Microsoft Word Chamenzemli hekayalar 1-cild+. doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə90/103
tarix14.06.2018
ölçüsü4,51 Kb.
#48876
1   ...   86   87   88   89   90   91   92   93   ...   103

 
378 
İSTİRAHƏT  GÜNÜ 
 
Xırda bir işçi otağı. Maşınkanın üstündə iri qazan. Arvad 
paltar yuyur. Əri otura-dura ona kömək edib girib-çıxır, su 
gətirir,  əlinə tökür, kirli su aparır. Arabir hayxırır, küncdəki 
qaba tüpürür. Bəzən çarpayının üstə yarı uzanır. Arvad 
sinirlənir, deyinir. Onu köməyə çağırır. Kişi istər-istəməz 
yerindən qalxır. Yenə köməyə qoşur. Vedrəni dışarı çıxardanda 
arvadı şikayətlənir: 
– Şüşə zavodu... Bir az artıq pul verirmiş... Bu da artıq pul: 
ciyərləri əldən getdi!.. 
İş davam edir. Kişi yenə gah uzanır, gah işləyir. Yeddi yaşlı 
Henrix çarpayının bir guşəsində oynayır. Gah çarpayının 
başlıqlarına dırmaşır – at-at oynamaq istəyir, çarpayını 
tərpətdikcə atası hiddətlənir, şişkin və saralmış üzü əzab saçır. 
Henrix bəzən döşəməyə enib, orada oynamaq istəyir; atasının 
taxta başmaqlarını geyib otağı dolaşır, qazanın qapağına 
dolaşır, yuyulmuş paltarlara toxunur... Anası hiddətlənir, onun 
qolundan tutub itələyir. Henrix ağlayır. Onun səsi atasını daha 
da sinirləndirir. Yataqdan qalxır, öksürüb, küncdəki qaba 
tüpürür. Geri döndükdə qadını yuyulmuş paltarları ona göstərir. 
O, istər-istəməz paltarları götürüb, otağın ortasındakı  şəlitdən 
asmağa başlayır. Henrix yerindən qalxır, bu da paltar asmaq 
istəyir. Atası hiddətlənib, yenə onu itələyir. Henrix yenidən 
ağlayır. Anası işdən əl çəkib, kədərlə ona yanaşır, onu qucağına 
alıb, bağrına basır. Öpüb ağlayır: 
Mən bilirəm ki, sənə oynamaq üçün gen yer lazımdır. Nə 
edim, yoxsulluq!.. 
*** 
Almaniyada işçinin adi günü davam edir. Sabah qaranlıq 
bir çarpayıdan iki baş qalxır: qadın cəld durub geyinir, işığı 
yandırır, qəhvədanı maşınkanın üstünə qoyur, çörək doğrayıb, 
masanı  yığışdırır. Qurumuş camaşırları  şəlitdən yığır. Təkrar 
yuxuya getmiş kişini durğuzur. Kişi başını təkrar qaldırıb, yenə 
 
379
yasdığa söykəyir. Əsnəyir, öskürür, döşəmənin üstündəki qaba 
tüpürür. Qadın fincanları masanın üstünə düzərək,  ərini 
səsləyir. Kişi istər-istəməz qalxıb, yataqda oturur. Yenə 
əsnəyib, öskürür. Ərinərək qalxıb geyinir. Üzlərini yuyurlar. 
Sonra quru çörəklə  qəhvə içirlər. Henrix  dadlı-dadlı uyuyur. 
İşə hazırlanırlar. Birər parça çörək götürüb, kağıza bükürlər. 
Ana bir fincana qəhvə töküb, ağzına nəlbəki çevirir, yanına bir-
iki parça çörək qoyur. Henrixə baxıb, ah çəkir, yeriyib onu öpür 
və ayağının ucunda yürüyərək çırağı keçirib, çıxırlar. 
Yağmurlu hava. Küçədə  hələ  işıq yanır. Yalnız zibil 
avtoları evlərin qabağına düzülmüş zibil qutularını avtolara 
doldurur.  İşçi qafiləsi bir istiqamət tutaraq gedir. Mağazalar 
bağlı, yalnız pivə dükanları açıqdır. Oraya işçilər girib çıxır. 
Henrixin ata-anası da aralanıb, hərəsi bir zavoda girir. 
Henrix yuxudan ayılıb yatağında qurcuxur. Yarıişıq otağın 
pəncərəsinə yağış döyür. Henrix maraqla baxır.  Əsnəyib, 
gərnəşir. Nəşə ilə  əlini yasdığının altına salıb, bir kağız quş 
çıxarır. Barmağının üstünə qoyub uçurur. Bir müddət belə 
əylənir. Sonra quşu yasdığın altına qoyub, yataqdan cəld 
sıçrayır. Masadakı fincanın nəlbəkisini qaldırıb baxır. Bir az 
dadır, bir diş çörək alır. Sonra fincanı götürüb, yatağa tərəf 
gəldikdə ayağı ilişib yıxılır. Fincan sınır. Bir dəqiqəliyə 
döyükür. Sonra cəld geyinib, fincan sınıqlarını  yığışdırıb, 
koridora çıxır. Bir az sonra dönür. Əski götürüb, döşəməyə 
tökülən qəhvəni silir. Əl-üzünü yumağa başlayır. Yuyunub 
silinir. Masaya tərəf gəlir, bir diş çörək alıb çeynəyir. Görünür, 
yavan çörək bir o qədər də onu həvəsləndirmir. Düşünür. 
Qəhvədanı götürüb, masadakı fincana süzür. İçir. Ağzını burur. 
Durub komodun qutusundan qəndqabını  çıxarır. Açır. Qənd 
olmadığını görüb, məyus olur. İçindəki ovuntunu fincana səpir. 
Çörəyini bu qəhvə ilə yeyib bitirir. 
 
1936


 
380 
VASVASI 
 
O, Bakıda böyümüşdü, həm təhsilini orada bitirmiş, həm də 
qulluğu orada idi. İyirmi beş yaşa çatmış da, rayonlarımızı 
gəzməmişdi və qəza onun təsəvvüründə qızdırma, ilan və əqrəb 
yuvası kimi bir şey idi. Odur ki, o həmişə Bakıda qalmağı, 
Bakıda çalışmağı səfalı bir qəzadan belə üstün tuturdu. 
Bir gün onu maarif komissarlığına çağırdılar. Şöbə müdiri 
onu oturdub dedi: 
– Yoldaş  Həmid, üç günlüyə Mirzə Davudluya gedib, 
oradakı məktəbimizi yoxlamalısınız. 
Şöbə müdiri sözlərini bitirib, ona bir göstəriş  vərəqəsi 
uzatdı və: 
– Gedin, kassadan iki yüz manat alın, sonra hesab 
verərsiniz–deyə əlavə etdi. Şöbə müdiri təklifini elə bir sürətlə 
etdi ki, Həmid ağzını açmağa belə imkan tapa bilmədi.  Əvvəl 
ansızın olan təklifdən dondu, sonra yavaş-yavaş özünə 
gəldikdə, şöbə müdirinin başqa bir işlə məşğul olduğunu görüb, 
etiraza cəsarət etmədi. Düşüncəli bir halda ayağını sürüyərək 
kassaya yanaşdı, pulu alıb, evə döndü. 
Həmid həmişə evə tramvayla gələrdi, bu dəfə piyadə getdi. 
Yolda bulvara döndu. Alabəzək dona bürünmüş çiçəklər, may 
günəşində yıkanan dəniz, sanki həmişəkindən daha gözəl, daha 
füsunkar idi. «Mirzə Davudlu!»–deyə düşündü, köksünü 
ötürdü, ona elə gəldi ki, dənizdən ağcaqanad sürüsü qalxıb, ona 
hücum edir; kolların arasından şahmarlar, gürzələr baş çıxarıb, 
onu güdürlər... Həmidin tükləri ürpərdi, diksinərək hədəqədən 
çıxmış gözləri ilə ətrafını yoxladı... Həzin külək xırdaca camları 
və salxım sallamış yasəmənləri titrədirdi. Meydandan 
çocuqların  şən səsləri eşidilirdi. Həmidə bir az mətanət gəldi: 
«Əh, nə olacaq–olacaq!»–deyə özünə  təsəlli verdi. Lakin 
ifadəsindən ölümə gedən adamın qeydsizliyi duyuldu... 
Həmid maarif sahəsində  işləyir və  vəzifəsində olduqca 
intizampərvər idi. Ancaq... vasvası idi, gündə on dəfə  əlini 
 
381
yuyar, ayda on beş  kərə  həkimə gedər və yanında bir dəstə 
resept və müayinə  vərəqələri daşıyardı. Təbiidir ki, Həmid 
qəzaya qarşı bir sıra tədbirlər görməyə başladı. Çantasını kinə, 
bor turşusu, yod, marlı, pambıqla doldurdu və «dəruni təthir» 
üçün bir şüşə də araq aldı... 
Qatar axşam saat on birdə Mirzə Davudlu stansiyasına 
çatdı. Həmid  əllərinə, üzünə  və boynuna odekolon sürtüb, 
ehtiyatla platformaya endi. Yanı  uşaqlı bir rus qadını 
durmuşdu; görünür, səfərdən adam gözləyirmiş. Həmid ona 
yanaşdı: 
– Bağışlayın, kəndin yolu haradandır? 
Qadın bir də boylanıb, vaqonları gözdən keçirdi, öz-özünə: 
«gəlmədi»–deyib, Həmidə tərəf yönəldi. 
– Biz də ora gedirik, istərsiniz bir yerdə gedək.  
Həmid  şübhə ilə qadını süzüb, onun arxasınca yürüməyə 
başladı. Hava olduqca qaranlıq, kənd də uzaq idi. Həmid eniş-
yoxuşla gedir, tez-tez ətrafına baxınırdı. Birdən enişdə parlaq 
bir şey gözünü qamaşdırdı.  
Qadın: 
– Biz düz gedəcəyik, siz oteli buradan soruşun!–deyib, 
uşaqla getdi. 
Həmid işığa yanaşdı. Bura qızıl çayxana imiş. Müşəmbə 
örtülü geniş masalar boş idi. Çayxana müdiri qapıda durub, 
ortayaşlı bir kişi ilə danışırdı. 
Həmid salam verib, oteli soruşdu, kişi salama laübalı bir 
halda cavab verib dedi: 
– Ay xoş  gəlmisən bizim bu kəndistana! Canından 
bezmisənsə, dalımca gəl... 
Kişi yola düşdü, Həmid də cəsarətsiz addımlarla onu izlədi. 
Kol-kos arasında Həmid duruxub, qorxa-qorxa ayaqlarının 
altına baxırdı. Kişi də durur və gülərək: 
– Canından bezmisənsə,   gəl! – deyir. –Mehmanxanada yer 
olmasa, səni evimə aparacağam. Amma, heyf ki, arağım 
yoxdur, bu axşam hamısını içib qurtardım.Ta neyləyək, bağışla! 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə