9
istifadə etmək vacib məsələ idi. Gənc tədqiqatçı öz fəaliyyətinin ilk addımından belə bir
vəzifəni öz üzərinə götürdü və Azərbaycan dili terminoloji sisteminin konkret bir qatının
ənənəvi-tarixi inkişaf xəttindən sapmaması üçün əlindən gələni etdi, fəlsəfə
terminologiyasının standartlaşmasının elmi-nəzəri prinsiplərini müvəffəqiyyətlə əsaslan-
dıra bildi.
Xalqımızın tarixinə, elm və mədəniyyət sərvətinə, əlyazmalar irsinə böyük maraq
Cahangir Qəhrəmanovu tezliklə o vaxtlar Azərbaycan EA Respublika Əlyazmalar Fondu
adlanan xəzinəyə gətirib çıxartdı. Sonralar Cahangir müəllim dəfələrlə etiraf edib deyirdi:
“Ali məktəbdə müəllimlik illəri mənim üçün çox çətin keçirdi. Hiss edirdim ki, bura mənim
yerim deyil, mən potensial imkanlarımı burada aça bilməyəcəyəm. Mənim maraq dairəm
qədim mənbələr, tarixi–filoloji məsələlər idi. Bütün fikrim-zikrim Əlyazmalar Fonduna
keçmək, buradakı abidələri araşdırmaq idi”. 1960-cı ildə bu arzu və istək axır ki, həyata
keçir və Cahangir Qəhrəmanov Respublika Əlyazmalar Fondunda işləməyə başlayır.
Sonrakı fəaliyyəti də göstərdi ki, gənc alim səhv etməmişdi, bu müəssisənin də Cahangir
Qəhrəmanov kimi elm və tədqiqatçılıq alovu ilə alışıb-yanan fədailərə ehtiyacı vardı.
Bir-birinin ardınca bir neçə kitab təlif və tərtib edib nəşr etdirəndən, bir əlyazmaçı kimi
imzası tanınandan sonra Cahangir Qəhrəmanov bütün qüvvə və enerjisini böyük Azər-
baycan şairi və mütəfəkkiri Seyid Đmadəddin Nəsimi irsinin tədqiqinə həsr edir.
Ümumiyyətlə, sovet hakimiyyəti illərində xalqın klassik irsinə partiyanın və hökumətin
qayğısı haqqında çox mədhiyyələr yazılmışdır. Ancaq elə həmin sovet hakimiyyətinin
gəlişi illərində minlərlə əlyazmalarımıza od vurulması, əlyazma şəklində əsrimizə gəlib
çıxmış tarixi-mədəni irsimizin tarmar edilməsi üzərindən həmişə sükutla keçilirdi. Bolşe-
vizmin həmin “xidmətlərinin” ağrısını-acısını cəmiyyətdə daha çox əlyazmaşünaslar çək-
miş, itirilmiş irsin həqiqi dəyərini onlar daha çox bilmişlər. 20-ci illərdən bəri Salman
Mümtaz, Yusif Vəzir, Əmin Abid, Ə.Dəmirçizadə, H Araslı, K.Məmmədov, Ə.Mirəh-
mədov, T.Məhərrəmov və bir sıra başqa alimlər klassiklərimizin əsərlərinin elmi-tənqidi
mətninin tərtibi sahəsində olduqca səmərəli praktik işlər görmüş, mətnşünaslığın nəzəri
problemlərinin həlli üçün zəngin baza yaratmışdılar. Buna baxmayaraq, 60-cı illərin
sonuna qədər Azərbaycanda klassik ədəbiyyatın nəşri işi əsasən bir əlyazma nüsxəsi
materialına söykənirdi.
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com
10
Ümumiyyətlə götürdükdə, elm aləmində mövcud olan fikrə görə, bir-iki nüsxə
əsasında nəşr olunan kitablar orta əsr müəllifinin orijinal yaradıcılığı haqqında tam və
mötəbər təsəvvür yaratmır. Çünki kitab nəşrinin mövcud olmadığı yüzillərdə katiblər
tərəfindən dəfələrlə üzü köçürülmüş əlyazma nüsxələrində meydana çıxan müxtəlif səp-
kili interpolyasiyalar əslində müəllifin öz variantının təhrif edilməsinin, xələfləri tərəfindən
müəllif sözünə çox vaxt dərin məhəbbət təzahürü kimi müdaxilələrin ortaya çıxmasının
məhsulu olurdu.
Bir nüsxə əsasında buraxılan kitabda, təbii ki, bu cür təhriflər və yanlışlıqlar da çox
olurdu.
Məsələ bundadır ki, heç də hər hansı müəllifin əsərlərinin elmi-tənqidi mətnini
hazırlamaq mümkün deyildir, çünki onların əlyazma irsinin böyük bir hissəsi “şanlı muz-
durkomlar” tərəfindən vaxtilə məhv edilmiş, yandırılmışdır. Đndi hansısa yeni bir orta əsr
şairimizi “kəşf etmək” böyük xoşbəxtlik sayılır.
