üzə çıxarıb tərəfmüqavillərinə verməlidirlər. Öz növbəsində
alıcılar məhsulu qəbul etməli və müqavillə (əqd) bağlanan
zaman mövcud olan qiymətlərlə haqqını ödəməlidirlər.
Ümumiyyətlə,
cəmiyyət
üzvləri
və
bazar
iqtisadiyyatının işləmə mexanizminin təmin edilməsində birja
ticarəti vasitəsilə qiymətlərin müəyyənləşdirilməsi və tələblə
təklifin əlaqələndirilməsi həddindən artıq əhəmiyyətlidir. Lakin
kommersiya sirri mövcud olsa da, birja ticarətinin bilavasitə
agentləri olan tacirlər, istehsalçı və istehlakçıların bu prosesdə
iştirakı müxtəlif səviyyəli və miqyaslı maraqlar və digər
motivlərlə müəyyənləşir. Belə ki, birjalarda çalışan diler kimi
tacirlərin başlıca məqsədi müəyən birja əmtəəsini ucuz alıb
baha sataraq qazanc əldə etməkdən ibarətdir. stehsalçılar və
istehlakçılar, eləcədə müxtəlif səviyyəli vasitəçilər birjaya
müraciət etməkdə eyni məqsəd-qiymət fərqində qazanc əldə
etmək imkanları ilə yanaşı, biri öz məhsulunu satır, digəri isə
konkret öz tələbatlarını ödəyərək, təkrar istehsal prosesinin
təminatçısına çevrilirlər.
Direktiv
iqtisadiyyatda
təsərrüfat
və
ticarət
iştirakçılarının məqsədləri dövlət tərəfindən verilərək, heç
zaman dəyişilmir, baxmayaraq ki, ölkə və müəssisə
səviyyəsində real iqtisadi durum kəmiyyət və keyfiyyətcə
yaxşılaşır və ya pisləşir. Bütün bunların nəticəsində tələb və
təklifn bir-birindən ciddi kənarlaşması, qeyri proporsionallıq,
məhsul və xidmətlər qıtlığı baş verir, təyin edilmiş sabit dövlət
qiymətləri faktiki olaraq əhəmiyyətini itirir. Ancaq etiraf etmək
gərəkdir ki, bu cür qiymətlərin öz üstün cəhətləri mövcuddur.
stehsal başlamazdan əvvəl məhsul satışı qiymətlərinin məlum
olması, onun təşkilatçılarına nəzərdə tutulmuş fəaliyyətin
əvvəlcədən
səmərəli
və
yaxud
səmərəsiz
olmasını
hesablamağa, məsrəflərin həddini müəyyənləşdirməyə və
gözlənilən gəlirləri dəqiqləşdirməyə imkan verir.
Onu da qeyd edək ki, qiymətlərin aşağı düşdüyü
zaman və dövlət tərəfindən müəyyənləşdirilmiş təminatlı
qiymətlərin olmadığı şəraitində, istehsalçılar, istehlakçılar və
tacirlər birjalardan kommersiya əməliyyatlarını qiymət
tərəddülərindən sığorta etmək üçün istifadə edirlər. Müasir
birjalarda əməliyyatların sığorta edilməsinin iki cür imkanı
mövcuddur:
1). Qiyməti göstərməklə gələcəkdə aylar üzrə
göndəriləcək-alınacaq məhsulların (əmtəələrin) müqavilələrinin
alınıb-satılması;
2). Gələcəkdə müəyyən ay müddətində əmtəə üzrə
sövdələşmə əqdlərinin (müqavilələrinin) alınması və ya
satılması öhdəliklərinin əldə edilməsi.
Beləliklə, bazar iqtisadiyyatı şəraitində birjalar mikro
və makro səviyyələrdə, firmadaxili və firmalararası
planlaşdırma sisteminin başlıca alətinə çevrilir və direktiv
planlaşdırma sisteminə nisbətən dah mürəkkəb və gizli iqtisadi
mexanizm yaradır. Buna görə də dəyişkən vəziyyətlərdə bu
sistem tələb və təklifi əlaqələndirməyə imkan verir ki, buna
təcrübədə direktiv sistemində heç vaxt və heç cür nail olmaq
mümkün olmur.
