əməliyyatlarını həyata keçirə bilirlər.
Müasir
dövrdə
birja
və
hərraclar
bazar
iqtisadiyyatının zəruri tərkib hissəsi və ayrılmaz hissəsidir.
Birja və hərrac ticarəti isə bazarın təşkili və idarə
olunmasından irəli gələrək, kapitalist istehsal-iqtisadi
münasibətləri şəraitində normal bazar azadlıqları və
münasibətlərinin reallaşdırılmasında aparıcı vəzifə və
funksiyalar daşıyan xüsusi infrasturuktur elementlərindəndir.
Topdansatış ticarət formalarının təkamülünə nəzər saldıqda
görərik ki, birjalar və hərracların beynəlxalq təcrübədə
formalaşması prosesi kapitalist münasibətləri və bazar
iqtisadiyyatı mexanizminin bərqərar olmasında ardıcıl və
fasiləsiz gedən təbii tarixi prosesin nəticəsidir. Eyni zamanda
onların bazar iqtisadiyyatı və ondan əvvəlki ictimai-iqtisadi
sistemlərin
özünüidarəetmə
və
özünütənzimləməsinin
nəticəsidir. Bu cür özü-özünə sistem yaratma imkanları və
şəraiti inkişaf etmiş Avropa ölkələri və ABŞ-da keçmişdən
fasiləsiz ictimai-iqtisadi proses kimi gələrək müasir kapitalizm
dövründə tam formalaşmışdır.
Hal-hazırda dövrün birjaları kommersiya fəaliyyəti və
cəmi biznesin müəyyən bir ayrılmaz sivil hissəsidir. Birjalar
kommersiya fəaliyyətinin formasıdır, hərraclar isə birja
ticarətinin sanki çevrilmiş növüdür, onun məntiqi və praktiki
davamıdır.
Nəhayət, əgər hərraclar birjaların ayrılmaz tərkib
hissəsidirsə, onlar birlikdə, yuxarıda qeyd edildiyi kimi, bazar
iqtisadiyyatının infrastrukturası kompleksinə daxildirlər.
Həmin infrastruktur sistemində birja və hərracların xüsusi yeri
və müstəsna rolu təkzibedilməzdir.
«Birja» sözünün mənşəyi XV-XVI əsrlərə gedir.
Həmin dövrlərdə Niderlandın Bryüqqe şəhərində yerli və
gəlmə gəmi kapitanları, eləcədə varlı və imkanlı tacirlər
bazarlar, müxtəlif əmtəələr və ölkələrin xüsusiyyətlərini,
satılan məhsulların daşınılmasının fərqləndirici cəhətlərini
öyrənmək, həmçinin xarici dövlətlərdən gətirilmiş pulların
dəyişilməsi və veksellərin əldə edilməsi məqsədilə bir yerli
zəngin alverçinin evinin yanı, sonralar isə içində toplaşardılar.
Həmin tanınmış imkanlı tacirin evinin üzəri və şəxsi möhründə
üç pul kisəsinin əksi həkk olduğundan onun Vander adından
sonra «Bupse» ləqəbi də işlənilirdi, çünki, latın dilində «bupse»
sözü pul kisəsi deməkdir. llər keçdikcə bizim diyarlardan
uzaqlarda formalaşmış «bupse» sözü rus dilinə köçərək,
tədricən geniş kütlələr arasında «birja» sözü kimi tələffüz
edilməyə başlamışdır.
Xarici ölkələrdə nəşr edilmiş terminoloci lüğətlərdə
birja sözünün mənası müxtəlif səviyyədə işıqlandırılmışdır.
