18
döş sümüyünün arxasında, parasternal nahiyədə lokalizasiya
edir, psevdokoronar xarakterli ola bilər
kəskin meydana çıxır
ağ ciyər infarktı və plevranın zədələnməsi nəticəsində
nəfəsalma aktı ilə əlaqədar olur
təngnəfəslik, öskürək, qanhayxırma ilə müşayiət olunur
Fizikal müayinə zamanı taxikardiya, taxipnoe, sianoz (bəzən kül
rəngdə avazıma), AT-nin enməsi, kollaps
►
Ağ ciyər arteriyası üzərində II tonun aksenti, sistolik küy
►
Ağ ciyər infarktı inkişaf etdikdə ağ ciyərlər üzərində səs titrəməsi
və bronxofoniya güclənmiş, perkutor səsin kütləşməsi,
bronxial
tənəffüs fonunda xırda kalibrli yaş xırıltılar, infarkt nahiyəsində
plevra zədələndikdə plevranın sürtünmə küyü
►
Qara ciyərin böyüməsi
Laborator-instrumental müayinələr:
►
EKQ – standart aparmalarda Sl-Qııı, mənfi T sağ döş
aparmalarında, III və aVF aparmalarında, Hiss dəstəsinin sağ
ayaqcığının blokadası
►
ExoKQ ağ ciyər arteriyasında təzyiqin yüksəlməsini göstərir
►
Arterial qanda PaO
2
azalmış, Pa CO
2
artmışdır
►
Döş qəfəsinin rentgenoqrafiyası: ağ ciyər infarktında subplevral
yerləşmiş pazşəkilli kölgəlik aşkar olunur
►
Aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası
►
Qanda d-Dimerin (fibrinolizin laborator göstəricisi) səviyyəsinin
təyini (onun normal göstəricisi DVT-ni inkar edir)
►
Spiral kompüter tomoqrafiyası mərkəzi və seqmentar trombları
aşkar etməyə imkan verir .
►
Ağ ciyərlərin ventilyasion-perfuzion ssintiqrafiyası yüksək
informativliyə malikdir, ilk 24 saat ərzində aparılır
►
İmpedans pletizmoqrafiya (doppleroqrafiya mümkün olmadıqda
aparılır)
►
“Qızıl standart” rentgenkontrast KT müayinə üsulları
(fleboqrafiya, angiopulmonoqrafiya)
Ağ ciyər emboliyasının diaqnostikasında sadələşdirilmiş Wells
şkalası istifadə olunur ki, bu da xəstələrdə aşağı,
orta və ya yüksək
19
AATE ehtimalının müəyyənləşdirilməsində etibarlı üsul hesab
olunur (A)
6
(Cədvəl 1).
Cədvəl 1. Ağ ciyər emboliyasının klinik diaqnostikasında
WELLS modeli
Klinik əlamətlər* Ballar
DVT klinik simptomları və əlamətləri (aşağı ətraflarda
obyektiv təyin edilmiş şişkinlik və ya dərin venaların
palpasiyası zamanı ağrı)
3.0
AATE ehtimalı alternativ diaqnozdan daha çoxdur
3.0
ÜVS dəqiqədə 100 vurğudan artıqdır 1.5
İmmobilizasiya (yəni 3 ardıcıl gün ərzində yataq rejimi)
və ya son 4 həftə ərzində cərrahiyyə əməliyyatı
1.5
Əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və ya
AATE
1.5
Qanhayxırma
1.0
Maliqnizasiya (xərçəngin cari, son 6 ayda və ya palliativ
müalicəsi)
1.0
Balların cəmi
AATE riski
AATE
ehtimalı (%)
<2 bal
Aşağı
1-28
2-6 bal
Mötədil
28 - 40
>6 bal
Yüksək
38 - 91
*əlamətlər klinik əhəmiyyətinə əsasən sadalanır
20
Ağ ciyər və plevra xəstəlikləri
Quru plevrit
Plevra vərəqələrinin iltihabı bir sıra xəstəliklərin (ağ ciyər
vərəmi, pnevmoniya, ağ ciyər infarktı, kollagenozlar, revmatizm,
uremiya, qanyaradıcı orqanların xəstəlikləri) səbəbi (ağırlaşması)
kimi meydana çıxır. Bu zaman:
ağrı bəzən çox intensiv olur
döş qəfəsinin bir tərəfində lokalizasiya edir
nəfəsalma, öskürmə, sağlam tərəfə əyilmə zamanı baş verir
quru öskürəklə, subfebril bədən hərarəti, gecə tərləmələri,
üşütmə, zəifliklə müşayiət olunur.
Diaqnostika:
►
Güclü ağrılar xəstəni məcburi (zədələnmiş nahiyədə hərəkətsiz
uzanmış) vəziyyət almağa vadar edir.
►
Döş qəfəsinin uyğun tərəfində tənəffüs ekskursiyası azalmış,
tənəffüs tezləşmiş və səthidir.
►
Perkutor səs dəyişməmiş, auskultasiyada zəifləmiş tənəffüs, plevranın
sürtünmə küyü (stetoskopla qabırğaarası nahiyəyə təzyiq etdikdə
güclənir). Plevranın sürtünmə küyü palpasiya zamanı hiss olunur.
Pnevmotoraks (PT)
Plevra boşluğuna visseral plevradakı defektdən havanın keçməsi
zamanı baş verə bilər. Gənc (20-40 yaşda) siqaretçəkən şəxslərdə və ağ
ciyərlərin xronik obstruktiv xəstəlikləri olan pasiyentlərdə döş qəfəsində
kəskin ağrı və təngnəfəslik meydana çıxdıqda PT-dən şübhələnmək
lazımdır. Birincili spontan (20-40 yaşda, arıq və hündür kişilərdə),
ikincili (ağ ciyər xəstəlikləri: ağ ciyər vərəmi, absesi, sisti, stafilokokk
destruksiyası fonunda meydana çıxan), travmatik, gərgin (hava bir
istiqamətdə yalnız plevra boşluğuna daxil olur) PT ayırd olunur.
Xəstəlik adətən
qəflətən, surətlə inkişaf edir;
əksər hallarda fiziki gərginlik, öskürək, kəskin nəfəsalma
fonunda “xəncər” ağrısı, təngnəfəslik, öskürək meydana çıxır;
zədələnmiş nahiyədə çiyinə irradiasiya edir;