Şumerlilər Mavritaniyadan taxıl, balıq, parça, yun və başqa
şeyləri alaraq, əvəzində ağac məmulatları, qiymətli daş-qaşları
və s. əşyaları verirdilər. Bu cür münasibətlərdən öncə tərəflər
bir-birinə bəxşeşlər verər və bir qədər yarım-ticarət əlaqələri
yaradar, sonralar isə təcrübə artıqca, bazarda yerli vəziyyət və
şəraitlə yaxından tanış olduqca, əmtəə-pul münasibətləri
inkişaf etdikcə mübadilə sırf kommersiya xarakteri almış, pul
isə mübadilə funksiyasını tamamilə öz üzərinə götürmüşdür.
Buna bənzər ticarətlə əsasən sərkərdələr, quldar zadagənlar və
din məbədləri xadimləri ətrafında toplaşmış xüsusi etimad
qazanmış saray əyamları və xüsusi nümayəndələri məşğul
olurdular.
1
Hələ həmin qədim keçmiş dövrlərdə Güney Qavqaz
nümayəndələri
şimali
dövlətlərlə
əmtəə
mübadiləsi
proseslərinə cəlb edilirdilər.
Artıq eramızdan əvvəl IV-II yüzilliklərdə ticarət xeyli
inkişaf edərək, bir çox Afrika, Asiya və Avropa ölkələrini də
əhatə edirdi. Belə ki, həmin dövrlərdə Şərqi Aralıq dənizi
ölkələrində
təsərrüfatçılığın
(əkinçiliyin,
maldarlığın,
sənətkarlığın) inkişafı əmtəə mübadiləsi proseslərinin
canlanması və əmtəə-pul münasibətlərinin səviyyəcə inkişafına
səbəb olmuşdur. Qədim dövrlərdə Misirlə yanaşı Rodos adası
və Selevkilər dövləti xarici ticarət əlaqələrində aparıcı yer
tuturdular.
Əmtəə mübadiləsinin inkişafı ümumi ekvivalent kimi
müxtəlif ölkələrdə qəbul edilmiş bir çox əmtəələrdən imtina
etməyi və hamı üçün önəmli olan pul vahidlərinin yaradılması
probleminin həllini tələb edirdi. Bununla əlaqədar Ptolomey
qızıl, gümüş və mis sikkələrinin buraxılması əmri vermişdir.
Gəmiçiliyin inkişafı nəticəsində Romanın güclü dəniz
məmləkətinə çevrilməsi və əlverişli coğrafi mövqeyi ona dəniz
və karvan yolları vasitələrilə təcrübədə bütün Aralıq Dənizi
ölkələri, hətta onun hüdudlarından daha uzaqlarda yerləşən
Hindistan və Çinlə xarici ticarət münasibətləri yaratmağa
1
Всемирная история. Т.1.М., Политиздат, 1956, с.11
imkan verirdi. Bununla yanaşı, əks proses də baş verirdi ki,
həmin xarici dövlətlərdən sənətkarlıq və ticarət məhsulları
gətirilərək yayılırdı. Həmin dövrlərdə Güney Qavqaz, Orta
Asiya və ərəb ölkələrinin bir çoxunda quldarlıq dövlətləri
yaranmağa başlamışdır ki, onlarda nisbətən qısa tarixi zamanda
Qərbi Asiya və Aralıq dənizi coğrafi məkanının iqtisadi və
ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamışlar. Çinin
daxilində o zamanlar mövcud olan ayrı-ayrı xanlıq və çarlıqlar
arasında ticarət münasibətləri və əlaqələri inkişaf etmiş və Çin
tacirləri qullardan tutmuş, iri və xırda buynuzlu qaramal, dəri,
yun, təbii boyalar, fil sümüyü, qeyri-metallar və s. məhsulları
xarici ölkələrin bazarlarında satmışlar.
Uzunmüddətli xaric-iqtisadi və sosial proseslərdən
keçərək, bürünc əsrində yaranmış primitiv domna peçlərinin
köməyilə dəmir əsrinə keçid əkinçilik və sənətkarlıq
sahəsindəki texnikanın inkişafında sıçrayışa səbəb oldu. Bütün
bunlar Orta Asiya, ran, Qavqaz və Şimali Qara dəniz
regionlarında şəhər tipli məskunlaşma ocaqlarının yaranmasına
və ticarətin sürətli inkişafına təkan verdi. Dünya
sivilizasiyasının tarixi gedişatında eramızın birinci beş əsrində
əsaslı və dönülməz sosial-iqtisadi dəyişiklik baş verdi. Əsasən
həmin zamanlarda öz ən yüksək inkişaf zirvəsinə çatmış
quldarlıq cəmiyyəti Avropa, Asiya və hətta Afrikanın əksər
ölkələrində sıradan çıxaraq feodolizmlə əvəz edildi. btidai
icma quruluşu və quldarlığa nisbətən feodolizmin xaric-iqtisadi
sistemi daha mütərəqqi olduğundan, onun gəlişi əmək
məhsuldarlığı məhsuldar qüvvələrin inkişafı və xaric əməyin
səmərəliliyin artmasına təkan verdi. Bu proses xüsusi
intensivliklə Avropa ölkələrində cərəyan edirdi. Burada
təxminən X-XI əsrlərdə sənətkarlıq əkinçilikdən təmamilə
ayrılmış və sənətkarlıqla ticarətin əsas mərkəzləri olan qəsəbə
və şəhərlər yayılmağa başlamışdır. Eyni zamanda kənd
yerlərində məhsuldar əmək və əmtəəlik məhsul istehsal etmək
üçün real imkanlar yaradılmışdır. Beləliklə, yüzilliklər ərzində
qədim Misir, Aralıq dənizi, Çin və d. ictimai istehsalın təşkili
səviyyələri və sivilizasiyalar sonradan yaranmış Avropa
ölkələrində sanki təkmilləşdirilib, inkişaf etdirilərək əmtəə
istehsalı hüdudlarını genişləndirmiş, dövlətlər daxilində iqtisadi
əlaqələri zəncinləşdirərək daxili və xarici beynəlxalq bazarların
yaranmasına səbəb olmuşdur.
Orta əsrlərdə dəniz və çayların sahil boylarında, Sakit
okeanın şərq sahillərindən tutmuş Aralıq dənizinin qərbdə
günbatan hüdudlarına kimi bir-birilərilə dəniz və karvan yolları
vasitəsilə tranzit əlaqələrdə olan sənətkarlıq və ticarət
mərkəzləri çiçəklənməyə başlamışdır. Bunların bariz timsalı
Asiyanın şərqi sahillərindən tutmuş Avropanın qərbinə kimi
uzanıb gedən, böyük iqtisadi və coğrafi məkanı əhatə edən
dillərdə əzbər olmuş məşhur pək Yoludur. Beləliklə, bu,
nisbətən yeni olan dünya sivilizasiyası kimi formalaşmış Avro-
Asiya coğrafi məkanında ticarət və bazar münasibətlərinin
sürətlə intensiv inkişafı XI-XV əsrlərdə xarici ticarətin inkişafı
və dünya bazarlarının yaranmasına gətirib çıxardı. Xarici
ticarətin formalaşmasında iri şəhərlərin tacirlərinin rolu böyük
olmuşdur. Böyük coğrafi kəşvlər, o cümlədən Hindistana və
Amerikaya dəniz yollarının açılması beynəlxalq ticarətin
inkişafına güclü təkan verməklə yanaşı, bir sıra dövlətlər
( spaniya, Portuqaliya, ngiltərə və s.) və ticarət üzrə artıq
ixtisaslaşmış şirkətlər müəyyən qrup adamlarla bir çox
ölkələrin var-dövlətlərinin qarət edilməsi, bölünməsi və talan
olunmasına cəlb edilmişlər. Konkret olaraq Avropa ölkələrinə
gəldikdə, onların hüdudlarında daxili bazar XVI-XVII əsrlərdə
nisbətən inkişaf etmişdir və topdansatış ticarətin əksər hissəsi
beynəlxalq ticarət-iqtisadi əlaqələri genişlənərək, yayılmasında
aparıcı rol oynayan varlı tacir və onların başçılıq etdiyi
şirkətlərin əlində cəmləşmişdir.
Feodolizmin dağılması və kapilalist münasibətlərinin
yaranması ərəfəsində Avropa ölkələrinin daxilində pərakəndə
ticarətin əsas hissəsi məhsul istehsalçıları kimi kəndlilər və
Dostları ilə paylaş: |