Onlardan rus dilində çıxmış iqtisadi lüğətdə birjalar sözünün
mənası daha dolğun olaraq, aşağıdakı kimi verilmişdir: «Birja
– qiymətli kağızlar və yaxud əmtəələr üzrə əməliyyatlar
aparmaq üçün otaq, müəyyən təminatlar, hesablaşma və
məlumat xidmətləri təqdim edən dövlət və ya səhmdar qurum
olaraq buna görə əməliyyatlardan komissionlar əldə edən və
ticarətə müəyyən məhdudiyyətlər qoyan sabit və dəqiq
keyfiyyət parametrlərinə malik olan kütləvi əmtəələrin topdan,
o cümlədən beynəlxalq ticarəti (əmtəə birjası), və ya qiymətli
kağızlar, qızıl, valyutanın mütəmadi olaraq alış-veriş
əməliyyatlarını təşkil edir»
1
.
«Birja mənfəəti. Kütləvi məhsullarla əmtəə birjasında
və fond birjasında qiymətli kağızlar ticarətindən əldə edilən
gəlir»
2
.
«Birja ticarəti. Birjalar vasitəsilə əmtəə və qiymətli
kağızlarla ticarət»
3
.
Elə həmin terminoloci lüğətdə hərraclar haqqında
belə qeyd edilib: «Kütləvi satışlar zamanı satışa qoyulmuş
1,2,3
Маркетинг: Толковый термилогический словарь – справочник. - :
«Инфокент» СПб, Медсервис Интернейшнл, 1991, с. 17-18
(Терминляря даир рус дилиндян тярcцмяляр мцяллифиндир).
əmtəə və ya əmlakın onlara ən yüksək qiymət verən şəxslərlə
alışı
4
.
Bütün yuxarıda qeyd edilənlər birja və hərracların
məzmununu tam açıqlamır və onların bazar iqtisadiyyatına,
yəni kapitalist təsərrüfatçılığı sisteminə yönəldilmiş dövlətin
həyatında əhəmiyyətini özündə əks etdirmir. Bunun üçün əlavə
edək ki, birja və hərraclar material resursları və maliyyə
vəsaitlərinin maddi istehsal və qeyri maddi sahələr üzrə bir-
birini əlavə edən və eyni zamanda vəhdədlik təşkil edən
bölgüsü və təkrarən bölgülü sistemi formalarıdır. Bununla
yanaşı onlar topdan və hərdən pərakəndə məhsul satışı
bazarlarının sanki başqa səviyyə və mühitə köçürülmüş
formalarıdır. Birja ticarətində əmtəə kimi daşınılmaz əmlak,
xammal, materiallar, avadanlıqlar, fərdi istehlak, gündəlik
tələbat və istehsal-texniki təyinatlı məhsullar, qiymətli kağızlar,
xarici ölkələrin pulları və s. əmtəə kimi dövriyyəyə cəlb
edilərək, alqı-satqı obyektinə çevrilirlər. Satışa qoyulan
məhsulların xüsusiyyətlərini nəzərə alaraq birjaları əmtəə
(əmək vasitələri və əşyaları, fond (qiymətli kağızlar), valyuta
(xarici ölkələrin valyutaları (pulları)- xəzinadarlıq öhdəlikləri)
kimi qruplaşdırırlar.
Məlumdur ki, kapitalizmdə əmtəə ümumi xarakter
daşımağa başlayır və digər məhsullarla yanaşı işçi qüvvəsi də
əmtəə xarakteri daşıyır. Buna görə bütün bazar iqtisadiyyatı
yönümlü ölkələrdə dövlət və onlara alternativ olan dövlətdən
kənar (qeyri dövlət) əmək birjaları, yəni işçi qüvvəsi bazarları
yaradılıb fəaliyyət göstərir.
Əksər hallarda hər birjanın nəzdində (əmək
birjalarından savayı) hərraclar da fəaliyyət göstərə bilir ki,
onların vasitəsilə satışın xarakteri, satılan obyektlərin
xüsusiyyətlərindən asılı olaraq məhsullar topdan (əsasən
4
Щямин йердя, с.14
Dostları ilə paylaş: |