rabitə sistemlərini, anbar təsərrüfatlarını, maddi-texniki
təchizatı, ticarəti, ictimai iaşənı və b. ön plana çəkmək
gərəkdir. Burada həmçinin elektrik şəbəkəsi sistemləri, istilik
qurğuları və nəqli, qaz və neft boru kəmərləri, sənaye
nəqliyyatı, müəssisələrin mühəndis və s. qurğuları da daxildir.
Kənd təsərrüfatında infrastrukturanın tərkibinə yollar, anbarlar
və s. yanaşı suvarma sistemlərini də aid etmək olar. Şəhər
şəraitində infrastrukturanın əhatə dairəsi çox genişdir və
yeraltı, yerüstü qurğular, yollar, nəhəng soyuducular və məhsul
anbarları, rabitə vasitələri və s. onun qısa tərkibidir.
Amerika Birləşmiş Ştatlarında və digər inkişaf etmiş
kapitalist ölkələrində sosial infrastrukturanın tərkibinə mülki
təyyarə limanlarını, kilsələri və məsçidləri, hüquq-mühafizə
qurumlarını və məhkəmələri, müxtəlif səpkili muzeyləri,
kinoteatrları və s. daxil edərək, onun əhatə dairəsini bir qədər
genişləndirirlər.
2.2. Bazar infrastrukturası və onun əsas elementləri
nkişaf etmiş kapitalist ölkələrinin təcrübəsi göstərir
ki, onlarda bazar və eləcə də biznes infrastrukturları fasiləsiz
olan təbii-tarixi proses nəticəsində tədricən formalaşmış və
daima təkmilləşdirir. Təcrübədə bazar iqtisadiyyatının
infrastrukturasını
biznesin
infrastrukturasından
ayırmaq
mümkün
deyil.
Biznesin
infrastrukturası
bazar
infrastrukturasının tərkib hissəsidir, onun sayı bir qədər qısa
olaraq, biznes sahələri üzrə konkretləşdirilir.
Bazar iqtisadiyyatı və biznes infrastrukturalarının
tərkibinə əsasən aşağıdakılar daxildir:
1. Emissiya sistemi və emissiya bankları.
2. Kredit sistemi və kommersiya inisiarı.
3. şgüzar dairələrin birlikləri.
4. Vergi sistemi və vergi müfəttişlikləri (polisləri).
5. Gömrük sistemi və gömrük qurumları.
6. Yarmarkalar və müxtəlif əmtəə istehlak bazarları.
7. Sərgilər və sərgi kompleksləri .
8. Ticarət palataları.
9. Qiymətli kağızlar bazarı və fond birjaları.
10. Əmtəə birjaları (universal, məhsul qrupları və ya
adları üzrə).
11. Əhalinin məşğulluq mərkəzləri və əmək birjaları.
12. Xarici valyuta bazarları və birjaları və pulların
dəyişdirilməsi (alınıb- satılması məntəqələri).
13. Fyuçers və opsion birjaları (bunlara məhsul
istehsalı və ya satışı üzrə bağlanmış müqavilələr və
əqdlərin
alınıb
satılması,
tərəflər
arasında
əməliyyatlar üzrə hesablaşmalar müəyyən müddət
ərzində həyata keçirilə bilər).
14. Hərraclar.
15.
nformasiya
texnologiyaları
və
işgüzar
kommunikasiya vasitələri.
16. Kommersiya və təsərrüfat risklərinin sığorta
sistemi.
17. Reklam agentlərin və kütləvi informasiya
vasitələri.
18. Auditor palataları (kompaniyaları).
19. Konsaltinq (məsləhətləşmə) kompaniyaları.
20. Sərbəst (azad) iqtisadi zonalar.
21. Alıcıların mənafesi və sosiallığı keşiyində duran
dövlət və qeyri dövlət institutları.
22. Müstəqil həmkarlar təşkilatları.
23. Marketinq üzrə milli və beynəlxalq təşkilatlar.
24. Nəqliyyat məsələləri və yükdaşımalar üzrə milli
və beynəlxalq struktur.
25. Fektorinqlə (tərəflər arasında qarşılıqlı borcların
ödənilməsi) məşğul olan maliyyə-kredit qurumları.
26. Lizinq formaları üzrə ixtisaslaşmış kredit bankları
və sistemləri.
27.Təşkilatçılıq baxımından formalaşmış topdan və
pərakəndə vasitəçilik sistemləri.
Bu siyahını davam etmək də olar, lakin fəaliyyət
növlərindən və istiqamətlərindən asılı olaraq biznesin
xüsusiyyətləri nəzərə alınmalıdır ki, onun infrastrukturası
düzgün seçilsin. Belə ki, istehsal yönümlü fəaliyyətdə
(sahibkarlıqda) və kommersiya işlərində infrastrukturaya
yollar, elektrik, su, qaz, istilik və s. şəbəkələrlə yanaşı anbar
təsərrüfatları, soyuducu qurğuları, rabitə-kommunikasiya
sistemləri və s. daxildir.
Beləliklə infrastruktura şəbəkələri biznes fəaliyyətini
daha az maddi, əmək və maliyyə resursları sərf edərək, daha
qısa müddətdə və tələb olan keyfiyyətdə həyata keçirməyə
imkan verir. Onların tərkidində birja və hərraclar xüsusi yer
tutur.
2.3. Birja və hərraclar bazar və biznes infrastrukturasının
tərkib hissəsi kimi
Yarmarkalar və müxtəlif əmtəə-istehlak bazarları,
eləcə də birja və hərraclar sayları, tərkibləri əhəmiyyətlərinə
görə bazar və biznes infrastrukturası sistemində özlərinə
məxsus əhəmiyyətə malikdirlər. Əgər yuxarıda sadalanan bazar
və biznes infrastrukturalarına diqqət yetirsək, aydın olar ki,
təcrübə onlar biri-birlərini tamamlayır və makro və
mikroiqtisadi səviyyələrdə və kompleks şəkildə güclü təşkil,
planlaşdırma nəzarət və idarəetmə qüvvəsinə çevrilirlər.
Bununla belə müxtəlif növ birja və hərracların xüsusi çəkisi
cəmi bazar və biznes infrastrukturasının tərkibində 25-30%
təşkil edir. Lakin birja və hərracların əhəmiyyəti, rolu, vəzifə
və funksiyalarını digər infrastruktura sahələrin tutduğu yer və
mövqelərindən fərqləndirmək, onların hər birinin özünə
məxsus səviyyəyə və əhəmiyyətə məxsus olmağını dərk
etməliyik. Birja və hərraclar başqa infrastruktur sahələrinin
üzərinə düşən bir sıra vəzifə və funksiyaları özlərində müəyyən
qədər cəmləşdirmək imkanına malikdir, lakin əksinə biznes
Dostları ilə paylaş: |