81
H a c ı Ə h m ə d. Yaxşı də. Sən məni tutmazsan, mən də yeri gələr tutmaram.
Tutarsan məni, tutaram səni.
B a l o ğ l a n. Sən dayan, mən onun ağzını elə yumum ki, özü də afərin desin.
H a c ı Ə h m ə d. Yumacaqsan ki... çox yaxşı: bu xətt, bu da nişan!
B a l o ğ l a n. Yoldaşlar, daha bəsdir, qulaq asın ( Nalı stola vurur).
Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qaydası bu deyil axı.
B a l o ğ l a n. Şərif, sən də bir qulaq as! Yoldaş, sözünü qurtar. Daha sənə söz
verilmir. Çünki biz baxanda baxıb görürük ki, doğrudandoğruya bu kəndə
məxşuşluq salmaq istəyirsən. Hansı ki, istəyirsən kəndliləri bir-birinə salışdırasan.
A f t i l. Sənə də toxundu, hə?
B a r a t. Doğru söz acı olar axı...
B a l o ğ l a n. Yoldaş, sən də çox danışma.
İ b a d. Sənə də komsomol-komsomol deyiblər, havalanmışsan.
Ş ə r i f. Yoldaşlar, siz Almaz xanıma mane olursunuz. Bircə spakoys olun.
A l m a z. Yoldaşlar, söz sizindir. Siz nə qərar çıxartsanız, o olacaqdır. İkiüzlü
sözlərə aldanmayın.
B a l o ğ l a n. Yoldaş, qurtardın?
A l m a z. Hələlik bir təklifim də vardır. Məktəb darısqaldır, maşınlarımız üçün
yer yoxdur. Kənddə böyük bina bircə məsciddir. Qərar çıxardın: məscidi qadın
yurduna, həyətini də uşaq bağçasına çevirək.
H a c ı Ə h m ə d. Necə? Məscidi bağlayaq? Məscidi oyunbazxanaya döndərək?
K ə n d l i l ə r. Ayə, məscid nə olsun dedi?
H a c ı Ə h m ə d. Ay camaat, nə o yan-bu yan salmışsınız? Bu, belə deyir ki,
arvadları salın Hacı Əhməd bağına, olsun hamı hopçılığa, məscidi də bağlayın,
olsun oyunbazxana, vəssalam, şüdtamam.
B a r a t. Yalan deyirsən, elə söz yoxdur!
H a c ı Ə h m ə d. Yalan deyənin atasına lənət!
O c a q q u l u. Vay, məscidlərə at bağlamaq istəyirlər. Kül başımıza. Ay
camaat, ay müsəlmanlar, nə üçün dayanmışsınız? Daha Sahibin zühuruna az
qalıbdır, cahaddır, cahad! Məscidlərə at bağlayırlar.
K ə n d l i l ə r. Qoy danışsın.
– Məscidlərə dolaşır.
– Sən qanmırsan!
82
– Sən özün qanmırsan!..
A l m a z. Yoldaşlar, qulaq asın!
B a l o ğ l a n. Yoldaş, sən kəndə məxşuşluq salırsan. Mən sənə söz vermirəm.
İ b a d. Hökumət zakununda bağ aldı yoxdur. Bağ polaqays deyildir.
H a c ı Ə h m ə d. Ibad, Ibad, bağnan işin olmasın. Sən məscidi qışqır, məscidi.
Qoy bəhanə məscid olsun.
O c a q q u l u. Belə də iş olar?
A l m a z. Yoldaşlar, kəndlilər, biz ki, sizin üçün çalışırıq.
İ b a d. Aşna-aşna, axırda çıxdı ocaq başına. Arvadımıza sataşdı, keçdik,
malımıza sataşdı, keçdik. Camaat, axırda da məscidimizə, dinimizə əl atdı.
Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun, qoy sözün desin qurtarsın.
A l m a z. Yoldaşlar, inanın ki, burada danışan dillər deyil, fikirlər deyil,
ciblərdir, ciblər.
İ b a d. Sən get tumanını qısalt. Bizim arvadlarımıza, bizim məscidimizə əl ata
bilməzsən. Şura hökumətinə vergi də veririk, naloq da. Zakunda məscidə dolaşmaq
olmaz.