Yuxarıda
göstərilən
planlaşdırma
sistemləri
planauyğunluqların təmin edilməsi metodlarına görə prinsipcə
fərqlənirlər.
Birincisi, direktiv sistemdə təklifdəki dəyişikliklər
tələb və qiymətlərə təsir göstərmir, əlavə olaraqda tələbdəki
tərəddüdlər məhsul təklifi və qiymətlərini dəyişdirə bilmir.
Beləliklə, belə inzibati-amirlik sistemində istehsalçılar və
istehlakçılar planların dəyişdirilməsinə dair kənardan heç bir
əlavə məlumatlar və tabeçiliklərində olduqları yuxarı
orqanlardan nəyisə kəsgin dəyişdirəsi yeni göstəriş almırlar,
hətta planların yenidən baxılmasına marağında olmuelar. Əgər
təcrübədə əvvəl qəbul edilmiş planı təsərrüfat rəhbərləri və
mütəxəssislər təzədən nəzərdən keçirməyə nail olurdularsada
belə, onlar buna əsasən özləri işlədiyi müəssisədə əmək haqqı
fondunun artırmaq və digər maraqlarını güdərək edirdilər, tələb
təklifin tarazlaşdırılması probleminin isə buna heç bir dəxli
olmurdu.
kincisi, bazar iqtisadiyyatı şəraitində müəyyən bir
həlqənin son məhsulunda qiymətlərin dəyişməsi ondan asılı
olan sahələrdə tələb, təklif və qiymətlərə təsir göstərir. Həmin
proseslər sanki eyniliklə zaman və məkan çərçivəsində təkrar
olunur. Belə ki, müəyyən bir ay ərzində qiymətlərin dəyişməsi
digər aylarda da qiymətlərə təsir göstərir, hər hansı bir ərazidə
isə qiymətlərin qalxıb və ya enməsi başqa regionlarda da
onların bu və ya digər tərəfə tərəddüdlərinə səbəb olur. Bütün
bununla yanaşı, bazar iqtisadiyyatında tələb, təklif və
qiymətlərin dəyişməsi bir sıra başqa amillərə təsir göstərir.
Direktiv iqtisadiyyat tələb və təklifə təsir göstərən
siyasi, iqtisadi, sosial, təbii-iqlim və digər amillərin
dəyişməsinə elə də ciddi əməl edə bilmir və ya heç reaksiya
vermir.
Üçüncüsü, direktiv iqtisadiyyatda tərtib edilən
planların əhatə müddəti dəqiq müəyyənləşdirilir. Ona görə
həmin planların reallaşdırılmasına cəlb edilən bütün tərəflər
necə olursa olsun mütləq bütün məhsullar üzrə göstərilmiş
istehsal və satış müddətlərindən kənara çıxmamalıdırlar.
Bazar iqtisadiyyatı şəraitində bu cür dönməz və sərt
sistem bazarın işləmə mexanizminə tam ziddir. Kapitalist
üslubu-idarəsində
tərəfmüqavillər
məhsulgöndərmə
kontraktlarının reallaşdırılması müddətini təyin edirlər. Bütün
bunlarla yanaşı, dövlət aparatı bazar subyektlərinə bağladıqları
müqavilələr üzrə heç bir həcm göstəriciləri və əhatə müddəti
təyin etmirlər. Bu məsələləri istehlakçı və istehlakçılar öz
aralarında sərbəst olaraq hər bir konkret məhsul üzrə həll edə
bilirlər. Müasir birja vasitəsilə bağlanan müqavilələr beş il
müddətə bağlana bilər, lakin təcrübədə bu çox nadir hallarda
baş verir.
Dördüncüsü, direktiv iqtisadiyyatla müqayisədə
kapitalizmdə hər bir sövdələşmə tərəfi planların tərtib edilməsi
Dostları ilə paylaş: |