90
B a l o ğ l a n. Elə budur ki, var, vəssalam, şüdtamam.
H a c ı Ə h m ə d. Amma, Baloğlan, canunçun ki, eləyəcəyəm. Bu gündən sənə
deyirəm: eləməsəm, atam Hacı Mürsəlqulu uşaqlarını görüm...
B a l o ğ l a n. O nəyə lazımdır? Şura sədri mən deyiləm? Mən elə sabah
düzəldim, qurtarsın getsin də. Ancaq özü söz versin ki, razıyam.
A l m a z. Yaxşı, bunların hamısının əvəzində mən nə etməliyəm?
H a c ı Ə h m ə d. Necə ki, yəni nə etməliyəm! Hi-hi... O elə bilir ki, guya
bizim ondan bu barədə bir təmənnamız var.
B a l o ğ l a n. Yox, canım, yox, yox, yox, yox.
H a c ı Ə h m ə d. Nə var, Allaha şükür. İntihası bir sözdür. Ya səhv olub, ya
elə-belə demişsən, keçib gedib, canın sağ olsun. Heç dibindən o bağ olmasa, nə
olar? Ya elə dedin, bəyəm nə oldu, ancaq biz deyirik ki, oğrunun yadına daş
salmayasan. Eh, belə... Yoxsa canunçun, Baloğlan, yüz elə bağ ola, mülk ola,
qulağıma girməz, ancaq biz deyirik ki, məxluq bizə gülməsin. Odur, bulaq altında
mülküm var, elə dibindən bağışlayıram sənə. Qoy bir-iki ay keçsin, lap köç gəl,
otur. İstəyirsən məktəb elə, istəyirsən artel elə.
A l m a z. O mülk nə məktəb üçün yarar, nə də artel üçün.
H a c ı Ə h m ə d. Yaramaz, yaramaz, özün otur. Mən onu sənin özünə
bağışlayıram. İstəyirsən çölə tulla. Daha o mənim borcum deyil. Bu da onun
kağızı. Bax, mülkdür, verirəm ki, ləzzət eləyir mənimçün. Nə üçün ki, öz
rizaməndliyimlə verirəm. Özümünkünə verirəm. Lap onun qiyməti milyon da olsa,
eyni nəzərimə gəlməz. Mənim xasiyyətim bir cürdür. Belədir, Baloğlan, ya qeyri-
belədir?
B a l o ğ l a n. Belədir də, yoxsa başqa bir cəhətdən, yox, yox.
H a c ı Ə h m ə d. O ki qaldı məsciddir, canım sənə desin, o başqa işdir.
Neynək, danışarıq, məsləhətləşərik, elə mən də sənnən bir bina qoyaram. Elə Molla
Sübhana da deyərik ki, məscidi məktəb eləyirik, sən də orada dərs de. Qabaq molla
deyildin, demirdin, indi də başqa bir cür ilə de. Gərək yoluynan da, hər şeyin bir
yolu var axı. Molla Sübhan da elə öz məsələsinə arif adamdır.
B a l o ğ l a n. Bəli ya, təki məvacibi gəlsin, göydə razı olar.
H a c ı Ə h m ə d. Nə deyirsən, rinddir köpək oğlu, hikmət oxuyub axı.
A l m a z. Vətəndaş Hacı Əhməd və vətəndaş şura sədri, mən sizing bütün
sözlərinizi çox diqqətlə dinlədim. Deyə bilərəm ki, onların
91
hamısı boşdur. Mən orada özüm üçün böyük bir həqiqət tapdım; mən onu anladım
ki, mən hələ doğrudan da uşaqmışam.
H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! Canunçun, Baloğlan, mən
neçə kərəm də demişəm: aşiqəm Almaz xanımın danışmağına. Maşallah, kəlamda
duz var ey, duz...
X a n ı m n a z. O bir Allaha and olsun ki, elə bir az bundan qabaq istəyirdik bir
yerdə gələk sizə. Elə özü də peşman olubdur. Deyir: ana, daha bir işdir düşübdür,
indi getməyə də utanıram.
A l m a z. Ana, sən get o biri evdə otur və bir kəlmə də danışma.
X a n ı m n a z. Mən ki, balam, bir söz demirəm.
A l m a z. Mən indi bilirəm ki, dünyada yüz doğrudansa, bir oğruya kömək
etmək daha faydalı imiş. Bu gün sən ona yol açarsan, sabah o sənə.
B a l o ğ l a n. Bəli də, əl əli yuyar, əl də üzü.
X a n ı m n a z. Rəhmətlik atan deyərdi ki, eşşək eşşəyi borc qaşıyar.
A l m a z. Qulaq asın, kəndimizin mötəbər adamları! İndi mən size çox gözəl
anlayıram. Bu vaxtadək mən kənddə azadlığa, yeniliyə, mədəniyyətə düşmən
adamlar olacağına bir o qədər də inanmırdım. Lakin, bax, bu sağ əlimdən dəyən ilk
daş mənə böyük tarixi bir dərs verdi. Mən ilk dəfə olaraq qarşımda əsl düşməni,
onun iti dırnaqlarını, bərəlmiş gözlərini, qıcırdayan dişlərini gördüm.
H a c ı Ə h m ə d. Yaxşı, bağışla ha, yersiz sualdır. Yenə də olsun də. Düşmən,
düşmən deyəndə, aya, o düşmən kim olmuş ola?
A l m a z. Kim? Siz.
X a n ı m n a z. Qızım!..
H a c ı Ə h m ə d. Biz?
A l m a z. Siz, işıqdan qaçan yarasalar! Kəndin qan damarlarını sorub gəmirən
bütün parazitlər! Sən dayan, ana! Siz mədəniyyətə, yeniliyə, kəndli yüksəlişinə
zidsiniz. Çünki mədəniyyət sizin cibinizə toxunur, mədəniyyət sizin üçün ölümdür,
ölüm.
H a c ı Ə h m ə d. Sən mənə deyirsən bu sözləri? Neynək, çox sağ ol! Dur
ayağa, Baloğlan! Qalsın qulluğunda. Mənə də Sərkər oğlu Hacı Əhməd deyərlər.
Qoy elə bu yerdə qalsın, bir daş altda, bir daş üstdə. Gedək, Baloğlan! Biz dedik ki,
biz də rahat qalaq, sən də bu kənddən xeyir görəsən. İş ki, bu çilləyə mindi, gedək!
A l m a z. Dayan! Dedim ki, mən doğrudan da uşaqmışam. Dolu başdansa, dolu
cib yaxşıdır. Siz mənə çox şeylər vəd etdiniz, ancaq nisyə yox, nağd nə verə
bilərsiniz? Çıxardın!
92
H a c ı Ə h m ə d. Bir daş altda, bir daş üstdə?
A l m a z. Bir daş altda, bir daş üstdə.
H a c ı Ə h m ə d. Çox gözəl. Onda beş dəqiqə gözlə, gedək, sözgəlişi, evdən
gələk.
A l m a z. Buyura bilərsiniz.
Çıxırlar.
X a n ı m n a z. Ay qızım, qurban olum sənə, ürəyim əsirdi.
A l m a z ( kağızı yazır). Al bunu, Barata, ya Şərifə ver. Ancaq, ana, sən bir
kəlmə də danışma və mənim işlərimə heç qarışma. Eşitdin?
X a n ı m n a z. Eşitdim ( Gedir).
Bu aralıq Ş ə r i f kəmali-vüqar ilə içəri girir, əlindəki süd bardağını,
kasanı və iki fətiri stol üstə qoyub, Almaz ilə çox səmimi görüşür
.
Ş ə r i f. Əssəlam, ey adı Almaz, özü qönçə-dəhən, zülfü-səmən, gözləri ahuyi-
xətən, yenilik toxumu səpən!.. Xoş gördük, Almaz xanım, inci xanım, zümrüd
xanım...
A l m a z. Xoş gördük, Şərif. Haradasınız? Çoxdandır görünmürsünüz? Bu saat
elə sizi görmək istəyirdim. Çox yaxşı vaxtında gəlmişsiniz. Tək evdə ürəyim elə
döyünürdü ki. Bunlar nədir?
Ş ə r i f. Bu bir az qaymaqdır, bu da yağ. Bu da ki, yağlı fətir, kömbəsi çağ.
A l m a z. Belə sursat tədarükündən müharibəyə hazırlaşana oxşayırsınız.
Ş ə r i f. Elə bu saat özüm müharibədən gəlirəm. Zalım uşağını başa salmaq
olmur ki! Hamısı qurbağa kimi verib ağız-ağıza. Mən olmasaydım, çox böyük işlər
olardı. Elə ki, vurmadım əlimi yerə, çernilqabı cingim-cingim oldu.
A l m a z. Eşitmişəm, Şərif, eşitmişəm. Mətbuata verilməlidir.
Ş ə r i f. Hamısını, əlbəttə ki, subutalni, dakumentalni yazarıq. Yazarıq deyəndə
ki, cikini həm bikini mən yazmışam, atalarını yandırmışam, işləri qafil etmişəm,
ancaq tazə xəyalə düşmüşəm, qaşı-hilali görmüşəm, meyli cəmalə düşmüşəm. Nə
qədər ki, mən şura katibiyəm, sənə zaval yoxdur. Almaz xanım, mənim sizdən bir
xahişim vardır: bir az o zadı çalın.
A l m a z. Ürəyim çox rahatsızdır. Şərif, bəlkə çala bilmədim.
Ş ə r i f. Siz tərənnüm etdikcə, mənim ruhi-məcruhum cilalanır, üfüqlər mənə
gülümsünür, göylər mənə ilham göndərir və deyir ki:
Dostları ilə paylaş: |