bazar iqtisadiyyatı həmin 
məqsədlərə özünəməxsus yollarla nail olurdu. 
Əgər  sosializm  şəraitində  məhsul  tədarükü  üzrə 
müəyyən edilmiş dövlət tapşırıqları və plan qiymətləri alıcı və 
satıcılar 
arasında 
müqavilələrin 
bağlanmasını 
nəinki 
asanlaşdırır,  hətta  məcburi  edirdisə,  bazar  iqtisadiyyatında 
müəssisə, şirkət və təşkilatlar təsərrüfat əlaqələrinin yaranması 
barədə  heç  bir  dövlət  tapşırığı  və  direktiv  qiymətlər  sistemi 
olmur.
 
(Birçox  kapitalist  ölkələrində  inhisarçılıq  meyilləri 
güclü  olduğuna  görə  qiumətlərin  yüksəldilməsinin  qarşısını 
almaq  məqsədilə  dövlətlər  müəyyən  məhsullara  maksimal 
qiymət  həddi  təyin  edirlər.  Bu  məcburi  tədbirlə  əlaqədar 
istehsalçılar  yüksək  qazanc  əldə  etmək  üçün  məhsulun  maya 
dəyərini  aşağı  salmalı  olurlar). 
Belə  bir  vəziyyətdə,  yəni 
qiymətlərin  əvvəlcədən  bilindiyi  halda,  gələcək  dövr  üçün 


 
 
 
məhsul  göndərişi  üzrə  müqavilələrin  bağlanması  birjalar 
vasitəsilə mümkün olur və bazar iqtisadiyyatı şəraitində, yalnız 
onlar  perspektiv  qiymətləri  təyin  edə  bilir.  Birja  ticarətinin 
başlıca  tələbi  isə  bütün  alış-veriş  əməliyyatlarının  gizli  yox, 
açıq  aparılmasından  ibarətdir.  Eyni  zamanda  birjalarda 
bağlanan  bütün  müqavilələr,  o  cümlədən,  gələcəkdə  məhsul 
göndərmək  şərtləri,  açıq  elan  olunan  qiymətlər  əsasında 
bağlanılır.  
Bütün hallarda gələcəkdə məhsul göndərilməsi haqda 
əvvəlcədən  bağlanan  müqavilələrin  ilkin  bazis  qiymətləri 
hamıya  bəlli  olan  sistem  üzrə  açıq  təyin  edilir.  Bu  cür 
müəyyənləşdirilən  qiymətlər  ticarətin  özünün  açıq  aparılması 
nəticəsində xüsusi kompüter sisteminə daxil edilir və hər ticarət 
günü  açıldıqda  bütün  məhsul  çeşidi  üzrə  perspektiv  gələcək 
aylara bağlanan müqavilələrin qiymətləri mətbuatda dərc edilir. 
Belə  olduqda,  dünyanın  harasında  olursa  olsun,  alıcı  və 
satıcılar  gələcək  üçün  aralarında  məhsul  satışı  üzrə 
müqavilələrin  bağlanılması  yalnız  dünyanın  aparıcı  sayılan 
böyük  birjalarının  qiymətlərinə  uyğun,  onlarda  bu  əmtəə  üzrə 
satış  baş  verdikdən  və  birja  qiymətləribəlli  olduqdan  sonra 
həyata keçirilir. 
Bazar  iqtisadiyyatının  işləmə  mexanizminin  təhlili 
göstərir  ki,  o  plan  və  faktiki  bazar  qiymətlərinin 
razılaşdırılmasını, 
məhsulların 
tələbi 
və 
təklifinin 
uyğunlaşdırılmasını  təmin  edən  planların  tərtib  edilməsi  və 
dəqiqləşdirilməsinin  spesifik  sistemini  yaradıb.  Bazar 
iqtisadiyyatının  planauyğunluğununa  nail  olmaqda  birjaların 
əhəmiyyətli rolu mövcuddur. 
Müasir  dövrdə  birjaların  əksəriyyəti  proqnozlaşdırılan 
tələb  və  təklifin  əsasında  perspektivdə  məhsul  göndərişi  üzrə 
müqavilələrin  bağlanılması  ilə  məşqul  olan  sivil  bazar 
infrastrukturası  qurumlarıbır.  Onların  vasitəsilə  nəticədə 
kapitalist 
təsərrüfatçılığı 
sistemində 
planlaşdırma 
mexanizminin yeni və ola bilsin, ən mötəbər sistemi əldə edilir. 


 
 
 
Cari  dövrdə  bir  çox  amillərdən  asılı  olaraq  proqnozlaşdırılan 
vəziyyətlərin  alınmaması  (misal  üçün  iqtisadi,  sosial,  siyasi 
durumların  nəzərdə  tutulduğundan  kənarlaşmaları  və  təbii 
iqlim şəraitinin tərəddüdləri) nəticəsində bəzi bazar subyektləri 
əvvəl nəzərdə tutduqlarından az və ya artıq məhsul istehsalı və 
satışı müqavilələri alıb satası olsunlar.  
Gələcəkdə yerinə yetiriləcək əldə edilmiş sövdələşmə 
sazişinin (əqdinin) neçəyə alınmasından asılı olmayaraq, onun 
real  icrası  zamanı  elə  qiymət  təyin  edilməlidir  ki,  tələb  və 
təklifi 
tarazlaşdıra 
bilsin. 
Bütün 
bunlara 
sazişlərin 
(müqavilələrin) təkrarən başqalarına satılması, əvvəlki bu kimi 
əməliyyatların başa çatdırılıb tamamlanması (ləğv edilməsi) və 
yeni müqavilələrin bağlanılması vasitəsilə nail olunur. 
Müasir  əmtəə  birjalarında  ticarət  mövcud  olan  hazır 
məhsullarla  yox,  onların  istehsal  və  satış  müqavilələrilə 
aparılır. Bu kimi malların istehsalı ola bilsin məhsulgöndərmə 
müqaviləsinin başa çatma müddəti qurtarana yaxın tamamlanır. 
Təcrübədə  belə  birja  əməliyyatların  aparılması  adi  hal 
olmuşdur:  əvvəlki  satıcılar  satdıqları  müqavilələri  geri  alır, 
alıcılar  isə  əllərində  qalmış  sazişləri  (əqdləri)  satmağa 
çalışırlar.  Bir  çox  hallarda  konkret  əmtəələrin  fiziki  satışı 
əsasən  birjadan  kənarda  baş  verir.  Bununla  belə  birbaşa 
istehsalçı  müəssisələr  və  ya  topdan  məhsul  satıcıları  ilə 
alıcıların  müqavilələri,  onların  istədiyindən  asılı  olaraq, 
başqasına satılmasa, mütləq vaxtı çatdıqda tam həcmi və tələb 
olunan kəmiyyəti və keyfiyyəti üzrə yerinə yetirilməlidir.  
Birjalarda 
bağlanmış 
bütün 
sövdələşmə 
əməliyyatlarının  təxminən  3%  əvvəlcədən  satıcılar  tərəfindən 
birjaların  sərəncamlarında  olan  anbar  və  bazalara  daşınır  və 
sonra buradaca alıcılara təqdim edilir. 
Beynəlxalq  birja  fəaliyyəti  təcrübəsində  belə  qəbul 
edilmişdir  ki,  əgər  bağlanmış  əqdlərin  satıcıları  alıcılardan 
realizə  etdikləri  müqavilə  sənədlərini  geri  almazsa,  onda 
müəyyən edilmiş vaxtda nəzərdə tutulmuş əmtəələri həqiqətən 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə