Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə47/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   44   45   46   47   48   49   50   51   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
127
əsərlərinə nəzər salsaq klassik ədəbiyyatın ənənəvi və qəliblənmiş mövzularından 
olan İlahi eşqin bu ədəbiyyatdakı önəmli yerini görərik: 
 Yunis sen kendini görme ibadet et mahrum kalma 
 Qayri şeyə gönül verme Allah sevgisi var ikən. 
 
 
 
 
 
 
 (Yunus Emre, 1983: 182) 
* * * 
 
Aşk oduna yanar isem, dahi şirin gelir bana 
Canım feda olsun, beni bu aşk oduna atana. 
 
 
 
 
 
 
 (Yunus Emre, 1983: 217) 
Və ya:  
 
Məhəbbət şahının mövlasıdır eşq,  
Həqiqət mülkünün əlasıdır eşq. 
 
Nə əvvəl var, nə axir mülki-Həqqə, 
O mülkü-qüdrətin binasıdır eşq. 
 
Müqəddəs beyti-məmurun əzəldən, 
Ədəbsiz bicəhət binasıdır eşq.  
(Gülşəni, 2006: 168) 
Füzuliyə gəlincə o, eşqi sonu olmayan zövq kimi dəyərləndirərək yazır: 
Eşqdir ol-nəş`eyi-kamil kim, ondandır müdam, 
Meydə təşviri-hərarət, neydə təsiri-səda. 
 
 
 
* * *  
Ey Füzuli, intihasız zövq buldum eşqdən,  
Böylədir hər iş ki, həqq adilə qılsan ibtida. 
 
 
 
 
 (Füzuli, 1958: 51) 
Məhz  bu  intihasız  eşqin  nəticəsidir  ki,  şair  Qurani-Kərimin  qiraətinin 
xətasızlığını nəzmə çəkərək İslam əhlinin nəzərinə şeirin ahəngdarlığı ilə çatdırır. 
“Xəta” ərəb mənşəli sözdür. Etimoloji mənasına gəlincə: 
1. “səhv etmək”; 2. “yolunu azmaq” anlamına gəlir (Баранов, 1985: 225). 
Təsəvvüf anlamı kimi xəta – şur və eşq cazibəsinin təsiri ilə salikin xətası kimi 
izah edilir (Göyüşov, 2001: 200). 
Məhəmməd Füzuli yaradıcılığında “xəta” özünü iki şəkildə göstərir: 
1. Qurana bağlı xətalar (tələffüz, qiraət, tərtib, yazı). 
2. Bəşər övladının davranışına bağlı xətalar (günah, səhv, yalan və s.). 
inci bölməni də öz növbəsində aşağıdakı hissələrə bölə bilərik: 
1. Allah kəlamının vahid, səhih mətninin kitab daxilində tərtibi; 
2. Quranın təcvid qaydalarına əsasən tilavəti; 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
128
3. Quranın avazla qiraəti; 
4. Fərdin (qarenin) avazı. 
Quran – səcli nəsrdir. Bu baxımdan da hərflərin səsi, ahəngi, müsiqililiyi onun 
bəlağət  gözəlliyini  təmin  edən  əsas  amillərdəndir.  Quran  hərfləri  səs  baxımından 
elə sıralanmışdır ki, hər hərfin səsi musiqi kimi gəlir, bu musiqinin təsiri qəlbləri 
yumşaldır, ruhları Qurana doğru cəlb edir. Bu avazın bəlağət və ecazı, sözsüz ki, 
fərdin qabiliyyətinə - avazına bağlıdır.  
Əsas mәtn. 
Ey xəta ləfzilə Quranın şükuhun sındıran, 
Möcizi-ayəti-Qurandan həzər qılmazmısan? 
Hər əlif xəncəri-xunrizi-burrandır sənə, 
Xəncəri-xunrizi-burrandan həzər qılmazmısan? 
Həkimi-kamilin daruş-şəfayi-hikmətin, 
Etmək istərsən xərab, ondan həzər qılmazmısan?  
(Füzuli, 1958: 379) 
Füzuli  yaradıcılığında  Allaha,  Peyğəmbərə,  insanı  haqq  yoluna  aparan  qanun 
və ehkamlara böyük sevgi, hörmət və ehtiramla yanaşır. Sözünün qüdrəti ilə oxu-
cusunu da buna dəvət edir. Şair qeyd etdiyimiz qitədə Quranı səhvlərlə oxuyanlara, 
onun  şükuhunu,  əzəmətini sındıranlara  qarşı  çıxır, üzünü  həmin  adamlara tutaraq 
Şərq  və  Qərbin  ən  nəhəng  dahilərinin  nur  aldığı,  aqil  adamların  faydalandığı 
Quranın  möcüzəvi,  təkrarolunmaz  ecazkar  ayələrini  xətalarla  oxumaqdan  həzər 
qılmalarına  çağırır.  Müəllif  “Qurani-Kərimin  möcüzəvi  ayələri”  –  ifadəsi  ilə 
müqəddəs  kitabın  bütün  məna  çalarlarına  –  ibrət,  hikmət  və  nəsihətlərinə  işarə 
etməklə, fikrini insanı daha çox düşündürməyə  vadar edən tərzdə, həm də Quran 
üslubuna  xas  poetik  forma  –  istifhəm  üstündə  nəzmə  çəkərək  oxucusunu  “xəta” 
sözü  ilə  üzləşdirir,  bu  sözün  məna  qatları  ilə  bizlərdə  xüsusi  hiss  və  duyğular 
oyadan  Allah-təala  kəlamının  Ona  nazil  olduğu  ərəb  dilində  səsləndirilməsi  yol-
larına – Qurani-Kərimin tilavətinə işarə edir. 
Ərəb  əlifbasının  inci  hərfi  olan  “əlif”  həm  sıra  yerinə  görə,  həm  qamətinin 
düzlüyü baxımından ədəbiyyatda Allahın rəmzi işarəsi kimi çıxış edir. Mənbələrdə 
bu  hərfin  məna  yükü  ilə  bağlı  müxtəlif  fikirlər  qeyd  edilir:  “Ərəb  əlifbasının  ilk 
hərfi, “Allah” sözü bu hərflə başlayır. Əlif varlığın başlanğıcı və Tanrıya işarədir. 
Haqqın  adları  əlifdə  cəmləşib  və  bu  rəmzlə  yeganə  varlığın  substansiyasını ifadə 
etmək olur. Deməli, əlif əzəl anlamına və Haqqın əhədiyyət mərtəbəsinə işarədir” 
(Göyüşov, 2011: 76).  
