Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə12/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   8   9   10   11   12   13   14   15   ...   69

 
 
 
rabitə  sistemlərini,  anbar  təsərrüfatlarını,  maddi-texniki 
təchizatı,  ticarəti,  ictimai  iaşənı  və  b.  ön  plana  çəkmək 
gərəkdir.  Burada  həmçinin  elektrik  şəbəkəsi  sistemləri,  istilik 
qurğuları  və  nəqli,  qaz  və  neft  boru  kəmərləri,  sənaye 
nəqliyyatı, müəssisələrin mühəndis və s. qurğuları da daxildir. 
Kənd təsərrüfatında infrastrukturanın tərkibinə  yollar, anbarlar 
və  s.  yanaşı  suvarma  sistemlərini  də  aid  etmək  olar.  Şəhər 
şəraitində  infrastrukturanın  əhatə  dairəsi  çox  genişdir  və 
yeraltı, yerüstü qurğular, yollar, nəhəng soyuducular və məhsul 
anbarları, rabitə vasitələri və s. onun qısa tərkibidir. 
Amerika  Birləşmiş  Ştatlarında  və  digər  inkişaf  etmiş 
kapitalist  ölkələrində  sosial  infrastrukturanın  tərkibinə  mülki 
təyyarə  limanlarını,  kilsələri  və  məsçidləri,  hüquq-mühafizə 
qurumlarını  və  məhkəmələri,  müxtəlif  səpkili  muzeyləri, 
kinoteatrları  və  s.  daxil edərək,  onun  əhatə  dairəsini  bir  qədər 
genişləndirirlər. 
 
2.2. Bazar infrastrukturası və onun əsas elementləri 
nkişaf  etmiş  kapitalist  ölkələrinin  təcrübəsi  göstərir 
ki,  onlarda  bazar  və  eləcə  də  biznes  infrastrukturları  fasiləsiz 
olan  təbii-tarixi  proses  nəticəsində  tədricən  formalaşmış  və 
daima  təkmilləşdirir.  Təcrübədə  bazar  iqtisadiyyatının 
infrastrukturasını 
biznesin 
infrastrukturasından 
ayırmaq 
mümkün 
deyil. 
Biznesin 
infrastrukturası 
bazar 
infrastrukturasının  tərkib  hissəsidir,  onun  sayı  bir  qədər  qısa 
olaraq, biznes sahələri üzrə konkretləşdirilir. 
Bazar  iqtisadiyyatı  və  biznes  infrastrukturalarının 
tərkibinə əsasən aşağıdakılar daxildir: 
1. Emissiya sistemi və emissiya bankları. 
2. Kredit sistemi və kommersiya inisiarı. 
3.  şgüzar dairələrin birlikləri. 
4. Vergi sistemi və vergi müfəttişlikləri (polisləri). 
5. Gömrük sistemi və gömrük qurumları. 
6. Yarmarkalar və müxtəlif əmtəə istehlak bazarları. 


 
 
 
7. Sərgilər və sərgi kompleksləri . 
8. Ticarət palataları. 
9. Qiymətli kağızlar bazarı və fond birjaları.  
10.  Əmtəə  birjaları  (universal,  məhsul  qrupları  və  ya 
adları üzrə). 
11. Əhalinin məşğulluq mərkəzləri və əmək birjaları. 
12.  Xarici  valyuta  bazarları  və  birjaları  və  pulların 
dəyişdirilməsi (alınıb- satılması məntəqələri). 
13.  Fyuçers  və  opsion  birjaları  (bunlara  məhsul 
istehsalı  və  ya  satışı  üzrə  bağlanmış  müqavilələr  və 
əqdlərin 
alınıb 
satılması, 
tərəflər 
arasında 
əməliyyatlar  üzrə  hesablaşmalar  müəyyən  müddət 
ərzində həyata keçirilə bilər). 
14. Hərraclar. 
15. 
nformasiya 
texnologiyaları 
və 
işgüzar 
kommunikasiya vasitələri. 
16.  Kommersiya  və  təsərrüfat  risklərinin  sığorta 
sistemi.  
17.  Reklam  agentlərin  və  kütləvi  informasiya 
vasitələri. 
18. Auditor palataları (kompaniyaları). 
19. Konsaltinq (məsləhətləşmə) kompaniyaları. 
20. Sərbəst (azad) iqtisadi zonalar. 
21.  Alıcıların  mənafesi  və  sosiallığı  keşiyində  duran 
dövlət və qeyri dövlət institutları. 
22. Müstəqil həmkarlar təşkilatları. 
23. Marketinq üzrə milli və beynəlxalq təşkilatlar. 
24.  Nəqliyyat  məsələləri  və  yükdaşımalar  üzrə  milli 
və beynəlxalq struktur. 
25.  Fektorinqlə  (tərəflər  arasında  qarşılıqlı  borcların 
ödənilməsi) məşğul olan maliyyə-kredit qurumları. 
26. Lizinq formaları üzrə ixtisaslaşmış kredit bankları 
və sistemləri. 
27.Təşkilatçılıq  baxımından  formalaşmış  topdan  və 


