reallaşdırmaq imkanı əldə edirlər. Misal üçün, istehsala
qabaqcıl elmi-texniki nailiyyətlərin tətbiqi, məhsulun maya
dəyərinin azaldılması, iqtisadiyyatın çevik və dəyişkən
vergilərlə tənzimlənməsi ilk növbədə özlərini əmtəə və digər
birjalarda biruzə verir.
Birjalar bazarlardan doğulmuşlar. Lakin müasir dövrə
qədər onların funksiyaları elə dəyişmişdir ki, hal-hazırda
məhsulların alqı və satqısı onlar üçün əsas vəzifə hesab edilmir.
Belə ki, birjalar üçün başlıcası gələcəkdə məhsulların
qiymətlərinin təyin edilməsi və onların aşkarlığının
təminatından, planlı və faktiki tələb və təkliflərin
reallaşdırılmasından,
qiymətlərin
tərəddüdlərindən
sığortalanmaqdan və s. ibarətdir. Onu qeyd edək ki, direktiv
iqtisadiyyatda həmin vəzifələri Dövlət plan komitəsi, Dövlət
qiymət komitəsi, Dövlət sığorta sistemi, sahə plan orqanları və
s. yerinə yetirirdilər. Eyni zamanda onların həlli prinsipləri və
metodları direktiv və bazar iqtisadiyyatı sistemlərində
tamamilə fərqli və müxtəlifdir. Onu da etiraf etmək lazımdır ki,
direktiv iqtisadiyyat öz planlaşdırma metodlarını işləyib
hazırladığı və təkmilləşdirdiyi zaman bazar iqtisadiyyatı həmin
məqsədlərə özünəməxsus yollarla nail olurdu.
Əgər sosializm şəraitində məhsul tədarükü üzrə
müəyyən edilmiş dövlət tapşırıqları və plan qiymətləri alıcı və
satıcılar
arasında
müqavilələrin
bağlanmasını
nəinki
asanlaşdırır, hətta məcburi edirdisə, bazar iqtisadiyyatında
müəssisə, şirkət və təşkilatlar təsərrüfat əlaqələrinin yaranması
barədə heç bir dövlət tapşırığı və direktiv qiymətlər sistemi
olmur.
(Birçox kapitalist ölkələrində inhisarçılıq meyilləri
güclü olduğuna görə qiumətlərin yüksəldilməsinin qarşısını
almaq məqsədilə dövlətlər müəyyən məhsullara maksimal
qiymət həddi təyin edirlər. Bu məcburi tədbirlə əlaqədar
istehsalçılar yüksək qazanc əldə etmək üçün məhsulun maya
dəyərini aşağı salmalı olurlar).
Belə bir vəziyyətdə, yəni
qiymətlərin əvvəlcədən bilindiyi halda, gələcək dövr üçün
məhsul göndərişi üzrə müqavilələrin bağlanması birjalar
vasitəsilə mümkün olur və bazar iqtisadiyyatı şəraitində, yalnız
onlar perspektiv qiymətləri təyin edə bilir. Birja ticarətinin
başlıca tələbi isə bütün alış-veriş əməliyyatlarının gizli yox,
açıq aparılmasından ibarətdir. Eyni zamanda birjalarda
bağlanan bütün müqavilələr, o cümlədən, gələcəkdə məhsul
göndərmək şərtləri, açıq elan olunan qiymətlər əsasında
bağlanılır.
Bütün hallarda gələcəkdə məhsul göndərilməsi haqda
əvvəlcədən bağlanan müqavilələrin ilkin bazis qiymətləri
hamıya bəlli olan sistem üzrə açıq təyin edilir. Bu cür
müəyyənləşdirilən qiymətlər ticarətin özünün açıq aparılması
nəticəsində xüsusi kompüter sisteminə daxil edilir və hər ticarət
günü açıldıqda bütün məhsul çeşidi üzrə perspektiv gələcək
aylara bağlanan müqavilələrin qiymətləri mətbuatda dərc edilir.
