326
X u r ş i d. Vallah... Bu durur ayağa, Qüdrət də durur Turaca bir stul, iki stul, o
yandan da Qəmərin qızı gəlir yapışır Gülsabahın saçlarından. Gülsabah da qapır
qaynar çayniki, bir dənə qızın təpəsinə. Su tökülür qızın sinəsinə, başından
dırnağına kimi yandırır. Turac da götürür pilətəni Gülsabahın başına nöyüt dağılır,
az qalır ev alışsın, yansın. Axırda qonşular yığışır, evi söndürürlər.
Ə l i m u x t a r. Daha deyinən qiyamət olub ki...
X u r ş i d. Hə... axırda skoripomoş çağırırlar, qızı aparır balnitsəyə... Neçə
gündür oradadır. Deyirlər, ölər, bunu da aparırlar rayona, indi də zamindədir.
Ə m r u l l a ( səhnəyə girir). Meşq qurtardı?
Ə l i m u x t a r. Haradan? Həzərat tənəffüsə çıxıb, bir saatdır yığışmırlar.
X u r ş i d. Sən meşqi başla, mən bu saat gəlirəm.
Ə l i m u x t a r. Yoldaş Əmrulla! Bəs bu zalımın qızının işi necə oldu? Vallah,
işləmək mümkün deyil. Sən söz verdin ki, heç bir işə qarışmayacaq, amma daha da
üst eləyibdir. Kəlməbaşı bir hoqqa çıxardır. Bu nə üçün belə oldu? Filankəs nə
üçün belə dayandı? Onlar da başlayırlar donquldanmağa... düşür yekə bir cəncəl.
Ə m r u l l a. Bilmirəm, vallah, partiyanın sözünə qulaq asım, hökumətin
sözünə qulaq asım, ya sizin. Gördünüz ki? Dediniz, çıxartdım, sabahısı əlində bir
rözətüş-şühəda qayıtdı gəldi, dalınca da bir komissiya.
G ü l s a b a h ( Ötgünlə gələrək). Yoldaş Əmrulla, bu yoldaş bir əsər yazmışdır,
neçə vaxtdır çalışır, nə bir baxan var, nə də bir yol göstərən.
Ə m r u l l a. Yazıb, gətirsin gəlsin, baxarıq, cavabını deyərik.
Ö t g ü n. Mən gətirdim verdim sizə, siz də verdiniz siyasi-bədaye şurasına,
onlar da dedilər yaramaz.
Ə m r u l l a. Yaramaz, znaçit, yaramaz da... Daha mən nə eləyə bilərəm.
Ö t g ü n. Mənə elə gəlir ki, onlar heç oxumamış dedilər yaramaz.
Ə m r u l l a. Elə şey ola bilməz, yoldaş. Nə ki kitab gəlir, oxuyurlar, baxırlar,
ölçüb-biçirlər, ondan sonra “hə, yox” cavabını deyirlər.
G ü l s a b a h. Yoldaş Əmrulla, o gəncdir, təzə başlayır, hə, yox onunçun kafi
deyildir. Ona nöqsanlarını bildirmək və gələcək üçün bir yol göstərmək lazımdır.
Bunlar gələcəyin yiyəsidirlər. Sabahkı günümüz onlardan asılıdır.
327
Ə m r u l l a. Sən allah, Gülsabah xanım! Sən olasan o ölənlərüvün goru, bir
yoldaş kimi xahiş edirik səndən: sən hər işə qarışma, nəyüvə gərək axı! Sonra da
hərə bir söz desin ( Ötgünə) Sən get, yoldaş, sabahda-zadda gələrsən, pyesi
gətirərsən, cavabını deyərik.
Ö t g ü n. Gülsabah xanım, bir də sizi görmək olarmı?
G ü l s a b a h. Mən evdə oluram. İstədiyiniz vaxt gələ bilərsiniz. Kitabınızı da
gətirin. Bir də oxuyarıq.
Ö t g ü n. Yaxşı, sağ olun ( gedir).
Ə m r u l l a. Bu da sizi xamlayıbdır, siz də hələ deyirsiniz ki, belə. Mən axı
tanıyıram bu donuz oğlunu. Deyirlər gicbəsərin biridir ey. Dörd pyesin var, birini
də Qüdrət yazır, bu beş...
G ü l s a b a h. Qüdrət öz yerində, bu öz yerində... Bəlkə bu, sabah Qüdrətdən
qüvvətli olacaqdır.
Ə m r u l l a. Ey, ölmə eşşəyim, yaz gələr, yonca bitər. Kül o teatrın başına ki,
bu gicbəsərə möhtac olacaqdır.
G ü l s a b a h. O, gic deyil, yoldaş Əmrulla. Mən onunla çox danışmışam. Çox
alıcı və idraklı uşaqdır. Yazısı da heç yaman deyildir. Mən bir ötəri oxumuşam.
Ə m r u l l a. Bilirsiniz, Gülsabah xanım, sən allah, dahı sənin uşağın yoxdur, –
sən olasan mənim qızımın canı, sən bu tatar cəncəlini at bir yana. Sən deyirsən,
onlar da donquldanırlar. Məni də buraya göndəriblər işləməyə. Hamısı dağıldı,
getdi. Sonra mənə də söz gələr, deyərlər getdi, bir şey bacarmadı. Sənin hər nə
sözün oldu, sən gəl, yavaşca mənə de, mən pişim-pişimnən qoyum boyunlarına.
G ü l s a b a h. Pişim-pişimlə inqilab olmaz, yoldaş Əmrulla. Burada güclü bir
təkan lazımdır. Dəmiri oda atmamış suya salsan, polad olmaz.
Ə l i m u x t a r ( gəlir). Bu həzəratın tənəffüsü dönüb acı bağırsağa, çəkməynən
qurtarmır.
Ə m r u l l a. Yoldaş Əlimuxtar, tənəffüsün də müəyyən vaxtı olar, belə iş
olmaz ki.
Ə l i m u x t a r. Kimə deyirsən, heç qulaq asan var, get özlərinə de də...
G ü l s a b a h. Yoldaş Əlimuxtar, təqsir sizdədir. Siz özünüz onları yaradıcılıq
odu ilə yandıra bilmirsiniz. Əvvələn, vaxtlarının çoxunu boş danışıqla keçirirlər.
Ə l i m u x t a r. A kişi, bəsdir, siz Allah, siz də... hər işə qatışmayın. Səninlə
danışan yoxdur ki. Hər nə oldu, bir qəpiklik qutab kimi
328
özünüzü salırsınız ortaya... Yandıra bilmirsən! Gəl sən rejissor ol, vur pilətəni
başlarına, hamısını Qəmər xanımın qızı kimi yandır... Eh, çox mənim hövsələm
var! Açım gül ağzımı, dişimin dibindən çıxanı sadalayım...
Ə m r u l l a. Bəsdir, yoldaşlar, bəsdir... Ayıbdır səninçin, adam aktrisa ilə belə
danışmaz ( Gedir).
G ü l s a b a h. Dişinin çıxanı deyənlərin vurarlar dişləri qarnına tökülər.
Ə l i m u x t a r. Oho! Xux! Qorxdum səndən... Bağışlarsan, mənim dişimi
vuran hələ anasından olmamışdır. Gözlə, biləyin burxulub qırılmasın...
G ü l s a b a h. Mənim biləyim kütlənin biləyidir, sənin çürük dişlərin onu qıra
bilməz. Birini dişlərsən, yerində milyonlar vardır.
Ə l i m u x t a r. Yaxşı da, get de, Zaman vursun dişlərimi qırsın.
G ü l s a b a h. Zaman sənin dişlərini çoxdan qırmışdır. Sən indi damağınla
dişləyirsən. Ancaq gözlə cəhəngini də cırmayasan! (Əsəbi addımlarla səhnədən
gedir).
Ə l i m u x t a r. Gələ də... Hələ belə olur da.. Köpək oğlunun xarabasında çatan
gəlib bir ağalıq eləyir... Eh... cəhənnəmə olsun hamısı.
Z a m a n. Yoldaş Əlimuxtar, onu sən gedib demişsən ki, Gülsabah pilətəni
vurub Gülərin başına, alışıb yanıb, aparıblar rayona?..
Ə l i m u x t a r. Mən neçin deyirəm, gizlin şeydir? Kişinin qızını sabah
basdırırlar ki...
Z a m a n. Yoldaş Əlimuxtar, siz bu uydurmaların əvəzinə işlə məşğul
olsaydınız, daha yaxşı olardı. Gedib yalandan söz yaymağın...
Ə l i m u x t a r. Eh... yaxşı eləmişəm. Get əlindən gələni beş qaba çək.
Ə l a b b a s. Gülsabah buradadır? Bayırda arvad onu çağırır.
Z a m a n. Qoy gəlsin də...
Ə l a b b a s. Yox, yoldaş, qanun var. Buraxa bilmərəm. Müdir desin, buraxım.
Z a m a n. Gedək, görək kimdir?
Gedirkən X u r ş i d əlində T u r a c ı n u ş a ğ ı səhnəyə qaçır.
X u r ş i d ( Əlimuxtara). Sən öləsən, Turac xanım gəlib, bu saat tamaşa var,
dava qurşaqdandır.
Ə l i m u x t a r. Eh, cəhənnəmə olsun hamısı, xarabanı döndəriblər
karvansaraya.
Dostları ilə paylaş: |