14
şöhrətləndirmişdi. Ağsaqqal alim artıq neçə il idi ki, başçılıq etdiyi Əlyazmalar Fondunun
akademik instituta çevrilməsi üçün sözün əsl mənasında mübarizə aparır, Moskva çinov-
niklərinin qarşısında bu cür yenidənqurmanın məqsədyönlü olduğunu sübut etməyə
çalışırdı. Ancaq Qorbaçov yenidənqurması dövründə, irili-xırdalı müəssisələrin
qapandığı bir vaxtda bu ideyanı həyata keçirmək müşkül işə çevrilmişdi: “mərkəz” hər
dəfə Azərbaycan Elmlər Akademiyasının təklifini geri qaytarırdı. Nəhayət, 1986-cı ilin
payızında C.V. Qəhrəmanovun da iştirak etdiyi nümayəndə heyəti Moskvada Heydər
Əliyevin qəbuluna düşə bilir. Görkəmli siyasi xadimin təşkilatçılıq bacarığından, sözü-
keçərliyindən, Moskvada yaşasa da, öz ana vətəninin hər bir probleminə maraq göstər-
diyindən, millətinə həyan olduğundan ağızdolusu danışan Cahangir Qəhrəmanov həmin
görüş haqqında hər dəfə sözünü belə bir nida ilə yekunlaşdırırdı: “Kişi bizi dinləyəndən
sonra götürüb zəng elədi. Ertəsi gün N. Rıjkov sərəncam imzaladı!” Beləliklə, 1986-cı il
oktyabrın 26-da Azərbaycan EA Respublika Əlyazmalar Fondunun bazasında Azərbay-
can EA Əlyazmalar Đnstitutu yaradıldı. Cahangir Qəhrəmanovun və rəhbərlik etdiyi kol-
lektivin uzun illər can atdığı arzu H.Ə.Əliyevin bircə zəngi ilə çin oldu.
Fondun belə çətin vaxtda instituta çevrilməsi təkcə bu müəssisə kollektivinin
sevincinə səbəb olmamışdı, həm də bütövlükdə respublikada şadlıqla qarşılanmışdı.
Həmin illərdə bunu ayrıca bir hadisə kimi qiymətləndirən Aydın Məmmədov yazırdı: “O
xalqın taleyi xoşbəxtdir ki, onun tarixini, onun taleyini yüksək savadlı, sözün əsl mə-
nasında vətənpərvər adamlar həll eləyirlər. Məncə, özünütəsdiqin ən böyük, kəsə yolu
kitabxanalarda, arxivlərdə, əlyazmaları arasında can çürütməkdir. Məsələn, mən
vətəndaşlığı C.Qəhrəmanovun rəhbərlik etdiyi Respublika Əlyazmalar Fondunu instituta
çevirməsində görürəm. Bu, böyük xidmətdir”
3
.
Bundan sonra Əlyazmalar Đnstitutu öz fəaliyyətinin daha da məhsuldar dövrünə
qədəm qoydu. Đnstitutun çap məhsulları dünyanın daha çox ölkələrinə yayılmağa, doğma
Azərbaycanın mədəni-tarixi irsini təbliğ etməyə başladı. Đnstitutun yüksək ixtisaslı
kadrlarla təmin olunmasına göstərilən qayğı buna səbəb oldu ki, artıq hər il Cahangir
Qəhrəmanovun yetirdiyi dissertantlar öz işlərini müntəzəm müdafiə etməyə başladılar.
3
Aydın Məmmədov. Sözümüz eşidilənədək. Bakı: Yazıçı, 1988, s.206.
Created by Neevia Personal
Converter trial version
http://www.neevia.com
15
Đnstitut əməkdaşlarının Əlican Qövsi Təbrizi, Bəvazici, Ruhi Bağdadi, Xəlili, Rəhməti
Təbrizi, Əbri Xacə ibn Adili, Möhsün Nəsiri, Cənnəti, Rami Təbrizi, Mirzə Đsmayıl Qasir,
Həsən və başqa müəlliflərin həyatı, yaradıcılığı və yazılı irsi haqqında tədqiqatları
respublika elminə yeni-yeni faktların təqdim olunmasında xüsusi rol oynadı və elmi icti-
maiyyətimiz tərəfindən yüksək qiymətləndirildi. Əlyazmalar Đnstitutunun adı dillər əzbəri
oldu və hamı bu müəssisəyə qeyri-rəsmi söhbətlərdə “Cahangir Qəhrəmanovun
institutu” deməyə başladı. Bu cür epitet qocaman alimin ürəyinə yağ kimi yayılır, Cahan-
gir müəllim bundan ləzzət alır, mənəvi zövqlənirdi.
90-cı illərin əvvəllərindən Əlyazmalar Đnstitutunun xarici ölkələrin əlyazma
kitabxanaları ilə möhkəm əlaqələri yaradılmağa başladı ki, bunda da Cahangir
Qəhrəmanovun nüfuzu mühüm rol oynadı. Respublikamızın əlyazmaçıları ıstər beynəl-
xalq ĐSESKO təşkilatının xətti ilə, istərsə də ayrı-ayrı əlyazma mərkəzlərinin təşəbbüsü
ilə Türkiyədə, Đranda, Suriyada, Misirdə, Mərakeşdə, Đraqda, Tatarıstanda keçirilən bey-
nəlxalq simpozium və konfranslara dəvət olundular, orada maraqlı məruzələrlə çıxış
etdilər, öz həmkarlarının işi ilə tanış olmaq, təcrübə mübadiləsi aparmaq imkanı əldə
etdilər. Đnstitutun beynəlxalq arenaya çıxması onun əməkdaşlarının və rəhbərliyinin iş
təcrübəsini artırdı, onların dünyanın daha yaxşı təmin olunmuş əlyazma xəzinələrinin
vəziyyətini öyrənməsi, məziyyətlərinin Azərbaycan EA Əlyazmalar Đnstitutunda tətbiq
edilməsi üçün yeni ideyalarla zənginləşməsinə kömək etdi.
Professor Cahangir Qəhrəmanovun Əlyazmalar Đnstitutunun gələcəyi üçün gözəl
fikirləri, cəsarətli planları var idi. 1995-ci ilin birinci yarısında Respublika Prezidenti Hey-
dər Əliyev cənablarının Əlyazmalar Đnstitutuna göstərdiyi yeni qayğı, institut binasının
genişləndirilməsi barədə qərarı qocaman alimdə öz ideyalarını həyata keçirmək üçün
böyük ruh yüksəkliyi yaratmışdı. Təəssüf ki, “kübarlar xəstəliyi” şəkər böyük alim, gözəl
və geniş ürəkli insan Cahangir Qəhrəmanova öz yeni planlarını həyata keçirməyə imkan
vermədi.
Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Cahangir
Vahid oğlu Qəhrəmanov bu dünyada 68 il yaşadı. Ömrünün 45 ilini elmə, elmi–tədqiqat-
çılıq fəaliyyətinə həsr etdi, özündən sonra xalqına bütün güc və bacarığını sərf etdiyi
sanballı və zəngin bir elm ocağı, istedadlı kollektiv qoyub getdi.
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com
16
Cahangir Qəhrəmanovun son arzusu ölümündən bir il sonra həyata keçdi. 1996-cı
ilin yubiley günlərində Respublika Prezidenti H.Ə.Əliyev cənablarının Fərmanı ilə
professor C.V.Qəhrəmanovun yaratdığı Əlyazmalar Đnstitutuna dahi şair və mütəfəkkir
Məhəmməd Füzulinin adı verildi.
Professor Cahangir Qəhrəmanovun adı onu yaxından tanıyanların və şagirdlərinin,
yaratdığı kollektiv üzvlərinin qəlbində daim yaşayır, onun irsi elmin dolanbac yolları ilə
zirvələr fəth etməyə çalışan yeni-yeni nəsillərə yol göstərir.
MƏMMƏD ADĐLOV
ƏSƏRLƏRININ BIBLIOQRAFIYASI
Təlif, tərtib və tərcümə etdiyi kitablar
1955
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com