70
Ballının oğlu «Vicə» Qasım bir neçə arqadaşları ilə bərabər
hücum edib, Hacı Kərimin qızını qaçırdılar.
Gövhər küçəyə çıxıb, qızı çox izləməmişdi,
bir də eşitdi ki,
üçüncü qızını şirni ilə tovlayıb aparmışlar.
Günorta vaxtı Gövhərin qohumları yığılıb dərdləşirdilər,
«olacağa çarə yoxdur» deyə fəlsəfə yürüdürdülər. «Qismətdən
artıq yemək olmaz» deyirdilər. Bir də hacının bacısı Mina
sükutdan aralanıb, başını dik qovzadı:
- Vallah, bu mənə qardaş dərdindən də artıq oldu, - dedi:
xalqın fikri budur ki, mənim arzum gözümdə qalsın!.. Yox!..
Burada Minanı yaş boğdu, gözlərini yaylığı ilə qurutdu,
özünü bir az toxdadıb, sözünə davam etdi:
- Gözümü böyük qıza dikmişdim, o qismət olmadı. Deməli,
qismət bu imiş! – deyə kiçik qızı qucaqladı.
Hər kəs onu heyrətlə nəzərdən keçirdi. Minanın hərəkətini
dəli olduğuna həml etdilər. Lakin Mina dəli olmamışdı; qızı
qapıdan çıxardarkən deyirdi:
- Qardaşımdan mənə bir pay da düşməz? Apararam,
böyüdərəm, oğluma alaram…
Hacı Kərim iki gün idi ki, vəfat etmişdi. O günü qazı onun
dörd qızına
da əqd oxuyub, ruhunu şad etdi.
O biri gün «yaxa bağlama»dan sonra təzə yeznələr hacının
evinə yığılıb, cehiz davası edirdilər. «Vicə» Qasımın tərəfindən
anası gəlmişdi.
1910
71
1905 – ci İL
Köhnə imarətin yuxarı mərtəbəsinin pəncərəsindən uzun
bığlı və zəhmli bir baş çıxıb, neçə dəfə «Alı, Alı» deyib çağırdı.
Səsə artırmanın altında at axurlarının qabağında uzanan nökər
Alı öz – özünə belə cavab verdi:
- Boğazına biləyim, ay Məhəmməd Səfi ağa! Elə bilirsən
qədimki zaman kimi, çağıranda səsinə baş üstə gələcəyəm?!
Xeyr, o zaman getdi! İndi bəyin sözünə bir qəpik verən
yoxdur!..
Alı bu fikirləri başından keçirib, saman çuvallarının
üstə o
yan – bu yana çöyürdükdə Məhəmməd Səfi ağa bir də başını
pəncərədən çıxarıb çığırdı:
- Alı, Alı! Axmaq oğlu axmaq, haradasan, səni çağırıram?
Alı yenə bəyin səsinə etina etməyib, öz – özünə deyirdi:
- Daha indi mən də ayılmışam, boğazını cırsan də gəlmə-
yəcəyəm… Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də
vermirdin; kefinə də yaramayanda baş – gözümü əzirdin…
Daha indi bəy – zad dəbdən düşdü!..
Məhəmməd Səfi ağa bir az səbir eləyib, xidmətçi qızı onun
dalınca göndərdi. Alı qıza
da cavab verdi ki, mən bəy – məy
tanımıram, özüm də elə bir bəyəm! Məhəmməd Səfi ağa bunu
eşitcək yerindən dik atılıb, əvvəl otaqda dəli kimi o yan – bu
yana yüyürdü və sonra divardan tüfəngi götürüb, qapıdan
ildırım kimi çıxdı. Güllü xanım ərinin nökəri öldürmək
xəyalında olduğunu gördükdə bərk qışqırıq saldı və səsə qonşu
otaqlardan bəyzadələr çıxıb, Məhəmməd Səfi ağanın əlindən
tüfəngi aldılar:
- Ay kişi, nə olub, Alı nə edib? Bircə de, biz özümüz onu
öldürək!
Məhəmməd Səfi ağa bəyzadələrə cavab vermədən boğunuq
səslə «buraxın!» deyə dartındı.
- A kişi, axır nə olub?
- Heç zad! Alını öldürəcəyəm! – Bəy dartınmaqdan əl
72
çəkmədi.
Güllü xanım bəyzadələri işdən xəbərdar elədi. Cavan bəylər
Alının «nəməkbəharam»lığını bilib, cəld pilləkəndən aşağı
düşdülər.
Bir dəqiqədə Alının
belinə on yerdən təpik döşəndi, o qədər
döydülər ki, ağzının – burnunun qanı bir – birinə qarışdı, baş və
gözündə sağ yer qalmadı.
Alı gördü ki, bunu «xurd - xəşil» etməmiş əl
götürməyəcəklər, yalvarmağa başladı:
- Ay bəy, atam sənə qurban! Qələt eləmişəm, başımı daşın
yekəsinə döymüşəm, günahımdan keç.
Məhəmməd Səfi ağa «Bundan ürəyim soyumayacaq, kəndir
gətirin!» - deyib, qamçını əlinə aldı.
Kəndir gətirdilər. Alını ağa həyətə çəkdirib, tut ağacına
bağlatdı.
Alı yenə:
- Ay bəy, vallah, məni yoldan çıxartmışdılar,
daha indi
çıxmaram.
Məhəmməd Səfi ağa Alının sözlərinə etina etməyib, qamçı
ilə onu doyunca döydü və bir də oğlanlarına döydürdü, bir də
dübarə özü döyüb, qayıdıb evə gəldi.
Alı qanına bələşmiş o günü ağacdan asılı qaldı, gecə də
qaldı, sabah da orada idi. Axırda necə oldu onu bilmirik. Ancaq
ondan sonra şəhərdən kəndə oxumuş cavanlar gəlib bəy və
ağaların əleyhinə sözlər danışıb, rəiyyəti «yoldan çıxardanda»
rəiyyət cavanlara belə cavab verirdi:
- Qardaş, qoyun yerimizdə rahat oturaq,
siz allah, bizi də
Alı yolu yollandırmayın!
1910
73
MƏLİK MƏHƏMMƏD
(Nağıl)
Qış gecəsi idi, külək evlərin bacasına düşüb vıyıldayırdı.
Böyük bir həyətin kənarında bir uçuqdaxmanın pəncərəsi
şaqqıldadıqca, içəridə uşaqlar nənələrinin qucağına sıçrayıb,
qorxa – qorxa: «Ay nənə, deyəsən həyətdən şıqqıltı gəlir, vallah
oğruya oxşayır». Nənə balalarının göz yaşlarını silib deyirdi:
- Qorxmayın, balalarım, bizə oğru gəlməz – gəlsə də bizim
nəyimizi aparacaq? Hamı bilir ki, dədəniz bir tikə çörək dalınca
düşüb,
il uzunu çöllərdə olur, heç külfəti də yadına düşmür…
Qorxmayın, başınızı dizimin üstə qoyun, görün sizə necə nağıl-
lar deyəcəyəm.
Uşaqlar nənələrinin nağıl söyləməyini o qədər sevirdilər ki,
«nağıl» adı gələndə şıqqıltı qorxusu ürəklərindən bilmərrə
çıxdı. Onlardan biri başını nənəsinin dizi üstə qoyub uzandı;
biri o biri tərəfdən çiyninə söykəndi və balacası da qabaqdan
ocağın kənarına ayağını uzadıb, gözlərini nənəsinin üzünə
dikdi. Ana uşaqların göz yaşlarını silə – silə başladı:
Biri var imiş,
biri yox imiş, allah var imiş, bəndəsi çox imiş,
günlərin bir günündə bir padşah var imiş. Bu padşahın da
bağında bir alma ağacı var imiş ki, bir gündə çiçəkləyib,
çiçəyini töküb, o biri gün bar verərmiş. Bu almanı hər kəs
yesəymiş on beş yaşında oğlan olarmış.
Balalarım, sizə kimdən deyim – padşahdan. Bu padşah
həmişə sübh vaxtı olanda durub gedərmiş bağa ki, almanı dərib
yesin, görərmiş ki, alma qırılıb; kor - peşman geri qayıdarmış.
Bir
gün belə, beş gün belə, axırda padşah təngə gəlib, böyük
oğlunu yanına çağırır. Oğul atasının qulluğuna gələn kimi baş
endirib deyir:
- Ata, sənə fəda olum, mənə nə qulluq?
Atası deyir:
- Məgər allaha rəvadırmı, mən özüm padşah ola – ola,