Təşbeh  üstündə  qurulmuş  növbəti  misrada  əlif  xəncəri-xunziri-burranla 
müqayisə  edilir.  Müəllif  əlif  hərfinin  qüdrətini  qabarıq  şəkildə  oxucusuna 
çatdırmaq üçün bu ifadəni sual üstündə, özü də yeni məntiqi vurğu ilə təkrarlayaraq 
xətanın  adi  “xəta”  olmadığını  və  Quran  oxuyanların  bundan  həzər  qılmalarını 
təkidləyir. 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
129
Qurani-Kərimin  mətnində  təkrir  olduqca  geniş  şəkildə  işlədilmişdir.  İbn 
Qüteybə  qeyd  edir  ki,  Quran,  hədis  və  qissələrdə  olan  təkrar  deyimlər  insanları 
qəflətdən  ayıltmaq  üçündür  (Quliyeva,  2008:  58).  Füzuli  də  məhz  fikrinin  insan-
larda təsir gücünü artırmaq üçün Quran bəlağətinin əsas üslubi xüsusiyyətlərindən 
olan təkrirdən istifadə etmişdir.  
Allahın  “Əsmaül-hüsna”  adlanan  adlarından  inə  (həkim  –  hikmət  sahibi) 
müraciət  edən  Füzuli  kamil  həkimin  hikmətli  şəfaət  evini  –  Allahın  hikmət 
xəzinəsini  xarab  edənlərə  daha  müraciət  edərək  onların  bu  xətadan  daşınmalarını 
tövsiyyə edir.  
Sadrul – İslam dövrünün cəmiyyətə ən böyük ətası olan Qurana dərindən bələd 
olan  şair  “xəta  –  ləfz”  ifadəsi  ilə  nələrə  işarə  etmiş  olur?  Sözsüz  ki,  “xəta”  sözü 
altında  ilk  işarə  –  Allah  kəlamının  vahid  və  səhih  mətninin  kitab  daxilində  tərti-
binədir.  
Qurani-Kərimin  “Ön  söz”ündə  qeyd  edildiyi  kimi:  “Peyğəmbər” 
əleyhissalamın çox əshabəsi Qurani-Kərimi əzbər bilər, hər hansı ayənin nazil olma 
səbəbini,  hökmünü,  dəqiq  mənasını  ondan  soruşub  öyrənərdilər.  Müxtəlif  ərəb 
qəbilələrinə mənsub olan bu əshabələrin hər i mətni sabit saxlamaq şərti ilə Allah 
kəlamını  öz  ləhcəsinə  müvafiq  tərzdə  oxuyardı.  Bu  zaman  qiraətdə  müəyyən 
fərqlər  əmələ  gəlirdi.  Məhəmməd  əleyhissalamın  özü  buna  izn  verərək  belə 
demişdi: “Quran yeddi ləhcədə nazil olmuşdur. Sizin üçün hansı ləhcədə mümkün-
dürsə, həmin ləhcədə də oxuyun”.  
Yeddi rəqəmi  bildiyimiz  müəyyən  sayın ədədi deyil,  qədim  ərəblərdə işlənən 
intəhasız çoxluq mənasındadır (Bünyadov; Məmmədəliyev, 1997: VIII).  
Yuxarıda  qeyd  etdiyimiz  rəqəm  ədəbiyyata  da  sirayət  edilərək  nəzmə 
çəkilmişdir  ki,  bunu  çox  klassiklərin,  o  cümlədən,  Gülşəninin  yaradıcılığında  da 
görürük: 
Yedi müshəf kimi vəchündən oxur, 
Kəlami-eşqi ayət-ayət. (Gülşəni, 2006: 43) 
Lakin  Peyğəmbərin  vəfatından  sonra  vəziyyət  dəyişməyə  başladı.  Quranın 
qiraətindəki  savti  fərqlər  bəzən  ləfzi  fərqlərə gətirib çıxarırdı,  bəzi sözlərin yaxın 
və  oxşar  səs  tərkibli  başqa  sözlərlə  əvəz  edilməsinə  səbəb  olurdu  (Bünyadov; 
Məmmədəliyev,  1997:  VI).  Nəticədə,  müsəlman  icmasının  müxtəlif  firqələrə 
bölünməsi,  müqəddəs  kitabın  təhrif  olunması  təhlükəsi  yarandı.  Ümmətin  ağıllı 
başçıları bu barədə düşünməyə, yaranmış vəziyyətdən çıxış yolu axtarmağa məcbur 
oldular (Bünyadov; Məmmədəliyev, 1997: VI). 
Quranın yenidən vahid sistem əsasında toplanılmasının başqa səbəbi də vardır. 
Bu haqda Cəlaləddin Süyuti belə yazmışdır: 
   
.دحاو عضوم يف عومجم ريغ نكل (ص) ﷲ لوسر دهع يف هلك بتك نارقلا ناك دق و
 
“Quran Peyğəmbərin (s) zamanında yazılmışdı. Lakin yerdə və surələri ardıcıl 
şəkildə deyildi (İsmayılzadə, 2006: 344). 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə