Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə4/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   2   3   4   5   6   7   8   9   ...   69

 
 
 
sənətkarların  özləri  tərəfindən  aparılırdı.  Həmin  dövrlərdə, 
xüsusilə  topdansatış  və  xarici  ticarət  əlaqələrinin  inkişafı 
feodolizmin  əsaslarının dağılması  və  yenicə  yaranan  kapitalist 
təsərrüfatçılıq 
sisteminin 
iqtisadi-təşkilati 
əsaslarının 
yayılmasında,  o  cümlədən  elmi-texniki  nailiyyət  və 
texnologiyanın, 
ictimai-iqtisadi 
münasibətlərin 
təşkil 
edilməsinin  əhatə  dairəsinin  genişləndirilməsində  xüsusi  rol 
oynamışdır.  
Kapitalizm  üsul-idarəsi  sistemində  ondan  əvvəlki 
ictimai-iqtisadi  və  təsərrüfatçılıq  sistemlərilə  müqayisədə 
ticarətin  əhəmiyyəti  genişlənmiş  və  dərinləşmişdir.  Quldarlıq 
və  feodolizm  dövlətlərində  tacirlər  əmtəə  istehsalçıları  və 
istehlakçıları  arasında  ixtisaslanmış  vasitəçi  –  əlaqələndirici 
zümrə,  onların  vasitələri  isə  labüd  olan  bu  prosesin  təminatçı 
şərti  kimi  çıxış  edirdi.  Tədricən  tacirlərin  əlində  toplanan 
vəsaitlər,  məşğuliyyət  və  dolanışıq  səviyyəsindən  daha  çox 
olub  və  artdıqca  manfrakturasının  inkişafına,  inşaata,  yol 
tikintisinə  məişət  mədəniyyətinin  inkişafına  yönəldilmişdir. 
Böyük  coğrafi  kəşvlər,  gəmiçiliyin  inkişafı  və  Böyük  pək 
Yolunun  əhatə  dairəsinin  genişlənməsi  ticarətdə  mənfəətin 
yüksək  templə  artmasına  və  onun  xeyli  hissəsinin  dövriyyə 
sferasından sənaye məhsulun istehsalına  yönəldilməsinə səbəb 
olmuşdur. Beləliklə, Qərbi Avropa ölkələri və sonralar ABŞ-da 
kapitalist  təsərrüfatçılığı  sisteminin-  bazar  iqtisadiyyatının 
əsasları  qoyuldu.  Həmin  dövrlərdə  ticarət  kapitalının  sənaye 
kapitalı  ilə  bir  qədər  vəhdət  təşkil  etdikləri  və  bir-birilərinə 
yardımçı  olmaları  müşahidə  olunur.  Kapitalizm  şəraitində  isə 
ticarət  kapitalı  sənaye  kapitalından  ayrılaraq,  dövriyyə  sferası 
sahəsində ixtisaslaşmış və mübadilə vasitəsilə əmtəə dəyərinin 
reallaşdırılması  prosesinə  xidmət  edərək,  spesifik  olan  alqı-
satqı,  xidmət,  malların  hərəkətinin  idarəedilməsi  və  s.  kimi 
funksiyaları yerinə yetirməyə başlamışdır. 
Dünya  iqtisadiyyatında  ictimai  istehsalın  təkamülü 
prosesi  göstərir  ki,  kapitalist  təsərrüfatçılığı  sistemində  ticarət 


 
 
 
geniş  təkrar  istehsalın  fasiləsizliyini  təmin  edən  fəaliyyət 
sahəsinə çevrilmişdir. Belə ki, ticarətin köməyilə yeni yaranmış 
dəyərlərin və ticarət kapitalının özünün pul- sərmayə kapitalına 
dönməsi prosesini real həllini tapır. 
Kapitalizmdə,  yəni  bazar  iqtisadiyyatı  şəraitində, 
ölkədaxili  ticarətin  inkişaf  səviyyəsi  və  əhəmiyyəti,  eləcədə 
dövriyyə  sferasında  əmtəə mübadiləsi və satışının həcmi cəmi 
dövriyyə  sferasının  təşkili  və  idarəedilməsindən  daha  çox 
asılıdır. Misal üçün, XIX əsrin birinci  yarısında Qərbi Avropa 
və  ABŞ-da  ixtisaslaşdırılmış  pərakəndə  mağazalar  və 
yarmarkalar  geniş  yayılaraq  özlərində  boyaq,  manufaktura, 
baqqaliyə 
məmulatları 
və 
s. 
məhsulların 
satışını 
cəmləşdirmişlər.  Lakin  Avropada  start  götürmüş  sənaye 
inqilabı  daxili  və  xarici  bazarlarda  fabrik  istehsalı  olan 
əmtəələrin  çoxalmasına  gətirib    çıxarmış  və  nəticədə  xırda 
məhsul istehsalçılarının bazardan sıxışdırıb çıxarılmasına səbəb 
olmuşdur. 
Bir  çox  ölkələrin  daxili  bazarlarında  gedən  ciddi 
dəyişikliklər  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəlində 
kapitalizmin sərbəst rəqabət dövrünün başa çatmasına və onun 
yerində inhisarçı kapitalizmin bərqərar olması prosesinin təməl 
daşını qoymuşdur. Sənayedə işçilərin sayının çoxalması, əmək 
məhsuldarlığının  yüksəlməsi,  mexanikləşdirmə  standartlaşdı-
manın tətbiqi nəticəsində geniş çeşidli əmtəə istehsalının böyük 
nüsxələrlə  buraxılışı  yeni  tipli  ticarət  müəssisələrinin 
yaranması  və  ticarət  metodlarının  təkmilləşməsinə  səbəb 
olmuşdur.  Əlavə  olaraq  nəinki  sənayedə,  həmçinin  ticarətdə 
kapitalın  təmərküzləşməsi  prosesi  başlamışdır  ki,  bunun  da 
nəticəsində  daxili  və  xarici  bazarlarda  yeni  topli  ticarət 
inhisarları  və  iri  şirkətlərin  yaranması  baş  vermişdir. 
Bununlada  həmin  yeni  meydana  gəlmiş  nəhəng  ticarət 
birləşmələri  öz  rəqabət  imkanlarını  artıraraq,  əmtəə  bazarında 
daha  mütərəqqi  ticarət  vasitələri  və  metodlarından  istifadə 
edərək,  dövlətin  əvvəllər  tutduğu  mövqelərini  ələ  keçirməyə 


 
 
 
nail olmuşlar. 
Dövriyyə  sferasına  sənaye  sahəsindəki  inhisarların 
müdaxilə  etməsi,  ticarət  kapitalının  təmərküzləşməsi  və  öz 
növbəsində  nəhəng  ticarət  inhisarlarının  istehsal  sferasını 
nəzarətdə saxlaması birbaşa pərakəndə və xırda topdan ticarətin 
mövqelərini  azaltmışdılar.  nkişaf  etmiş  kapitalist  ölkələrində 
pərakəndə ticarət əsasən çoximkanlı sistemlərə və ya universal 
və  ixtisaslaşmış  mağazalarda  cəmləşməkdədir.  Həmin  proses 
indiyənə  kimi  davam  etməkdədir.  Artıq  XIX  əsrin  ortalarında 
Avropa  ölkələrində  özəyi  qoyulmuş,  mötəbərliklərilə  seçilən 
bir  çox  şirkətlər  öz  mağaza  şəbəkəsini  genişləndirərək,  xarici 
ölkələrdə  də  yerləşdirməyə  başlamışdır.  Misal  üçün,  həmin 
zamanlarda  bütün  dünyada  şöhrət  qazanmış  «Zinger»  adlı 
alman şirkəti xarici dövlətlərdən  ngiltərə, ABŞ və Rusiyada da 
öz mağazalarını açmışdır. Artıq 1887-ci ildə həmin adı çəkilən 
şirkətin yalnız Böyük Britaniyada 160, XX əsrin əvvəlində isə 
bütün  dünyada  400-dən  çox  eyni  tipli  firma  –  mağazaları 
fəaliyyət göstərirdi.
1
 
nkişafda 
olan 
kapitalist 
ölkələrinin 
daxili 
bazarlarında  əsas  və  dövriyyə  vəsaitlərinin  həcmi  və 
strukturuna  görə  aparıcı  yeri  böyük  kapitala  malik  olan  xarici 
və  milli  biznes  tutur.  Məhz  onlar  geniş  şəbəkəyə  malik  olan 
topdan və pərakəndə satış anbar, baza, mağaza, soyuducular və 
s. malik olmaqla, xarici və daxili bazarlarda böyük partiyalarla 
aldıqları 
müxtəlif 
çeşidli 
malları, 
əhatə 
dairələrini 
genişləndirərək,  nisbətən  kiçik  topdan  və  pərakəndə  satış  üzrə 
ixtisaslaşmış  ticarət  müəssisələri,  köşklər  və  xırda  alverçilərin 
əmtəə təminatçılarına çevrilirlər. Misal üçün,  yalnız Hindistan 
və  Pakistanda  tamamilə  böyük  ticarət  kapitalından  asılı  olan 
6,5  milliondan  çox  bu  cür  xırda  mağaza  və  vasitəçilər 
mövcuddur. 
                                                 
1
  Фейзуллайев  И.Я.  Тиcарятин  игтисадиййаты.  Б.,  Азярняшр.  1989., 
с.14 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə