12
SSRĐ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı ilə təltif edildi, işlədiyi
Respublika Əlyazmalar Fondunun direktoru vəzifəsinə irəli çəkildi.
Azərbaycan və digər Đslam Şərqi xalqlarının on minlərlə yazılı
abidələrinin toplanıb mühafizə edildiyi bir akademik müəssisəyə rəhbərlik etmək, bir tə-
rəfdən, böyük şöhrət olsa da, ikinci tərəfdən, məsuliyyət tələb edirdi. Bunu başa düşən
doktor Cahangir Qəhrəmanov özünün direktorluq fəaliyyətinin lap əvvəlindən elmi-
təşkilatçılıq işinə ciddi diqqət yetirməyə başlayır. Əlyazmalar Fondunun daha səmərəli
və çevik işləməsi üçün müəssisədə həmin illərin tələbinə müvafiq struktur dəyişiklikləri
aparır, kadr potensialının zənginləşməsinə, fondun yüksək ixtisaslı əlyazmaşünaslarla
təmin olunmasına və kolleksiyasının böyüməsinə fikir verir, elmi- tədqiqat işlərinin yeni
səviyyəyə qaldırılması üçün bütün bacarığını sərf edir.
Keçmiş SSRĐ-nin əlyazma mərkəzlərini gəzib, onların iş üsulunu və struktur
xüsusiyyətlərini öyrənən Cahangir Qəhrəmanov zəmanənin tələblərinə cavab verən
bütün müsbət cəhətləri öyrənir və Respublika Əlyazmalar Fondunun müasirləşdiril-
məsinə tətbiq edir. Həmin illərdə Əlyazmalar Fondunun ayrıca binası yox idi, azsaylı
kollektiv fondun materiallari ilə birlikdə Akademiya Rəyasət Heyəti binasının birinci mər-
təbəsində yerləşirdi. Cahangir Qəhrəmanovun Əlyazmalar Fondu ilə bağlı coşub-daşan
ideyalarının və planlarının gerçəkləşməsi üçün daha yaxşı şərait tələb olunurdu. Gəzdiyi
yerlərdə əlyazmaların qorunması şəraiti ilə yaxından tanış olmuş Cahangir Qəhrəmanov
tezliklə Bakının qayalıq yerlərindən birində fonda yeni bina tikilməsi ideyasını irəli sürür.
Bunun üçün plan lahiyəsi hazırlanır, yer müəyyənləşdirilir, ancaq texniki səbəblərdən
layihəni həyata keçirmək mümkün olmur (təəssüf ki, bu aktual məsələ indiyə qədər də öz
həllini tapmamışdır). Həmin illərdə Azərbaycan KP MK Respublika Əlyazmalar Fondu-
nun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında mühüm bir qərar qəbul edəndən
sonra hazırkı Đstiqlaliyyət küçəsi, 8 ünvanında yerləşən gözəl tarixi bina əlyazmalar xəzi-
nəsinin qorunması üçün ayrılır. Respublikanın başçısı H.Ə.Əliyev yoldaşın xalqımızın
minillik tarixi-yazılı abidələrinə necə böyük qayğı göstərdiyini görən professor
C.V.Qəhrəmanov bundan ruhlanaraq, 80-ci illərdə Əlyazmalar Fondunun daha yüksək
nailiyyətlər əldə etməsi üçün bütün enerjisini və bacarığını sərf etməyə başlayır.
Səmərəli elmi və elmi-təşkilatçılıq fəaliyyətinə görə 1981-ci ildə Azərbaycan Respub-
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com
13
likası Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, 1982-ci ildə “Şərəf nişanı” ordeni ilə
təltif edilir və həmin il ona Respublikanın Əməkdar elm xadimi fəxri adı verilir.
80-ci illərin ortalarında artıq Cahangir Qəhrəmanovun başçılıq etdiyi Respublika
Əlyazmalar Fondunun elmi kadr potensialı yüksək səviyyəyə çatmışdı. Fondun
kolleksiyası dünyada ən zəngin xəzinələrdən biri hesab edilir, respublikanın yüksək
səviyyəli qonaqları sərgi zallarını gəzərək Azərbaycan xalqının bu milli-mənəvi sərvəti
haqqında ən xoş sözlər söyləyirdilər, burada hazırlanıb çap edilən kitablar respublikanın
elmi ictimaiyyəti arasında səmimi ehtiramla qarşılanırdı. Mərhum alim Aydın Məmmədov
fondun buraxdığı nəşrlər haqqında yazırdı: “Bu gün Azərbaycan filologiyası məsələləri”,
“Keçmişimizdən gələn səslər” və “Əlyazmaları xəzinəsində” toplularının... ümumxalq
rəğbəti qazanması, mütəxəssislərin və geniş oxucu auditoriyasının ciddi marağına
səbəb olması da, hər şeydən əvvəl, onların həqiqətçiliyinə, sarsılmaz vətəndaşlıq
mövqeyinə və elmi tutarlılığına olan inam və ehtiramdan irəli gəlir”
2
.
Artıq elə bir dövr gəlib çatmışdı ki, “sürətləndirmə”, “yeni təfəkkür” və “yenidənqurma”
bayrağı altında bolşevik imperiyası dağıdılmağa başlamışdı. On illər ərzində qurulan hər
şey sıradan çıxarılır, guya ki, perspektivini itirmiş müəssisələr ixtisar edilir və ya
birləşdirilirdi. Belə bir vaxtda professor C.V.Qəhrəmanov ömrünün ahıl çağlarında res-
publikanın sayılan-seçilən ağsaqqallarından birinə çevrilmişdi. Respublikada nəzərə
çarpan bütün elmi, ictimai-siyasi və mənəvi tədbirlərdə iştirak edirdi. Onun adı artıq
Moskva, Leninqrad, Zaqafqaziya, Orta Asiya, Türkiyə, Đran, Ərəbistan, Vatikan, Đsveç,
ABŞ, Fransa türkoloqları, şərqşünasları və əlyazmaçıları arasında məşhurlaşmışdı. Rəh-
bərlik etdiyi müəssisənin də hörməti onun adı ilə yanaşı yüksəlməkdə idi. Professor Ca-
hangir Qəhrəmanovun özünün hazırladığı və ya onun yaxından iştirakı ilə hazırlanıb,
nəşr edilmiş kataloqlar və Əlyazmalar Fondu haqqında təbliğat xarakterli kitablar,
Kişvəri, Xacə Nəsirəddin Tusi, Əhmədi, Yusif Məddah, Suli Fəqih, Mustafa Zərir, Füzuli,
Hüseyn əfəndi Qayıbov kimi bir sira ədib və şairlərimizin əlyazma irsini əhatə edən
sanballı kitablar həm ölkədə, həm də xarici şərqşünaslıqda Cahangir Qəhrəmanovla
yanaşı, onu əhatə edənlərin və Bakının əlyazmalar mərkəzinin də adını
2
Aydın Məmmədov. Sözümüz eşidilənədək. Bakı: Yazıçı, 1988, s.126.
Created by Neevia Personal Converter trial version
http://www.neevia.com