-
əmtəə;
-
əmək;
-
universal;
-
fraxt;
-
fyuçers.
Təcrübədə əmtəə, qiymətli kağızlar, xarici valyutalar,
məhsul istehsalı və satışı müqavilələri satan (fyuçers) və əmək
birjaları daha geniş yayılmışdır. Əmtəə birjaları məhsul
qrupları, konkret məhsul adları və çeşidləri ixtisaslaşmış,
yarımixtisaslaşmış və universal ola bilərlər. Hər bir ölkədə
onların yaranması tarixi şəraitdən və iqtisadi durumdan asılı
olaraq baş vermişdir ki, həmin keçmişin kökləri indiki milli və
dünya birjalarının fəaliyyətində öz əksini tapır.
Ümumiyyətlə birjalar aşağıdakı əlamətlərinə görə
təsnifləşdirilə bilərlər:
-
birja əmtəələrinin növünə (əmtəə-xammal, fond,
valyuta birjaları);
-
təşkili prinsipi (kütləvi-hüquqi-dövlət birjaları,
xüsusi-hüquqi-xüsusi birjaları);
-
hüquqi əsasnaməsi statusuna görə (səhmdar
cəmiyyətləri və
ya məhdud məsuliyyətli
yoldaşlıqlar);
-
birja ticarətində istiraklarına görə (açıq və qapalı);
-
birja ticarətinin obyekti olan əmtəələrin tərkibinə
görə (universal və ixtisaslaşmış);
-
beynəlxalq ticarətdə yeri və roluna görə
(beynəlxalq və milli);
-
fəaliyyət sferasına görə (mərkəzi-paytaxt,
regionlararası və regional-lokal);
-
bağlanmış birja əqdlərinin xarakterinə görə (real
əmtəələr, fyuçerslər, opsionlar, qarışıq).
Müasir dövrdə əmtəə birjaları hüquqi şəxs qismində
çıxış edən təşkilatlar kimi fəaliyyət göstərir. Onlar açıq
formada kütləvi şəkildə birja ticarətini müəyyən qaydalar üzrə,
əvvəlcədən təyin edilmiş yerdə və vaxtda birja ticarətini təşkil
edib və tənzimləməklə topdansatış bazarlarını formalaşdırırlar.
Fond birjalarının vasitəsilə qiymətli kağızlar bazarı
formalaşdırılır və qiymətli kağızların (səhmlərin, istiqrazların
və s.) satışı təmin edilir.
Birja ticarətinin genişlənməsi nəticəsinə tamamilə yeni
tipli birjaların -fyuçers birjalarının yaranmasına səbəb
olmuşdur. Onların yaradılması birjaların real əmtəə bazarından
əmtəələr üzərində hüquqların dəyişdirilməsi bazarlarına
çevrilməsini göstərir. Fyuçer ticarətinin əsas əlamətləri
bunlardır:
-
sövdələşmələrin (əqdlərin) fiktiv xarakter
daşıması;
-
real əmtəə bazarı ilə əlaqənin məhsulgöndərmə
vasitəslə
yox,
sığortalanma
(heçləşdirmə)
vasitəsilə olması;
-
birja əmtəəsi kimi tərəflər arasında bağlanmış
kontraktların (əqdlərin) çıxış etməsi;
-
məhsulgöndərmə
şərtlərinin
bütövlükdə
unifikasiya edilməsi;
-
sövdələşmənin simasızlaşdırılması və onun
kontraqlarının biri-biri ilə əvəz edilməsi.
Opsion birjalarından birja ticarətinin sığorta edilməsi
üçün istifadə olunur, çünki onların köməyilə ehtimal edilən
riskləri birja əqdləri bağlanan zaman məhdudlaşdırmaq
mümkün olur.
Fəsil 2. Birja və hərraclar bazar və biznes infrastrukturası
sistemində
2.1. nfrastrukturanın mənşəyi və qısa təsnifatı
Hər bir ictimai-iqtisadi sistemin müəyyən inkişaf
mərhələlərində insanlar öz yaşayışı və fəaliyyət göstərməsi
üçün müəyyən ilkin şərait yaratmalı olublar. Lakin mülki həyat
səviyyəsində bu işdə bir qədər pərakəndəlik olduğundan hərbi
quruculuğunda onlar miqyaslı və əsaslı təşkilini tapmışdır.
« nfrastruktura» sözü latın dili mənşəli olaraq iki söz
birləşməsindən yaranmışdır. «infra» - aşağı hissə, aşağı təbəqə,
bünövrə altında deməkdir, «struktura» - isə tərkib hissə,
vəziyyət, daxili quruluş və vahidin hissələri mənalarını verir.
Hələ ikinci dünya müharibəsinə kimi «infrastruktura»
sözü hərbi termin kimi Fransa və digər ölkələrdə istifadə
edilirdi. Həmin zamanlar bu termindən ordu və döyüş
əməliyyatlarını təmin edən arxa cəbhəyə daxil olan kazarmalar,
təlim qurğuları, yollar, təyyarə meydançaları, rabitə sistemləri,
hərbi sursat saxlanan anbar və bazalar və s. daxil edilir.
Beləliklə, hərbi termin olaraq «infrastruktura» zahirən
ikinci dərəcəli olan, lakin onun əsas canlı heyətinin yaşayış və
fəaliyyətini təmin edən, ordunun güclü və qüdrətli olmasına
ciddi təsir edən bir çox təsərrüfat qurğuları, binaları, su, istilik
və enerci təchizatını, yeraltı və yerüstü istehkamları və s.
özündə cəmləşdirirdi. Lakin ən dəhşətli ikinci dünya
müharibəsi ərəfəsində və ondan sonra bir çox dövlətlərdə
hakimiyyətə gəlmiş hərbiçilər orduda öyrənib bildikləri
infrastruktur sahələrinin mülki həyat üçün də əhəmiyyətli
olmasını, onların rolunun artmasını dərindən duymuş və öncə
onları uçub dağıdılmış kommunal təsərrüfatlarını, şəhər və
kəndlərin özlərini bərpa edib istismara buraxmağa çalışmışlar.
Əsasən bu proses nəticəsində «infrastruktur» sözündən mülki
həyatda da istifadə edilməyə başlamış və bir termin kimi
iqtisadi ədəbiyyatlara düşmüşdür.
Təcrübədə hər bir müstəqil fəaliyyət göstərən ictimai-
sosial
obyektin
(binanın,
evin,
kəndin,
qəsəbənin,
mikrorayonun, şəhərin, vilayətin, ölkənin və s.), eləcədə milli
iqtisadiyyat sahəsinin, nazirliyin, müəssisənin, dövlət və
bələdiyyə icra aparatlarının və bu kimi qurumların
özünəməxsus infrastrukturu mövcud olmalıdır ki, həmin
sahələrin fəaliyyətlərini, onlrada çalışan insanların yaşayış və
işləməsini təmin etsin.
nfrastruktur sahələrini müxtəlif ölkələrdə müxtəlif
cür təsnifləşdirir və inkişaf səviyyələrini müxtəlif sistemlərlə
qiymətləndirirlər. Belə ki, bizdə infrastrukturu əsasən iki
hissəyə – istehsal və qeyri-istehsal (sosial) infrastrukturlara
bölürlər. stehsal infrastrukturuna əsasən bilavasitə maddi
istehsal sahələrinə xidmət göstərən və onların fəaliyyəti üçün
müstəsna və xüsusi əhəmiyyət kəsb edən dəmir və şose yolları,
magistral boru kəmərləri, qaz və su təchizatı sistemləri, elektrik
şəbəkələri və s. daxildir. Qeyri-istehsal (sosial) infrastrukturuna
isə əhaliyə xidmət göstərən dəmir və avtomobil yolları,
kommunikasiya vasitələri (radio, teleşəbəkələr və s.), yaşayış
məntəqələrinin
kommunal
təsərrüfatları
və
bələdiyyə
qurumların mülkiyyətləri, səhiyyə və təhsil ocaqları, məktəbə
qədər təşkilatlar, ticarət şəbəkələri və s. daxil edilirlər.
Təsdiq edə bilərik ki, infrastruktura iqtisadiyyatın
spesifik sahəsi olaraq, dövriyyə prosesilə istehsal prosesinin
ahənqdar fəaliyyətlərini təmin edir, eləcədə onun köməyilə
əhalinin müxtəlif maddiləşən və maddiləşməyən tələblərinin
ödənilməsi öz məntiqi başlanğıc və, ola bilsin də, davamını
tapar. Bunun üçün onun aparıcıları olan nəqliyyat sahələrini,
Dostları ilə paylaş: |