137
F a t m a n s a. Hə? Qızdır, ya oğlan? Qızdır, ya oğlan? Qızdır, ya oğlan?
B a r a t. Dillənsənə, imansız? Qızdır, ya oğlandır?
F a t m a n s a. Qızdır, ya oğlandır?
A f t i l. Desənə, Ocaqqulunun qatırı kimi nə ondanmış, nə də bundan.
O c a q q u l u. Genə dedi qatır. Genə dedi qatır... Allahü əkbər...
A l m a z. Daha sözüm yoxdur ( Oturur).
S ə d r. Yoldaş Almaz, məsələ aydındır. Siz ancaq uşaqların oynaması haqqında
danışın.
A l m a z. Sürmə!
S ü r m ə ( adamların arasından qalxaraq). Nədir, müəllimə?
A l m a z. O gün sizin əlinizə, boğazınıza baxan kim idi?
S ü r m ə ( doktoru göstərərək). Bu kişi idi, müəllimə. Mənim gözlərimə dərman
da tökdü.
A l m a z. Qoy hamı bilsin: yoldaş Temurtaş doktordur. O, mənim xahişimə
görə uşaqlara baxırdı. Sabah da baxacaqdır. Sonra, Sürmə, siz o gün nə
oynayırdınız?
S ü r m ə. Biz “Yeni kənd” oynayırdıq, müəllimə.
A l m a z. Kəndlilər, bu bir oyundur, onu indicə göstərmək olar.
İ b a d. Yoldaşlar, bu sözlər bizə lazım deyil, yaxşısı budur ki...
Ş ə r i f. Sən o yanındakı uşaqdan danış.
A l m a z. O kimsənin işi deyildir.
İ b a d. Necə kimsənin işi deyil?
H a c ı Ə h m ə d. Necə kimsənin işi deyil?
Ş ə r i f. Necə kimsənin işi deyil?
S ə d r. Yoldaşlar, qulaq asın, uşaq məsələsini biz indicə aydınlaşdırarıq.
B a r a t. O heç bizim işimiz deyil.
Ş ə r i f. Necə bizim işimiz deyil? Bu uşaq kimindir?
B a r a t. O bizim borcumuz deyil.
B a l a r z a. Yox, siz işin olanını kəndlilərdən gizlədirsiniz. Qoy
o, açıq desin görək uşaq kimindir?
A l m a z. Uşaq mənimdir.
İ b a d. Atası kimdir?
A l m a z. O mənim öz işimdir...
Ş ə r i f. Sən subutalni, dakumentalni de görüm uşaq kimindir?
138
İ b a d. Biz istəyirik, qoy o desin uşaq kimindir?
H a m ı. Qoy desin, olmaz, desin uşaq kimindir?
F u a d ( duraraq). Yoldaş sədr, mən müəllimə Almazın nişanlısıyam və bu
camaatın qabağında rəsmi surətdə bildirirəm ki, uşaq mənimdir.
A l m a z. Uşaq sənin deyil, vətəndaş Fuad. Mərhəmətinizə qarşı təşəkkür
edirəm. Mənim sizin mərhəmətinizə ehtiyacım yoxdur.
İ b a d. Yoldaş sədr, siz kəndliləri aldadırsınız. Biz kəndlilər tələb edirik: qoy o
açıq desin ki, uşaq kimindir?
S ə d r ( yığılanların israrını görüncə). Yoldaş Almaz, siz bu suala cavab verə
bilərmisiniz?
A l m a z ( qəti). Uşaq mənimdir və bundan artıq sorğuya cavab vermək
istəmirəm.
Ş ə r i f. Çünki təqsirkarsan.
A l m a z. O mənim öz işimdir.
S ə d r. Yoldaşlar, gurultu salmayın. Çığırtı ilə adamı söz deməyə məcbur
etmək olmaz.
İ b a d ( ortalığa atılaraq). Necə məcbur etmək olmaz? Göndərirsiniz bizim
üstümüzə bir fahişəni və istəyirsiniz ki, biz də öz arvadlarımızı onun çənginə salaq
ki, özü kimi fahişəliyə aparsın. Yox, belə müəllimə bizə gərək deyil! Onu
güllələmək lazımdır.
H a m ı s ı. Güllələnsin, güllələnsin!..
F a t m a n s a. Gördünüz, dedim güllələnəcək.
S ə d r. Yoldaşlar, səs salmayın.
İ b a d. Ay camaat, biz hamımız tələb edirik: belənçik atasız uşaq doğan hərcayı
arvad bizə lazım deyil. O gərək güllələnsin.
H a m ı s ı. Güllələnsin, güllələnsin.
Tam bu aralıq Y a x ş ı çadrası əl-ayağına
dolaşa-dolaşa səhnəyə atılır və həyəcanla.
Y a x ş ı. Dayanın, ay el, ay camaat, ona dəyməyin, dayanın, mən sizə işin
doğrusunu deyim.
Hamı duruxub dayanır. Almaz Yaxşını görüncə, birdən qorxaraq
.
A l m a z. Yaxşı!
İ b a d. Hə...
Y a x ş ı. Ay el, onu öldürməyin, onda bir təqsir yoxdur. Qoyun mən sizə sözün
doğrusunu deyim, hamısını bilin: uşaq mənimdir.
139
H a m ı ( şaşırıb bir-birinə baxaraq). Necə? Ola bilməz!
Y a x ş ı. Mən daha ölümümdən qorxmuram. Mən səhərdən divarın dalından,
təndir üstündən qulaq asırdım. Mən razı ola bilmərəm ki, mənim yerimə özgəsini
güllələsinlər... Qoy elə mənim özümü güllələsinlər.
H a c ı Ə h m ə d. Ola bilməz. Bu üştükdür.
Y a x ş ı. Mən uşağıma süd verirəm, and içə bilərəm.
H a c ı Ə h m ə d. Bu necə oldu ki, belə oldu?
Y a x ş ı. Mən bir gecə Kərbəlayı Fatmansanın məsləhətilə məsciddə özümü
minbərə bağlayıb, Allahdan övlad istəyirdim. Gecəyarısı məscidin qapısı açıldı,
qara bir kölgə mənim üstümə yüyürməyə başladı, məni zorladı.
O c a q q u l u ( həyəcanla). Məsciddə?
Y a x ş ı. Məsciddə.
H a c ı Ə h m ə d. Kim?
B a l a r z a. Sən onu tanımadınmı?
Y a x ş ı. Mən onu sonra tanıdım.
B a l o ğ l a n. Kim imiş?
Y a x ş ı. Molla Sübhan.
H a c ı Ə h m ə d. Necə?
B a l a r z a, O c a q q u l u. Molla Sübhan?
Y a x ş ı. Molla Sübhan.
S ə s l ə r. Yerə girsin! Yox olsun! Onu görüm yerə batsın!
Y a x ş ı. Böyük bir kənddə bir nəfər tapılmadı ki, mənə kömək etsin. O məni
uçurumun üstündən, ölümün pəncəsindən qurtardı. Kəndlilər, qardaşlar, o yaxşı
adamdır. O, bütün əlsiz-ayaqsızlara kömək edir.
K ə n d l i l ə r. Ey el, nə üçün danışmırsınız? Gəlin gedək Molla Sübhanın
üstünə. Biz tələb edirik ki, Molla Sübhan və bütün qolçomaq dəstəsi dustaq
olunsun!
S ə d r. Yoldaşlar, məsələ aydındır. Almazda heç bir təqsir yoxdur.
Qolçomaqların fitnəsi meydana çıxdı. Bunun üçün Hacı Əhməd, Şərif, İbad,
Baloğlan, Fatmansa, Molla Sübhan və Mirzə Səməndər məsuliyyətə alınır.
S ə s l ə r. Dustaq edilsinlər! Güllələnsinlər!
S ə d r. Yoldaş Almaz, sizin göstərdikləriniz hamısı buraya yazılmışdır.
Məsələni ətraflıca aydınlaşdıra bilmək üçün mən iclası rəsmi bir şəkildə
aparmayıb, bütün danışanlara yol verirdim. Sizə qarşı nə
Dostları ilə paylaş: |