Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə10/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   6   7   8   9   10   11   12   13   ...   69

 
 
 
və  əqdlərin  bağlanmasında  öz  məsuliyyətlərini  bilirlər.  Onlar 
perspektivi  obyektiv  və  düzgün  qiymətləndirdikdə  mənfəət 
əldə  edir,  hesablamalarda  səhfə  yol  verdikdə  isə  gəlirlərini 
itirmək  təhlükəsi  qarşısında  qalırlar.  Yalnız  belə  vəziyyət 
planlaşdırmanın 
keyfiyyətini 
və 
iqtisadiyyatın 
proqnozlaşdırılmasının keyfiyyətini qat-qat artırır. 
Birjalar  alqı-satqı  prosesləri  və  bazarları  daha  sivil 
səviyyəyə  qaldırır.  Bu  cür  inkişaf  etmiş  mütəşəkkil  bazarların 
öz  xüsusiyyətləri  və  ümumi  cəhətləri  mövcuddur.  Belə  ki, 
birjalarda  həyata  keçirilən  bütün  ticarət  əməliyyatları  ciddi 
qaydalar  üzrə  həyata  keçirilir,  onlarda  alqı-satqı  proseslərinin 
heç  biri  gizli  yox,  yalnız  açıq  olmalıdır.  Bununla  belə,  bütün 
əmtəə birjaları kifayət qədər maddi texniki bazaya, o cümlədən 
iş otaqları və ticarət zallarına, məhsul saxlamaq üçün anbar və 
baza komplekslərinə malik olmalıdırlar.  
Bununla  belə  birjalar  alıcı  və  satıcılar,a  o  cümlədən, 
bütün  müştərilərə  və  vasitəçilər  bazarda  vəziyyət,  tələb,  təklif 
və qiymətlər barədə tam məlumat verməlidirlər. Bu cür inkişaf 
səviyyəli  mütəşəkkil  bazarlar  qədim  dövrlərdə  də  mövcud 
olmuşlar. Lakin ilkin kapital yığımı zamanları ölkələr daxilində 
nisbətən  əminamanlıq  və  sülh  şəraitində  iqtisadi  əməkdaşlığın 
və  karvan  yolları  vasitəsilə  dövlətlər  arasında  beynəlxalq 
ticarətin  inkişaf  etdirilməsi,  sonralar  isə  sahil  dövlətlərində 
gəmiçiliklə  yanaşı  digər  sənətkarlıq  sahələrinin  təkamülü, 
eləcədə  çay  və  dəniz  yollarının  inkişaf  etdirilməsi  Avropanın 
sahilyanı  iri  şəhərlərində  əmtəə  birjalarının  intensiv 
yayılmasına səbəb olmuşdur.  
Əmtəə  və  digər  birjaların  yaradılmasının  spesifik 
şərtləri  və  fəaliyyət  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  onlar 
işgüzar dairələrin və ilk növbədə sənayeçilərin, kommersiya ilə 
məşğul  olanların,  fermerlərin,  bank  işçilərinin  və  əsasən  digər 
bu gün marağında olan tərəflərin təsərrüfat-iqtisadi və maliyyə-
kredit 
münasibətlərini 
təkmilləşdirmək 
üzrə 
səylərini 
birləşdirmək  imkanı  yaradır.  Bununla  əlaqədar  birjalar  əsasən 


 
 
 
qapalı müəssisələr kimi fəaliyyət göstərirlər və onlar təsisçilərə 
yüksək mənfəət gətirmək məqsədini güdmədən tərəfmüqavillər 
arasında 
işcüzar 
münasibətlərin 
asanlaşdırılması 
və 
təkmilləşdirilməsi  işinə  xidmət  edirlər.  Bütün  bunlar  isə 
nəticəyə  milli  burcuaziyanın  formalaşmasına,  onların  arasında 
işgücar  fəaliyyətin  canlanmasına  və  nəhayət  təsərrüfatçılığın 
səmərəliliyinin yüksəlməsi və ictimai tərəqqiyə səbəb olurlar. 
Cəmi  birjalar,  və  ilk  növbədə  əmtəə  birjaları  elmi-
texniki  tərəqqi  şəraitində  istehsal  edilmiş  kütləvi,  birnövlü, 
bölünən  və  standartlaşdırılmış  malların  satışını  daha  yaxşı 
təşkil etdiklərinə  görə nəticədə sahibkarları bir-biri ilə iqtisadi 
və ticarət sahələrində əlaqələrə girməyə sövq edirlər.  
Tarixi  mənbələrdən  göründüyü  kimi,  XIX  əsrin 
ortalarına  kimi  əmtəə  birjaları  iri  topdan  ticarət  bazarları  kimi 
yalnız  real  mövcud  olan  və  faktiki  olaraq  satışa  çıxarılan 
məhsulların  realizə  edilməsilə  məşğul  olurlarmış.  Lakin 
kapitalizm inkişaf etdikcə özünün ali və sarsımaz forması kimi 
real əmtəə birjaları ticarət fəaliyyəti obyekti və  xarakterini bir 
qədər 
dəyişərək 
aşağıdakı 
kimi 
xassələri 
özündə 
cəmləşdirməyə başladı: 
1). Sonralar ticarət əməliyyatlarını əmtəələrin özünün 
mövcud  olmadığı  şəraitdə  onların  əsasən  keyfiyyət 
parametrlərinin  göstərilməsi  nəticəsində  aparmaq  mümkün 
olmuşdur. 
2). Satış üçün nəzərdə tutulan əmtəə nümunələri daha 
yüksək  səviyyədə  standartlaşdırılmış,  eyni  mənşəli  və  bir-biri 
ilə əvəz edilən olmuşlar. 
3).  Birjalar  vasitəsilə  həyata  keçirilən  əməliyyatlar 
istehsal-istehlak  təyinatlı  olmaq  əvəzinə  müəyyən  qədər  sırf 
alver xarakteri daşıyan sistemə çevrilmişdir. 
4).  Satış  əməliyyatları  birja  ticarət  qaydalarının 
gözlənilməsi  əsasında  alıcı  və  satıcıların  sıx  əməkdaşlığı 
nəticəsində baş verir.  
5).  Birjalarda  satışa  çıxarılan  əmtəələr  və  birja 


 
 
 
əməliyyatları  əksər  hallarda  tərəfmüqavillərin  kommersiya 
riskini azaltmaq məqsədilə sığortadan keçirilir. 
6).  Beynəlxalq  təcrübə  göstərir  ki,  birjalar  vasitəsilə 
realizə  olunan  məhsullar,  sazişlər,  pul-valyuta  resursları  və  s. 
həcmi  artmağa  əmtəə  dövriyyəsi  yüksəlməyə  və  satılan 
məhsulların çeşidi sabitləşməyə və hətta azalmağa meyl edir.  
Yuxarıda  qeyd  edilmiş  xüsusiyyət,  şərtlər  və 
vəziyyətlər  müasir  şəraitdə  bütün  birjaların  və  ilk  növbədə 
əmtəə 
birjalarının 
rolu 
və 
əhəmiyyətlərini, 
bazar 
iqtisadiyyatının  təşkili,  planlaşdırılması  və  idarəedilməsi 
sistemini  keyfiyyətcə  yaxşılaşdırmağa  imkan  verir.  Belə  ki, 
birjalar  vasitəsilə  istehsal  əqdləri  məhsulların  alqı-satqısı  üzrə 
ticarət  müqavilələrinin  bazara  çıxarılması  bizneslə  məşğul 
olanlar  arasında  işgüzar  fəallığın  artması  və  yüksəldilməsi 
imkanlarını açır.  
 
1.3. Birjaların əsas tipləri (növləri) 
Cəmiyyət  inkişaf  etdikcə  birjaların  tipləri  genişlənir 
və yeni iqtisadi zəruriyyət uyğun inkişaf etdirilir. 
Cəmi  birjaları  müxtəlif  əlamətlərinə  və  fəaliyyət 
istiqamətlərinə  görə  təsnifləşdirmək  olar.  Belə  ki,  birjalar 
təsisatların,  məsuliyyət  dairələrinin,  ərazi  əhatəsinin,  iş 
yönümünün,  fəaliyyət  qaydalarının,  işçilərinin  sayı  və 
tərkibinin strukturuna görə, ixtisaslaşma,  yarımixtisaslaşma və 
universallaşma dərəcələrinə görə bir-birindən fərqlənir. 
Birjaların əksəriyyətinin qapalı tipli müəssisələr kimi 
fəaliyyət  göstərməsinə  baxmayaraq,  onların  təsisatçıları, 
işçilərinin  sayı  və  strukturu,  müştərilərin  siyahısı  və  s. 
göstəriciləri daima dinamik proseslərlə əlaqədar dəyişir. 
Muasir dövrdə birjaların əsas növləri bunlardır:  
-    valyuta-banalararası; 
-
  kompyuter; 
-
  opsion; 
-
  kütləvi; 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə