46
dəmir
yol ixtira etdiyi üçün, odlu gürzlər ilə bir neçə dəfə vurub
əjdahaların ağzına atdılar. Biri balon qayıran idi; bunu allaha
ox atan firon cərgəsindən hesab edib artıq cəza üçün bir əl qır
qazanında qaynadıb sonra alova atılmasını məsləhət gördülər.
Təyyarəçi qır qazanına düşəndə, usta Ağabala «Allah sizə lənət
eləsin! Az qalıblar allahın da yanına çıxsınlar!» - sözləri ilə
ürəyindən tikan çıxartdı. O biri namələr oxunanda çoxlu qəzetçi
adları söyləndi; bunları da əvvəlki qayda ilə odladılar. Sonra
rəssamları gətirdilər, bunları sorğusuz qır qazanına doldurdular.
Artistləri zəncir ilə döyüb öldürdülər. Avropa və Amerika alim,
kəşşaf, ixtiraçı və başqa namaz qılmayıb
və şeytan əməllərinə
rəvac verənləri təmamən yandırıb küllərini sovurdular. Axırda
bir cırıq naməyi – əməl çıxdı; bunun sahibi bir balaca arıq
adam idi. «Kimsən? Nə karəsən?» - deyə sual olunduqda –
«kərimxaniyəm»! – deyə fəxr ilə cavab gəldi. Bunu eşitcək
zəbanilər gülməkdən bayıldı; Əzrail özündən getdi. Şadlığından
usta Ağabalanın papağı düşüb diyirləndi: «Buna bax, buna!
Alma qaxına oxşayır, məlunun könlündən kərimxanilik keçir!»
- dedi. Zəbanilərdən biri kərimxanini barmağının ucunda
götürüb qır qazanına atdı və qarışdırmağa başladı…
Usta Ağabala gördü ki, baxmaq ilə qurtarası deyil. Hər
dəqiqədə minlərcə adamı çəkib cəhənnəmə tökürlər, yavaşca qıl
körpünün üstə çıxdı. Onun önündə rusca oxumuş bir adam və
çarşabsız bir qadın gedirdi. İkisi də qıl körpüsünün ortasına
çatmamış uçub cəhənnəmə vasil oldu. Usta isə quş kimi gedib
ayağa çıxdı.
8
Cənnətin ənbərin qapıları usta Ağabalanın üzünə açıldı.
Rizvanlar təzim edib ustanın pak qədəmlərini təbrik etdilər. Bir
dəqiqədə minlərcə huri tökülüb işvə sataraq onu apardı. Səndəl
taxtlar, ipək mütəkkələr hazırlanmışdı. Ustanı oturtdular. Gözəl
bir cocuq bir piyalə ləl tək şərab gətirdi. Şərab
çox ləzzət
47
verdiyindən dünyada çəkdiyi zəhmətlər yadından çıxdı.
Bədəninə anlaşılmaz qüvvələr gəldi, gözləri işıqlandı; ürəyində
yeni bir hiss – həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda
gözəlcə hurilər gördü, vücudu odparəyə dönüb ilk dəfə olaraq
həqiqi eşqin nə olduğunu duydu. Hurinin birini sağına, birini
soluna aldı və incə bellərini qucub almaya bənzər yanaqlarını
öpməyə başladı. Öpdükcə də eşq atəşi alovlanıb ustanın var-
lığına yayıldı.
Bu hal çox davam etmədi. Bir də yan tərəfdən keçəl Həsən
çıxıb usta ilə salamlaşdı:
-
Ya allah, usta!
Usta dik atılıb cavabında:
- Ya allah, Məşədi Həsən! – dedi, - balam, sən hara, bura
hara!.. Yəni ağa ilə qulun arasını bilmək olmaz; hər sirr allah
yanındadır.
Keçəl Həsən ustanı qucaqlayıb çəkə – çəkə apardı:
- Əşi, bir gəl, gör burada nə ləzzət var!
İki mömin yaşıl ağacların kölgəsinə getdi. Gəzdilər, dost-
aşnaları tapdılar. Əliəsgər ağanı da tapıb «başa qovurma» oy-
namağa kəsdirdilər. Qotur Səməddən başqa hamı razı oldu;
dedi:
- Siz öləsiniz, uşaqlar, bu gecə birə məni yatmağa qoy-
mayıb. hambal Qulu mənimlə yan – yana yatmışdı, bilmirəm
onun birəsidir, ya nədir?
Qotur Səmədin sözlərini hamı,
istiğfar etdi, usta Ağabala
isə dilgir olub dedi:
- Qələt eləmə, məlun, allahın cənnətində birə nə gəzir?
Görəsən yenə qoturun tutub nədir!
Səməd ustaya darıldı, sıçrayıb onu döymək istədi qoymadı-
lar. Huri və qılmanlar gəlib aralığa sülh, asayiş saldılar. Yenə
hərə bir guşəyə çəkilib kefə məşğul oldu.
Usta Ağabala axund Əliəsgər ağanı hələ görməmişdi.
Soraqladı: «gələndən süd gölçələrinin yanında kefə məşğuldur»
- dedilər. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi
48
Qafara rast gəldi. Bir - birinin halını soruşduqdan sonra Qafar
əyilib ustanın qulağına:
- Gecə birə əziyyət eləmir ki? – deyə sordu.
Usta bir də haldan çıxdı, yenə dava düşəcək idi. Qafar and
içib hamının birədən şikayətçi olduğunu söylədi:
- İnanmırsan – dedi: palanduz Əkbərdən soruş, kişi
dünəndən bəri təndir axtarır ki, paltarlarını çırpsın.
Usta darğın bir halda gedib ağanı tapdı. Ağa Əliəsgər ağa
əynində yalnız camaşır olaraq qılmanları başına toplayıb «hop-
pan - hoppan» oynayırdı. Hərdən bir qılmanları
elə çimdiklə-
yirdi ki, yazıqların gözləri yaşarırdı.
Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı ayağına
yıxılıb sevincindən ağladı:
- Cəlalına qurban olum, ay ağa! – dedi.
Ağa, ustanı yanında oturdub:
- Ağabala, - dedi, - mən ölüm mənimlə aran necədir?
- Sənə fəda olum, əcrindir çəkirsən!
Ustanın sözləri ağanı son dərəcə məmnun etdi, əmr verdi,
huri və qılmanlar tökülüb ustanı qıdıqlamağa başladılar. Usta
Ağabala əvvəl bir az utandı, sonra yavaş – yavaş açılışdı –
gördü heç eybi yoxdur; cənnət zatən huri – qılmanlardan ibarət
idi. Başını döndərdi, gözləri, ağacın dibində barmaqlarnı əmən
ala gözlü bir qılmana ilişdi. Qılmanın duruşu ustaya çox xoş
gəldi.
- Qadan canıma, ay bala, gəl yanıma! – deyə onu çağırdı.
Qılman gülümsünə – gülümsünə gəlib ustanın qucağında
oturdu. usta başını əyib «Uxay!» - deyə – deyə qılmanı öpmək
fikrində idi, bir də hamamın divarından asılan
köhnə fitə
qopub başına düşdü…
Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda
kimsənin olmaması, ona təəccüblü gəldi. Qılmandan ayrıl-
mağına çox acıyıb acığını fitədən aldı – götürüb gücü gəldikcə
yerə çırpdı; səs hamama düşüb gülüşməyə bənzər bir əks – səda
verdi. Gülüşmə ustanı bir az qorxutdu; saqqalının tükləri hənanı
49
deşib çıxmaq istəyirdi. Doğrudan da qorxmalı idi: hovuza
düşən damcıların hərəsi bir nəğmə oxuyur, divardan asılan
fitələr əjdahaya dönmüşdü, hamamın
sərbəndinə tökülən yu-
murta qabıqları, bozbaş sümükləri, qarpız qabığı böyüyüb
şişməkdə idi; yavaş – yavaş hərəsi əcaib bir məxluq şəklinə
düşüb ustaya tərəf səfər etməkdə idi.
Qılman ustanın yadından büsbütün çıxdı. Nəfəsi büsbütün
kəsildi. Nənəsinin uşaq vaxtı cinlər haqqındakı nağılları yadına
düşdü: «Cinlər hamamda adamı boğarlar, amma «bismillah»
desən qaçışarlar…» Usta nənəsinin sözlərini xatırlayıb qiraətlə
«bismillah» çəkdi, yüz yerdən də «bismillah» - deyə əks –
sədalar eşidildi. Kişi oturduğu yerdə büzüşdü; sonra bir – iki
«salavat» çevirib şeytana lənət oxudu;
yüz yerdən də cavab
gəldi. Sanki ustanın ürəyində kənkanlar quyu qazır, tappıltısı
qulağına gəlirdi.
Ustanın bədəni titrəyirdi.
Usta Ağabala bir neçə dəqiqə yerində sakit oturub
kipriklərini belə tərpətmədi. Bunun ilə də işi düzəlmədi – hər
tərəfdən üzərinə hücum edirdilər. Nəhayət, yüyürüb özünü
hovuza atdı – arxasınca da yüzlərcə adamlar atılıb ona gülməyə
başladılar. Bəzisi gözlərini ağardaraq: «Cənnətin qəbzini bizə
ver, verməsən səni boğarıq» belə deyirdi. Cinlərin
həyasızlığından biçarə kişi saqqalının hənasını yuyar – yumaz
hovuzdan çıxmağa məcbur oldu: Amma çifayda, minlərcə
adam da bununla bərabər çıxdı və hamamın ortasında ustanı
araya alıb, çəpik çalıb oynamağa başladılar.
Ustanın
dili daha söz tutmurdu, ayaq üstə durmağa belə
taqəti qalmamışdı. Yalnız «vay, dədə, vay» - deyə bilib hissiz
yerə yıxıldı.
9
Usta Ağabalanın hamamda başına gələn «qəzavu - qədər»,