Microsoft Word ?d?b-9 Mv capa doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə24/88
tarix02.01.2018
ölçüsü3,69 Kb.
#19415
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   88

 55
formalaşmışdır ki, ana sonsuz şəfqəti, gücü, qüdrəti ilə övladın həyatında müstəsna 
rol oynayır.  
Əldə olunmuş  nəticənin tədqiqat sualı ilə  əlaqəsinə, fərziyyələrlə müqayisə 
edilməsinə diqqət yetirilir.   
Qiymətləndirmə.  Formativ qiymətləndirmə aparılarkən 38-45-ci səhifələrdə 
verilmiş müvafiq qiymətləndirmə meyarları  və  səviyyələri üzrə  cədvəllərdən 
istifadə məqsədəuyğundur. 
Müəllim dərslikdəki “Evdə  iş” başlıqlı tapşırığın evdə yerinə yetiriləcəyini 
şagirdlərə xatırladır. 
 
Mövzu: Cəfər Cabbarlı. “Ana” – 3 saat 
İkinci saat: Təhlil üzrə iş 
 
Standartlar 
Təlim nəticələri 
1.2.3. 
  Şeirin təsir gücünün artmasında bədii təsvir və ifadə 
vasitələrinin rolunu aydınlaşdırır. 
1.2.4.   
  Şeirin mövzusunu, ideya-bədii xüsusiyyətlərini  şərh edir, 
onlara  əsaslandırılmış münasibət bildirir. 
2.2.1.  
  Şeirlə bağlı müzakirələrdə mövzuya tənqidi münasibətini 
əsaslandırır, fərqli fikirlərə dözümlülük nümayiş etdirir. 
3.1.3. 
  Müqayisə xarakterli məruzə yazır.  
 
Dərsin gedişi 
Ev tapşırığının yerinə yetirilməsi səviyyəsi təqdimatların (məruzələrin) dinlə-
nilməsi və müzakirəsi zəminində müəyyənləşdirilir. Müəllimin müvafiq qiymətlən-
dirmə meyarlarına müraciət etməsi məqsədəuyğundur. 
Təhlil üzrə dərs fərqli variantlarda ola bilər. Məsələn, şeirin ideya-bədii xüsu-
siyyətlərini araşdırmağa və şərh etməyə imkan verən sual əsasında müzakirə, debat 
təşkil etməklə  dərsin maraqlı, canlı keçməsinə nail olmaq mümkündür. Yaxud 
dərslikdəki tövsiyələr  əsasında hazırlanan dərs vaxtdan səmərəli istifadə edilməsi 
baxımından daha faydalıdır. Bu dərsin səciyyəvi məqamları  aşağıdakı  məzmunda 
olur. 
Motivasiya, problemin qoyuluşu. Motivasiya həm rəmzi materiallardan, həm 
də suallardan istifadə edilməklə yaradıla bilər.  İkinci yoldan istifadəyə üstünlük 
verən müəllim məzmunla bağlı verdiyi bir neçə sualdan sonra diqqəti şeirin bədii 
xüsusiyyətlərinə, onun maraqla oxunmasının səbəblərinə cəlb edir. Şagirdlər fərqli, 
ziddiyyətli fikirlər səsləndirməklə məhdudlaşırlar. Bu istiqamətdə aparılan müsahi-
bənin sonunda tədqiqat sualı müəyyənləşdirilmiş olur. 
Tədqiqat sualı: “Əsərin böyük uğur qazanmasına, ona oxucu marağının daimi 
olmasına səbəb yüksək ideya-bədii xüsusiyyətləridir” fikrini doğru saymaq olarmı? 
Fərziyyələr dinlənilir, təkrara yol verilmədən qeydlər edilir. 
Tədqiqatın aparılması.  Hansı təlim metodu və iş formalarının seçilməsindən 
asılı olmayaraq, dərslikdəki “Əsərin təhlilinə hazırlaşın” mətninə  və “Araşdırın. 
Fikirləşin. Cavab verin” başlıqlı suallara müraciət edilməsi məqsədəuyğundur. 


