170
M u r a d. Ağa Haykaz, başına dönüm, ürəyim alışıb yanır. Zalımlar balamı
əlimdən aldılar. Deyin görüm: mənim belimi kim sındırdı? Mənim çırağımı kim
söndürdü?
P o l i s m e y s t e r ( cənazənin qabağına gələrək). Yol verin!
M u r a d. Ay başınıza dönüm, mənə deyin: mənim balamı əlimdən kim aldı?
Mən ki, onu hələ dünən evləndirmişdim.
H a y k a z. Ay dayı, sakit ol! Öldürən nə toya baxar, nə yasa...
M u r a d. Deyin mənə: onu kim öldürdü?
P o l i s m e y s t e r. Kim öldürdü? Tatarlar! Müsəlmanlar.
H a m ı. Nə üçün, nə üstündə?..
H a y k a z. Nə üçün olacaq? Düşməndir, öz düşmənliyini yeridir və qiyamətə
kimi də yeridəcəkdir.
M u r a d. Axı, ay qardaşlar, mənim uşağımın ki, bir təqsiri yoxdur...
Zəhmətnən oğul böyütmüşdüm, boya, buxuna yetirmişdim. Nə üçün mənim
umudumu kəsdilər?..
P o l i s m e y s t e r. Səs salma, qoca! Mən nə bilim nə üçün. Get onu
müsəlmanlardan soruş! Sizin işinizi kim bilə bilir.
A d a m l a r. Səbir elə, kişi! Nahaq qan yerdə qalmaz... Səs salmayın,
Ağamyan gəlir...
A ğ a m y a n və k e ş i ş gəlirlər.
M u r a d. Ay qardaşlar, buraxın məni yaxına. Nə istəyirsiniz məndən? Qoyun
öz oğlumun üzünü doyunca görüm.
A ğ a m y a n. Qardaşlar...
S ə s l ə r. Səs salmayın. Ağamyan danışır.
A ğ a m y a n. Qardaşlar, xristianlar, ermənilər, bu gün bizim üçün milli bir
yasdır. Düşmənlər Türkiyədəki işlərdən doymayıb, burada da öz vəhşiliklərini
davam etdirirlər. Bu bizim milli namusumuza toxunan qanlı bir ləkədir. Qoy
düşmənlərimiz bilsinlər ki, erməni milləti hələ ölməyib. Bu gün bu cənazənin
qarşısında bütün erməni milləti başını açıb, düşmənlərə bildirir ki, o öz intiqamını
almadıqca, silahını yerə qoymayacaqdır. Hərgah bu yolda son nəfəsə kimi ölmək
lazım gələrsə, mən Ruben Ağamyan sizin qabağınızda olacağam.
K ü t l ə. Yaşasın Ağamyan, yox olsun türklər! Yox olsun müsəlmanlar! Ölsün
düşmənlər!
K e ş i ş. Ey Allah-taalanın mömin bəndələri, sizi and verirəm İsanın müqəddəs
ruhuna, bizim arvadlarımızın, körpə uşaqlarımızın namusunu düşməndən
qoruyun!..
171
B i r i s i. Qubernator gəlir!
A ğ a m y a n. Yaşasın qubernator!
K ü t l ə. Ura, ura!
Q u b e r n a t o r (gəlir). Cənab Ağamyan, bu nə faciədir? Polkovnik, bu nə
işdir?
P o l i s m e y s t e r. General həzrətləri!
Q u b e r n a t o r. Səndən soruşuram: bunu kim öldürmüşdür?
P o l i s m e y s t e r. Tatarlar öldürmüşdür, general həzrətləri!
Q u b e r n a t o r. Harada və haçan?
P o l i s m e y s t e r. Bir saat bundan əvvəl, Tatarski küçəsində, dörd-beş nəfər
üstünə atılıb, güllə ilə vurmuşlar.
Q u b e r n a t o r. Vuranlar tutulmuşmu?
P o l i s m e y s t e r. Tutulmamış, general həzrətləri!
Q u b e r n a t o r. Heç birisi də?
P o l i s m e y s t e r. Aradan çıxmışlar, general həzrətləri!
Q u b e r n a t o r. Polkovnik, bu gün axşama kimi onlar tutulmazsalar, sənin
özünü dustağa saldıracağam. Eşidirmisən? Bu mənim əmrimdir, mən onlara
göstərərəm.
Ağamyan gedir.
Polkovnik, vuran haradadır, görən olmuşdurmu?
P o l i s m e y s t e r. Buradadır, general həzrətləri. Görən olmamışdır. Mən bu
gecə onu Saratova göndərirəm.
Q u b e r n a t o r. Polkovnik, siz onu başqa yerə göndəriniz.
P o l i s m e y s t e r. Haraya, general həzrətləri?
Q u b e r n a t o r. Qəbrə! Qoy bu sirri də özü ilə aparsın.
P o l i s m e y s t e r. Baş üstə, general həzrətləri!
İ ş ı q s ö n ü r
ALTINCI ŞƏKİL
Ağamyanın otağı. A ğ a m y a n stolun dalında oturub. E y v a z girir
.
A ğ a m y a n ( Sevinclə qarşılayaraq). Aha, siz gəldiniz?! Mən çox şadam.
Eyvaz, xoş gördük! Oturun! Mən sizi çoxdan görmək istəyirdim, ancaq siz,
nədənsə, bizdən qaçırsınız. Oturun...
E y v a z. Mənim vaxtım çox azdır.
172
A ğ a m y a n. Siz ki, zabastovka etmişsiniz.
E y v a z. Etmişik.
A ğ a m y a n. Daha nə işiniz ola bilər?
E v v a z. Tapılar.
A ğ a m y a n. Mən eşitdim, dünən mitinqdə Salamovun atasını yandırmışsan.
E y v a z. Yandırmışam.
A ğ a m y a n. Bərk dayan, Eyvaz. Heç bir şeydən qorxma. Burada artıq
millətimizin var-yoxu karta qoyulmuşdur: ya onlara verən Allah, ya bizə...
E y v a z. Lakin unutmayın ki, mən inqilab yolunda vuruşan bir əsgərəm.
A ğ a m y a n. Onun heç bir zərəri yoxdur. Hər şeydən qabaq sən ermənisən.
Bizim hər yerdə adamımız olmalıdır. Sən ki bir dəstənin başında durmuşsan, mən
bununla ancaq fəxr edə bilərəm. Həm də mənim üçün bir təminatdır. Bilirəm ki,
mənim filan yerdə adamım vardır.
E y v a z. Adamın? Kimdir o sizin adamınız?
A ğ a m y a n. Kim? Sən! Hər halda ermənisən, sənin damarlarında erməni qanı
axır, sən mənim ətimi yesən, sümüklərimə dəyməzsən, hər halda bərk ayaqda sən
məni, öz millətini qaniçən Salamovların altına yıxmazsan. Bu mənim üçün böyük
bir təminatdır.
E y v a z. Siz gülməli sözlər danışırsınız, cənab Ağamyan! Mənim üçün sizinlə
Salamov arasında heç bir fərq yoxdur. Bu gün mən ona qarşı çıxmışam, sabah sizə
qarşı çıxacağam.
A ğ a m y a n. İki millət üz-üzə durub ölüm-dirim vuruşu aparırkən, bir
ermənidən belə bir sözü eşitmək!? Sən ermənisən, qəti vuruşda ermənilərin
qazmasında olmalısan. Erməni millətinin öz oğlundan bunu tələb etməyə haqqı
vardır.
E y v a z. Siz qızışmayın, cənab Ağamyan! Bu sözlər ilə mənə təsir edə
bilməzsiniz. Mənim həqiqət sandığım kitabda türk, erməni sözü yoxdur, işçi var,
fabrikant var. Birincilərlə qardaşam, ikincilərlə düşmən.
A ğ a m y a n. Doğrudan da, sən axı materialistsən.
E y v a z. Mən materialistəm.
A ğ a m y a n. Mən sənin materialistliyini təmin edərəm, onda nə sözün ola
bilər?
E y v a z. Sən bunu edə bilməzsən, çünki sənin fabrikant təbiətin bunun
ziddinədir.
Dostları ilə paylaş: |