Öz növbəsində inkişaf etmiş kapitalist ölkələrində də
ticarət sahəsində əhalinin xeyli hissəsi özlərinə məşğuliyyət və
dolanışıq imkanları tapıb. Belə ki, ngiltərə, Almaniya,
Türkiyə, taliya, ABŞ, Fransa, Yaponiya və digər ölkələr- də
ticarətdə iş qabiliyyətinə malik əhalinin təxminən 18-20%-i
məşğuldur. Müasir Azərbaycan Respublikası şəraitində isə
ticarət yeganə sahədir ki, əhalinin əksəriyyətinin
məşğuliyyətini təmin etməklə yanaşı, dövlət büdcəsini yaxın
keçmişdə sənaye və kənd təsərrüfatında baş vermiş dağıdıcı
böhrandan çıxaran xilaskara çesrilmişdir.
Beləliklə, bütün dünyada ticarət iqtisadiyyatın
inkişafına və ayrı-ayrı dövlətlərin çiçəklənməsinə səsbəb
olmuş, eləcədə müxtəlif coğrafi məkanlarda yaşayan xalqlar və
millətlər arasında sivil işguzar münasibətlərin qurulmasının
meyarına çevrilmişdir. Müxtəlif səpkili birjaların meydana
gəlməsi isə əmtəə – pul münasibətlərinin inkişafı və
topdansatış ticarətin formalarının təkamülü proseslərinin
nəticəsidir. Əgər beynəlxalq təcrübədə pərakəndə formada
əşyalaşdırılmış əmək fəaliyyətinin nəticələrilə mübadilə
təsadüfü xarakter daşıyırdısa, ancaq təbii və ictimai əmək
bölgüsü dərinləşdikcə, əkinçilik maldarlıqdan ayrıldıqca,
sənətkarlıq inkişaf etdikcə, və bu kimi proseslər baş verdikcə
ticarət daha çox meyillər doğururdu. Məhz topdan ticarətin
miqyası və hüdudlarının genişlənməsi öncə, sonralar isə digər
növ əmtəə və s. birjaların yaranmasına gətirib çıxarmışdır. Bir
çox tarixçi, etnoqraf, iqtisadçı alimlər və s. mütəxəssislər
topdan ticarətin ilkin formasını karvan ticarətini hesab edirlər.
Qədim mədəniyyət abidələri və tarixi mənbələrdə müasir
mənada başa düşdüyümüz kimi birjaların hələ karvan ticarəti
sistemində mövcud olmasına birbaşa və ya dolayı işarələr və
qeydlər mövcuddur. Misal üçün, Yaxın Şərq ölkələri və Güney
Qavqazda keçmiş karvan yollarının üstündə indiyənə kimi
müasir mehmanxana kompleksini xatırladan karvansaraylar
tarixi abidələr kimi qorunub saxlanılır. Həmin mənbələrdə
tacirlər və adi yolçular görüşür, ölkələr, bazarlar, əmtəə tələbatı
və pul vahidləri haqda məlumatlarla bir-birilərilə bölüşür,
pullarını dəyişir və digər ticarət-iqtisadi əməliyyatlarını həyata
keçirirdilər. Karvan ticarəti tədricən daxili bazarla yanaşı,
xarici və beynəlxalq ticarəti də əhatə etməyə başladı. Lakin
karvan ticarəti növündəki bir sıra çatışmamazlıqlar, ilk
növbədə onun qeyri-dəqiqliyi, yəni epizodik xarakter daşıması,
o cümlədən yeri və vaxtının tez-tez dəyişməsi, imkanlarının
məhdud olması, epizodikliyi-əyaniliyi, yollarındakı qeyri-
müəyyənliklər, böyük və kiçik müharibələr, quldurluğun
mövcud olması və s. insanları vadar edirdi ki, ona (karvan
ticarətinə) tam bel bağlamasınlar. Bununla əlaqədar karvan
ticarəti genişləndirilərək, tədricən qismən və sonralar isə
tamamilə topdan və pərakəndə ticarətin yarmarka xarakterli
forması ilə əvəz edilmişdir. «Yarmarka» sözü alman dili
mənşəlidir ki, tərcümədə «illik bazar» deməkdir. Tarixi və milli
ənənələrə görə bu cür topdan və pərakəndə satışlar –
yarmarkalar əvvəlcədən planlaşdırılaraq, müəyyən yerdə
hamıya bəlli olan müddətdə vaxtaşırı təşkil edilirdi.
Yarmarka tipli ticarət öz təşkili və idarəedilməsi
səviyyəsinə görə şərq ölkələrində geniş yayılmış bazar alış-
veriş və mübadiləsi sistemindən daha yüksək pillədə durur.
Belə ki, bazarlarda ticarət prosesi malları nümayiş etmək üçün
əlavə vasitələrdən istifadə edilməsini istisna etmir. Əgər karvan
ticarəti və şərq tipli bazarlarda qeyri-ardıcıllığın və təsadüfi
elementlərinin daha çox olmasını nəzərə alsaq, onda aydın olur
ki, bu cür ticarət sistemlərində tələb və təklifin biri-birini
tapması və tarazlaşması ehtimalı xeyli azalır. Bu isə nəticədə
alqı və satqı proseslərinin zaman və məkan çərçivəsində
uzadılmasına gətirib çıxarmaya bilməzdi. Ticarətin yarmarka
tipi üzrə təşkili və idarəedilməsi və bazarın nisbətən yeni sivil
səviyyəyə qaldırılması məhsul və məmulatlar üzrə mütləq
olaraq
ixtisaslaşmış
ticarət
sıralarının
(cərgələrinin)
yaradılmasını tələb edirdi. Belə halda satıcılar, bir qayda olaraq
ixtisaslaşmış olduğundan, onlar tələb və təklifin qarşılıqlı
əlaqəyə girərək uzlaşmasında yardımçı rolu oynamaya
bilməzdi. Öz növbəsində ticarət əməliyyatlarının həcmi və
miqyasının
artması
yarmarkaların
əmtəə
birjalarına
çevrilməsinə təkan vermişdir.
Birjalar vasitəsilə alıcılar və satıcılar arasında
görüşlər nisbətən qısa vaxt ərzində (təcrübədə ani bir zamanda)
təşkil edilir, sövdələşmə və əməliyyat aktlarının həyata
keçirilməsi prosesi tezləşir, bu proses nəzərət edilə bilcək
səviyyədə qanuniləşdirilir və istədikdə buradaca alan və satan
tərəflər arasında rollar dəyişilir.
Ümumiyyətlə
birjalar
mütəşəkkil
bazarların
növlərindən – variantlarından biridir. Mütəşəkkil bazar dedikdə
əvvəlcədən
müəyyənləşdirilmiş
qaydalar
üzrə
ticarət
əməliyyatlarının yerinə yetirilməsi üçün satıcı və alıcıların
toplaşdığı yer-məkan başa düşülür. Buna bənzər mütəşəkkil
birjalar tarixi mənbələrə görə hələ eramızdan əvvəl IV-III
yüzilliklərdə qədim Misir, Çin, Yaponiya və digər ölkələrdə
mövcud idi. Sonralar onların təcrübəsi qədim Yunanıstan və
Romaya yayılmışdır. Həmin yüksək inkişaf etmiş insan
sivilizasiyaları sıradan çıxdıqca ticarətin təşkilinin mütərəqqi
formaları kimi karvan, yarmarka və birja tipli mübadilə
sistemləri tarixlərə qərq olmuş və zaman keçdikcə insanlar
istehsal və əmtəə-pul münasibətləri inkişaf etdikcə, həmin
tarixi köklərinə qayıdaraq, yeni dövr və şəraitləri nəzərə alaraq
onları təzədən bərpa etməyə çalışmışlar. Bütün bunlar bir də
ona görə baş verirdi ki, bunun kimi daha yaxşı təşkil edilmiş
bazarlar bütün marağında olan tərəflər və cəmiyət üzvlərinə
artıq vaxt, vəsait və əmək sərf etmədən alqı və satı aktlarının
mütləq keçiriləcəyi və baş tutacağına təminat verirdi.
Mütəşəkkil əmtəə bazarları elə məkandır ki, orada satıcılar və
alıcılar bir araya gəlib toplaşaraq, insani münasibətlərin
müəyyən etiketi çərçivəsində, qəbul edilmiş sivil kommersiya
mərasimləri
və
qaydalarına
riayət
edərək,
ticarət
Dostları ilə paylaş: |