 56
Kiçik qruplarda işin təşkilinə üstünlük verən müəllim hər qrupa bir sual 
ayırmaqla iş  vərəqlərini  şagirdlərə  təqdim edir. İşin icrasına ayrılan vaxt elan 
olunur. 
“Araşdırın. Fikirləşin. Cavab verin” tapşırığı hazırlanarkən tədqiqat sualının 
araşdırılması, ona əhatəli cavab verilməsi məqsədi diqqət mərkəzində 
saxlanılmışdır. Başqa sözlə, həmin tapşırığa daxil edilən sualların, demək olar, 
hamısı bilavasitə  tədqiqat sualının aydınlaşdırılmasına xidmət edir. Məsələn, 
üçüncü sualın üzərində  işləyən qrup əsərin bədii keyfiyyəti üçün mühüm olan 
cəhəti – lirik qəhrəmanın hislərinin hansı ustalıqla ifadə edildiyini 
aydınlaşdırmalıdır. Bu, müəllifin sözdən, bədii təsvir və ifadə vasitələrindən necə 
bəhrələndiyini şərh etmək vəzifəsini də qarşıya qoyur. Dördüncü sual oxucunu lirik 
qəhrəmanın hiss və duyğularına ortaq olmağa, ona münasibət bildirməyə sövq edir. 
Əsərin bədii gözəlliyini duymadan buna nail olmaq mümkün deyildir. Beşinci sual 
da şeirin bədii məziyyətinin üzə çıxarılmasına az xidmət etmir. Başqa sözlə, lirik 
qəhrəmanın xarakterindəki başlıca cəhətləri nümunələr  əsasında aydınlaşdırmalı 
olan  şagirdlər  şeirin bədii xüsusiyyətlərinə  də münasibət bildirmiş olurlar. 
Tapşırıqdakı altıncı, yeddinci suallar da birbaşa tədqiqat sualının mahiyyətinin 
açıqlanmasına istiqamətləndirilmişdir. 
Məlumat mübadiləsi  mərhələsində qrupların bir-birinin işinin məzmunu ilə 
ətraflı tanış olmalarına imkan yaradılır. Qrup nümayəndələri  əhatəli məlumat 
verməklə yanaşı, onlara ünvanlanmış sualları da cavabsız qoymamalıdırlar. Qrup 
nümayəndəsinin – sözçüsünün dediklərinə həmin qrupun digər üzvlərinin əlavələr 
etməsinə icazə vermək olar. Fəal/interaktiv dərslə bağlı xeyli təcrübə qazanan IX 
sinif  şagirdləri bilirlər ki, bu mərhələdə  səsləndirilən fikirlərdə birtərəfli, yanlış 
məqamlar, lazımınca  əsaslandırılmamış mülahizələr də vardır. Bunu müəllim də 
nəzərə alır və  məlumat mübadiləsində bütün qrupların fəallığına,  şagirdlərin öz 
mövqelərini sərbəst ifadə etmələrinə  şərait yaradır. Növbəti – məlumatın 
müzakirəsi  mərhələsində indiyə kimi söylənmiş fikirlərin  əlaqələndirilməsinə, 
müqayisəsinə, sistemə salınmasına səy göstərilir. Müzakirənin diskussiya səciyyəli 
olması, xüsusilə  əhəmiyyətlidir. Buna bütün suallar imkan verir. Məsələn, 6-cı 
suala cavab hazırlayan  şagirdlər yalnız bədii təsvir və ifadə vasitələrinin rolunu 
aydınlaşdırmaqla məhdudlaşa bilməzlər. Belə hal baş verərsə, digər qrupun üzvləri 
diskussiyada diqqəti buna cəlb etməli və şeirin təsir gücünün artmasında rolu olan 
digər bədii vasitələrin xatırladılmasına, nümunələr göstərilməsinə nail olmalıdırlar. 
Nəticənin çıxarılması, ümumiləşdirmənin aparılması. Əldə olunmuş faktla-
rın, deyilmiş fikirlərin ümumiləşdirilməsi, vahid ideya halına salınması bu mərhə-
lədə diqqət mərkəzində saxlanılır. Müəllimin əvvəlcədən hazırladığı istiqamətlən-
dirici sualların da bu mərhələnin səmərəliliyinə təsiri az olmur. Şagirdlərdə belə bir 
qənaət möhkəmlənir ki, “Ana” əsəri tarixən qədim olan bir mövzuda yazılsa da, 
təkrarsız bədii gözəlliyi, yeni ideya çalarları ilə  ədəbiyyatımızda mühüm hadisə 
sayılmış, yüz ilə yaxın bir müddətdə ona oxucu marağı azalmamışdır. 
Çıxarılmış  nəticələrin tədqiqat sualı  və  fərziyyələrlə müqayisə edilməsinə 
diqqət yetirilir. Bu, tədqiqat işinin düzgün istiqamətdə aparıldığına və başa çatdığı-
na əminlik hissi yaradır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə