Microsoft Word Calal Abdullayev ?s?rl?ri doc



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə102/108
tarix13.12.2017
ölçüsü2,83 Kb.
#15408
1   ...   98   99   100   101   102   103   104   105   ...   108

 
315
-Qurbanın olum, barışıq et, −dedi, - qoy balalarımızı bizə qaytar-
sınlar (s.33). 
Şamil bu sözdən bərk qəzəbləndi: yaralı olan sağ qolu ilə ananı 
itələyib, dəli kimi ayağa sıçradı və nərə çəkirmiş kimi bağırdı: 
 – Eyyy! Kim var orada-?! Hamınız, hamınız eşidin! Anam 
məndən gavurlarla barışmağı rica etdi! Hamınız eşidin, bunun üçün o
səhər tezdən meydanda layiqli cəza almalıdır!» (c.33). 
Sonrası  məlumdur. Burada ananın mərdliyi, onun məhz  Şamilin 
anası kimi hərəkət etdiyi məharətlə qələmə alınmışdır. 
«Ana adamların arasından çıxaraq, vüqarla meydana doğru 
addımladı  və  gələ-gələ  çəlimsiz  əlləri ilə yaşıl atlasdan olan üstdən 
geydiyi qolsuz arxalığı çıxartdı. 
Lakin Şeyx Şamilin ürəyi dözmədi.  
Dayan! Ləyaqətli oğul anasının cəzasını özü çəkməlidir. 
Sol əli ilə yaralı qolunu tutaraq, fərraşların qarşısında əyildi və 
- Vurun!!! - deyərək, əmr etdi. 
- Vurun!!! Düz yüz zopa! Bərkdən vurun!» 
Göründüyü kimi, yazıçı  əsərində müqəddəs vətənpərvərlik 
problemini qaldırmış ki, bu da bizim üçün ölüm-dirim məsələsidir. 
Tarixi mövzularda yazılan  əsərlərə Zaman Qarayevin «Qarabağ 
düdəməsi», D.Nəsibin «Cavanşir» (dilogiyası) və s. misal göstərmək 
olar.Onu da qeyd edək ki, şairin nəsrə keçməyi bir çox hallarda yaxşı 
səmərə verir, onların  əsərlərində  şirinlik, emosionallıq, bəlkə  də bir 
növ poetiklik yaranmış olur. Bu baxımdan şairlərdən Qabilin, F.Qo-
canın, D.Nəsibin, Y.Həsənbəylinin eksperimentləri gözəl nəticələr 
vermişdir.Məsələn, F.Qocanın «Hələlik, qiyamətəcən»  əsəri bu mə-
nada diqqətəlayiqdir. Bu əsərin başlanğıcında belə bir qeyd vardır: 
Müstəqilliyimizin 10 illiyinə. Lakin şairliyinə istər-istəməz sadiq 
qalan müəllif povestin əsas məzmununu bu misralarla ifadə etmişdir: 
 
Xalqa gələn bəladan 
 Sən gizlənmə, ay yazıq.  
El dərdindən qaçana  
Allah ağır dərd yazıb. 
 
Bizim bu onillik ərzində yaranan nəsr əsərlərinin təhlilindən belə 
nəticəyə gəlmək olar ki, hər halda, onların müəyyən ideya-məzmun, 
problematika, bədii sənətkarlıq cəhətdən sənət və  ədəbiyyatın 
qanunlarının tələbləri baxımından az-çox məziyyətləri də vardır. Ona 


 
316
görə də, biz belə hesab edirik ki, həmin bədii nümunələri oxuculara, 
ədəbi ictimaiyyətə xoş  gələn, adamların həm ağlına, düşüncəsinə, 
şüuruna, həm də hiss və duyğularına təsir edən əsas və başlıca amillər 
onlardakı realizm, müəyyən həyat həqiqəti, müasirlik, xalqın istək və 
arzularının bədii  əksi, dil-ifadə sadəliyi, xalq təfəkkürünə daha çox 
yaxınlaşmaq meyli, xüsusilə, xəlqilik, yəni xalq ruhunun verilməsidir. 
Təbii ki, həmin qəbildən olan əsərlərdə bu məziyyətləri gördü-
yümüz zaman sevinirik və tamamilə belə bir qənaətə gəlirik ki, ümu-
mən  ədəbiyyatımızın bütün sahələri kimi adı  çəkilən illərdə  bədii 
nəsrimiz də müəyyən uğurlar qazanmış və ən başlıcası, son əsrlərdə 
yaranmış, formalaşmış  və inkişaf etmiş, habelə, dünya miqyasına 
çıxmış yığcam, lakonik hekayə, novella, povest və romanlar ənənəvi, 
kristallaşmış, sabitləşmiş, dönməz, dayanmaz bir ədəbi prosesin 
tərəqqi dinamizmindən kənarda qalmamışdır.Əksinə, böyük Y.V. 
Çəmənzəminli, C.Məmmədquluzadə,  Ə.B.Haqverdiyev, M.S.Ordu-
badi, M.Hüseyn, S.Rəhimov, M.İbrahimov, Mir Cəlal,  Əbülhəsən, 
nisbətən sonralar ədəbiyyata gələn və  bədii nəsrimizin gözəl nü-
munələrini yaradan digər  ədiblərimizin möhkəm təməllər üzərində 
salınmış və şahrah sənət yolları ilə daha da irəliləyərək, heç də onları 
yamsılamadan, təqlid etmədən müasirlərimizin sirli-soraqlı iç dün-
yasına daha dərindən nüfuz edərək, onların zəngin daxili aləmlərini 
bədii sözün sehri ilə bizim üçün kəşf etmişlər. Əlbəttə, bütün bunlar 
çox yaxşıdır və bizi sevindirməyə bilməz. 
Deyirlər ki, qədim yunan rəssamlarından biri elə mahir bir realist 
imiş ki, onun çəkdiyi tablolar həyatla eyniyyət təşkil edir, az qala 
onunla üst-üstə düşürmüş. Onun lövhələrindəki üzüm salxımını quşlar 
dimdikləməyə  gələrmiş. Böyük alman filosofu Hegel bu cür ifrat 
dərəcədə öz orijinalına bənzəyən belə lövhələri həqiqi sənət  əsəri 
deyil, sehrbazlıq və foks adlandırır. O, deyir ki, həyatı, gerçəkliyi, real 
varlığı  sənət  əsərində  əks etdirərkən, onun natural cizgilərindən 
uzaqlaşmaq,  əşyanın ancaq mənəvi xassələrini vermək, ümumi 
xarakterini zəbt etmək lazımdır. 
Göründüyü kimi, Hegelin mülahizələrində böyük bir həqiqət ifadə 
olunmuşdur. Bu həqiqəti, demək olar ki, dünyanın bütün böyük 
sənətkarları, bilavasitə, öz yaradıcılıq təcrübələrində hiss etmiş və yeri 
gəldikcə, bu barədə müəyyən mülahizələr yürütmüşlər. Çünki 
iş−həyata ideal dərəcədə  bənzəməkdə deyil, əsərdə  təbliğ edilən 
ideyadadır.  İş−ideyanı tam və bütöv şəkildə ifadə edən  əsas və 


 
317
səciyyəvi cizgiləri bir foks nöqtəsində  cəmləşdirməkdədir. Deməli 
surət və tablo, mənzərə, bədii lövhələr yaradıcılığında sənətkar onu 
təşkil edən komponentlərin hamısını maksimum şəkildə  nəzərə 
almalıdır. Məsələyə bu müstəvidən yanaşdıqda, milli müstəqillik 
dövrünün nəsr  əsərlərində yazıçılar bəzən daha çox faktlara aludə 
olmuşlara, baş vermişlərə diqqət yetirərək, beləliklə  də, sənətçiyə 
birtərəfli uyaraq, sənətin bədiiliyinə, ümumiləşdirməyə ikinci dərəcəli 
şey kimi baxmışlar. 
Xeyli bədii əsərləri çap olunmuş, lakin ədəbi tənqidin nə üçünsə 
diqqətindən kənarda qalmış istedadlı qadın yazıçılarımızın biri − 
Nigar (Nigar Qarayeva) haqqında−xüsusən, onun «Daş hasar» adlı 
son dərəcə aktual mövzuya, illərdən bəri xalqımızın yaralarını 
sızıldadan, ağrılı-acılı yerimiz, parçalanmış ürəyimiz olan Qarabağ 
probleminin bədii həllinə  həsr olunan həmin  əsər belə başlanır: 
«Ərgünəş tərəfdən qopan gurultu Nuhu taxtda görmüş minillik qoca 
çinarın budağına qonmuş qos-qocaman sağsağanı diksindirdi. Hündür 
daş hasarla əhatə olunmuş orta əsrlərdən qalma qəsrlərə  bənzəyən 
nəhəng evin, baş-başa vermiş  sıx ağacların  ətrafında dövrə vurdu. 
Dimdiyindən saldığı cevizin dalınca həsrətlə baxdı» (s.4). 
Romanın bu mənalı başlanğıcı oxucunu bir ahənruba kimi özünə 
çəkərək, iri həcmli bir romanın mətləb, problem və məzmunu ilə daha 
yaxından tanış olmaq üçün sanki onun hiss və duyğularını  səfərbər 
edir və əsərin axıra qədər mütaliəsini şərtləndirir.Əsər vərəqləndikcə, 
gözlərimiz önündən talan olunmuş  kəndlər, ellər, obalar, yurd-yu-
vasından perik düşmüş günahsız adamlar bir kino lenti kimi keçir. 
Onun görkəmli göz həkimi Paşa Qəlbinura həsr etdiyi «Gümüşü çayın 
sahilində» povesti də, «Ağlayan buludlar» əsəri də diqqətəlayiq 
nümunələrdir. Ona görə də biz ədəbi tənqidin belə «unudulmuş» qadın 
yazıçılarımızın yaradıcılığına layiqincə diqqət yetirmələrini arzu-
layırıq. Belələri yəqin ki, yenə də vardır. 
90-cı illərin qanlı yanvar hadisələrindən başlayaraq, bədii nəsrin ən 
aktual,  ən çevik janrı olan hekayə, novellalar, mənsur  şeirlər, bədii 
replikalar, miniatürlər xeyli güclənmiş  və bu günə  qədər səngimək 
bilmədən davam edir. Bunların hər birində çox haqlı olaraq 20 yanvar 
hadisələri, Qarabağ müharibəsi, ölkəmizin müasir və aktual prob-
lemləri qələmə alınır. 
Bu mənada, Elçinin «Sarı  gəlin», «Araba», «Qarabağ  şikəstəsi», 
E.Əlləzoğlunun «Divarın o biri üzündəki adam», cavan ədiblərdən 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə