115
bir iş deyil ki, siz görürsünüz: kişilər kolxozu düzəltdilər – dağıtdınız, arvad
kolxozu düzəltdilər – dağıtdınız. İndi də məktəbə əl atmışsınız.
Ş ə r i f. A kişilər, bir arvad cin kimi məktəbi dağıtmadı!
B a r a t. Məktəbi siz dağıtdınız!
Ş ə r i f. Allaha şükür, camaat özü görür də.
İ b a d. Camaat, bir məktəbin ki, müəllimi bic doğa, o məktəbə uşaq vermək
olar?
C a m a a t. Elə müəllimə bizə gərək deyil!
B a r a t. Siz yalan deyirsiniz!
İ b a d. Yalan deyənin atası itə dönsün, sonra da inanmayanın.
B a r a t. Mən sabah qəmisyə yanında səni məhşər ayağına çəkəcəyəm. Gərək
sən sübut eləyəsən!
İ b a d. Sən haranın tulasısan məni məhşər ayağına çəkəsən?
B a r a t. Gərək sübut eləyəsən.
Ş ə r i f. Sübut məndə. Hamısı subutalni, dakumentalni öz yerində. Mən sabah
sənin qırmızı qulluğunda sübut eləyim, özün də gör.
F a t m a n s a. Ay adamlar, bu işi çək-çevirə niyə salmışsınız? Bu kənddə
mama mənəm, ya yox? Məndən soruşun da. Belə, uşağı mən özüm tutmuşam.
Xanımnaz gecə gəldi, məni çağırdı ki, qızım doğur. Mən getdim uşağı tutdum.
Daha örtüb-basdırmaq lazımdır?
Bu aralıq A l m a z saçları dağınıq və
çox da pərişan bir halda camaat arasına çıxır.
A l m a z. Kəndlilər, yoldaşlar... Siz onlara inanmayın, qoyun mən sizə sözün
olanını deyim...
F a t m a n s a. İstəmirik. Sözün olanını biz özümüz səndən yaxşı bilirik. Öz
gözümüz ilə görmüşük.
Ş ə r i f. Sözün olanı qəzetdə yazılmışdır, get oxu.
H a c ı Ə h m ə d. Sən Şura hökumətinin pirğramını poza bilməzsən.
A l m a z. Yoldaşlar, Şura hökuməti...
H a c ı Ə h m ə d. Necə? Indi də Şura hökumətini söyürsən? Şura hökumətilə
işin olmasın. Bizim canımız da, malımız da hökumətə qurbandır.
A l m a z. Yoldaşlar, hökumət...
H a c ı Ə h m ə d. Hökumətin adını çəkmə... Biz razı olmarıq ki, sən bizim
hökumətimiz haqqında güldən ağır bir söz deyəsən.
A l m a z. Yoldaşlar, qoyun mən də sözümü deyim...
116
Ş ə r i f. İstəmirik. Biz razı olmarıq ki, sən bizim yanımızda Şura hökumətini
söyəsən. Camaat, hamınız şahid olun!
B a l o ğ l a n. Yoldaşlar, yoldaşlar, dağılışın! Səs salmayın! Şəhərdən qəmisyə
gəlib.
H a c ı Ə h m ə d. Hə? Qəmisyə gəlib?
B a l o ğ l a n. Bəli, bəli ya, bir dəstə adamdır.
Ş ə r i f. Bəs haradadırlar?
B a l o ğ l a n. Getdilər bizə.
Ş ə r i f. Yaxşı oldu ki, hələ əsli vaxtında gəldilər. Qoy gəlsinlər, görsünlər ki,
bizim üçün necə müəllimə göndəriblər. Hansı ki, can kimi məktəbi vurdu dağıtdı.
Qoy gəlsinlər, öz gözlərilə görsünlər.
Almaz donmuş kimi, divara söykənir və quruyub qalır. Hamı tez dağılır
.
P ə r d ə
BEŞİNCİ PƏRDƏ
BİRİNCİ ŞƏKİL
Almazın otağı. Axşamdır, otaqda lampa yanır. Ara-sıra göy guruldayır, ildırım çaxır
və pəncərədən yağış yağdığı görünür. A l m a z stol üstündə kağız yazır.
Haradansa xəfif bir laylay səsi eşidilir.
Y a x ş ı.
Laylay dedim adına,
Allah çatsın dadına.
Məndən ayrı düşəndə,
Laylam düşsün yadına.
Laylay, bala, laylay!
A l m a z ( durub uşağa baxaraq). Qız, şeytan, dodaqlarını büzmə. Bax, anan
səninçin laylay çalır.
Y a x ş ı.
Laylay dedim, al məndən,
Ipək məndən, şal məndən.
Dedim, Allah, balamı saxla,
Demədim ki, al məndən,
Laylay, balam, laylay!
