38
dəyişib, ona köhnə və yaş bir fitə verdi. Usta camadarın bu
hərəkətindən bir az incidi: Ağa Əliəsgər
ağa ilə gələndə
camadar onların quru fitəsini dəyişməzdi. İndi, nədənsə, usta
Ağabala kimi kişi camadarın gözündə alçaq təbəqədən hesab
olunub, quru fitəsi dəyişildi. Aralıqda «cənnətin qəbzi»
məsələsi olmasa idi, usta camadarla başqa cür rəftar edərdi.
Ancaq indi belə işlərə etina etmək zamanı deyildi – «Qaçanı
qovarlar» - demişlər. Ağa Əliəsgər ağanın kefinin kök vaxtına
düşüb, «qəbz» vəd etmişdi. Kim bilir, sonra vədində durardımı?
Usta Ağabala behişt çəpərinin altında durub, «Mənə huri,
mənə huri!» - deyib, min il də gözlərinin zoqqurunu töksəydi,
ona huri verən olmazdı. Buna görə usta camadarın
qanacaqsızlığını əfv edərək qapının müqabilində isti su hovu-
zunun xırda, pilləkənindən çıxıb kiçik qapısından içəri düşdü.
Ustanın canı dincəldi. Ancaq hovuzun suyu bir neçə
həftədən bəri dəyişilmədiyi üçün bir az qoxuyurdu.
Bunun da
ki, heç bir şeyə dəxli və zərəri yox idi. Hovuza girən qaş – qa-
baqlı çıxmazdı: həmişə şad, nurani, pak – pakizə olardı.
Qəmgin adam da oraya girsəydi kefi açılardı:adam hovuzda
həmişə həmsöhbət tapır, bir – birilə hallaşır, «məsələ» öyrənir;
çimmək də ki, bir kef – hovuzun bu başından girib, o biri baş-
ına çıxana qədər on adama toqqaşırsan… Bunun hərəsində bir
məlahət, hərəsində gizli bir ləzzət var.
Tağın yırtığından düşən işıq suyun bulanıqlığını çox da
bəlli etdirmirdi, yalnız çirk laylarının xırda dalğalara toxunub
tərpənməsi görünürdü. Nəzərə daha başqa şey çarpmırdı. Ancaq
suda tük çəngələrinin bədənə sıvaşmasını, ya hovuzun
dibindəki yumşaq şeylərin ayaqları əhatə etməsini,
təbiidir ki,
nəzərə almıram; çünki bunların qüslə heç mane olmamasını hər
bir allah bəndəsi bilir. Ustaya da qüsl lazım idi – bir neçə dəfə
suya batıb istiğfar edəcək, sonra qəbzi alıb, yerində arxayınca
oturacaq idi. Bu məqsədlə usta barmaqlarını burnunun və qu-
laqlarının dəliklərinə tıxayıb, suya batdı. Kişi məsələsində arif
idi. Qüsl etdikdə bədəninin hər bir yerinə su dəyməsini bilirdi.
39
Ona görə ayaqlarını hovuzun dibindən üzüb, balıq kimi o biri
tərəfdən çıxdı. Burada uca səslə salavat çəkib, əlini saqqalına
çəkdi
və suyun üzünə tüpürüb, bir də batdı. Bu dəfə səyahət
yarımçıq qaldı: yarı yolda bir ayrı kişiylə baş – başa gəlib to-
qqaşdı və ikisi də üzünü turşudub sudan çıxaraq bir – birini
döyməyə qalxışdılar. Bir də… üz – üzə gəldikdə «Ya allah!» -
deyə mehriban bir halda görüşdülər. Usta məktəb yoldaşı
Kərbəlayı Bağıra rast gəlmişdi.
Kərbəlayı Bağır həmişə güləndə gözünün qarası itərdi; bu-
rada da gözlərinin qarasını itirib dedi:
- Usta, kefin kök, damağın çağdırmı?
- Allaha şükür!
- Nə təhərsən, yaxşısanmı?
- Niyə, dövlətindən. Sən nə təhərsən?
Kərbəlayı Bağır cavab verdi:
- Allaha şükür!
- Kefin kök, damağın çağdırmı?
- Allaha şükür!
- Nə təhərsən, yaxşısanmı?
- Niyə, dövlətindən.
- Uşaqlar da yaxşıdırmı?
- Canına duası var. Səninkilər necədir?
- Canına duası var.
- Lap yaxşısanmı?
- Allaha şükür!...
On – on beş dəqiqə beləcə bir – birinin halını soruşub, sabiq
dostların hərəsi hovuzun bir küncünə çəkildi.
Çox çəkmədi ki, hovuza bir neçə adam da girdi. Bunların
biri cüzamlı Abbas idi, qalanının qaranlıqda kim olduqları
məlum deyil idi, ancaq birinin keçəli ağarırdı.
Hovuz salavat səsilə doldu. Şappıltı düşdü – kərbəlayı və
məşədilər ördək kimi çimirdilər. Biri batıb biri çıxır –
bununla
qənaətlənməyən, başına neçə çanaq da su tökürdü. Salavatlar
məxrəcdən gəlmədə davam edir, saqqallar tumarlanırdı. İstidən
40
ürəkləri tıncıxanlar da divarlara dalbadal tüpürüb canlarını rahat
edirdilər.
Usta Ağabala hamamdan çıxar – çıxmaz camadar hazır
oldu. Ancaq ustanın həna qoymaq meylində olması camadarın
mırıldanmasına səbəb oldu. Hovuzdan sonra həna qoyularmı? –
dedi, - indi bir quru fitə də islatmalıyıq.
Usta səhvini anladı və başını itirməsinin səbəbi qəbz
olduğunu sevinclə duyaraq, yenə camadarın «azğınlığına»
məna vermədi. Yerə salınmış fitənin üstə uzandı və camadar
onu qurulayıb saqqalına, bığlarına, qaşlarına və barmaqlarının
uclarına səliqə ilə həna yaxdı. Ustanın istidən döyünən ürəyi
hənadan sonra sakit oldu; bədəni rahatlanıb hərəkətsiz qaldı;
gözləri yavaş – yavaş qıyılıb yumuldu. Usta əvvəl fısıldayaraq,
ağzından bir az hava buraxdı, sonra
qəlyan kimi xoruldamağa
başladı.
7
Veylabad şəhəri sanki dəyişmişdi: hərə bir tərəfə qaçıb da-
ğılmada idi; ətrafdan həyəcanlı səslər gəlirdi; zənginlər qızıl-
larını basdırıb, fəqirlər də damlara doluşub, «allah» sədasını
göylərə qaldırırdılar. Müharibə idi. Düşmənlər şəhəri əhatə
etmişdilər. Şəhər darvazaları bağlanıb arxalarına torpaq
çəkilmişdi. Qala qoşunu düşmənin hücumunu dəf etməyə çalış-
ırdı… «Qələbəndlik» ili idi. Ağabala yenicə doğulmuş,
bələyinin üstündə göz yaşı tökülürdü.
Qadınlar çağaya baxdıqca deyirdilər: «Suya dönmüş oldu –
olmadı, şəhərin növrağı döndü!» Qadınlar haqlı idi – Ağabala
çox ağlağan idi; ağlayanda da üzünü çox turşudurdu, sanki
mərsiyə deyəcək idi…
Bir
də usta Ağabala gördü ki, onun bələyini bir biyabana
atmışlar, ağlaya – ağlaya qalmış. Səs – küy yox idi, dağ – daşı
duman bürümüşdü. Görünən cığır ilə bir adam gəlirdi. Yax-
ınlaşdıqda Ağa Əliəsgər ağa olduğu bəlli oldu. Yetişən kimi
41
Ağabalanı qucağına götürüb, bələyini açdı və sonra cibindən
bir kağız çıxarıb ona verdi: «Bu kağızı al, cənnətdə sənə yer
verilməsini tapşırmışam; orada ye, iç, huri – qılmanlarla axirət
ləzzəti apar!».
Ağabala kağızı alıb qoşdu. Hər addım atdıqca böyüməyə
başladı; şəhərə yetişincə yeddi yaşında oldu.
Bir gün Kərbəlayı Cahangir, oğlu Ağabalanın
divardan
sərçə düşürməsini görüb onu tutdu və başına bir-iki qapaz
saldıqdan sonra onu İrandan gəlmiş bir mollanın məktəbinə
apardı.
Sabah açıldıqda Ağabalanı min ah – zarla geyindirib bir
qoltuğuna odun, o biri qoltuğuna kömür verib (adətən, şagirdlər
məktəbə odun – kömür aparıb özləri üçün ocaq qalardılar.
Odun – kömür gətirməyənləri manqalların və buxarların yanına
qoymazdılar) çiyninə də heybəsini salıb məktəbə göndərərdilər.
Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları bir –
birinə çırparaq evdən çıxardı.
Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir oğlunun quranı
bitirib, məsələsinə arif olacağını gözləyirdi. Halbuki oğlu hələ
«Vəlleyli»də qalmışdı. Kərbəlayı məktəbə gedib onu mollaya
tapşıranda, molla Ağabalanın çənəsindən tutub: «Maşallah çox
səyli uşaqdır!» - deyirdi.
Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamıdan ar-
tıq o, atılırdı, o biri uşaqlar məktəbə həftədə bir küyüm su
verəndə, Ağabala beş – altı küyüm verərdi;
məktəbi hər gün
süpürər, bazara gedib mollaya piti alardı. Bunun üçün də molla
Ağabalanı cəmi şagirdlərindən çox istərdi; hamısından əvvəl
onun dərsini deyər, quluncu duranda da arxasını ona tapdal-
adardı; çubuğunu da o doldurardı. Ağabalanın bu xoşbəxtliyinə
bütün şagirdlər həsəd aparardı. «Ağabala məktəbdən çıxsaydı
da, bəlkə mollanın arxasını qaşımaq və boynunu ovmaq növbəti
bizə çataydı» - deyə düşünərdilər.
Bir gün Kərbəlayı Cahangir yenə oğlunu mollaya tapşır-
mağa gedir;
məktəbi səssiz görərik, heyrət edir: nədənsə molla