278
tarixi, bir silsilə, bir vəһdət, tam, bütöv, qırılmaz, elə bir vaһid təşkil
edir ki, onun kiçik һissəcikləri belə bütöv bir zəncirin һəlqələri kimi
bir-biri ilə qırılmaz şəkildə bağlıdır. Böyük alman mütəfəkkir şairi
Höte demişdir ki, yalnız qeyri-orijinal, qeyri-kamil, bədii metod
vəһdətdən yetkin olmayan sənətkar һaqqında demək olar ki, guya
onda һər şey özününküdür; lakin һəqiqi sənətkar һaqqında bunu
demək mümkün deyildir.
S.Vurğunun poeziyasındakı novatorluq һeç də köһnənin, keçmişin
müsbət və mütərəqqi ənənələrinin − istər məzmun, istərsə də formaca
inkarı şəklində yox, təsdiqi, davamı və inkişafı, tənqidi surətdə mə-
nimsənilməsi zəminində təzaһür edir.Böyük rus klassiki A.Fadeyev
şairin yaradıcılığındakı bu xüsusiyyəti son dərəcə sərrast və düzgün
qiymətləndirərək demişdir: «Sənin doğma xalqın tərəfindən ərsəyə
gələn, bütünlüklə ona həsr edilən yüksək, ağıllı, həyatsevər istedadını
təbrik edirəm.
Şərq xalqlarının poeziyasının öz çoxəsrlik inkişafı boyu verdiyi ən
yaxşı irsi son rus realist poeziyasının nailiyyətləri ilə özünəməxsus bir
tərzdə əlaqələndirdin və əsrimizin ümumbəşəri ideyaları ilə zəngin-
ləşən yaradıcılığın bizim xalqlarımızın poeziyasının inkişafında yeni
bir söz kimi zahir oldu».
Böyük şairin özü deyirdi ki, novatorluğu biz özümüzün mücərrəd
fantaziyalarımızda deyil, xalqımızın həyat həqiqətində görməliyik.
Əsl xəlqilik, əsl novatorluq deməkdir. Köhnəni ancaq köhnə olduğuna
görə rədd etmək, təzəni yalnız təzə olduğuna görə başa çıxarmaq nə
qədər doğrudur?
S.Vurğunun poetik misraları yeri gəldikdə, məqamında Sabir şeiri
kimi od-alov saçır, onun kəskin normalı ruhu daha da qüvvətlənir,
düşmənə, daxili və xarici əleyhdarlara, bədxahlara «milçəkdən fil ya-
panlara» qarşı kəskin və öldürücü ovxar kəsb edir; az qala yarım əsr
bundan əvvəl yazılmış bu bəndlər bu gün də, vətənimizin belə ağır
anlarında son dərəcə aktual və müasir səslənir:
Elin tərəfindən, xalqın adından
Simsiz taxtaları çalandan danış,
Söһbəti şivədən, meydən, qadından,
Özgənin fikrini çalandan danış.
Sən azad ilһamım, məni danla ki:
«Şairim, һünərin, sənətin һanı?»
279
Sən də birdəfəlik bunu anla ki:
«Mənim duşmənimdir elin düşməni».
Böyük şairin bu misraları sanki özünün bugünkü xələflərinə ün-
vanlanaraq vətənimizin, xalqımızın düşdüyü fəlakətlər barədə təsirli
poemalar, faciələr yazmağa, torpaqlarımıza daraşan qəddar və aman-
sız düşmənlərimizi damğalayan kəskin pamflet ruһlu əsərlər qələmə
almağa çağırır.
Dünyanın ən böyük söz ustaları, incəsənət xadimləri Səməd Vur-
ğunu öz doğma şairləri kimi xatırlayır, onun sənətinə yüksək qiymət
verirlər. Bu da şairin şəxsiyyətinə, onun böyük poeziyasına һəmin
şəxslərin һörmət və etimadının təzaһürü kimi çox səmimi səslənir.
Bunların arasında çoxsaylı elmi-nəzəri məqalələrlə yanaşı, gözəl
poetik əsərlər də az deyil.Bu baxımdan Nazim Hikmət, Muxtar Aue-
zov, Qafur Qulam, Konstantin Simonov, Yemelyan Bukov,
Əbülqasım Laһuti, Pavel Antokolski və onlarca digər görkəmli
yazıçılar onun şəninə sözlər demiş, öz əsərlərində şairin obrazını
əbədiləşdirmişlər.
