olunmuş keyfiyyətdə müqavilədə göstərilən məhsulun
göndərilməsini öz üzərinə götürür. Təcrübədə istehsalçı hələ
mövcud olmayan gələcək məhsulunun satılacağına təminat
almaq və bununla əlaqədar özünün biznesini sığortalamaq üçün
forvard kontraktlarının imkanlarından istifadə edir.
Forvard əqdini əldə edən alıcı müqavilə əməliyyatı
başa çatacaq son müddətə kimi həmin müqavilə sənədini
vasitəçilərə, alverçilərə, istehsalçı-müəssisələrə və digər bazar
subyektlərinə bütövlükdə və hissə-hissə satmaq hüququna
malikdir. Bununla ilkin bağlanmış forvard kontraktının ləğv
olunma gününə qədər qalan zaman ərzində dəfələrlə əldən-ələ
keçərək, satılması üçün faktiki olaraq şərait yaradılır. Nəticədə,
forvard əqdi üzrə kommersiya əməliyyatlarını axırıncı əldə
saxlayan tərəf məntiqi yekununa çatdırmalıdır, yəni o,
məhsulun özünü faktiki olaraq almalı və ya istehsalçı-
müəssisənin razılığı olsa (nəzərdə tutulmuş cəriməni və ya
qiymət fərqini ona bəxşeş etdikdə) əməliyyatdan hətta imtina
edə bilər.
Fyuçers əqdlərinin satışını öz üzərinə götürən əmtəə
və xüsusi yaradılmış birjalar əməliyyat iştirakçılarının
maraqlarını nəzərə almalı, qeyri-qanuni əməllərə yol
verməməli və sivil iş prinsipi, metodları və qaydaları təyin
etməlidirlər. Birjadan kənar əməliyyatları forvard əqdləri ilə
qarışdırmamaq üçün birjalar «forvard kontraktları» sözlərini
«fyuçers əqdləri» ilə əvəz edir və onların satışı və təkrarən
reallaşdırılmasını təmin edən birjaları isə fyuçers birjaları
(«futures exchange») adlandırırlar. Dünyanın bu cür müasir
birjalarında bir il ərzində yüz minlərlə əqdlər (müqavilələr)
bağlanır. Bizim Azərbaycan Respublikası əmtəə birjasında isə
fəaliyyət göstərdiyi bütün müddət (1991-2007-ci illərdə)
ərzində alıcı və satıcılar arasında keçirilmiş birja ticarətləri
cəmi 1938 kontrakt (əqd) bağlanmışdır. Bu isə bir il ərzində
orta hesabla 114 əqd deməkdir. Qeyd etdiyimiz ki, həmin
əqdlərin ümumi məbləği cüzidir və onlardan əldə olunan gəlir
əmtəə birjasının cari xərcləri və vergiləri belə ödəmir. Başlıcası
isə bu kommersiya əməliyyatlarının tərkibində fyuçers əqbləri
və onlar üzrə nəzərə çarpan planlar belə yoxdur. Onu da qeyd
edək ki, ölkəmizdə iqtisadi durum, onda olan neqativ hallar və
kadr potensialı hələlik fyuçers bazarları və onların əsasını təşkil
edən elementlərdən biri fyuçers birjalarının yaranması üçün
tam yetişməyib. Lakin həmin bazar və birjaların ilk öncə maddi
istehsal sahələrinin təşkili, planlaşdırılması və idarə
olunmasında böyük gələcyi vardır. Bununla əlaqədar fyuçers
ticarəti və onların üzərində aparılan texniki təhlil məsələlərini
bir qədər dərindən nəzərdən keçirək.
Ümumiyyətlə,
azad
kapitalist
təsərrüfatçılığı
şəraitində opsion ticarətinin təşkili, forvard kontraktlarının
bağlanılması, fyuçers bazarlarının meydana gəlməsi və fyuçers
birjalarının formalaşdırılması azad bazar iqtisadiyyatı, ticarət
və əmtəə pul münasibətlərinin müəyyən mərhələləridir.
Azərbaycan Respublikasında bütün bunların iqtisadiyyatda real
həqiqətə çevrilməsi üçün xalq təsərrüfatı sahələri, dövrün
tələbinə uyğun ictimai və, o cümlədən, iqtisadi fikir-şüur xeyli
kəmiyyət və keyfiyyət cəhətdən təkamül yolu keçməlidir. Əgər
müasir qabaqcıl kapitalist ölkələrində bu proses on və yüzillər
tələb edibsə, Azərbaycanda onların təcrübəsindən və yerli
şəraitdən bəhrələnərək, milli təfəkkürün əldə etdiyi elm və
təcrübənin gələcəyə doğru yönümlüyünü nəzərə alsaq və onu
həvəsləndirərək düzgün istiqamətə yönəldə bilsək nisbətən qısa
müddətə (3-5 ilə) öz məntiqi həllini tapar.
Fyuçers ticarətində texniki təhlilin həyata keçirilməsi
müəyyən ölkə daxilində və ola bilsin beynəlxalq bazarda tələb,
təklif, qiymətlər, rəqabət recimi, iqtisadi və siyasi durumun
vəziyyətinə dair mütəmadi olaraq obyektiv məlumatların
toplanılmasını, onların tədqiq edilməsini, istehlak tələbinin
dəyişməsi meyllərini izləyərək, fyuçers əqdlərinin müəyyən
mənfəət güdərək alıb və ya satmasına imkan verir.
Texniki təhlildən əksər hallarda xırda və orta
səviyyəli mütəxəssislər istifadə edir. Çünki onların əsaslı təhlil
aparmaq üçün kifayət qədər vəsaitləri və vaxtları çatmadığı
halda, birjanın cari məlumatlarının mərkəzində olaraq, öz
professional bilikləri və mütəxəssislərin məsləhətini alır və
xüsusi cədvəl, qrafik və s. quraraq, fyuçers əqdləri üzrə tələb,
təklif və qiymətlərin yüksəliş və enmə mərhələlərinin hədlərini
bir qədər dəqiqliklə müəyyənləşdirə bilirlər.
Texniki təhlil konsepsiyasının əsasını satılan obyektin
qiymətinin trendnin daima dəyişilməsi-artması və ya azalması
təşkil edir. Birja məhsullarına (fyuçers əqdlərinə) qiymətlərin
daima tərəddüd etməsi-elastikliyi mütləq mövcud olur, ona
baxmayaraq ki, təcrübədə bazarda geniş təzadlı qiymət
tərəddüdlərinə bir sıra təsadüfi hallar və problemlər də təsir
göstərir.
Treyderlər tərəfindən qiymətlərin tədqiq edib trendi
müəyyən etməyə onların qurduqları müxtəlif səpkili qrafiklərin
qurulması üsullarından istifadə edilməsi təşkil edir (sütunlu və
ya xətli, məntəqə-rəqəm çartası, sürüşkən orta kəmiyyət və b.).
Bunların hamısından ən sadəsi və geniş yayılmış
sütunlu çartadır. Həmin qrafik təxminən aşağıdakı kimi
görsənir (məbləğlər və qiymətlər şərtidir).
Əqd №24
130
120
110
100
1
2
3
4
5
6
Заман
(щяфтя)
Гиймятляр
Dostları ilə paylaş: |