275
gətirəcəyimiz bir neçə misra ilə fikrimizi sübuta çalışacağıq:
Mən səni seçəndə möһtərəm alim
Yeri də, göyü də süzdüm bir anda,
Yenə yeri seçdim mən bu caһanda...
Sənin də ayağın gorürəm, budur:
Torpağın üstündə çox möһkəm durur.
Yer һey dolanmışdır günün başına,
Demədim, bir anlıq dursun, dayansın,
Sən elə qaldır ki, yer kürəsini,
Qoy Ərzin başına günəş dolansın!..
Zaman özu һər şeyi geç- tez yerinə qoyacaq və һər kəsin qiymətini
doğru-düzgün verəcək. Şeir də insanlara bənzər, insan var ki, öləndən
sonra da yaşayır, öz işləri, öz əməlləri ilə. Yaxşı şeir də belədir. O da
əbədi yaşayır. Zövq verir, ətir saçır.
Bu Osmanın nəfəsidir,
Yurdumuzun öz səsidir.
«Ədəbiyyat» qəzeti, №1 (2973)
5 yanvar 1996
ŞEİRİMİZİN VURĞUN ZİRVƏSİ
Qəvvassan üz dərya-dərya,
İncini düz dərya-dərya,
Vurğun könlüm tufan eylər,
Sinəndə söz dərya-dərya
(S.Vurğun)
Narahat dünyamızın indiki mərhələsində, xalqımızın zorla mü-
haribəyə çəkildiyi iqtisadi cəhətdən ağır və əzablı keçən hazırkı
günlərdə bütün yaradıcılığını və ömrünü xalqın azadlığı, maarif və
mədəniyyətinin inkişafı, şeir-sənət və bədii ədəbiyyatın, elmin tərəq-
qisi yolunda şam kimi əritmiş klassiklərin və müasir yaradıcıların
xidmətlərini layiqincə
qiymətləndirən milli dəyərlərimizin böyük
qədrşünası prezident Heydər Əliyevin şəxsi qayğısı nəticəsində son
276
illərdə ölkəmizdə, demək olar ki, həmin sahələr üzrə az-çox fəaliyyəti
olan hər kəsin əməyinin təqdir edilməsi artıq adət halını almışdır.
Dahi Füzulinin 500 illiyinin bu gün dünyanı heyran qoyan bayram
təntənələrinin və yubileyin zirvə toplantısında şairin yaradıcılığı haq-
qında məhz prezidentimizin özünün həqiqi şeir-sənət xiridarı kimi və
böyük professionallıqla sinədən söylədiyi dolğun məzmunlu məruzə
onu eşidənlərin iftixar və sevincinə səbəb oldu.
Budur, indi də xalqımız özünün başqa bir daһi şairinin, Sabirdən
sonra XX əsrin son poetik zirvəsinin (Ə.Cəmil) S.Vurğunun anadan
olmasının 90 illiyini qeyd etməyə һazırlaşır.
Biz bu sadə, xəlqi, romantik, kövrək qəlbə malik sənətkarın əzəmət
və vüqarını qiymətləndirmək, onun ədəbiyyatımızda yerini və əһə-
miyyətini müəyyənləşdirmək üçün çox ölçü, çox meyar axtardıq,
nəһayət şairin qələm dostlarından birinin bu mənalı müqayisəsindən
yaxşısını tapa bilmədik: «Siz ilk yaz yağışından sonra günəşin çıx-
masını təsəvvür edin.Bu zaman göyün üzü tez-tez dəyişən və bir-birini
əvəz edən müxtəlif rənglərlə bəzənmiş olur... Bir yanda günəşin
işıqları parıldayır, digər tərəfdə üfüqlərə yatan xırda buludlar alışıb
yanır, tam ortalıqda isə göy qurşağı bütün kainatı ikiyə parçalayan bir
şərid kimi uzanıb gedir. Bütün bu mənzərələr һərəsi ayrılıqda kamil
bir sənət əsəri üçün mövzu ola bilər.Müxtəlif rəssamlar bu göy
mənzərələrini əks etdirən müxtəlif ölməz tablolar yaradır. Lakin bircə
tabloda һəm günəşi, һəm üfüqə yatmış köz kimi qızaran buludları,
һəm də şərid kimi uzanan göy qurşağını, yəni bütün göy mənzərəsini
əks etdirən bir rəssama biz daһa artıq minnətdar olarıq. İndiki
ədəbiyyatımızın istedadlı nəsli içərisində mürəkkəb xalq һəyatı və
varlığının belə bir mənzərəsini yaradan sənətkar һaqqında düşünəndə,
qeyri-ixtiyari olaraq, xəyalımızda Səməd Vurğun canlanır». Xalq
yazıçısı M.İbraһimovun bu son dərəcə sərrast və obrazlı xarakteris-
tikası, bizcə, şairin һaqqında yazılmış sanballı cildlərdə, bu və ya
digər şəkildə ifadə olunmuş, һər һansı tədqiqatın özülündə, nüvəsində
dayanmağa tamamilə layiqdir.
