Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   88

 57
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Cəfər Cabbarlı. “Ana” – 3 saat 
Üçüncü saat: Tətbiq. Müzakirə. Yaradıcı iş 
 
Standartlar 
Təlim nəticələri 
1.1.1.  
 
  Şeirdə tanış olmayan sözlərin mənasını lüğətlərdən, sorğu 
kitablarından istifadə etməklə aydınlaşdırır. 
1.1.2.  
  Şeiri ideya-məzmununa uyğun ifadəli oxuyur. 
1.1.5.  
  Şeirdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 
1.2.3. 
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara  əsaslandırılmış münasibət bildirir. 
2.1.2.  
  Şeirin mövzusuna  müqayisələr, ümumiləşdirmələr aparmaq-
la münasibət bildirir. 
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların dinlənilməsi və 
müzakirəsi ilə müəyyənləşdirilə bilər. Müəllimin müvafiq qiymətləndirmə meyar-
larından istifadə etməsi məqsədəuyğundur. 
Motivasiya, problemin qoyuluşu.  Əvvəlki siniflərdən məlumdur ki, “Tətbiq. 
Müzakirə. Yaradıcı  iş” başlığı altında verilmiş tapşırıqlarda,  əksər hallarda
müxtəlif xarakterli işlərin həyata keçirilməsi nəzərdə tutulur. 
Bu qəbildən dərslərdə, adətən, motivasiyanın yaradılması, tədqiqat sualının 
müəyyənləşdirilməsi daha çox diqqət yetirilən, vaxt ayrılan təlim işi – tapşırıq üzrə 
həyata keçirilir. Bu mövqedən çıxış edən müəllim yığcam müsahibə aparmaqla ana 
mövzusuna  ədəbiyyatımızda həmişə böyük diqqət yetirildiyini və bunun 
səbəblərini  şagirdlərin xatırlatmalarına nail olur. Dərslikdəki “Düşünün” başlıqlı 
sualı (Anaya həsr olunmuş  əsərlərdə ümumi cəhətlər nə ola bilər?) müsahibəyə 
cəlb edən müəllim  şagirdlərin fəal iştirakı ilə  tədqiqat sualının formalaşmasını 
həyata keçirir. 
Tədqiqat sualı:  Ana mövzusunda yazılmış əsərlərin ideya-məzmununda oxşar 
cəhətlərin olmasına səbəb, sizcə, nədir? 
Şagirdlərin fərziyyələri dinlənilir və qeydlər aparılır. 
Tədqiqatın aparılması. Tədqiqat Xaqaninin “Ana” şeirinin oxusu ilə başlanır. 
Oxu fərqli formalarda həyata keçirilə bilər;  şagirdlərin fəal iştirakı ilə izahlı oxu, 
fərdi səssiz oxu, ikihissəli gündəliyin tətbiqi ilə oxu və s. Oxu prosesində tanış 
olmayan sözlərin mənasının aydınlaşdırılması, bədii təsvir və ifadə vasitələrinin 
müəyyənləşdirilməsi həyata keçirilir. 


 58
Şeirin məzmununun öyrənilməsi, ideyasının müəyyənləşdirilməsi üzrə  işi də 
fərqli variantlarda təşkil etmək mümkündür. Dərslikdə  təklif olunmuş tövsiyələr 
üzrə  işin təşkili vaxta qənaət baxımından məqsədəuyğundur. Yəni oxuya ayrılan 
vaxt başa çatdıqdan sonra şagirdlər kiçik qruplarda birləşərək  şeirin məzmununa 
aid suallar tərtib edirlər. Suallar və onlara hazırlanmış cavablar qrup sözçülərinin 
təqdimatı əsasında müzakirə edilir. 
Əsərin ideyasının müəyyənləşdirilməsi və müzakirəsi də bu qayda ilə  həyata 
keçirilə bilər. Bu məzmunda aparılan iş ədəbi nümunələrin (C.Cabbarlının “Ana” 
şeiri ilə Xaqaninin “Ana” əsərinin) uğurla müqayisə edilməsinə imkan yaradır. 
Əsərlərin müqayisəsi üçün əvvəlcədən əsasların (əlamətlərin) müəyyənləşdirilməsi 
vacibdir. Kiçik qrupların müəyyənləşdirdiyi əsaslar (əlamətlər) ciddi müzakirədən 
sonra qəbul edilir. İşin icrasını isə  hər qrup ayrıca yerinə yetirir və  əldə etdiyi 
nəticəni cədvəldə əks etdirir.   
Məlumat mübadiləsi və müzakirə  mərhələsində diqqət bu iki əsərin necə 
müqayisə edildiyinə, müqayisədən çıxarılmış nəticəyə yönəldilir. Eləcə də deyilmiş 
fikirlərin  əlaqələndirilməsi, sistemə salınması, yanlış, birtərəfli mülahizələrin 
aradan qaldırılması həyata keçirilir. 
 Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması  mərhələsində indiyə 
kimi səsləndirilmiş fikirlərin ümumiləşdirilərək vahid ideya halına salınması diqqət 
mərkəzində saxlanılır.  Şagirdlərdə belə bir qənaət möhkəmlənir ki, hansı dövrdə 
yazılmasından asılı olmayaraq, anaya həsr edilmiş əsərləri birləşdirən cəhətlər çox 
olur. Bu əsərlər məzmununa, bədii xüsusiyyətlərinə, ideyalarına görə bir-biri ilə 
yaxından səsləşir. Ananın mənəvi böyüklüyü, qüdrəti, ülviyyəti, tükənməyən övlad 
sevgisi və  nəvazişi bu mövzuda əsər yazan bütün sənətkarların diqqətini çəkən 
mühüm cəhətlərdəndir. 
Çıxarılmış nəticələrin fərziyyələrlə, tədqiqat sualı ilə müqayisəsinə vaxt ayrılır. 
Yaxşı  təşkil edilən, vaxtdan səmərəli istifadə olunan dərsdə  dərslikdəki 
sonuncu tövsiyəni – C.Cabbarlının “Ana” şeirindən bir bəndin ifadəli oxusunu 
həyata keçirmək mümkün olur. Şeirin ideya-məzmununu dərindən mənimsəyən 
şagirdlərə  bəndin oxusu üçün ifaçılıq vəzifəsini, səsin çalarlarını, fərqli keyfiyyət 
qazanmasını müəyyənləşdirmək çətin olmur. Bəndin dərslikdə göstərildiyi qaydada 
cədvəldə yazılması, şərti işarələrdən istifadə olunması oxunu xeyli asanlaşdırır.  
Bir neçə ifanın dinlənilib müzakirə edilməsi məqsədəuyğundur. 
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə