üçün, Moskvanın hökumət dairələrində etiraf edirlər ki,
Rusiyanın neft şirkətləri raq və ranın hökumət məmurları ilə
həmin ölkələrin neft və neft məhsullarını beynəlxalq bazara
qeyri-leqal çıxarmaq məqsədilə gizli əməkdaşlıq mövcuddur
(ona
baxmayaraq
ki,
BMT
beynəlxalq
terrorizmi
dəstəklədikləri və kütləvi silahı əldə etmək cəhdlərinə görə raq
və ranın üzərinə məhsul satmağa və onlara bu və digər işdə
yardım etməyə embarqo qoymuşdur).
Təbiidir ki, hələ 70-ci illərdə başlamış bütün proseslər
ayrı-ayrı dövlətlərin daxili bazarları və ümumən dünya
bazarlarında neft və neft məhsullarına tələb, təklif və
qiymətlərin düzgün müəyyənləşdirilməsi və idarə olunması
imkanlarını qat-qat azaldır. Eyni zamanda bazarın özəyini
təşkil edən elementlərdə tərəddüdlər və onlarla əlaqədar qeyri-
müəyyənliklər bazar münasibətləri vasitəsilə bir-biri ilə bağlı
olan subyektləri daha sabit satış bazarları axtarmağa və neft və
neft məhsullarının istehsalı və satışı üzrə fyuçers əqdlərinin
birja ticarəti sistemini yaratmağa sövq etmişdir.
Bəllidir ki, kommersiya kontraktlarını alıb-satdıqda,
tərəflər məhsulları həqiqətən göndərmək, yəni sövdələşmənı
başa çatdırana qədər müəyyən vaxt əldə edirlər. Həmin müddət
ərzində istehsalçılar müqavilə şərtinə görə məhsullarının
alınacağına əmin olaraq, öz istehsalını rahat səmərəli
planlaşdırır, təşkil edir və məhsulu lazımi keyfiyyət və
kəmiyyətdə əqddə göstərilən vaxt ərzində əvvəlcədən müəyyən
edilmiş yerə çatdırırlar.
Təxminən iyirmi il bundan əvvəl Nyu-Yorkun əmtəə
birjasında mazut və dizel yanacağı ilə əlaqədar ticarət
sövdalaşmaları aparılmağa başlamışdır. Həmin birja təcrübə
topladıqca dizel yanacağı əqdlərinin bağlanmasında marağı
olan tərəfləri daha çox cəlb etdiyi aşkar olunmuşdur. Nyu-
Yorkun əmtəə birjasında yalnız bir gün ərzində neft və neft
məhsulları üzrə 20-dən – 40 minə kimi müqavilələr bağlanır.
1980-ci ilin ortalarından isə Nyu-York əmtəə
birjasında etilləşdirilmiş benzin üzrə kontraktların bağlanılması
və alınıb satılması sistemi tətbiq edilmişdir. Sonralar onlar
etilləşdirilməmiş benzin müqavilələri ilə əvəz olunmuşdur.
Lakin xam neft üzrə fyuçers əqdlərinin genişləndirilməsi
nəticəsində həmin birja xeyli güclənmiş və çox saylı neft
sənayeçiləri və topdan satıcılarının kömək və dəstəyini
qazanmışdır. Həmin qarşılıqlı həvəsləndirilən fəaliyyət əmtəə
birjasında fyuçers əqdlərinin real məhsula dəyişdirilməsi və bu
yeni şəraitdə tərəflərin özləri məhsulgöndərmə şərtləri, neftin
növləri və qarşılıqlı hesablamalar ilə əlaqədar daha da
genişləndirilmişdir.
Səkkiz il keçdikdən sonra ilk dəfə neft və neft
məhsulları əqdləri Sinqapur beynəlxalq valyuta birjasında
peyda oldu.
Avropada isə 80-ci illərin sonundan Rotterdamın
opsion və fyuçers birjasında dizel yanacağı və neftin «brent»
növü üzrə ticarət həyata keçirilir.
Londonun beynəlxalq neft birjası 1981-ci ildə
yaranmışdır. Mövcud statusuna görə həmin birja mənfəətsiz və
məhdud təminatlı (məsuliyyətli) təşkilatdır. Bu birjanın
idarəedici orqanı on iki nəfərdən ibarət direktorlar şurasıdır.
Onlardan səkkiz nəfəri tam üzvlərdən, biri yerli üzvlərdən, ikisi
seçilmiş direktorların özləri tərəfindən seçilir, nəhayət bir nəfər
birjanın ixracat direktoru vəzifəsinə təyin olunur.
London beynəlxalq neft birjasında ticarət açıq
qaydada broker çalalarında – xüsusi işçi yerlərində çalışan
brokerlərin iştirakı ilə həyata keçirilir. Tərəflər arasında
hesablaşmaları isə London hesablaşma palatası, yəni
Beynəlxalq əmtəə hesablaşması palatasının filialı həyata
keçirilir.
London neft birjasının üzvləri beynəlxalq səviyyədə
bank, ticarət və neft sənayesi sahələrində tanınmış qabaqcıl
broker şirkətlərində təmsil olunurlar.
Bütün dünyada neft və neft məhsulları üzrə fyuçers və
opsion əqdləri qiymət risklərinin sığorta edilməsi və ya alver
məqsədilə istifadə olunur.
7.2. Fyuçers ticarətində texniki təhlil
Azərbaycan Respublikasında bazar iqtisadiyyatına
keçid azı 1991-ci ildə bəyan edilməsinə baxmayaraq,
ölkəmizdə bu proses çox ləng gedir. Ölkəmizdə bu işin
uzadılması dövlətçilik və milli mənafelərimizə ciddi ziyan
vurur. Çünki iqtisadiyyat və əhalinin vəziyyəti qan itirməkdə
olan xəstəni xatırladır: vaxtında tədbir görülməzsə onların
daxili imkanları tükənər və məhvə və ya dönülməz prosesə
gətirib çıxara bilər. Belə ki, indiyənə kimi ölkəmizdə bazar
iqtisadiyyatının təşkili, idarə edilməsi və işləməsinə bilavasitə
təsir göstərən infrastruktur şəbəkələri tam formalaşmayıb və
bəziləri heç yoxdur. Misal üçün Azərbaycan Respublikasında
indiyənə kimi fyuçers bazarları və onların tərkib hissələri olan
fyuçers birjaları yaradılmayıb, əmtəə və digər növ birjalarda bu
kimi sövdələşmələr aparılmır. Onu qeyd edək ki, fyuçers
sövdalaşmalarının əsasını forvard qiymətlərinə uyğun
bağlanmış forvard sazişləri (əqdləri) təşkil edir. Forvard
qiymətləri (forward price) tərəflər arasında bağlanmış
müqaviləyə əsasən müəyyən vaxtdan sonra göndəriləcək
məhsulun qiymətlərinin təzahürüdür. Bu kimi sövdalaşmaların
digər şərtləri və incə məsələləri rəsmi surətdə forvard
əqdlərində (forward contract) təsdiqini tapırlar. Beləliklə,
forvard əqdi istehsalçı və bilavasitə alıcı, ola bilsin istehsalçı və
vasitəçi kimi kommersiya kombinasiyaları sövdələşmələri
nəticəsində, qarşılıqlı razılığa uyğun meydana çıxmış gələcək
ticarət əməliyyatlarını qanulaşdıran hüquqi müqavilə sənədidir.
Həmin kontrakt iki tərəfmüqavil tərəfindən müvafiq qaydada
təsdiq edilir və onun şərtlərinə uyğun bir tərəf digər tərəfə
əvvəlcədən razılaşdırılmış qiymətlə müəyyən miqdar və təyin
Dostları ilə paylaş: |