Hal-hazırda ölkəmizdə doqquz əmtəə birjasından ikisi
qalıb, bir banklararası valyuta birjası fəaliyyət göstərir,
qiymətli kağızlar bazarı isə fond birjası kimi qələmə verilsədə
hələlik geniş yuyulmayıb, fyuçers və opsion birjası isə
tamamilə yoxdur. Birjaların belə bir vəziyyətdə olması
iqtisadiyyatımızın hələ də geridə qalmasının, qeyri
proporsionallıqdan, eləcə də bir çox başqa obyektiv və
subyektiv problemlərdən asılılıqdan bəhs edir. Birja və
hərracların üzərində dövlət qayğısının artırılması gələcəkdə
daha demokratik qabaqcıl elmi, texniki və texnologiyaya
əsaslanan çevik yüksək rentabelli iqtisadiyyat qurmağa imkan
verəcəkdir.
10.2. Əmtəə birjalarının təkmilləşdirilməsinin əsas
istiqamətləri
XX- əsrin 90-cı illəri ərəfələrində keçmiş postsovet
məkanında gedən siyasi və iqtisadi halisələr sosialist
təsərrüfatçılığı və xalq təsərrüfatının idarəedilməsi sisteminin
süqutuna gətirib çıxardı. Beləliklə, əvvəllər sovet imperiyasının
tərkibinə müttəfiq respublika kimi daxil olan ərazilərdə
müstəqil mərkəzlərin yaradılması meyilləri artdı. Artıq 1990-cı
ilin əvvəllərində Azərbaycanın keçmiş müttəfiq respublikaları
və sosialist ölkələri ilə təsərrüfat-iqtisadi əlaqələrinin birdəfəlik
sındığı üçün, iqtisadi inteqrasiya əlaqələri əsasında biri-biri ilə
sıx bağlı olan sənayeni və onunla birbaşa bağlı olan maddi
istehsal sahələrini xammal və materialarla təmin etmək,
müəssisələrin hazır məhsullarını ölkənin hüdudlarından
kənarda satmaq mümkün olmadı.
1
Bütün bu və digər obyektiv
1
Бир чох аналитиклярин тясдигиня эюря, Совет Иттифагынын
даьылмасы «сынаг дашы» кими 1988-жи илдя Гарабаь щадисяляри,
Ермянистанда
азярбайъанлылара
гаршы
мягсядйюнцмлц
сийасятиндян, Газахстан вя Эцржцстанда нцмайишчилярин дюйцлцб
вя юлдцрцлцб даьыдылмасындан вя диэяр щадисялярдян башлады.
hadisələr Bakıda əmtəə birjalarının yaradılması problemini
aşkar etdi. Bununla əlaqədar keçmiş Azərbaycan Respublikası
Dövlət Maddi-Texniki Təchizat Komitəsinin rəhbərliyinin
göstərişinə əsasən aparıcı nazirlik, idarə, müəssisə və
təşkilatların təşəbbüsü qrupu əmtəə birjasının yaradılması üçün
bütün ilkin sənədləri, o cümlədən birjanın nizamnaməsini
işləyib hazırlandı.
Onu qeyd edək ki, həmin dövrlərdə bütün keçmiş
ittifaq ərazisinin hamısında birjalarıda iqtisadiyyatın xammal
aclığından
və
bazar
məkanının
məhdudiyyətindən,
qapalığından qurtara biləcək xilaskar sifətində görürdülər.
Görünür məhz bu amilin təsiri altında keçmiş müttəfiq
respublikalarda qısa bir müddətdə – 1990-1991-ci illərdə 542
birja yaradılmışdır. Onlardan 10 əmtəə birjası Azərbaycanda
qeydiyyata alınmışdır. Yeni birjalar böyük iqtisadi mənfəət vəd
edərək, bazar iqtisadiyyatının və onun marağında olan
tərəflərinin hamısının imkanlarını genişləndirmək məqsədilə
yaradılırdı, ona baxmayaraq ki, o zaman birjaların mahiyyətini
dərindən dərk edənlər çox az idi. Həmin dövrlərdə birjalar
ətrafında yaranmış qeyri-normal yüksək maraq onların iş
mexanizmi və strukturlarının formalaşmasına müsbət təsir
göstərdi. Misal üçün, Bakı Respublika Əmtəə Birjasının
nizamnamə fondu 1,0 mln. rubl (təxminən 0,2 mln. ABŞ
dolları) təşkil edirdi, onun təsisçiləri sırasına isə «Azneft»
istehsal birliyi, «Bakenercicihaz» elmi-istehsalat birliyi və b.
(cəmi 24 istehsalat birliyi, müəssisə və təşkilatlar) daxil idi.
Hələ 1990-cı ilin əvvəllərində Bakı əmtəə birjasının
əsas struktur bölmələri olan arbitrac komissiyası, işgüzar etika
üzrə komissiya, ekspert komissiyası və s. təşkil edilməsi
normal birja ticarətinin keçirilməsini mümkün etmişdir.
Азярбайжанда 20 йанвар 1990-жы ил щадисяляри заманы йцзлярля
инсанын мящв вя шикяст едилмяси башга миллятлярдя дя азадлыг вя
мцстягиллик мейиллярини даща да йцксялтди.
Başlıcası isə Bakı Respublika Əmtəə Birjasının yerləşdirilməsi
üçün dəmir və avtomobil yolları kommunikasiyası olan böyük
anbar və baza komplekslərinə bitişik bir bina ayrılmışdır ki,
onun da əsaslı təmir edilməsi və xüsusi avadanlıqlarla təminatı
nəticəsində birja üzvləri, brokerlər və işçi heyətin çalışması
üçün lazımi şərait yaradılmışdır.
1
Həmin əmtəə birjasının
kifayət qədər səliqə və səhmanlı ticarət zalında böyük məlumat
tablosu, müştərilərin sərəncamına rabitə sistemi və digər lazımi
vasitələr verilmişdir. Bununla yanaşı, yeri gəldikdə brokerlər
və müxtəlif maraqlı və səviyyəli müştərilərin sərəncamına cüzi
qiymətə anbar binaları, qaldırıcı texnika, nəqliyyat vasitələri və
ən yüksək səviyyədə digər xidmətlər göstərilir. Lakin bütün
bunlara
baxmayaraq,
Respublika
Əmtəə
Birjasının
imkanlarından istifadə etmək istəyənlərin sayı onun
imkanlarından qat-qat az idi. Bu cür vəziyyətin səbəblərini,
yuxarıdakı fəsillərdə qeyd edildiyi kimi, əmtəə birjasının
özündə yox, yeni yaradılmaqda olan bazar iqtisadiyyatının
özündə, onun cəmi infrastrukturunun inkişaf etdirilməsində,
təşkilati-hüquqi bazanın ziddiyyətlərində, icra və nəzarətedici
qurumların səmərəsinin az olmasında və s. axtarmaq lazımdır.
Paradoks olsa da ölkəmizdə əmtəə və digər birjaların
fəaliyyətlərində durğunluq əsasən son 13-14 ildə başları və
cəmi bazar münasibətinin təşkili və idarəedilməsini
tənzimləyən müəyyən qanunlar qəbul edildikdən sonra üzə
çıxmağa başladı. Belə ki, «Əmtəə birjası haqqında»
Azərbaycan Respublikasının qanunu 25 may 1997-ci ildə (№
803) təsdiq edilmişdir və bu hadisədən sonra təxminən
ölkəmizdə fəaliyyət göstərən birjalarından cəmi 1-2 az-çox
1
Щяля Советляр юлкяси даьылмаздан яввял Азярбайжанда
йарадылмыш илк биръа – Бакы Республика Ямтяя Биръасы щал-
щазырда яввялляр Нобел гардашларынын ат тювляляри вя она
битишик бинада йерляшмишдир (цнваны: 370141, Бакы ш.
Я.Ялякбяров кцч., 83/23).
Dostları ilə paylaş: |