C a m a a t. Necə yəni məscid olmasın! Elə o qalmışdı!
H a c ı Ə h m ə d. Bunu çoxdan de, biz də bilək də!
X a n ı m n a z. Ay balam, bu camaat indi sənin üstünə tökülər, gəl tez qaçaq
evə.
H a c ı Ə h m ə d. Ocaqqulu, nə üçün yummuşsan ağzuvı, oturmuşsan?
Səhərdən tamaşaqabaq kimi hey atılırsan ortaya. Dinsənən, başa salsanan xalqı!
O c a q q u l u. Həzərat, mən sual eləyirəm bu yoldaşdan, bütün bu icmanın
qabağında sual eləyirəm: hər binanın bir ustası var, ya yoxdur, var, ya yoxdur?
A l m a z. Var.
O c a q q u l u. Atova rəhmət. Belə olanda yeri, göyü, küllü-hummövcudatı və
cəmadatı bir xalq eləyən ki, olsun, olmasın?
A l m a z. Oldu mənə nə, olmadı mənə nə? Mənim Allahın varyoxluğunu
aydınlaşdırmağa nə vaxtım var, nə də həvəsim.
O c a q q u l u. Neynək, sən elə de yoxdur, mən də sənə göstərim ki, vardır.
Hələ binanı qoyarıq ona ki, yoxdur. Bəs peyğəmbər səlləllahü və səlləm də
yoxdur?
Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bircə spakoys ol.
83
O c a q q u l u. Yox, yox, sən dayan. O da olmadı! Bəs Həzrət Abbasa sözün
nədir ki, məğribdən məşriqəcən bütün maxəlaqullah onun kəraməti ilə nəfəs alır-
verir? Bəs ona nə deyə bilərsən ki, Əmirəlmöminin səlləllah əleyk zəmani ki,
zülfüqarı əndirdi Mərhəbin təpəsinnən, dəbilqəni şəqq elədi, əyləşdi göbəyinə.
Gördü gavi-mahinin belini böləcək, cənabi Cəbrayil nazil oldu, şəhpərini verdi
zülfüqarın qabağına, şəhpəri şəqq olundu, bölündü düşdü yerə. Mən sual eləyirəm
bütün yığılan camaatdan: bölündü, bölünmədi? Əgər Allah yoxdur, nöşün
bölündü?
A f t i l. A kişi, olmaya sənin qatırıvun ombasına da elə onda dəyib ki, axsayır.
O c a q q u l u. Qatırı axsaq olanın atası itə dönsün. Genə də dedi qatır, genə də
dedi qatır.
H a c ı Ə h m ə d. Ay camaat, daha neyçün dayanmışsınız? Ya aparın arvad
uşağınızı doluşdurun o bağa, mən də elə o bağdan keçdim. Bir dənə qoca arvadım
var, götürərəm, duraram qıraqda. Qalanını da doldurun məscidə. Çayxanasını da
döndərin çaxırxanaya.
O c a q q u l u. Vay, kül olsun bizim başımıza, axırda məscidlərə at bağlayırlar.
A l m a z. Yoldaşlar, biz sizin üçün çalışırıq. Aldanmayın. Biz sizing
dostunuzuq.
B a l a r z a. Gərək deyil, sən bizim məscidimizə toxunursan, qiryətimizə
toxunursan.
A f t i l. Ay camaat, hara soxulursunuz?
Ş ə r i f. Yoldaşlar, bircə spakoys olun.
C a m a a t. Bizim məscidimizə at bağlamaq istəyənin atasını yandırarıq.
B a l a r z a. Adə, məni tutursan?
İ b a d. Adə, ay camaat, daha papağı nə günə örtmüşsünüz? Sizdə ki, qiryət
olmadı, qoy mən din yolunda, qiryət yolunda gedim Sibirə ( Hücum edir).
B a r a t. Hey-hey, əlini özünə yığ, həddini bil! O tək deyil.
İ b a d. Adə, tula, məni tutursan?
Tutuşurlar
.
O c a q q u l u. Camaat, kimi durub gözləyirsiniz? Kəssəniz bu fəsadın dilini.
Dostları ilə paylaş: |