Belə olduqda, dünyanın harasında olursa olsun, alıcı və
satıcılar gələcək üçün aralarında məhsul satışı üzrə
müqavilələrin bağlanılması yalnız dünyanın aparıcı sayılan
böyük birjalarının qiymətlərinə uyğun, onlarda bu əmtəə üzrə
satış baş verdikdən və birja qiymətləribəlli olduqdan sonra
həyata keçirilir.
Bazar iqtisadiyyatının işləmə mexanizminin təhlili
göstərir ki, o plan və faktiki bazar qiymətlərinin
razılaşdırılmasını,
məhsulların
tələbi
və
təklifinin
uyğunlaşdırılmasını təmin edən planların tərtib edilməsi və
dəqiqləşdirilməsinin spesifik sistemini yaradıb. Bazar
iqtisadiyyatının planauyğunluğununa nail olmaqda birjaların
əhəmiyyətli rolu mövcuddur.
Müasir dövrdə birjaların əksəriyyəti proqnozlaşdırılan
tələb və təklifin əsasında perspektivdə məhsul göndərişi üzrə
müqavilələrin bağlanılması ilə məşqul olan sivil bazar
infrastrukturası qurumlarıbır. Onların vasitəsilə nəticədə
kapitalist
təsərrüfatçılığı
sistemində
planlaşdırma
mexanizminin yeni və ola bilsin, ən mötəbər sistemi əldə edilir.
Cari dövrdə bir çox amillərdən asılı olaraq proqnozlaşdırılan
vəziyyətlərin alınmaması (misal üçün iqtisadi, sosial, siyasi
durumların nəzərdə tutulduğundan kənarlaşmaları və təbii
iqlim şəraitinin tərəddüdləri) nəticəsində bəzi bazar subyektləri
əvvəl nəzərdə tutduqlarından az və ya artıq məhsul istehsalı və
satışı müqavilələri alıb satası olsunlar.
Gələcəkdə yerinə yetiriləcək əldə edilmiş sövdələşmə
sazişinin (əqdinin) neçəyə alınmasından asılı olmayaraq, onun
real icrası zamanı elə qiymət təyin edilməlidir ki, tələb və
təklifi
tarazlaşdıra
bilsin.
Bütün
bunlara
sazişlərin
(müqavilələrin) təkrarən başqalarına satılması, əvvəlki bu kimi
əməliyyatların başa çatdırılıb tamamlanması (ləğv edilməsi) və
yeni müqavilələrin bağlanılması vasitəsilə nail olunur.
Müasir əmtəə birjalarında ticarət mövcud olan hazır
məhsullarla yox, onların istehsal və satış müqavilələrilə
aparılır. Bu kimi malların istehsalı ola bilsin məhsulgöndərmə
müqaviləsinin başa çatma müddəti qurtarana yaxın tamamlanır.
Təcrübədə belə birja əməliyyatların aparılması adi hal
olmuşdur: əvvəlki satıcılar satdıqları müqavilələri geri alır,
alıcılar isə əllərində qalmış sazişləri (əqdləri) satmağa
çalışırlar. Bir çox hallarda konkret əmtəələrin fiziki satışı
əsasən birjadan kənarda baş verir. Bununla belə birbaşa
istehsalçı müəssisələr və ya topdan məhsul satıcıları ilə
alıcıların müqavilələri, onların istədiyindən asılı olaraq,
başqasına satılmasa, mütləq vaxtı çatdıqda tam həcmi və tələb
olunan kəmiyyəti və keyfiyyəti üzrə yerinə yetirilməlidir.
Birjalarda
bağlanmış
bütün
sövdələşmə
əməliyyatlarının təxminən 3% əvvəlcədən satıcılar tərəfindən
birjaların sərəncamlarında olan anbar və bazalara daşınır və
sonra buradaca alıcılara təqdim edilir.
Beynəlxalq birja fəaliyyəti təcrübəsində belə qəbul
edilmişdir ki, əgər bağlanmış əqdlərin satıcıları alıcılardan
realizə etdikləri müqavilə sənədlərini geri almazsa, onda
müəyyən edilmiş vaxtda nəzərdə tutulmuş əmtəələri həqiqətən
Dostları ilə paylaş: |