iştirakçıları kimi fəaliyyət göstərən dəllallara Amerikada
yerlilər («locals»), Böyük Britaniyada isə dilerlər («dealers»)
deyirlər.
Birja iştirakçılarının arasında müştərilərə bütün lazım
olan xidmətləri göstərən daha bir vasitəçilər fyuçers komission
tacirləri («futures kommision merchants») də fəaliyyət göstərir.
Marketinq üzrə rus dilində çıxmış terminoloci lüğətdə
belə qeyd edilib: «Broker ∠ ing. broker; alm. Broker m. Fond,
əmtəə və valyuta birjalarında əmtəələrin, qiymətli kağızların,
valyutalar və digər qiymətlilərin alıcılar və satıcılarının
arasında bağlanan əqdlərin rəsmi vasitəçiləri. Birjada yerə
malik olur, müştərilərin tapşırığı və hesabına öz adlarından
əqdlər bağlayırlar».
1
Buradaca oxuyuruq: «Diler ∠ ing. dealer;
alm. Cobber m, və ya ticarət vasitəçiliyi edən şəxs (şirkət).
Birjada yerə malikdir, hər kağızı qiymətləndirir (məzənnəsini
təyin edir). Dilerin gəlirləri valyuta və qiymətli kağızların alış
və satış qiyməti arasında fərqdən əmələ gəlir, həmçinin onların
məzənnələrinin dəyişməsindən yaranır».
2
Birjada
bağlanan
əqdlərin
xarakterindən
və
xüsusiyyətlərindən asılı olaraq, broker və dilerlər kimi
vasitəçilər müştərilərə bir sıra xidmətlər göstərmək
qadirindədirlər:
- sifarişləri qəbul etmək və əmrləri yerinə yetirmək;
- tələb, təklif, qiymətlərin səviyyəsi, rəqabət recimi və
s. haqda məlumat vermək;
- keçirilmiş əməliyyatlar üzrə uçot və hesabat
aparmaq;
- hesablaşma palatasına depozit və marcanı ödəmək.
Bununla belə brokerlər, dilerlər və digər vasitəçilər
tərəfindən yerinə yetirilən vəzifə və funksiyalar, o cümlədən
vəzifə borcları və görülən işlər oxşarlıqlarına baxmayaraq,
1
Маркетинг: Толковый терминологический словарь – справочник. –
М.: «Инфоконт» СП. «Медсервис Интернешнл», 1991, с.19
2
Орадажа, с.37 (тярcцмя мцяллифиндир).
mövcud birjalar haqqında qanunlarda və müəyyən edilmiş
vəzifə borcları çərçivələri ilə məhdudlaşdırılırlar. Belə ki,
fyuçers komission dairələri satıcı və ya alıcılara bir sıra
xidmətlər kompleksi göstərməyi öhdələrinə götürürlər.
Təcrübədə fyuçers komission dairələrinin fəaliyyətləri və
göstərəcəkləri xidmətlər bir-birindən fərqlənir. Onların bir
qrupu müştərilərə tam broker xidmətləri toplusu göstərir,
digərləri yalnız fyuçers ticarəti əməliyyatları ilə məşğul olur,
başqaları isə konkret əmtəələrin satışı ilə öz fəaliyyətlərini
məhdudlaşdırmadan, qiymətli kağızlar üzrə əməliyyatlarla və
digər faydalı kommersiya işləri ilə də məşğul olurlar.
Müasir şəraitdə ngiltərə, Almaniya, Yaponiya və s.
kimi ölkələrdə fyuçers komission tacirlərinin kommersiya
əməliyyatlarının hüdudlarınının genişlənməsi nəzərə çarpır.
Eyni zamanda onların hamısı mütləq azad bazar qanunları
əsasında fəaliyyət göstərir, əmrləri, o cümlədən bağlanmış
müqavilə –əqdlərə uyğun olaraq sifarişçilərin əmrlərini icra
edir, müəyyən uçot və klirinq işləri görürlər.
Fyuçers komission tacirləri öz fəaliyyətləri ilə xüsusi
yaradılmış və avadanlıqlarla təmin edilmiş otaqlarda, binalarda
– komission evlərində məşğul olurlar. Bu tipli sistemlər
istehsal və qeyri-istehsal yönümlü müəssisə və təşkilatlar
(şirkətlər), o cümlədən ixtisaslaşmış kommersiya müəssisələri
və qeyri-ixtisaslaşmış qurumlar tərəfindən yaradıla bilər.
Bunun kimi fyuçers komission müəssisələri (tacirləri) sərmayə
və digər bankları kimi fəaliyyət göstərə bilər. Həmin qurumlar
yüksək mənfəət gətirən geniş aspektli istiqamətlərlə, o
cümlədən fyuçers əməliyyatları, lizinq, faktorinq və digər işləri
ilə məşğul olurlar. Bu kimi əməliyyatlar amerikan, alman,
yapon, fransız və Cənubi Koreya banklarının təcrübəsində
geniş yayılmışdır.
Konkret əmtəələr və fyuçerslər üzrə ixtisaslaşmış
əmtəə birjalarında sənaye malları sahəsində özlərini sınamış
müəyyən məhsullar, mal çeşidləri, ərzaq və ticarət şirkətləri və
kommersiya müəssisələrinin nəzdində fəaliyyət göstərən iri
kapitalist evləri daha fəaldılar. Belə ki, buğda üzrə
ixtisaslaşmış «Karqil» adlı amerikan şirkəti ABŞ-ın
birjalarında fyuçers əməliyyatlarının xeyli hissəsini həyata
keçirir, « nterneşnl preşios metilz» şirkəti isə bəzi əlvan və
qiymətli metallar və onların hazırlanmış zinət əşyaları
sahəsində konkret əmtəələr və fyuçers əməliyyatları üzərində
öz əlavə fəaliyyətini xüsusən diqqət mərkəzində saxlayaraq
ildən-ilə genişləndirir.
Beynəlxalq
səviyyədə
fyuçers
ticarəti
«Kontikommoditi servis» tipli yalnız müddətli bazarlarda
fəaliyyət göstərən ixtisaslaşmış iri şirkətlərə arxalanır. Həmin
adı çəkilən şirkət isə yalnız ABŞ-da 30-dan çox bölmələrə
malikdir və bütün dünyada məşhur olan əmtəə birjalarının
üzvüdür.
Dünyanın iri broker şirkətləri birja şəbəkəsi vasitəsilə
beynəlxalq və ölkələrin daxili bazarlarına ciddi təsir göstərirlər.
Təcrübədə onların hamısı iqtisadi maraq doğuran bütün
ölkələrdə geniş şəbəkəyə malikdirlər. Bunun kimi broker
şirkətlərindən məlumat toplayan və məsləhətlər alan müştərilər
istər-istəməz həmin qurumların dar çərçivəli münasibətləri və
maraqlarına cəlb edilirlər.
Broker şirkətlərinin çoxillik təcrübəsi göstərir ki,
müştərilərin seçilməsi və əksinə sifarişçilər tərəfindən öz icraçı
broker qurumlarının müəyyənləşdirilməsi spesifik problemlər
yaradır. Bu prosesdə çox şey broker evləri və müştərilərin
fəaliyyət miqyasından, onların regionda yerləşməsindən,
tərəflərin ixtisaslaşmasından, sifarişlərin xüsusiyyətlərindən,
bazarda rəqabətin səviyyəsindən və sairlərdən asılıdır. Təbiidir
ki, belə bir şəraitdə, daha güclü sifarişçi şirkətlər öz
kommersiya münasibətlərini müştərilər arasında tanınmış,
əvvəllər iri sifarişləri yetirən broker kontorları ilə burmağa
çalışacaqlar. Geridə qalan orta və kiçik şirkətlər isə özlərinə
uyğun broker evləri seçməyə meyl edirlər. Beləliklə, nisbətən
Dostları ilə paylaş: |