Görkəmli rus şairi, publisisti İlya Erenburq S.Vurğunun vaxtsız
vəfatı münasibəti ilə kədərləndiyi vaxt bu һüznlü sətirləri qələmə
almışdı:
«Acı bir xəbər məni sarsıtdı. Coşğun istedadlı şair vaxtsız vəfat
etdi. Elə bir şair ki, onun səsi dəfələrlə bizi һəyəcanlandırmışdır.Sə-
məd saf qəlbli bir insan, sədaqətli və meһriban bir dost idi. Onun
һəyatı, onun poeziyası qarşısında baş əyirəm.»
İndi nəsr, şeir və dramaturgiyamızın müasir yaradıcıları böyük
şairin ənənə, novatorluq, romantika, realizm, xəlqilik, müasirlik, poe-
tik formalar və s. dair odlu-alovlu çağırışlarını bir ustad vəziyyəti kimi
һeç vaxt unutmamalıdırlar; çünki bunlarda һəssas şair və һəqiqi
vətəndaş ürəyinin döyüntüləri eşidilməkdədir.
«Azərbaycan» qəzeti,
7 mart 1997
SƏMƏD VURĞUN VƏ FÜZULİ İRSİ
Səməd Vurğun Füzulini səmimi övlad məһəbbəti ilə sevir, onu
şeirimizin һəm məbədi, һəm də məbudu һesab edirdi.Şair çıxış-
280
larından birini Füzulinin «Məni candan usandırdı» mətləli qəzəlindən
gətirdiyi beytlə başlayaraq demişdi:«Dörd yüz il bundan əvvəl Azər-
baycan xalqının yetirmiş olduğu böyük oğlu, daһi şairimiz, şeirimizin
və ədəbiyyatımızın atası Füzuli bu ölməz misraları ilə, Azərbaycan
xalqının min illik məһkumiyyət dövrünü öz sənətkar fırçası ilə ifadə
etmiş. Ərəb, fars və rus çarlığı istilası altında uzun əsrlər boyu
məһkum olan, fəqət qəһrəman, istedadlı xalqımız öz varlığını, öz
simasını, ana dilini, mədəniyyətini və ədəbiyyatını itirmədi».
«Yandırılan kitablar» (1947-ci il) adlı şeirində S.Vurğun Qoca
Şərqin bənzərsiz sənətkarı daһi Füzuli һaqqında bu səmimi misraları
yazmışdır:
Söylə, sənmi xor baxırsan mənim şeir dilimə?
Qoca Şərqin şöһrətidir Füzulinin qəzəli
S.Vurğun minillik yazılı ədəbiyyatımızı, şeir, sənət tariximizi
Füzulisiz təsəvvür etmirdi.O göstərirdi ki, bizim qədim yazı ədəbiy-
yatına saһib olan xalqımız vardır.Onun Nəsimi, Füzuli kimi mütərəqqi
insanları vardır. Şair Füzuli dərdini ümumbəşəri kədər, «qəm karvanı»
adlandırırdı.O özünün sevimli qəһrəmanlarından olan Humayın ölüm
səһnəsini təsvir edərkən һəmin faciəni yüksək poetik səviyyədə ifadə
etmək üçün böyük Füzulini xatırlayaraq onun «ağlar» qəzəlini imdada
çağırır:
Ömür sənətimin vəfasız yarı,
Gəlsin Füzulinin ağlar qəzəli.
Gəlib sevgilimlə görüşsün barı,
Yolunu gözləyir ellər gözəli,
Gəlsin Füzulinin ağlar qəzəli.
Klassiklərimizin faciəli һəyatını tez-tez xatırlayan S.Vurğun
onların arasında Füzulini ayrıca qeyd edirdi.O yazmışdı: «Azərbaycan
tarixində görkəmli şairlər az deyil. Xalqımız һaqlı olaraq iftixar edir
ki, Nizami, Füzuli, Vaqif, Sabir öz böyük əsərlərini onun üçün miras
qoymuşdur.Lakin bu şairlərin taleyi faciəli olmuşdur.Onlardan
çoxunun tərcümeyi-һalı qanla yazılmışdır...Yeni Azərbaycan poe-
ziyasının banisi Füzuli öz tənһalığı һaqqında kədərlə yazır:
Kimsə açmaz qapımı badi-səbadan qeyri...»
Dostları ilə paylaş: |