28
günlərində Gürcüstan hökumətinin Borçalı, Sığnaq və ümumilikdə Qarayazıda
Gürcüstanın sərhədlərini müəyyən etmək adı altında mövcud vəziyyəti dəyiş-
mək cəhdləri Azərbaycan hökumətinin müqaviməti ilə qarşılaşdı. Azərbaycan
Xalq Cümhuriyyətinin xarici işlər naziri M.H.Hacınski iyunun 14-də Gürcüstan
hökumətinin 1918-ci il 5 iyun tarixli qərarına etiraz edərək Gürcüstan hökumə-
tinin xariıci işlər idarəsinin başçısına yazırdı: "Borçalı, Tiflis və Sığnaq
qəzalarının başdan - başa müsəlmanlardan ibarət olan hissələrinin əhalisi öz
nümayəndələri vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində olmaq arzu-
larını ifadə etdiklərini nəzərə alaraq, mənim hökumətim gürcü hökumətinin
yuxarıda qeyd olunan sərəncamına qarşı qəti etiraz edir və ölkələrimiz ara-
sında mehriban qonşuluq münasibətlərinin saxlanması naminə Borçalı qəzası-
nın hüdudlarından qoşun hissələrini çıxarmaq, Azərbaycan ərazisinin yuxarıda
qeyd edilən hissələrinin tutulması haqqında sərəncamı ləğv etmək üçün təcili
tədbirlər görməyi təkidlə xahiş edir". Azərbaycan hökumətinin ciddi səyi ilə
Qarayazıdakı status -kvo saxlanıldı, Azərbaycan ordu hissəsinin burada qalması
şə
rti ilə beynəlxalq komissiya yaradılması barədə razılıq əldə edildi. Az sonra isə
məsələnin müzakirəsi 1919 -cu il aprelin 25-də Tiflisdə işə başlayan Qafqaz
konfransının gündəliyinə daxil edildi. Lakin 1919-cu ilin iyununda, Şimaldan
yaxınlaşan təhlükə ilə bağlı olaraq, Qafqaz konfransı öz işini dayandırdı. De-
nikin ordusunun Dağıstan üzərinə hücumu və Cənuba doğru irəliləməsi Azər-
baycan-Gürcüstan əməkdaşlığını zərurətə çevirdi. Yaranmış vəziyyətdə Ümum-
qafqaz həmrəyliyinin yaradılmasında Azərbaycan diplomatiyası Gürcüstanla əla-
qələrin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. 1919 -cu il iyunu n 16-da iki
dövlət arasında üç il müddətinə hərbi- müdafiə paktının imzalanması Azər-
baycan Xalq Cümhuriyyətinin dəyərli diplomatik addımı hesab edilməlidir. Bu
pakta görə, Azərbaycan və Gürcüstanın istiqlaliyyəti və ərazi bütövlüyünə hər
hansı dövlət tərəfindən təcavüz olduğu təqdirdə müqaviləni bağlayan tərəflər öz
öhdələrinə bir-birinə hərbi yardım göstərmək borcunu götürmüşdülər. Müqavilə-
nin 4-cü bəndində deyilirdi ki, Azərbaycan və Gürcüstan arasındakı sərhəd mə-
sələsi müqavilə və arbitraj yolu ilə həll ediləcəkdir. Eyni zamanda müqavilənin
29
10-cu bəndində göstərilirdi ki, "bu müqavilə barədə rəsmi məlumat verildik-
dən sonra Ermənistan iki həftə ərzində bu müqaviləyə qoşula bilər". Həmin
müqavilə iyun ayının 27-də hər iki ölkənin parlamentlərində təsdiq edildi. 16 iyun
hərbi- müdafiə paktına uyğun olaraq, tərəflər hərbi-texniki saziş imzaladılar və
birgə hərbi Şura yaratdılar. ngilis komandanlığının Azərbaycan Gürcüstan
müdafiə paktına münasibəti əvvəlcə mənfi idi, lakin sonralar dəyişdi. Brita-
niyanın Şərqi Avropa və Qafqazda olan qüvvələrinin baş komandanı general
C.Miln Denikinin Cənuba doğru hərəkəti ilə razı olmadığı barədə baş nazir
N.Yusifbəyliyə radioteleqram göndərdi. Zaqatala məsələsi münaqişəsiz həll edildi.
Ə
halisinin 92 faizi müsəlmanlardan ibarət olan Zaqatala camaatı Azərbaycan Xalq
Cümhuriyyəti yaranan kimi onun hakimiyyətini elliklə tanıdı və Azərbaycanın tər-
kibində qalmaq əzmini bildirdi. ndiki Zaqatala, Balakən və Qax rayonlarını əhatə
edən ərazidən ibarət Zaqatala quberniyası təşkil edildi. Məmmədağa Şahmalıyev
qubernator təyin edilməklə quberniya və yerli idarə orqanları yaradıldı. Müstə-
qilliyin ilk günlərindən Gürcüstan Respublikası ilə qurulan diplomatik əlaqələr
çox çətin və ziddiyyətli bir yol keçsə də, 1920-ci ilin əvvəllərində normal
məcəraya düşdü. Hər iki respublikanın müstəqilliyi Versal Ali Şurası tərəfindən
defakto tanındı.
16. Azə rbaycan Xalq Cümhuriyyə tinin ranla münasibə tlə ri.
Azərbaycanın bu dövrdəki beynəlxalq siyasətində ranla münasibətlər aparı-
cı istiqaməti təşkil edirdi. Azərbaycan, bir tərəfdən, “ stiqlal Bəyannaməsi”nin
prinsiplərinə uyğun olaraq bütün dövlətlərlə, o cümlədən də ranla normal münasi-
bətlər yaradılmasını istəyir və buna da çalışırdı. Digər tərəfdən, Azərbaycan- ran
münasibətlərinin spesifik cəhətləri də vardı. Başqa sözlə, AXC-nin ranla münasi-
bətlərinə xüsusi yanaşma tələb olunurdu. Bu, Azərbaycanın parçalanmış durumda
olması, onun torpaqlarının böyük hissəsinin ranın tərkibində qalması ilə əlaqədar
idi. Öz növbəsində ran da həmişə Şimali Azərbaycanda gedən prosesləri diqqət
mərkəzində, Cənubi Azərbaycanda baş verənləri isə nəzarətdə saxlamışdır. Bu ba-
xımdan Azərbaycanın şimalında dövlətçiliyin bərpası və onunla münasibətlərin
30
xarakteri ranın xarici siyasətində heç də az yer tutmurdu. randa Azərbaycanın
müstəqilliyinə münasibət birmənalı deyil, ikili səciyyə daşımışdı.
Birincisi, Azərbaycanın şimalında dövlətçiliyin bərpası onun cənubunda da
muxtariyyət və müstəqillik meyllərinin qüvvətlənməsinə ciddi təsir göstərmişdi.
Bu baxımdan ranın siyasi-diplomatik dairələrində AXC-nin qətiyyən tanınmama-
sına dair radikal baxış üstünlük təşkil edirdi. Bu mövqenin tərəfdarlarının əsas
faktları tarixən Azərbaycan dövlətinin olmaması, AXC ərazilərinin rana məxsus-
luğu idi. Bu cür baxışlarla yüklənmiş siyasətin nəticəsi idi ki, Osmanlıdakı ran
konsulu AXC-nin stanbul konfransına gələn nümayəndəliyinin Azərbaycan döv-
lətçiliyinin bərpasına dair bəyannaməsini (VII. 1918) qəbul etməmişdi. Habelə
bəyannaməyə münasibətini belə açıqlamışdı: “ ran “Azərbaycan” adlı müstəqil
dövlət tanımır”.
kincisi, rəsmi ranın AXC-yə münasibətindəki baxışları çərçivəsində yeni
bir nöqteyi-nəzər, yəni onların vahid dövlət yaratmaları ideyası da ortaya çıxdı. Bu
ideyanı Paris Sülh konfransına gedən ran Xarici şlər naziri yolüstü Bakıda
(XII.1918) Azərbaycan rəhbərliyi və stanbulda (I. 1919) Ə. Topçubaşov ilə görüş-
lərində səsləndirdi. ran tərəfinin bu ideyası gözlənilməz olduğu qədər də şübhəli
göründüyündən Azərbaycanın siyasi dairələri və diplomatları tərəfindən birmənalı
qarşılanmadı. Azərbaycanın suverenliyinin önə çəkilməsi və siyasi-diplomatik dai-
rələrdəki kəskin etirazlar bu mövzunun müvəqqəti unudulmasına, gündəlikdən çıx-
masına təsir göstərdi.
AXC-nin ranla diplomatik əlaqələr qurulması işi uzun çəkdi. A. Ziyadxano-
vun başçılıq etdiyi nümayəndəliyin rana səfəri (1919-cu ilin yazı) zamanı səfirli-
yin və Təbrizdə konsulluğun açılması məsələləri müzakirə olundu. AXC hökuməti
ləngitmədən (16.VII.1919) randa diplomatik nümayəndəliyin yaradılması haqqın-
da qərar çıxardı. A. Ziyadxanov səfir təyin edildi. Lakin o yalnız 1920-ci il yan-
varın 4-də Tehrana gedib fəaliyyətə başladı. Azərbaycan- ran konfransının açılışın-
da (5.XII.1919) diplomatlar dövlətləri bir-biri ilə möhkəm bağlayan siyasi, iqtisadi,
mədəni, dini və irqi ümumilikləri, habelə “tarixi və qohumluq əlaqələrini” vurğula-
dılar. Tərəflər bunları əsas tutaraq konfransın AXC- ran münasibətlərində bir mər-
Dostları ilə paylaş: |