34
dövrdə, bu respublika əhalinin daşnak hücumlarından qorunmasında faydalı iş
gördü. Daşnak hökuməti hələ 1918-ci ilin noyabrında Naxçıvan, Şərur- Dərə-
ləyəz, çmiədzin qəzalarını, Qars vilayətini müsəlman əhalisindən təmizləyib,
Ermənistan hökumətinin hakimiyyətini bərqərar etmək istəyirdi. Lakin bu yerlərin
müsəlman əhalisinin güclü müqaviməti həmin planın həyata keçirilməsinə ma-
ne oldu. Hətta ingilis komandanlığı müvəqqəti olaraq Naxçıvanın idarəçiliyini
Ermənistana versə də, qəza əhalisinin böyük əksəriyyəti Azərbaycan türkləri ol-
duğu üçün daşnak hökuməti bu qərarı həyata keçirə bilməmişdi. ngilislərin
Zəngəzur və Yuxarı Qarabağı Azərbaycan torpaqları kimi tanıyıb, Naxçıvanı
Ermənistanın idarəçiliyinə vermək ideyası Azərbaycanla Türkiyənin arasını kəs-
mək, ümumilikdə Türkiyə ilə qalan müsəlman xalqları arasında xristian erməni
dövləti yaratmaq barədə Kerzon planının tərkib hissəsi idi. 1919-cu ilin mayında
xarici işlər naziri F.X.Xoyski general Tomsonla görüşündə müttəfiqlərin baş
komandanlığı tərəfindən Naxçvanın idarəçiliyinin müvəqqəti olaraq Ermə-
nistana verilməsinə kəskin etiraz etmiş, Naxçıvan, Ordubad, Şərur-Dərələyəzin
qədim Azərbaycan torpaqları olduğunu bildirmişdi. 1919-cu il dekabrın 14-də
Azərbaycan hökumətinin təşəbbüsü ilə Bakıda Ermənistan - Azərbaycan konfransı
açıldı. Lakin konfrans, ermənilərin günahı üzündən, tərəflər arasında ziddiyyəti
həll edə bilməyərək işi yarımçıq dayandırdı.1920-ci ilin yanvarında Ermə-
nistanın hərbi əməliyyatları yenidən gücləndi. Belə bir şəraitdə Azərbaycan
hökuməti erməni təcavüzinü dəf etmək üçün ciddi tədbirlər görmək məcburiy-
yətində qaldı.
18. Azərbaycan Xalq Cümhuriyyəti diplomatiyası ingilis idarəçiliyi şərai-
tində .
Birinci dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana mara-
ğ
ı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya- Türkiyə blokunun
Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir
hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada ha-
sil edilən neftin 83 faizi Bakıda çıxarılırdı. Dünya müharibəsində iştirak edən öl-
kələr isə Bakı neftinə çox vaxt qələbəni müəyyən edən amil kimi baxırdılar. n-
35
giltərənin baş naziri Lloyd Corcun fikrincə, müharibənin sonunda Antantanın
üstünlüyünə baxmayaraq, alman bloku Bakı neftindən istifadə edərdisə, hərbi
ə
məliyyatların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək olmazdı. Ona
görə də Yaxın və Orta Şərqdə möhkəmlənmiş ngiltərə qoşunları 1918- ci ilin
mayından başlayaraq Bakı istiqamətində hərəkətə başladı. Lakin bu zaman
Cənubi Azərbaycanda möhkəmlənmiş Türkiyə qoşunları onların hərəkətini da-
yandırdı və ingilislərin Bakıya müdaxiləsi 1918-ci ilin avqustuna qədər müm-
kün olmadı. Bakıda XKS-nin hakimiyyəti devrildikdən sonra sentrokaspiçilərin
ilk addımı Ənzəlidə dayanmış ingilisləri Bakıya dəvət etmək oldu. Avqustun 4-
də polkovnik Stoksun başçılıq etdiyi ilk qoşun dəstəsi Bakıya daxil oldu. Av-
qustun ortalarında general Denstervil başda olmaqla min nəfərlik ikinci hərbi
dəstə Azərbaycana gəldi. Şəhərin xristian əhalisi ingilisləri böyük sevinclə qar-
ş
ıladı. Mart qırğınlarını törətmiş ermənilər ingilislərin simasında öz xilaskarlarını
görürdülər. Lakin Britaniya qüvvələrinin azlığı onların ümidlərini puça çıxartdı.
Bakıya gələn Britaniya qoşununun çoxsaylı olması haqda məlumatların şayiə
olduğunu bilən Qafqaz slam Ordusu şəhəri azad etmək uğrunda son hərbi əmə-
liyyatlara başladı. 1918-ci il sentyabr ayının ortalarında Britaniya qoşunu ge-
neral Denstervil başda olmaqla Bakını tərk etmək məcburiyyətində qaldı. La-
kin 1918-ci ilin payızında iki aylıq fasilədən sonra onlar yenidən Bakıya qa-
yıtdılar. Bu, Türkiyə və onun müttəfiqlərinin Birinci Dünya müharibəsində tam
məğlubiyyəti ilə bağlı idi. 1918-ci il noyabrın 17-də müttəfiqlərin qoşunları Bakıya
daxil oldu. Bundan az əvvəl, Azərbaycan hökuməti ABŞ prezidenti V.Vilsona, öz
fəaliyyətini bərpa etmiş Milli Şura isə dünya dövlətlərinə müraciətlər qəbul et-
dilər. Müttəfiqlərin gəlişi Azərbaycanın istiqlaliyyətini ciddi təhlükə qarşısında
qoydu. Rus və erməni milli şuralarının cəhdlərinə baxmayaraq, Bakıda vəziy-
yətlə yaxından tanış olduqdan sonra, general V.Tomson bildirdi ki, onun "Bakıda
ə
n bacarıqlı adamlardan biri" saydığı F.X.Xoyskinin hökuməti ölkədə koalisiya
hökuməti təsdiq edilənə qədər yeganə təsirli hökumət olaraq qalır. Balkanda və
Qafqazda olan ingilis qoşunlarının baş komandanı general Corc Miln az sonra
Bakıya gələrək V.Tomsonun bəyanatını təsdiqlədi və bildirdi ki, Böyük Britaniya
36
hökuməti Azərbaycan hökumətini bu ölkənin bütün ərazisində yeganə qanuni ha-
kimiyyət kimi tanıyır. Azərbaycan hökumətində qəbul zamanı o dedi: "Mən bura-
ya böyük müttəfiq millətlərin nümayəndəsi hesabında gəldim. Məqsədimiz məm-
ləkətdə sülh və ədaləti bərpa etməkdir. Müttəfiqlərin qələbəsi hüquqi-ədalət və
millətlərin təyini-müqəddəra-ixtiyari təmininin rəhnidir. Sülh konfransında burası
bəyan ediləcəkdir. F.X.Xoyski ilə danışıqlar zamanı C.Miln bildirdi ki, "Azər-
baycan dairəsində ngiltərə hökuməti Azərbaycan hökuməti- Cümhuriyyəsini
tanıyır və qəbul edir və hökumətə müttəfiqlər komandanlığı hər barədə kö-
mək edəcəkdir. Ayrı-ayrı millətlərin təyini - müqəddərat hüququ ngiltərə hö-
kuməti nöqteyi nəzərincə müdafiə edilməlidir. Sülh konfransında ngiltərə
nümayəndələri bunu müdafiə edəcəklərdir. Əlbəttə, bu, tək general C.Milnin fik-
ri deyildi, 1918-ci ilin dekabr ayında Cənubi Qafqaz məsələsi bir neçə dəfə Bri-
taniya hökumətinin iclaslarında müzakirə edilmişdi. Lord Kerzon bu fikirdə idi
ki, Cənubi Qafqazda sabitlik lazımdır, əks təqdirdə "anarxiya, qarma-qarı-
ş
ıqlıq, yaxud bolşevizm" bu regionda ingilis siyasətinə maneçilik törədə bilər.
1919-cu ilin əvvəllərindən başlayaraq ngiltərə-Azərbaycan əlaqələri Bakıda
olan ingilis komandanlığı, stanbuldakı ingilis hərbi və diplomatik nümayən-
dəliyi, sonralar isə Paris Konfransında təmsil olunan sülh heyəti vasitəsilə həyata
keçirilirdi. Dekabr ayında ingilislər Batum və Tiflisi də tutdular və 1919-cu
ilin yayına qədər Qafqazda qaldılar. ngilislərin Azərbaycanın daxili işlərinə
müdaxilə etməsi tədricən aradan qaldırıldığına görə, Azərbaycan hökuməti bü-
tün işləri öz əlində toplayır, addımbaaddım tam irəliləyərək müstəqilliyini bərqə-
rar edirdi.
19. Azərbaycan Xalq Cümhuriyyətinin Sovet Rusiyası ilə münasi-
bətləri.
Azərbaycanın həyatı mənafeyi sovet Rusiyası ilə normal münasibətlər qurul-
masını tələb edirdi. Yeni iqtisadi əlaqələrin hələ yaradılmadığı və ənənəvi
ə
laqələrin pozulduğu bir vaxtda Azərbaycanın neft, pambıq və digər xam-
mallarının Rusiya bazarından məhrum olması Azərbaycan hökumətinin şimal
qonşusu ilə münasibətləri normallaşdırmasını zəruri edirdi. Azərbaycanın Gürcüs-
Dostları ilə paylaş: |