75
X a n ı m n a z həyəcanla iclasın gedişini təqib edir.
O c a q q u l u səliqə ilə ayağa durub danışmağa başlayır.
O c a q q u l u. Yaxşı, sən hələ bir onu mənə de görüm ki, hər binanın bir ustası
və hər məxluqun bir xaliqi olur, ya olmur?
A l m a z. Nə buyurursunuz?
B a l o ğ l a n. Ocaqqulu əmi, sən bir az səbir elə, hələ bir görək Almaz xanım
nə deyir.
O c a q q u l u. Yox, qoy o hələ indicə mənə desin görüm: hər binanın bir ustası
var, ya yoxdur?
Ş ə r i f. Ocaqqulu dayı, sən bir spakoys ol, onları müzakirədə danışarıq.
H a c ı Ə h m ə d. A kişi, sən bir səsini kəs, qoy görək kişinin qızı nə deyir də.
A l m a z. Yoldaşlar, bizim çalışdığımız, kəndin əməkçiləri üçündür. Hər işdə
də dayanacağımız onlardır. Lakin məqsədimiz kəndliləri yoxsul görmək, hamını
yoxsul etmək deyildir. Biz istəyirik ki, kəndimizdə yoxsul qalmasın, bütün
yoxsullar varlansın, mədəniləşsin, bu günkü yürüşdə sağlam bir əsgər kimi yeriyə
bilsin.
Hamı əl çalır.
H a c ı Ə h m ə d. Barakallah, kişi qızı, barakallah, kişi qızı, afərin, barakallah,
fərasət! Halal olsun sənə anadan əmdiyin süd. Əsl pirğıram elə sən deyəndir (Əl
çalır). Varlıları yoxsullaşdırmaq yox, yoxsulları varlandırmaq. Söz elə budur ki,
var!
İ b a d. Baxma, tülküdür. Elə podlesdir, dabbaqxanada gönünü tanıyıram.
O c a q q u l u. Həzərat, mən ondan sual eləmək istəyirəm ki, hər binanın bir
ustası var, ya yoxdur?
B a r a t. Eh, yumsanız onun ağzını.
H a c ı Ə h m ə d. Sözünü de, bacıqızı, əsl söz elə sən deyəndir. Sən ki, bu yol
ilə, bu əda ilə bizə yaxın gəldin, biz kəndlilərin bütün malımız, canımız, hər bir
şeyimiz sənə qurbandır. Bircə qulbeçəm var, gəl başını apar, kəs. Bir nəfər sənə
yox deməz. Qaldı ki, mal cəhətincə, həmçinin, pul qoymaq, kömək etmək bizdən,
bina qurmaq, tədbir tökmək səndən.
H a m ı. Yaşa! Yaşa! (Əl çalırlar).
76
B a l a r z a. Əsl pirğıramı elə bu kişi keçirdir. Yaşa, Hacı, yaşa! (Əl çalır).
B a l o ğ l a n. Yoldaşlar, sakit olun, Almaz xanım, hansı ki, neçəneçə şeyləri
bizim üçün aydınlaşdırsın.
A l m a z. Yoldaşlar, mədəni cəmiyyət bu gündə yaşaya bilməz. Yenə kəndə
yeni yaşayış lazımdır. Bunun üçün də “Yeni yol” adında bir kolxoz düzəlmişdir.
Yoldaş Lenin deyir ki, əsrlərdən bəri donub qalmış kənd, ancaq kollektivləşmə ilə
yoxsulluqdan və dilənçilikdən qurtara bilər. Biz, qadınlarımızın hüquqsuzluğunu
da bu yol ilə aradan qaldıra bilərik.
İ b a d. Odur ey, yavaş-yavaş gəldi mətləb üstünə.
A f t i l. Doğru deyir də, dünən Kərbəlayı Balarza guplayıb ağlobu arvadın
miyantənginə, hələ bir ay, Ocaqqulunun qatırı kimi axsayacaqdır.
O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət, cədd-əqrəbasına lənət, sonra da
yalan deyənə!
B a l o ğ l a n. Kərbəlayı Ocaqqulu dayı, Kərbəlayı Ocaqqulu dayı!
O c a q q u l u. Siz istəyirsiniz mənim qatırımı ayağa salıb alasınız. Adə,
Kərbəlayı Əlmərdan, sən olasan o qatırıvın balası, balovun qatırı... qatırıvın canı,
balovun canı, mənim qatırım axsaqdır?
Ş ə r i f. Kərbəlayı Ocaqqulu, sən bir spakoys ol.
B a r a t. Yoldaş sədr, çıxardasınız bu qatırın məsələsini müzakirədən.
O c a q q u l u. Görmürsən, mənə deyir qatırın axsaqdır, hara gedirəm deyir
qatır, elə deyir qatır, elə deyir qatır.
H a c ı Ə h m ə d. Canım, bir dayansana görək kişinin qızı nə buyurur.
O c a q q u l u. Eybi yoxdur, qalsın qırmızı qulluğunda. Əgər mən sənə o qatırın
axsaqlığını sübut elədim, mən də oldum Molla Qulamhüseynin oğlu.
A l m a z. Yoldaşlar, bizim qadınlarımız Şura hökumətinin onlara verdiyi
hüquqdan hələ də istifadə edə bilmirlər və cəmiyyətin irəliyə yürüşündə axsayırlar.
A f t i l. Ocaqqulunun qatırı kimi.
O c a q q u l u. Qatırı axsaq olanın atasına lənət.
A l m a z. Çarxın biri var, o biri yoxdur. Ox yerlə sürünür. Qadın əmək başına
gəlməli və ikinci çarxı əvəz etməlidir.
77
İ b a d. Odur ey, vurdu kəlləçarxa. Pişim-pişimnən hara apardı çıxartdı.
A l m a z. Biz qadınlarımızı qəfəsdə saxlayan əlləri qırmalı, qadını azadlığa
çıxarmalıyıq.
B a l a r z a (İbada). Bu sözü bizə atır a...
İ b a d. Sən öz dərdini çək. Bizim arvadlarımızın dərdini çəkmə.
H a c ı Ə h m ə d. Ibad, Ibad, sən heç danışma. Mən ölüm, heç dinmə, görək
sözünün axırı hara çıxar.
B a r a t. Doğru söz acı olar. Qoymurlar danışsın.
A l m a z. Yoldaşlar, sizin arvadlarınızı yaman bir yola çıxartmırıq, doğru
əməyə çağırırıq. Onları buraxsanız da gələcəklər, buraxmasanız da gələcəklər. Bu
gün deyilsə, sabah gələcəklər, çünki həyat özü bunu tələb edir. Bunsuz həyat
irəliləyə bilməz.
İ b a d. Nə üçün? Bu vaxta qədər xoruz yoxdu, sabah açılmırdı?
O c a q q u l u. Həzərat, mən bu yığılan camaatdan sual eləyirəm: hər binanın
bir ustası var, ya yox?
Ş ə r i f. Yoldaşlar, siz bir spakoys olun, qoyun Almaz xanım öz sözünü
danışsın, sonra siz öz sözünüzü subutalni, dakumentalni deyərsiniz.
A l m a z. Güc-xoş biz, qadınları evlərdən qoparmalıyıq.
İ b a d. Sən indi mənim arvadımı gücnən apararsan?
A l m a z. Aparmaram, özü gələr. Bu gün xoşla qoymasan, sabah qaçar gələr.
B a l a r z a. Əh, and olsun Həzrət Abbasa, ona bir toy tutaram ki... Daha bu
xalq qiryətini çöldən tapıbdır.
H a c ı Ə h m ə d. Atam, qoyun kişi sözünü desin də, arvad oldu, nə oldu, söz
danışır axı!
B a r a t. Yoldaşlar, bu nədir?
Ş ə r i f. Yoldaşlar, qulaq asın!
A l m a z. Ikinci nöqsan əməkdəki plansızlıq, təkçilik və anarxiyadır.
A f t i l. Yəni işdə gərək arxayınlıq olsun.
H a c ı Ə h m ə d. Dayan, dayan, ay Aftil. Burasını, deyəsən yaxşı başa düşə
bilmədim.
A l m a z. Varlının bir atını alıb bir yoxsula, iki qoyununu o biri yoxsula
verməkdən bir şey çıxmaz. Bundan yoxsul varlana bilməz.
H a c ı Ə h m ə d. Barakallah, barakallah, fərasət! ( Xanımnaza) Bacı, bacı,
uzaqda dayanma, buyur, bu yaxında otur. Yol verin, bacı yaxına gəlsin. Yaxşı, de,
gözüvə dönüm, de!
Dostları ilə paylaş: |