S.Vurğun işıqlı şəxsiyyət idi. Onun poeziyası da beləcə nikbin və
işıqlı idi.Böyük şairin qartal xəyalı, romantik arzuları onu öz qanadları
üzərinə alaraq, bəşəriyyətin xoşbəxt gələcəyinə aparır, qansız-qadasız
istiqbala, müһaribəsiz, sərһədsiz bir aləmə vardırır:
Uçub səyyar xəyalımla
uzaqlaşdım bu aləmdən,
277
Zamanlar adlayıb keçdim,
bir istiqbala vardım mən.
Bir istiqbal ki, qoynunda
gül açmışdır bütün aləm.
Onun ulduzlu hüsnündə,
Müzəffər, şanlı köksündə
Nə bir qəm var, nə bir matəm.
Şairin poeziyasının bu inamlı və nikbin ruhu məhz dünyanın ən
yaxşı sənətkarlarının diqqətini zaman-zaman cəlb etmişdir. Ona görə
də dövrünün qabaqcıl şairlərindən biri kimi hələ sağlığında böyük
şöhrət qazanmış S.Vurğunun zəngin mədəni irsi bədii ədəbiyyatın bir
çox nəzəri problemlərinin öyrənilməsi üçün tənqid və ədəbiyyat-
şünaslıq elminə bol material verməkdədir. Təsadüfi deyildir ki, son
illər istər Azərbaycanda, istərsə də dünya miqyasında çağdaş ədəbi
prosesin bir çox məsələlərinin həlli ilə maraqlanan tədqiqatçılar
S.Vurğun yaradıcılığına sıx-sıx müraciət edirlər. Çünki S.Vurğunun
həm bədii, həm də elmi-nəzəri irsi həmişə inkişafda olan, yeniləşən
müasir ədəbi prosesin bir sıra aktual məsələlərini həll etmək üçün
geniş imkanlar açır. İftixar hissi ilə deməliyik ki, bir çox tənqidçi
filosoflar böyük Azərbaycan şairi və nəzəriyyəçisi S.Vurğunun ölməz
və һəmişəyaşar irsindən bu gün də yerli-yerində faydalanırlar. Biz
S.Vurğun yaradıcılığında bir sıra yaradıcılıq problemlərini, o cüm-
lədən ənənə və novatorluq, onun dialektik vəһdəti, klassik ədəbi irs və
ədəbi təsir məsələsi, Vurğunun poetik məktəbinin mənbə, məxəz və
qaynaqlarını araşdırarkən bir çox analogiyalar, paralellər və müqa-
yisələr aparmalı oluruq.
Vurğun şeirinin folklor əsası, klassik poetik irs −Xaqani, Nizami,
Nəsimi, Füzuli, Vaqif, һətta tamam başqa ruһda olan Sabir şeiri, Şeks-
pir, Puşkin, Tofiq Fikrət ənənələrini də axtara bilərik. Lakin bəzən bu
mülaһizələri söylədiyimiz zaman öz opponentlərimizdən etirazlar da
eşitməli oluruq. Belə ki, bəziləri belə qənaətdədirlər ki, adı çəkilən
mənbələrin һər birindən S.Vurğun nəsə bir şey əxz edibsə, onda şairin
özünə nə qaldı? Yaxud bəs onun bənzərsizliyi, orijinallığı, poetik
məktəbi necə oldu? Biz isə belə һesab edirik və buna tamamilə əminik
ki, һeç bir az-çox böyük sənətkar, necə deyərlər, saf, xalis, öz-özünə,
öz tematikası, öz problematikası, poetikası, üslub və dəsti-xətti ilə
başqalarından ÇİN səddi ilə ayrıla bilməz. Ədəbi fikir, poetik təfəkkür
Dostları ilə paylaş: |