117
A l m a z. Eşidirsən, Yaxşı səninçin nə oxuyur? Yox, yox ağlamaq olmaz! Mən
sənin əlindən ağlamaqdansa, sən mənim əlimdən ağlayırsan. Acsan, ay yazıq?
Qarınciyəzin acdır? İndi mən səninçin nə edim, hə? Şeytan, yox, yox, izinsiz
ağlamaq olmaz! Dayan, dayan, bu saat mən sənin boğazına kələm dolması suyu
tökəcəyəm. Uşağı yerindən oynadır, üstünü örtür və yanında oturur. Laylay səsi
gəlir.
B a r a t ( yavaşca girərək). Almaz xanım.
Almaz eşitmir. B a r a t laylay səsini dinləyir.
Y a x ş ı.
Yerin, göyün sayı var,
Ulduzu var, ayı var,
Gün görməsin, kim məni
Öz balamdan ayırar.
Laylay, balam, laylay!
B a r a t ( dərin bir hərəkətlə). Bu odur?
Y a x ş ı.
Laylam səslər, bil səni,
Bağda gözlər gül səni.
Laylay, balam, laylay...
B a r a t. Özüdür, Almaz xanım...
A l m a z ( diksinərək). Hə, Barat, sənsən?
B a r a t. Mənəm, Almaz xanım. Bu laylay deyən sizin qonşunuz deyilmi?
A l m a z. Qonşumuz hansıdır?
B a r a t. Yaxşı...
A l m a z. Gərək ki, odur.
B a r a t. Onun gərək uşağı olmasın. Əri hələ keçən həftə gəlibdir. İl yarımdır
getmişdir.
A l m a z. Bilmirəm.
B a r a t. Mən bilirəm, mən uşaqlıqda onun atası ilə qoyuna gedirdim.
Nə isə... Qəmisyə kəndlilərin tələbini qəbul etdi.
A l m a z. Hansı tələbini? Onların birinci tələbi məni qulluqdan çıxardıb,
dustağa salmaqdır.
B a r a t. Yox, o hələ qalır. Silistin açıq aparılması... Sabahdan iclas açıqda
olacaqdır.
118
A l m a z. Səni dindirdilər?
B a r a t. Bizim hamımızı. Məndən elə şeylər soruşdular ki, mən lap özümü
itirdim.
A l m a z. Qorxdun?
B a r a t. Qorxmağına qorxmadım, ancaq lap boğazım qurudu. Bu bir-iki gündə,
Almaz, sən də çox dəyişmişsən. Rəngin sapsarı saralıbdır.
A l m a z. Mən neçə gecədir yatmıram, Barat. Dünən gecə ağlamışam.
B a r a t. Görünür qorxursan?
A l m a z. Yox, qorxmuram. Ancaq vəziyyətim çox ağırdır. Barat, neçə gecədir
düşünürəm, çıxacaq bir yol tapmıram. Barat, qulaq as. Sənin bir kəlmə sözündən
bir adamın ölümü, ya yaşaması asılı olursa, nə edərsən?
B a r a t. Bilmirəm, yəni necə adamın?
A l m a z. Belə... büsbütün günahsız bir adamın. Yazıq bir adamın...
B a r a t. Əlbəttə, mən elə edərəm ki, o yaşasın.
A l m a z. Ancaq onun yaşaması mənim özümü öldürür. Təkcə məni də yox,
mənim işimi, mənim tutduğum yolu, əqidəmi, hamısını ləkələyir. Başa düşdünmü?
B a r a t. Deyəsən bir o qədər də başa düşə bilmədim.
A l m a z. Bu saat, Barat, mən iki yol arasındayam: ya mən iki günahsız adamı
ölümə verməliyəm, ya da özümü, öz adımı el içində həmişəlik ləkələməliyəm.
Ləkəli adla yaşamaqdansa, ölüm yaxşıdır. Bilirsənmi, Barat, ya onlar ölməlidir, ya
mən. Ya onlar yaşamalıdır, ya mən. Başa düşürsənmi? Mən fikrimi toplaşdıra
bilmirəm. Sənin fikrində təbiətin saflığı var. Sən öz sağlam duyğunla mənə
məsləhət ver. Başa düşürsənmi, Barat?
B a r a t. Yox, Almaz xanım, deyəsən yaxşı başa düşə bilmədim.
A l m a z. Yaxşı, qalsın, görək nə olur.
B a r a t. Biz, Almaz xanım, gərək çalışaq ki, onların bütün işləri açılsın.
A l m a z. Yox, açılmayacaqdır. Görünür, tale özü onların köməyidir. Nə
etmək, əl-qolum bağlanıbdır. Vəziyyətim ağırdır, Barat, ağırdır!
B a r a t. Almaz xanım, nə etmək lazımdır, sən de, mən eləyim. İstəyirsən
gedim Şərifi, ya Hacı Əhmədi çağırım bayıra, çəkim yumruğu qulağının dibinə,
hə?
Dostları ilə paylaş: |