sənətkarların özləri tərəfindən aparılırdı. Həmin dövrlərdə,
xüsusilə topdansatış və xarici ticarət əlaqələrinin inkişafı
feodolizmin əsaslarının dağılması və yenicə yaranan kapitalist
təsərrüfatçılıq
sisteminin
iqtisadi-təşkilati
əsaslarının
yayılmasında, o cümlədən elmi-texniki nailiyyət və
texnologiyanın,
ictimai-iqtisadi
münasibətlərin
təşkil
edilməsinin əhatə dairəsinin genişləndirilməsində xüsusi rol
oynamışdır.
Kapitalizm üsul-idarəsi sistemində ondan əvvəlki
ictimai-iqtisadi və təsərrüfatçılıq sistemlərilə müqayisədə
ticarətin əhəmiyyəti genişlənmiş və dərinləşmişdir. Quldarlıq
və feodolizm dövlətlərində tacirlər əmtəə istehsalçıları və
istehlakçıları arasında ixtisaslanmış vasitəçi – əlaqələndirici
zümrə, onların vasitələri isə labüd olan bu prosesin təminatçı
şərti kimi çıxış edirdi. Tədricən tacirlərin əlində toplanan
vəsaitlər, məşğuliyyət və dolanışıq səviyyəsindən daha çox
olub və artdıqca manfrakturasının inkişafına, inşaata, yol
tikintisinə məişət mədəniyyətinin inkişafına yönəldilmişdir.
Böyük coğrafi kəşvlər, gəmiçiliyin inkişafı və Böyük pək
Yolunun əhatə dairəsinin genişlənməsi ticarətdə mənfəətin
yüksək templə artmasına və onun xeyli hissəsinin dövriyyə
sferasından sənaye məhsulun istehsalına yönəldilməsinə səbəb
olmuşdur. Beləliklə, Qərbi Avropa ölkələri və sonralar ABŞ-da
kapitalist təsərrüfatçılığı sisteminin- bazar iqtisadiyyatının
əsasları qoyuldu. Həmin dövrlərdə ticarət kapitalının sənaye
kapitalı ilə bir qədər vəhdət təşkil etdikləri və bir-birilərinə
yardımçı olmaları müşahidə olunur. Kapitalizm şəraitində isə
ticarət kapitalı sənaye kapitalından ayrılaraq, dövriyyə sferası
sahəsində ixtisaslaşmış və mübadilə vasitəsilə əmtəə dəyərinin
reallaşdırılması prosesinə xidmət edərək, spesifik olan alqı-
satqı, xidmət, malların hərəkətinin idarəedilməsi və s. kimi
funksiyaları yerinə yetirməyə başlamışdır.
Dünya iqtisadiyyatında ictimai istehsalın təkamülü
prosesi göstərir ki, kapitalist təsərrüfatçılığı sistemində ticarət
geniş təkrar istehsalın fasiləsizliyini təmin edən fəaliyyət
sahəsinə çevrilmişdir. Belə ki, ticarətin köməyilə yeni yaranmış
dəyərlərin və ticarət kapitalının özünün pul- sərmayə kapitalına
dönməsi prosesini real həllini tapır.
Kapitalizmdə, yəni bazar iqtisadiyyatı şəraitində,
ölkədaxili ticarətin inkişaf səviyyəsi və əhəmiyyəti, eləcədə
dövriyyə sferasında əmtəə mübadiləsi və satışının həcmi cəmi
dövriyyə sferasının təşkili və idarəedilməsindən daha çox
asılıdır. Misal üçün, XIX əsrin birinci yarısında Qərbi Avropa
və ABŞ-da ixtisaslaşdırılmış pərakəndə mağazalar və
yarmarkalar geniş yayılaraq özlərində boyaq, manufaktura,
baqqaliyə
məmulatları
və
s.
məhsulların
satışını
cəmləşdirmişlər. Lakin Avropada start götürmüş sənaye
inqilabı daxili və xarici bazarlarda fabrik istehsalı olan
əmtəələrin çoxalmasına gətirib çıxarmış və nəticədə xırda
məhsul istehsalçılarının bazardan sıxışdırıb çıxarılmasına səbəb
olmuşdur.
Bir çox ölkələrin daxili bazarlarında gedən ciddi
dəyişikliklər XIX əsrin sonu və XX əsrin əvvəlində
kapitalizmin sərbəst rəqabət dövrünün başa çatmasına və onun
yerində inhisarçı kapitalizmin bərqərar olması prosesinin təməl
daşını qoymuşdur. Sənayedə işçilərin sayının çoxalması, əmək
məhsuldarlığının yüksəlməsi, mexanikləşdirmə standartlaşdı-
manın tətbiqi nəticəsində geniş çeşidli əmtəə istehsalının böyük
nüsxələrlə buraxılışı yeni tipli ticarət müəssisələrinin
yaranması və ticarət metodlarının təkmilləşməsinə səbəb
olmuşdur. Əlavə olaraq nəinki sənayedə, həmçinin ticarətdə
kapitalın təmərküzləşməsi prosesi başlamışdır ki, bunun da
nəticəsində daxili və xarici bazarlarda yeni topli ticarət
inhisarları və iri şirkətlərin yaranması baş vermişdir.
Bununlada həmin yeni meydana gəlmiş nəhəng ticarət
birləşmələri öz rəqabət imkanlarını artıraraq, əmtəə bazarında
daha mütərəqqi ticarət vasitələri və metodlarından istifadə
edərək, dövlətin əvvəllər tutduğu mövqelərini ələ keçirməyə
nail olmuşlar.
Dövriyyə sferasına sənaye sahəsindəki inhisarların
müdaxilə etməsi, ticarət kapitalının təmərküzləşməsi və öz
növbəsində nəhəng ticarət inhisarlarının istehsal sferasını
nəzarətdə saxlaması birbaşa pərakəndə və xırda topdan ticarətin
mövqelərini azaltmışdılar. nkişaf etmiş kapitalist ölkələrində
pərakəndə ticarət əsasən çoximkanlı sistemlərə və ya universal
və ixtisaslaşmış mağazalarda cəmləşməkdədir. Həmin proses
indiyənə kimi davam etməkdədir. Artıq XIX əsrin ortalarında
Avropa ölkələrində özəyi qoyulmuş, mötəbərliklərilə seçilən
bir çox şirkətlər öz mağaza şəbəkəsini genişləndirərək, xarici
ölkələrdə də yerləşdirməyə başlamışdır. Misal üçün, həmin
zamanlarda bütün dünyada şöhrət qazanmış «Zinger» adlı
alman şirkəti xarici dövlətlərdən ngiltərə, ABŞ və Rusiyada da
öz mağazalarını açmışdır. Artıq 1887-ci ildə həmin adı çəkilən
şirkətin yalnız Böyük Britaniyada 160, XX əsrin əvvəlində isə
bütün dünyada 400-dən çox eyni tipli firma – mağazaları
fəaliyyət göstərirdi.
1
nkişafda
olan
kapitalist
ölkələrinin
daxili
bazarlarında əsas və dövriyyə vəsaitlərinin həcmi və
strukturuna görə aparıcı yeri böyük kapitala malik olan xarici
və milli biznes tutur. Məhz onlar geniş şəbəkəyə malik olan
topdan və pərakəndə satış anbar, baza, mağaza, soyuducular və
s. malik olmaqla, xarici və daxili bazarlarda böyük partiyalarla
aldıqları
müxtəlif
çeşidli
malları,
əhatə
dairələrini
genişləndirərək, nisbətən kiçik topdan və pərakəndə satış üzrə
ixtisaslaşmış ticarət müəssisələri, köşklər və xırda alverçilərin
əmtəə təminatçılarına çevrilirlər. Misal üçün, yalnız Hindistan
və Pakistanda tamamilə böyük ticarət kapitalından asılı olan
6,5 milliondan çox bu cür xırda mağaza və vasitəçilər
mövcuddur.
1
Фейзуллайев И.Я. Тиcарятин игтисадиййаты. Б., Азярняшр. 1989.,
с.14
Dostları ilə paylaş: |