Belə bir şəraitdə Cahangir Qəhrəmanov Nəsimi poeziyasının böyüklüyünü əks
etdirən Bakı, Đrəvan, Leninqrad, Daşkənd kitab xəzinələrində mühafizə edilən mükəmməl
əlyazma nüsxələri, əski çap kitabları və bir neçə başqa mənbə əsasında dahi Nəsimi
əsərlərinin elmi-tənqidi mətnini orijinalın öz əlifbasında tərtib edib, fundamental bir üç-
cildlik nəşr etdirdi. Cahangir Qəhrəmanovun nəşrinə qədər Nəsimi əsərləri 1844-cü,
1871-ci və 1880-ci illərdə Đstambulda üç dəfə, 1926-cı ildə isə Bakıda Salman Mümtaz
tərəfindən ərəb əlifbası ilə çap edilmişdi. Lakin bunlar yeganə əlyazma divan nüsxəsi
əsasında nəşr olunduqlarından böyük şairin Azərbaycan dilində yaratdığı ədəbi-bədii irsi
bütövlükdə əhatə olunmamış, Nəsiminin dünyagörüşlərini və hürufiliyinin fəlsəfi əsasları-
nı əks etdirən iri həcmli bir sıra qəsidələri, müstəzadları, bir çox qəzəl və rübailəri həmin
nəşrlərə düşməmişdi. Burada müxtəlif mahiyyətli təhrif və nöqsanlar da özünə geniş yer
tutmuşdu.
Cahangir Qəhrəmanov Nəsimi irsi üzərində işləyərkən, bir tərəfdən, mətnşünas və
ədəbiyyatşünas kimi çıxış etmişsə də, əsas etibarilə abidələrin linqvistik, qrafik və
orfoqrafik xüsusiyyətlərinə daha geniş diqqət yetirmiş, beləliklə, azərbaycanşünaslıq
elmində linqvistik mətnşünaslığın əsasını qoymuşdur. Sonralar Cahangir müəllim bu isti-
qamətdə işləyən kadr hazırlığına da ciddi fikir vermiş, çoxlu sayda linqvistik mətnşünas
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com
11
aspirant və dissertantlara rəhbərlik etmiş, beləliklə, bu sahənin milli elmimizdə bərqərar
olmasına nail olmuşdur. Məhz Nəsimi əsərlərinin Cahangir Qəhrəmanov nəşrindən son-
ra Azərbaycan mətnşünaslığında abidələrin dil və imla xüsusiyyətlərinin ön plana çə-
kilməsi elmi prinsip kimi etiraf olundu və öz praktik həllini tapmış oldu.
Mətnşünaslıqda linqvistik məsələlərin əsas götürülməsinin başlıca üstünlüyü
bundadır ki, belə metodla tərtib edilən elmi-tənqidi mətnlərin dil xüsusiyyətləri cilalanmış
olur və bu cür kanonik mətnlər milli dil tarixinin tədqiqi üçün də çox mötəbər faktlar verir.
Cahangir Qəhrəmanov Nəsiminin əlyazmaları üzərində işləyərkən hər nüsxədəki
şeirləri, hər şeirin bəndlərini, misralarını və ayrı-ayrı sözlərini bircə-bircə tutuşdurmuş,
özündən əvvəlki nəşrlərdə təzahür edən xeyli nöqsan və təhrifləri aşkar etmiş və aradan
qaldırmışdır. Nəticədə şairin 167 yeni, qeyri-mətbu əsəri aşkar edilib mətnə salınmış,
müxtəlif şeirlərinin əvvəlki nəşrlərə düşməyən 132 beyti bərpa edilmiş, 129 mübahisəli
şeir müəyyənləşdirilmişdir. Beləliklə, tənqidi mətnin tərtibi nəticəsində Nəsiminin 2176
beytlik yeni əsərləri meydana çıxmışdır.
1
Alimin belə dərin tədqiqatı və gərgin əməyi sayəsində Seyid Đmadəddin Nəsimi
özünün 600 illik yubileyi günlərində öz xələflərinin qarşısında daha zəngin, daha nəhəng
şair və mütəfəkkir kimi ucalmışdır. Tanınmış dilçi alimlərimizdən biri vaxtilə düz deyirdi
ki, Cahangir müəllim Nəsimini nəşr etdirənə qədər Azərbaycan öz dahi şairini bu qədər
yaxşı və ətraflı tanımırdı.
Nəsimi kimi bir nəhəngin kamil tədqiqatçısı olmaq artıq onun yaradıcılığı haqqında
müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə etmiş Cahangir Qəhrəmanovun adını
bütün respublikada, dünya nəsimişünaslığında şöhrətləndirdi. Bundan sonra alim Nəsimi
irsinin daha geniş kütlələr arasında populyarlaşmasına girişdi, bir-birinin ardınca Nəsimi
və onun poetik irsi haqqında məqalələr yazıb nəşr etdirdi, Nəsimi şeirlərindən seçmələri
kiril əlifbasına transfoneliterasiya edib, irili-xırdalı kitablar halında çap etdirdi.
Ümumiyyətlə, Nəsimi irsi ilə məşğul olduğu illər Cahangir Qəhrəmanovun
yaradıcılığının ən məhsuldar dövrü sayıla bilər. Məhz həmin çağlarda gərgin və
məhsuldar elmi fəaliyyətinə görə Cahangir müəllim “Fədakar əməyə görə” medalı və
1
Bax:
Đ
madəddin
Nəsimi.
Ə
sərləri.
Birinci
cild.
Bakı:
Elm, 1973, s.5-84.
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com
Dostları ilə paylaş: |