 
 
 
pərakəndə vasitəçilik sistemləri. 
Bu  siyahını  davam  etmək  də  olar,  lakin  fəaliyyət 
növlərindən  və  istiqamətlərindən  asılı  olaraq  biznesin 
xüsusiyyətləri  nəzərə  alınmalıdır  ki,  onun  infrastrukturası 
düzgün  seçilsin.  Belə  ki,  istehsal  yönümlü  fəaliyyətdə 
(sahibkarlıqda)  və  kommersiya  işlərində  infrastrukturaya 
yollar,  elektrik,  su,  qaz,  istilik  və  s.  şəbəkələrlə  yanaşı  anbar 
təsərrüfatları,  soyuducu  qurğuları,  rabitə-kommunikasiya 
sistemləri və s. daxildir. 
Beləliklə  infrastruktura  şəbəkələri  biznes  fəaliyyətini 
daha  az  maddi,  əmək  və  maliyyə  resursları  sərf  edərək,  daha 
qısa  müddətdə  və  tələb  olan  keyfiyyətdə  həyata  keçirməyə 
imkan  verir.  Onların  tərkidində  birja  və  hərraclar  xüsusi  yer 
tutur. 
 
2.3. Birja və hərraclar bazar və biznes infrastrukturasının 
 tərkib hissəsi kimi
 
Yarmarkalar  və  müxtəlif  əmtəə-istehlak  bazarları, 
eləcə  də  birja  və  hərraclar  sayları,  tərkibləri  əhəmiyyətlərinə 
görə  bazar  və  biznes  infrastrukturası  sistemində  özlərinə 
məxsus əhəmiyyətə malikdirlər. Əgər yuxarıda sadalanan bazar 
və  biznes  infrastrukturalarına  diqqət  yetirsək,  aydın  olar  ki, 
təcrübə  onlar  biri-birlərini  tamamlayır  və  makro  və 
mikroiqtisadi  səviyyələrdə  və  kompleks  şəkildə  güclü  təşkil, 
planlaşdırma  nəzarət  və  idarəetmə  qüvvəsinə  çevrilirlər. 
Bununla  belə  müxtəlif  növ  birja  və  hərracların  xüsusi  çəkisi 
cəmi  bazar  və  biznes  infrastrukturasının  tərkibində  25-30% 
təşkil  edir.  Lakin  birja  və  hərracların  əhəmiyyəti,  rolu,  vəzifə 
və  funksiyalarını  digər  infrastruktura  sahələrin  tutduğu  yer  və 
mövqelərindən  fərqləndirmək,  onların  hər  birinin  özünə 
məxsus  səviyyəyə  və  əhəmiyyətə  məxsus  olmağını  dərk 
etməliyik.  Birja  və  hərraclar  başqa  infrastruktur  sahələrinin 
üzərinə düşən bir sıra vəzifə və funksiyaları özlərində müəyyən 
qədər  cəmləşdirmək  imkanına  malikdir,  lakin  əksinə  biznes 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə